Məhkəmə qərarları › İş №2-1(102)-2360/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2360/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2360/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-2305/2023 nömrəli qərardadından cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin struktur qurumu olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135.10-cu maddəsinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilib, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135.1-ci maddəsi ilə (öz xahişi ilə) xidmətdən xaric edilməsi ilə bağlı əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) e-2-1(112)-6991/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6991/2023 saylı işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə aidiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 14 iyun 2023- cü il tarixli, 21(103)-2305/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə baxılması üçün Naxçıvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

6. Kassasiya şikayətinin dəlillərinə əsasən qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir.

7. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli 50 nömrəli əmr Naxçıvan Mux tar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmişdir. “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarının 5-ci bəndində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi inzibati qurum kimi göstərilmişdir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

9. Belə olan halda, aidiyyət qaydalarına uyğun olaraq hazırkı mübahisəyə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində baxılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmam asını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı: Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası

15. Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 15.9. Bakı şəhəri Sabunçu rayonu; 12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

13. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edi lən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri baxımından işin ərazi aidiyyəti ilə bağlı apellyasiya məhkəməsi məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

20. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd olunmasını zəruri hesab edir.

21. İşin araşdırılmış hallarına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünva nında müvəqqəti qeydiyyatdadır.

22. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, cavabdeh orqan səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaçının yaşayış yeri isə Bakı şəhəri Sabunçu rayonu olduğundan və Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırkı inzibati mübahisəyə yuxarıda istinad edilən normaların tələblərinə əsasən ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hazırki qərarın 11-13-cü bəndlərində qeyd olunan hüquq normalarının tələblərinə uyğundur.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddiaya cavab verməli i nzibati orqanın Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi olması mübahisəsizdir. Belə ki, mübahisələndirilən inzibati akt Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmişdir. Qanunverici iddianın kimə qarşı irəli sürülməsi, iddia tələbi üzrə kimin cavabdeh kimi göstərilməsi məsələsinin həllini iddiaçının mülahizəsindən asılı etmişdir. Belə ki, qanunvericiliyin (MPM-n 54.1-ci maddəsi) tələbinə görə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi yalnız iddiaçının yazılı razılığı olduqda mümkündür. Hazırkı işdə nə qədər ki, belə əvəzetmə bas verməmişdir və iddia ərizəsində iddiaçının iradəsinə uyğun olaraq cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi göstərilmişdir, apellyasiya instansiyası məhkəməsinin mübahisənin ərazi aidiyyə ti bağlı ilə gəldiyi nəticə İPM-in 8.1.2-ci maddəsinin 2-ci cümləsinə uyğundur.

25. Qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə cavabdehin (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) iddiaya cavab verməli olan əsl cavabdeh ilə (Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi) əvəz edilməsilə bağlı İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edildiyi halda, hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə İPM-in 8.1.2-ci maddəsinin 1-ci cümələsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində, iddiaçı cavabdehin əvəz edil məsinə razılaşmadıqda, beləliklə də hazırkı cavabdeh əsl cavabdehlə əvəz edilmədikdə isə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(103)-2305/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar