Məhkəmə qərarları › İş №2-1(102)-2361/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2361/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2361/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia mümkünlük, müddət. ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Rəsulbəyova Nigar İmran qızı ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının C avabdeh qarşı artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-652/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh xx.xx.2021-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək həyat yoldaşı X1 xx.xx.2019-cu il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin onun özünə ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən 5244 manat məbləğində pul vəsaiti mərhuma məxsus kart hesabından götürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 5244,48 (beş min iki yüz qırx dörd manat, qırx səkkiz qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X3 dəfn müa vinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 5244,48 manat məbləğindən çıxılmış, qalan 4644,48 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir.İddaiçı tərəfindən Cavabdeh yaranmış 4644,48 manat borcu, Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə müraciət edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(118)-2497/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edilə bilər.

7. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-652/2022 saylı, ( hakimlər F.Məmmədov - məruzəçi, H.Babayeva və Z.Məmmədov ) qərardadla apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür və bu müddətin bərpası ilə bağlı ərizə təqdim edilməmişdir.

10. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini və təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Ka ssasiya şikayətinin dəlillərinə əsasən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının Cavabdeh qarşı "artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (118/2497/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin iddiaçının vermiş olduğu apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Məhkəmə buna əsas kimi sözügedən qərardadın xx.xx.2022-ci il tarixli müşayiətedic i məktubla birgə göndərilməsi və iddiaçının xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul etməsi, şikayət vermə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi, şikayətin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmasını göstərmişdir. Məhkəmə öz qərardadında da onu da qeyd etmişdir ki, verilmiş şikayət əvvəlcə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonradan həmin məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra Sumqayıt İnzibati Məhkəməsinə verilmişdir. Lakin ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin yardım etmək vəzifəsi olduğu halda müddətin bərpasına dair ərizənin verilməsi və ya poçt qəbzinin təqdim edilməsinə dair hər hansı bidiriş verməmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.3.-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin məktub əvvəl Bakı İnzibati Məhkəməsinə, ondan sonra Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda iddiaçının səhvi hesab edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən idd iaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və ya inzibati işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.

13. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

20. Təqdimetmə 20.1. Müd dətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzə rdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsas landırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apell yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 14.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 15.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətindəki dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən qərardadın surəti 04 avqust 2022-ci il tarixli müşayiətedici məktubla iddiaçıya göndərilmiş və iddiaçının ünvanına (Bakı şəhəri, Z.Bünaydov prospekti 43) göndərilmiş məktub 10 avqust 2022-ci il tarixdə təqdim edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, qərardad iddiaçıya rəsmi qaydada təqdim edildiyindən şikayətin verilmə müddəti qərardadın iddiaçıya təqdim edildiyi vaxtda n hesablanmalıdır.

19. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt İnzibati Məhkəməsinə 29 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Halbuki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 19 avqust 2022-ci il tarixdə bitmişdir.

20. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti 16 avqust 2022ci il tarixdə Bakı İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra apellyasiya şikayəti Sumqayıt İnzibati Məhkəməsinə verilmişdir.

21. Eyni zamanda apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci mad dəsinin “müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir” müddəasına doğru olaraq istinad etməklə, müəyyən etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır.

22. Bununla yanaşı apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadında göstərmişdir ki, apellyasiya şikayətinin mümkünlüyünə baxılması barədə məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunsa da, həmçinin prosessual müddətin bərpa olunması barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməm iş, məhkəmə qərardadından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni də məhkəməyə təqdim etməmişdir.

23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada təqdim edildiyindən, yəni qərardad iddiaçının hüquqi ünvanına göndərildiyindən və həmin ünvanda qərardad rəsmi qaydada təqdim edildiyindən, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyündən və bu müddətin bərpası ilə bağlı ərizə təqdim edilmədiyindən, iddiaçının apellyasiya şikayətinin mümkün sayılmaması və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

24. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, “apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin yardım etmək vəzifəsi olduğu halda müddətin bərpasına dair ərizənin verilməsi və ya poçt qəbzinin təqdim edilməsinə dair hər hansı bildiriş verməmişdir”

25. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız hesab edir.

26. Belə ki, işin 31-32-ci səhifələrində olan iddiaçıya ünvanlanmış apellyasiya məhkəməsində iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılmasının 20 sentyabr 2022-ci il tarixdə baxılacağı barədə xx.xx.2022-ci il tarixli bildirişdə iddiaçıya şikayət verilməsi üçün İPM-nin 85.1-ci maddəsində müəy yən edilmiş 10 günlük prosessual müddətin iddiaçı tərəfindən buraxılması iddiaçının diqqətinə çatdırılmaqla buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin və həmin müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi və iddiaçının məhkəmədə iştirakının təmin edilməsi təklif olunsa da (bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmişdir – iş səh 35), iddiaçı öz nümayəndəsini apellyasiya məhkəməsinə göndərməmiş və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etməmişdir.

27. İddiaçının kassasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, onun özünün kassasiya şikayətində yazdığı kimi “iddiaçı tərəfində verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin məktub əvvəl Bakı İnzibati məhkəməsinə, ondan sonra Sum qayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda iddiaçının səhvi hesab edilə bilməz”.

28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilidə əsassızdır.

29. Belə ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində yazdığı kimi, “ iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin məktub əvvəl Bakı İnzibati məhkəməsinə ondan sonra Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir”, dəlili ilə bağlı qeyd edirki, həmin məsələnin texniki səhvin nəticəsi olaraq qiymətləndirilsə də apellyasiya şikayəti Sumqayıt məhkəməsinə daxil olduqda artıq prosessual müddət bitmişdir, məhz buna görə apellyasiya məhkəməsi İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş “məhkəmənin yardım etmək” vəzifəsini yerinə yetirərək, yuxarıda göstərilmiş bildirişlə, iddiaçıya bura xılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməsini təklif etmiş, lakin iddiaçı bu barədə heç bir ərizə verməmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadında, iddiaçının iddiasının mümkün sayılmamasına dair nəticəyə gələrkən göstərmişdir ki, “Nəzərə alınmalıdır ki, inzibati orqanların iddiaçı qismində iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulur. Qeyd olunan Məcəllənin müvafiq fəsilləridə iddiaçı qismində inzibati orqanların cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi nəzərədə tutulmayıb. Hesab olunur ki, inzibati orqanların fiziki şəxslərə qarşı əmlak tələbi i lə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır.”

31. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sözügedən qənaəti yanlışdır, belə ki, İnzibati Prosessual Məcəllədən və məhkəmə təcrübəsindən göründüyü kimi bu növdən olan iddialara İnzibati Prosessual Məcəlləsinin müddəaları tətbiq edilməklə, inzibati məhkəmələrində baxılır.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 20.09 2022-ci il tarixli qərardadı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022ci il tarixli, 2-1(105)-652/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar