Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 16.04.2019 İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi h aqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum ərinin iş stajı nəzərə alınmaqla 16.12.2009-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin 16.12.2009-cu il tarixinə olan tələblərinə əsasən hesablanması və pensiyanın hesablanması zamanı 16.12.2009-cu il tarixindən bu günə qədər yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə (hakim H.Babayeva; iş № 2-1(82)-1057/2018) iddianın təmin edilməsi; iddiaçının mərhum həyat yoldaşının iş stajı nəzərə alınmaqla 16.12.2009-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin 16.12.2009cu il tarixinə olan tələblərinə əsasən hesablanması və pensiyanın hesablanması zamanı 16.12.2009-cu il tarixindən bu günə qədər yaranacaq məbləğ fərqinin ö dənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)1894/18) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarının, “iş stajı nəzərə alınmaqla” və “27-ci maddəsinin” sözlərindən sonra gələn “16.12.2009-cu il” tarixləri “03.03.2017-ci il tarixləri” ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılması dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə koll egiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının əri 16.12.2009-cu il tarixdə vəfat etmişdir; lakin iddiaçıya ailə başçısını itirməyə görə pensiya 03.03.2017-ci il tarixdə təyin edilmişdir. İddiaçı hesab etmişdir ki, ona ailə başçısını itirməyə görə pensiya təyin edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur, ona görə yenidən hesablanmalıdır. Bu əsasla iddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan iddiaçıya ünvanladığı 20.12.2017-ci il tarixli cavab məktubu ilə iddiaçının mərhum ərinin əmək pensiyasının sığorta hissəsi olmadığına görə, ona ailə başçısını itirməyə görə təyin edilən əmək pensiyasının 110 manat məbləğində olan baza hissəsindən hesablanmalı olduğu bildirilməklə, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinasının qeyd olunan dəlilindən belə çıxır ki, iddiaçıya ailə başçısını itirməyə görə təyin edilən əmək pensiyası mərhum ərinin sığorta hissəsi olmadığından, yalnız pensiyanın baza hissəsindən (110 manat) hesablanmalıdır. Bununla razılaşmaq olmaz, belə ki, mübahisəli pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan (01.07.2017-ci il tarixdək edilən dəyişiklik və əlavələrə qədər) müddəalarına, o cümlədən 10.1-10.3-cü və 18.1-18.4-cü maddələrinə əsasən, yaşa və ailə başçısını itirməyə görə əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən baza hissədən və düsdürla (SH=PSK/T) müəyyən edilən sığorta hissəsinin cəmindən ibarətdir. Həmin Qanunun 32.3-cü maddəsinə müvafiq olaraq ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 32.4-cü maddəsinə \örə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tə rəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Göründüyü kimi, cavabdeh inzibati orqan əmək pensiyaları haqqında qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bu isə onu deməyə əsas verir ki, onun tərəfindən iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Eyni zamanda 1-ci instansiya məhkəməsi qərarında iddia tələbini ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin “Əmək pensi yaları haqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinə müvaiq hesablamaqla bu günə qədər yaranacaq məbləğ fərqinin ödənilməsi hissələrində düzgün nəticəyə gəlsə də, həmin Qanunun 32.3-cü maddəsinin tələbini qeyd edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının onun bu hüququnun yarandığı gündən, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatan şəxslələ təyin edildiyini göstərmiş, lakin iddiaçının pensiya hüququnun yarandığı və onun yaş həddini, səhvən, mərhum ərinin vəfat etdiyi gündən - 16.12.2009-cu il tarixdən təyin etmişdir. Halbuki iddiaçının həmin növdən olan pensiya hüququ onun özünün pensiya yaşına çatdığı 03.03.2017-ci il tarixində yalnız (60 yaşının tamamında) yaranırdı. Odur ki, 1-ci instansiya məhkəməsinin qərarı, əsaslandır ıcı və nəticə hissədə buraxılan həmin səhvlər aradan qaldırılaraq, “iş stajı nəzərə alınmaqla” və “27-ci maddəsinin” sözlərindən sonra gələn “16.12.2009-cu il” tarixləri- “03.03.2017-ci il” tarixləri ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əs asən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas o la bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəd
Məhkəmə qərarları › İş №2-1(102)-236/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-236/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver