Məhkəmə qərarları › İş №2-1(102)-2361/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2361/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2361/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: normativ müddətin tələbinə əməl edilməməsi əsaslı ilə diplomun tanınmasından imtina GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplomun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi» tələ binə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-432/2019 saylı 13 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 30 oktyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2017-ci il tarixli, B17 seriyalı xxxx saylı diplomla “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə “bakalavr” dərəcəsini almış və ona "beynəlxalq iqtisadiyyat" ixtisası verilmişdir. Qeyd edilən diplom 04 sentyabr 2017-ci ildə Novosod Q.l, Ukrayna Təhsil və Elm Nazirliyi idarə rəisi tərəfindən təsdiq edilmişdir. İddiaçının qiyabi form ada oxuduğu müddətdə təhsil aldığı fənlərin adları və həmin fənlərdən topladığı qiymətlər Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən diploma əlavədə qeyd edilmişdir. İddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün ərizə ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, sonuncunun 23-04316/ANİ saylı, 25.05.2018-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəh adətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün əsasdır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan ali təhsil sənədlərinin araşdırılması zamanı iddiaçı ixtisasın mənimsənilməsi üçün həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğu müəyyən edilmişdir. İmtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ukrayna Respub likasının V.N.Karazin adına Xarkov Dövlət Universiteti tərəfindən verilmiş 12.07.2017-ci il tarixli B17 xxxx saylı bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Ukrayna Respublikası Prezidentinin 2003-cü il tarixli fərmanına əsasən, yüksək özünüidarə statuslu dövlət ali tədris müəssisəsi olan və 2010-cu ildən etibarən Ukrayna Respublikasının Nazirlər Kabinetinin qərarı ilə "elmi-tədqiqat" statusu verilmiş V.N.Karazin adına Xarkov Dövlət Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş və 2017-ci ildə həmin Universiteti müvəffəqiyyətlə bitir mişdir. Təhsilinin yekunu üzrə ona "Beynəlxalq iqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülməsi barədə 12.07.2017-ci il tarixli B17 № xxxx saylı bakalavr diplomu və 12.07.2017-ci il tarixli № xxxx saylı bakalavr diplomuna əlavə təqdim edilmişdir. Bundan sonra, diplomun Azərbaycan Respublikasında tanınması üçün 30.11.2017-ci il tarixində Təhsil Nazirliyinə elektron qaydada müraciət etmiş və 05.12.2017-ci il tarixində ərizəsi icraata qəbul edilmiş, daha sonra Təhsil Nazirliyi tərəfindən 07.12.2018-ci il tarixində sərhəd xidmətinə, 12.01.2018-ci il tarixində ali məktəbə sorğu göndərilmiş və müvafiq olaraq 22.01.2018 və 15.01.2018-ci il tarixlərində sorğulara cavab alınmışdır. Daha sonra 22.01.2018-ci il tarixində tələb olunan ödəniş qəbzini sistemə yüklədikdən sonra sənədlər ekspertizaya təqdim edilmişdir. Bundan sonra, 07.03.2018-ci il tarixində, saat 10:00-da müsabiqə mərhələsinə dəvət edilmiş, 12.03.2017-ci il tarixində üç ekspert rəyi ilə müsabiqədən keçmiş, bu tarixi xronologiya elektron kabinetdə əks olunan bildiriş və məlumatlarla öz təsdiqini tapmışdır. Müsabiqə zamanı iddiaçıya rus və ingilis dillərində verilən suallara müvəffəqiyyətlə cavab vermiş, ixtisası ilə bağlı olan və faktiki işlədiyi sahələrlə bağlı verdiyi cavablardan komissiya üzvləri məmnun qalmış və bunu imtahan zamanı bildirmişlər. Lakin bundan sonra qəribə hadisələr baş vermiş, belə ki, 07.03.2018-ci il tarixində müsabiqədə olmasına və 12.03.2018-ci il tarixində ekspertlərin rəyinin açıqlanmasına baxmayaraq diplomun tanınması barədə şəhadətnamə göndərilməmişdir. Bir neçə dəfə telefonla Təhsil Nazirliyinə müraciət etdikdən sonra onun müsabiqədən keçmədiyi bildirilmişdir. Daha sonra isə 11.06.2018-ci il tarixində - müsabiqədən 3 ay sonra Nazirlik tərəfindən məktub göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi 25.05.2018-ci il tarixli 23-04-316/ANİ saylı məktubu ilə 05.12.2017-ci il tarixli elektron müraciətə baxmış və diplomun tanınmasından imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi onun həmin ölkədə, yəni Ukraynada daha az müddətdə olması, buna əsasən də tədris yükünün yerinə yetirməsinin qeyri - mümkün olması ilə əsaslandırmış, hüquqi əsas kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmas ı və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7 və 3.6-cı bəndlərinə istinad etmişdir. Cavabdehin mövqeyinə görə, iddiaçı Ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət etməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, diplomun tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. İmtina qanuni və əsaslıdır. Belə ki, ekspert rəyində Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Dövl ət Universitetinin normativi üzrə orada təhsilalmaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsinin qeyri - mümkün olduğu müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı 4 il 6 ay - 5 il əvəzinə 4 il qiyabi qaydada ali təhsil almışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3272/2018 saylı 16 oktyabr 2018ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Tağıyev) iddia təmin edilmiş, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin iddiaçının adına verilmiş 12.07.2017-ci il tarixli, B17 xxxx saylı diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi c avabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-432/2019 saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3272/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması üçün heç bir təşəbbüs göstərməmiş, iddianı təmin edərkən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təhsil alan şəxsin (tələbənin) bitirdiyi təhsil müəssisəsinin yerləşdiyi ölkə ərazisinə gedib-gəlişinin yoxlanılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı bir səlahiyyətin nəzərdə tutulmadığını göstərməklə kifayətlənərək, imtinanın əsasını təşkil edən hər hansı bir sübutu sorğu etməmiş, araşdırmamışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-432/2019 saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kass asiya şikayətinin dəlilləri: Kassasiya şikayətinə əsasən, apelyasiya instansiyasında icraat zamanı işin faktiki halları düzgün araşdırılmamış, qərar qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və müvafiq olaraq da qərar düzgün əsaslandırılmamışdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsinə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehin imtinasinda istinad etdiyi "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinin tələblərini nəzərə almamış və cavabdeh tərəfindən həmin tələblərə riayət edilmədiyinə qiymət verməmişdir. Belə ki, göstərilən Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri ü zrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Yəni, Qaydaların 3.6-ci bəndində göstərilənlərin hər hansı biri üzrə mənfi rəy alındığı hal mövcud olduqda ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün imtinaya əsas ola bilər. Cavabdeh isə 3.6-cı bəndin "təhsil sahəsində ixtisasın tanınması barədə" hissəsi üzrə mənfi rəy verərək diplomu tanımaqdan imtina etmişdir. Halbuki, 3.7-ci bənddə mənfi rəy verilən hallar arasında cavabdehin istinad edə biləcəyi bir hal mövcud deyil. Daha sonra qeyd edilir ki, inzibati orqan - cavabdeh tərəfindən diploma əlavədə göstərilən təhsil müddətinin düzgün qiymətləndirilməməsinə və təhsil müddətinin Azərbaycan Respublikasında tətbiq edilən "kredit sistemi ilə təhsil" qaydasına ekvivalent formada hesablanma aparılmamasına münasibət bildirməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə onun (iddiaçının) "krediti sistemi" ilə təhsil aldığı qeyd edilsə də, məhkəmə kollegiyası mövcud olan qanunvericilik aktlarını düzgün tətbiq etməyərək qərarını düzgün əsaslandırmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil müddəti ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaratdığını göstərərək 16 mart 2000-ci il tarixli "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" Sa zişin 5-ci maddəsinə istinad etsə də, Azərbaycan Respublikasında mövcud təhsil sisteminin ekvivalentlik həddini müəyyən etməmişdir. İnzibati məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-432/2019 saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və işə təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilmədən, apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLAND İRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üç ün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.(maddə 27.1, 27.4, 29.0, 29.0.21, 42.2) Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, 01.03.2005-ci il tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) həyata keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası mə qsədilə hazırlanmışdır. Qaydaların: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsas ında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. - 3.3.-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri, öyrənilmiş fən lərin həcmi - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aş ağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Bundan əlavə, 16 mart 2000-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabinet i arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələnin həlli zamanı həmin Sazişin 5-ci maddəsinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil müddəti ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarını n tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Həmçinin iş materiallarında olan apostil olunmuş iddiaçının təhsil sənədlərindən görünür ki, Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2017-ci il tarixli B17 seriyalı, xxxx saylı diploma əsasən İddiaçı “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə “bakalavr” dərəcəsini almış və ona "beynəlxalq iqtisadiyyat" ixtisası verilmişdir. Qeyd edilən diplom 04 sentyabr 2017-ci ildə Novosod Q.l, Ukrayna Təhsil və Elm Nazirliyi idarə rəisi tərəfindən təsdiq edilmişdir. İddiaçının qiyabi formada oxuduğu müddətdə təhsil aldığı fənlərin adları və həmin fənlərdən topladığı qiymətlər Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən diplo ma əlavədə qeyd edilmişdir. Bakalavr diplomuna əlavədən görünür ki, iddiaçı Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinə daxil olmuş “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə “bakalavr” dərəcəsini almışdır. Təhsil Ukrayna dilində aparılmış, qiyabi təhsil forması üzrə proqramın rəsmi müddəti 4 il müəyyən edilmişdir. Diploma əlavənin 4.3-cü bəndində təhsil komponentləri və təhsilin nəticələri haqqında ətraflı məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və avropa kredit tranş toplayıcı sistem üzrə ballar, diploma əlavənin 4-cü bəndində fənlərin adı, ECTS kreditləri, ballar milli şkala üzrə qiymətlər və EKTC reytinqi üzrə göstəricilər ətraflı şərh edilmişdir. İddiaçı tərəfindən sözügedən ali təhsil müəssisəsində bakalavr pilləsi üzrə 4 il müddətində 55 fənnin tədris edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən verilmiş Ukrayna Respublikasının ərazisinə keçmə faktları barədə sərhədkeçmə haqqında hesabatdan görünür ki, iddiaçı təhsil dövründə qısa müddətlərdə həmin ölkədə olmuşdur. Belə ki, iddiaçı təhsil aldığı müddət ərzində, 2013-2014-cü il tədris ilində 10 gün, 20142015-ci il tədris ilində 15 gün, 2015-2016-cı il tədris ilində 22 gün, 2016- 2017-ci il tədris ilində 27 gün Ukrayna Respublikasında olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Eyni zamanda iddiaçı tədris dilinin rus dili olmasını bildirsə də, iş materiallarına əlavə edilmiş iddiaçıya verilmiş diplom əlavəsində tədris dilinin “ukrayna” dili olduğu göstərilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.3-cü maddəsinə görə, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən v ə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-432/2019 saylı iş üzrə 13 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar