Məhkəmə qərarları › İş №2-1(102)-236/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-236/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçı “xxxx” İstehsalat Kommersiya MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR (açar sözlər: məhkəmə qərarı ilə 872.246,47 manat borcun tutulması hissəsində iddia əsassız hesab edilərək təmin olunmadığına görə cavabdeh tərəfindən həmin məbləğ iddiaçının şəxsi hesabından silinməlidir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili XXXoğlunun, cavabdehin nümayəndəsi X2, vəkili X1 iştirakla rı, N.Əhmədovun katibliyi ilə, iddiaçı “xxxx” İstehsalat Kommersiya MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı borcun silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1116/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” İstehsalat Kommersiya MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə MMC-nin şəxsi hesabında mövcud olmuş xx xxxxx 2014-cü il tarixə rədd olunmuş 1.096.753 manat məbləğində məcburi dövlət sosial haqları üzrə borcdan 872.246,47 manat hissəsinin əsas borc məbləğini, qalan 224 506,53 manat hissəsinin isə penya məbləğini təşkil etdiyini, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli qanununa uyğun olaraq, 2015-ci il yanvarın 1-dək yaranmış və 2018-ci il aprelin 1-dək ödənməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına ğörə tətbiq edilmiş 224.506,53 manat məbləğində maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcun tam məbləğində MMC-nin şəxsi hesabından silindiyini bildirərək, 872.246,4 7 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)4084/2018 qərarı ilə iddia tələbi təmin edilərək, “xxxx” İstehsalat Kommersiya MMC-nin 872.246,47 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim-Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1116/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ape llyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (82)- 1898/201 7 saylı qərarı ilə MMC-nin xx.xx.2016-cı il tarixə 2.460.806.84 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcun tutulması barədə Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsinin tələbi 1.364.053.84 manat hissədə təmin edilmiş, ******* manat hissədə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (82)-1898/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmış və qərar qüvvəyə minmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1898/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarında məhkəmə dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlərə mülki qanunvericiliyin müddəalarını tətbiq edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci, 373.3-cü, 375.2-ci maddələrinə istinad etmiş və 3 illik iddia müddətinin buraxıldığı səbəbindən iddianı 1.096.753 manat hissədə təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin iddia tələbinin qismən rədd edilməsi əsası kimi yalnız müddətin buraxılması qeyd edilmiş, məhkəmə qərarında borc məbləğinin əsaslı olub-olmaması barədə hər hansı faktlar göstərilməmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili XXXoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili XXXoğlunun, cavabdehin nümayəndəsi X2, vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1116/2019 saylı qərarı dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)-1898/2017 saylı qərarı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı xx xxxxxxx 2016-cı il tarixə 2.460.806,84 manat (əsas borc 1.880.162,61 manat, penya 580.644,23 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin xeyrinə tutulması barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-nin xx xxxxxxx 2016-cı il tarixə 1.364.053,84 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin xeyrinə tutulmuş, iddiaçının cavabdehdən xx xxxxx 2014-cü il tarixinədək dövlət büdcəsinə yaranmış sosial sığorta üzrə 1.096,753 manat borcu əsassız olduğundan, iddia tələbi bu hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)2421/2017 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1898/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-473/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-2421/2017 saylı qərarı mübahisələndirilən hissədə qüvvədə saxlanılmışdır. Apellyas iya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən İddiaçı MMC-nin xx xxxxxxx 2016-cı il tarixə 1.364.053,84 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin xeyrinə tutulmuş, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin İddiaçı MMCdən xx xxxxx 2014-cü il tarixinədək dövlət büdcəsinə yaranmış sosial sığorta üzrə 1.096,753 manat borcun tutulması hissəsində iddia tələbi təmin edilməmiş, sonradan 224.506,53 manat məbləğində maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borc tam məbləğdə iddiaçının şəxsi hesabından silinmiş, beləliklə, hazırda qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-1(82)-1898/2017 saylı qərarı ilə 872.246,47 manat borcun tutulması təmin olunmadığından, cavabdeh tərəfindən iddiaçının şəxsi hesabından silinməli idi. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aş ağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktları n həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisia llıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasında kı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələ l gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən İddiaçı MMC-nin xx xxxxxxx 2016-cı il tarixə 1.364.053,84 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin xeyrinə tutulduğunu, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin İddiaçı MMC-dən xx xxxxx 2014-cü il tarixinədək dövlət büdcəsinə yaranmış sosial sığorta üzrə 1.096,753 manat borcun tutulması hissəsində iddia tələbinin təmin edilmədiyini, sonradan 224.506,53 manat məbləğ ində maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcun tam məbləğdə iddiaçının şəxsi hesabından silindiyini, beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə 872.246,47 manat borcun tutulması hissəsində iddia əsassız hesab edilərək təmin olunmadığına görə cavabdeh tərəfindən həmin məbləğin iddiaçının şəxsi hesabından silinməli olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə s übutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1116/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1116/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar