Məhkəmə qərarları › İş №2-1(102)-236/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-236/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-236/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək kitabçasında qeyd edilən ayrı-ayrı illər sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (1.6.1959-cu il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialına qarşı “xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2022-ci tarixli, 2-1(105)-528/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli ИТ № ******* saylı əmək kitabçasında olan məlumatlara əsasən, o, xx.xx.1978- xx.xx.1979-cu illərdə Sumqayıt şəhər 85 saylı Peşə məktəbində oxumuş, xx.xx.1979-cu il də Sumqayıt Üst Trikotaj Fabrikində əmək fəaliyyətinə başlamış və xx.xx.2002-ci il tarixədək həmin müəssisədə, xx.xx.2005xx.xx.2005-ci illərdə isə “Sumqayıt Çörək” ATSC-də çalışmışdır.

2. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən iş stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 16 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə il məhkəməyə müraciət edərək “xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional ərazi filialı ilə əvəz edilmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlüdür. Əmək pensiyasının təyin olunması məqsədi ilə xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun əmək stajının yetərli olmadığını əsas götürərək əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edir. Belə ki, o, xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək Sumqayıt Üst Geyimləri Tikiş fabrikində müxtəlif vəzifələrdə işləmişdir. Bu barədə müvafiq olaraq əmək kitabçasında qeydlər aparılmışdır. Həmin müəssisənin mülkiyyətçisi dəfələrlə dəyişmiş və özəlləşdirilmişdir. Bütün bu dəyişikliklər zamanı sənədlərin, o cümlədən arxiv sənədlərinin təhvil-təslim prosesi həyata keçirilməmişdir. Bu səbəbdən bütün arxiv sənədləri itmişdir. Amma iddiaçının əmək kitabçası ilə onun həmin dövrdə göstərilən müəssisədə işləməsi təsdiq edilir.

7. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş məhkəmənin sorğusuna əsasən verilmiş 237 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayı t “Üst Trikotaj” fabrikinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı iş stajı və əmək haqqı barədə məlumat verilməsi mümkün olmamışdır.

8. İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 59 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X2 xx.xx.1974-cü ildə 54 nömrəli əmrlə müvəqqəti olaraq azyaşlı kimi İsmayıllı rayon Keyvəndi kənd Ə.Bayramov adına sovxoza fəhlə qəbul olmuş,xx.xx.1978-ci ildə işdən azad edilmişdir (əmək haqqı cədvəli əlavə edilmişdir).

9. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-216/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.E.Əzizova).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işə qəbul edildiyi Sumqayıt Ü st Trikotaj Fabrikinin bazasında xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-nin yaradıldığı müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydin üstünə "xxxx"nin möhürü vurulmuşdur. Müəssisənin adının və ya mülkiyyətçisinin dəyişdirilməsi barədə hər hansı qeyd aparılmamışdır. İddiaçıya aid əmək kitabçasında onun xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 68-ci maddəsinin 2a bəndi ilə öz xahişinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi xx.xx.1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.1999-cu ildən qüvvədən düşməsi müvafiq qanunla təsdiq edilmiş, həmçinin qüvvədə olan Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmə k müqaviləsinə xitam verilməsinin əsaslarında “öz xahişi ilə” işdən azad edilmə əsası yoxdur. Bundan başqa iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən əmrlər və əmək haqqı cədvəlləri arxiv sənədlərində aşkar edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir..

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və Z.T. Məmmədov) 4 oktyabr 2022-ci il tarixli, 2-1(105)-528/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)-216/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətinə əsasən, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavab deh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Sumqayıt Üst Trikotaj fabriki olan işçilərin siyahısında X1 adı da qeyd edilmişdir. İddiaçının işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 01 il 02 ay 27 gün təşkil edir. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.2002-ci il tarixədək onun Sumqayıt Üst Trikotaj Fabrikində işlədiyi qeyd edilsə də, müəssisə tərəfi ndən arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş işlərinin inventarlaşdırılması üzrə Mərkəzi Filialda saxlanılan hüquqi şəxslərin MDSS üzrə hesabatlarında Sumqayıt Üst Trikotaj Fabrikinin hesabatları aşkar olunmadığı üçün müəssisənin həmin dövrdə fəaliyyətinin olub-olmaması, məcburi dövlət sosial sığorta haqlarının ödəyib-ödəməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda qüvvədə olan və mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəss isənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********766200 nömrəli məktubunda Sumqayıt şəhəri Üst Trikotaj Fabrikinin xx.xx.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı qeyd olunmuşdur.

16. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2,7, 21.1 və 37.3.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulm uş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən a z olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti... Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (Qüvvədən düşmüş) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə ə mək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti... 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbayca n Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıq dan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhk əmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. İddiaçı əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən xahiş etmişdir.

31. Cavabdehin şikayətinin dəlillərinə görə xx.xx.1979-cu ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zamanı arxiv sənədlərinin təqdim edilməməsi səbəbindən iş stajının yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır.

32. İddiaçının 1 iyun 1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşının tamam olduğu 1 iyun 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

33. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.

34. Cavabdehin mübahisələndirdiyi iş dövrlərinə gəldikdə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək işlədiyi müəssisənin arxiv sənədlərinin olmaması iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin iş dövrü mübahisələndirilməli deyil.

35. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

36. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiq ətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2022-ci tarixli, 2-1(105)-528/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar