Məhkəmə qərarları › İş №2-1(102)-236/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-236/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Qaradağ rayon İdarəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı üçün nəzərdə tutulmuş əvvəlki 3 il üçün ödənilməmiş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Qaradağ rayon İdarəsinin iştirakı ilə) qarşı xx.xx.2011-ci il tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1243/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi olaraq qüvvədə o lan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Qaradağ rayon İdarəsinin iştirakı ilə) qarşı işə cəlb edilməklə cavabdehin üzərinə xx.xx.2011-ci il tarixdən ona ödənilməmiş müharibə veteranlığına görə pul məbləğlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə kimi məlum Qarabağ müha ribəsi ilə əlaqədar olaraq könüllülər sırasından döyüş bölgələrində torpaqların azadlığı uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissənin şəxsi heyətinin tərkibində Murovda, Hacıkənddə olmuşdur. Döyüş tapşırıqlarını yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq atəşkəs müqaviləsindən sonra, yəni xx.xx.2011-ci il tarixədək ona veteranlıq vəsiqəsi və pul müavinətləri verilməmişdir. O, veteran vəsiqəsini xx xxxxx 2011-ci il tarixdə almışdır. Hal-hazırda ona veteranlığa görə aylıq müavinətlər ödənilir. Lakin, əvvəlki illər üçün ona pul müavinətlərinin hesablanaraq ödənilməsi barədə cavabdehin rəhbərliyinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilir ki, onlar yalnız əvvəlki 3 il ərzində ona düşən dövlət sosial müavinətlərini ödəmək niyyətindədirlər. Bu da onu qane etmir. Hesab edir ki, cavabdeh öz öhdəliyini lazımınca yerinə yetirmək istəmir.

5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona xx.xx.2011-ci il tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməmiş müavinətin ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2-1(112)-490/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2011-ci il tarixdən əvvəlki 3 (üç) il - 36 ay fərq məbləğində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 12-ci maddəsinə, «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə, «Sosial müavinətlər haqqında» Qanununun 4.0.6, 6.1, 7.0.6, 9.1, 9.1.5 və 101.5-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh orqana sosial müavinətin son 3 ilinin ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan əsassız olaraq ona imtina cavabı vermiş, bununla da onu mülkiyyətindən mərhum edilmişdir.

8. Cavabdeh həmin qərardan apel yasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1243/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 12-ci maddəsinə, «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanın ın 1.1.7-ci maddəsinə, «Sosial müavinətlər haqqında» Qanununun 4.0.6, 6.1, 7.0.6, 9.1, 9.1.5 və 101.5-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçıya verilmiş vəsiqənin verilmə əsasını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi təşkil etmişdir. Buna görə də iddiaçının müvafiq müavinət almaq hüququ yarandığına dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının halında onun müavinət almaq hüququ ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən - xx.xx.2011-ci il tarixindən yaranmışdır. Göründüyü kimi, müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Müharibə v eteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müharibə veteranı vəsiqəsinin almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində də öz əksini tapmışdır. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətlər, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Buna görə də veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndir məyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Beləliklə, apelyasiya instansiya məhkəməsinin qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunver iciliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1243/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişd irilmədən qüvvədə saxlanılmalıdır.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən ed ilibedilməməsini də yoxlamalıdır.

17. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının halında onun müavinət almaq hüququ ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən xx.xx.2011-ci il tarixindən yaranmışdır. Göründüyü kimi, müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müharibə veteranı vəsiqəsinin almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində də öz əksini tapmışdır. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal v ə digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətlər, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Buna görə də veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mən ada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Beləliklə, apelyasiya instansiya məhkəməsinin qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

19. Belə ki, Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 12-ci maddəsinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadla rına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.

20. Azərbaycan Respublikası «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmu ş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhənin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazi rliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 45 manat müəyyən olunmuşdur.

21. Azərbaycan Respublikası «Sosial müavinətlər haqqında» Qanununun 4.0.6cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir.

22. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

23. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə mü avinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir.

24. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:

25. Həmin Qanunun 9.1.5-ci müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

26. Həmin Qanunun 10-1.5- ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

27. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müharibə veteranı hesab edilməsi hüququnu xx.xx.2011-ci il tarixdə müharibə veteranı vəsiqəsi aldığı tarixdən deyil, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçdiyi tarixdən əldə etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan şəxslərə hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir.

28. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, ap elyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)1243/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar