Məhkəmə qərarları › İş №2-1(102)-236/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-236/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilərin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini n Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-2293/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC 2014-cü ilin aprel ayında təsis olunmuş, 2017-ci ilin aprel ayından fəaliyyətini öz ərizəsinə əsasən rəsmi olaraq dayandırmışdır.

2. İddiaçı MMC əldə etdiyi gəlirləri ilə bağlı mənfəət vergisinin hesablanması üçün hesabat təqdim etmişdir. Lakin həmin hesabat e-qaimə formasında təqdim edilmədiyi üçün vergi orqanı onu qəbul etməmiş və nəticədə İddiaçı MMC-yə kameral yoxlamadan sonra 7.535,72 manat vergi borcu hesablamışdır.

3. İddiaçı MMC 04.10.2019-cu il tarixli qərara əsasən hesablanmış artıq vergi borcunun azaldılması üçün 05.07.2019-cu il tarixdə inzibati icraat qaydasında müraciət etmişdir. Vergilər Nazirliyinin 04.10.2019-cu il tarixli qərarına əsasən inzibati şikayət qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 20.11.2018-ci il tarixli qərarı ilə 2208,91 manat, 11.04.2019-cu il tarixli qərarı ilə 7153,58 manat hissəsində ləğv edilmiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş yaranmışdır.

4. İddiaçının 21.02.2020-ci il tarixli ərizəsinə əsasən "xxxx" MMC 6.125,41 manat məbləğin qaytarılması barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət etmişdir.

5. Vergi orqanında olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus 07.04.2017-ci il tarixdən sonra 8.795,71 manat məbləğində elektron vergi hesab fakturaları əldə edilmiş və yaranmış kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən vergi ödəyicisinə 16.03.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir.

6. İddiaçının 24.04.2020-ci il tarixli təkrar müraciətinə əsasən ödəyici 6.125,41 manat məbləğin geri qaytarılmasını tələb etmiş və 24.08.2020-ci il tarixli cavab məktubunda MMC tərəfindən təqdim edilmiş 09.04.2020-ci il tarixli ərizədə artıq ödəmənin yaranma səbəbi kimi müəssisənin fəaliyyətinin dayandırılması və vergi məbləğinin düzgün hesablanmaması bildirilmişdir. Buna səbəb kimi vergi ödəyicisi tərəfindən 20.022017-ci il tarixdə ödənilmiş 7.450,00 manat məbləğin 17.02.2017-ci il tarixdə təqdim edilmiş 20 17-ci ilin yanvar ayı üçün cari “Əlavə dəyər vergisi bəyannaməsi” üzrə (8.237,53 manat ƏDV) yaranmış öhdəlik ilə əvəzləşdirilməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC məhkəməyə müraciət edərək iddiaçı tərəfindən vergilər üzrə ödənilmiş 6.125,41 manat artıq ödəmənin qaytarılması barədə müvafiq qaydada rəy tərtib edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi, İddiaçı MMC-nin artıq vergi ödənişinin geri qaytarılması ilə bağlı ilkin ərizəni vergi orqanına verdiyi tarixdən, yəni 09.04.2020-ci il tarixindən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 6.125,41 manat pulun 0,1 faizi məbləğində faizin İddiaçı MMC-yə ödənilməsi öhdəlyinin cavabdeh Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC fəaliyyət göstərdiyi dövr ərzində hər ay vaxtı-vaxtında vergi hesabatını vermiş və vergiləri ödəmişdir. 2017-ci ilin aprel ayından İddiaçı MMC-nin fəaliyyəti öz ərizəsinə əsasən rəsmi olaraq dayandırılmışdır. MMC-nin fəaliyyəti dayandırılmamışdan əvvəl onun əldə etdiyi gəlirləri ilə bağlı mənfəət vergisinin hesablanması üçün qaimə-faktura və təhvil-təslim aktı formasında Vergilər Nazirliyinin müvafiq orqanına hesabat təqdim edilmişdir. Lakin həmin hesabat eqaimə formasında təqdim edilmədiyi üçün vergi orqanı onu qəbul etməmiş və nəticədə İddiaçı MMC-yə əsassız olaraq kameral yoxlamada n sonra 7.535,72 manat vergi borcu hesablamışdır. Hesablanmış artıq vergi borcunun azaldılması üçün 05.07.2019-cu il tarixdə MMC tərəfindən Vergilər Nazirliyinə inzibati icraat qaydasında müraciət edilmişdir. Bu müraciətdən sonra Vergilər Nazirliyi qeyd olunan məsələni araşdıraraq şəxsi vərəqəyə azalma vermiş və nəticədə vergilər üzrə 6.125,41 manat artıq ödəniş yaranmışdır (04.10.2019-cu il tarixli **********210200 nömrəli qərar). Bundan sonra, MMC tərəfindən dəfələrlə Vergilər Nazirliyinə vergilər üzrə artıq ödənilmiş 6.125,41 manat məbləğində pulun geri qaytarılmasına dair ərizə verilsə də, həmin qurum yaranmış artıq vergi ödənişini MMC-yə geri qaytarmamışdır. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri q aytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən isə vergi orqanının vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vəzifəsi vardır. Həmin Məcəllənin 69.3-cü maddəsində qeyd edilmişdir ki, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü d ə daxil olmaqla) ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Yaranmış artıq vergi ödənişinin geri qaytarılması ilə bağlı ilkin ərizə 09.04.2020-ci il tarixdə təqdim edilmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, "xxxx" MMC 6.125,41 manat məbləğin qaytarılması barədə 21.02.2020-ci il tarixli ərizəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi orqanında olan uçot baza məlumatlarına əsasən 07.04.2017-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, həmin tarixdən sonra 8.795,71 manat məbləğində elektron vergi hesab fakturaları əldə edilmiş və yaranmış kənarlaşma ilə bağlı vergi or qanı tərəfindən vergi ödəyicisinə 16.03.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlar MMC-nin vergidən yayınma halları kimi qiymətləndirilərək kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin təqdim edilməsi ondan tələb olunmuşdur. Ödəyici 24.04.2020-ci il tarixli təkrar müraciəti ilə 6.125,41 manat məbləğin geri qaytarılmasını tələb etmiş və 24.08.2020-ci il tarixli cavab məktubunda MMC tərəfindən təqdim edilmiş 09.04.2020-ci il tarixli ərizədə artıq ödəmənin yaranma səbəbində müəssisənin fəaliyyətinin dayandırılması və vergi məbləğinin düzgün hesablanmaması bildirilmiş, lakin araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 20.02.2017-ci il tarixdə ödənilmiş 7.450,00 manat məbləğ 17.02.2017-ci il tarixdə təqdim edilmiş 2 017-ci ilin yanvar ayı üçün cari “Əlavə dəyər vergisi bəyannaməsi” üzrə (8.237,53 manat ƏDV) yaranmış öhdəlik ilə əvəzləşdirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 177.1.2 və 177.1.3-cü maddələrinə əsasən vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. 08.06.2020-ci il tarixli, 09.06.2020-ci il tarixli və 23.06.2020-ci il məktublara cavab olaraq 30.06.2020-ci il tarixli və nömrəli 02.06.2020-ci il tarixli müraciətlərlə bağlı vergi ödəyicisinə müvafiq olaraq eyni məzmunlu cavabların göndərilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Nazirlər Kabinetinin 16.07.2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2001-ci il 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən isə artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2021 nömrəli 24.05.2021-ci il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmiş, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 6.125,41 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənimiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazdan məlum olur ki, vergi ödəyicisi olan hazırkı iddiaçının 6.125,41 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcuddur. Bu halı cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında iddia ərizəsində göstərilənləri, o cümlədən hesablanmış vergi borcunun şikayət əsasında yuxarı vergi orqanı tərəfindən ləğv edilməsini təkzib etməməsi də təsdiqləyir. Cavabdehin imtinası formal mülahizələrə əsaslanır. İddianın ikinci hissəsi, yəni “artıq ödənilmiş məbləğin qaytarılmasında gecikdirilmiş müddət üzrə faiz məbləğinin ödənilməsi” hissəsi iddianın birinci hissəsindən asılı və törəmədir. İddiaçının artıq ödədiyi məbləğ qanunvericilikdə nəzərdə tutulmuş minimum müddət (45 gün) ərzində qaytarılmadığından, iddiaçıya məbləğin qaytarılmasında gecikdirilmiş günlər üzrə 0,1 faiz əlavə məbləğ ödənilməlidir.

12. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 21(103)-2293/2021 nömrəli qərarına əsasən (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1857/2021 nömrəli 24.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-2293/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iddiaçı yaranmış kənarlaşmalarla bağlı Baş İdarəyə məlumat təqdim etmədiyindən rəyin verilməsi mümkün olmamışdır. İddiaçının hərəkətsizliyi səbəbindən vergi orqanı qanunvericiliklə müəyyən edilmiş hərəkətləri edə bilməmişdir. Yəni, iddiaçı tərəfindən cavabdeh orqana məlumat təqdim edilmədiyindən rəy verilməsi mümkün olmamışdır.

17. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. Bununla da məhkəmə tərəfindən İPM-in 12.1, 58.7, 69.4-cü maddələrinin tələbləri pozulmuşdu r. Məhkəmə tərəfindən həmin normaların tətbiq edilməməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın işin hallarına düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

18. Avropa Məhkəməsinin Avropa Konvensiyasına istinadən formalaşdırdığı hüquqi mövqe, hüquqi presedent ondan ibarətdir ki, məhkəmə araşdırmasının vacib şərtlərindən biri və məhkəmə araşdırmasına olan vacib tələblərdən biri məhz ədalətlilikdir. Bu şərtin pozulması və ya bu şərtlə bağlı hər hansı nöqsana yol verilməsi mübahisə üzrə obyektiv həqiqətin müəyyən olunmasını istisna edərək məhkəmənin həqiqi məzmununa və təbiətinə zidd davranış olmaqla birbaşa Konstitusiyanın 6-cı maddəsinin 1-ci bəndinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqlarının pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Vergi Məcəlləsi Maddə

15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: (-) 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; (-) Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: (-) 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyy ə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; (-) Maddə

59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər (-) 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edil ən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Maddə

85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi (-) 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. (-) Maddə

87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması (-) 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğl əri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. (-) 21. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” (Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmişdir)

3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlav ə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. (-)

4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatların ın səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və ( və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; (-) 4.2. Vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (-) 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tə rtib edirlər.

6. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir 6.2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödən ilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. (-) 22. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar is tisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. (-) Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-)

23. İnzibati Prose ssual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Məhkəmə qərarı bütövlükdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı MMC tərəfindən vergilər üzrə 6.125,41 manat artıq ödəniş edilmişdir.

27. Cavabdeh kassasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçının hərəkətsizliyi səbəbindən vergi orqanı qanunvericiliklə müəyyən edilmiş hərəkətləri edə bilməmişdir.

28. Göründüyü kimi, cavabdeh özü də hesablanmış vergi borcunun şikayət əsasında yuxarı vergi orqanı tərəfindən ləğv edilməsini təkzib etmir. Cavabdeh imtinasını “İnzibati icraat haqqında” Qanunun hazırkı qərarın 22-ci bəndində göstərilən normaların tələbinə uyğun əsaslandıra bilməmiş, formal mülahizələrə istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

29. Halbuki, hazırkı qəra rın 20-ci bəndində göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.

30. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.

31. Odur ki, apellyasiya instansiyası mə hkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-2293/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 21(103)-2293/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar