Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2362/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2362/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı tərəfindən Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-140/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XXX qəsəbəsində XXX ərazisində mövcud bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 mart 1995-ci il tarixli, 807 saylı sərəncamı ilə “Köhnə bağ” sahələrinin onun adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. İddiaçı daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması barədə 18 may 2018-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə 07 iyun 2018-ci il tarixdə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2-1(81)3254/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh imtinanın əsası olaraq mübahisəli torpaq sahəsinin ölçüsünün göstərilmədiyini qeyd etsə də, Səbail rayon İcra Hakimiyyəti başçısının 807 saylı, 11 mart 1995-ci il tarixli sərəncam ına əlavə edilmiş plan-cizgidən iddiaçıya məxsus torpaq sahəsinin ölçülərinin göstərildiyi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)140-2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüqu qlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İdiaçıya ayrılan torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və konfiqurasiya dəyişikliyi, sərəncamda torpaq sahəsinin ölçüləri göstərilmədiyi halda, “bağ sahəsinin” yerləşmə cizgisində 1200 kv.m olması göstərilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi bununla bağlı lazımi araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respu blikası Qanunun 2.1, 2.2, 4.1, 8, 9.1, 23, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddianın əsaslarını təşkil etmiş halları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, apellyasiya məhkəməsi yalnız cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatına və ekspertiza rəyinə istinad etməklə düzgün olmayan nəticəyə gəlmiş, lakin gəldiyi nəticənin han sı mötəbər sübutlara söykəndiyini əsaslandırmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi iddianı və onun əsaslandığı hüquqi aktları rədd etmək üçün hər hansı bir dəlil göstərməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 92, 4.1, 68.1, 68.2, 69.4, 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi r. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 18 may 2018-ci il tarixli, 1380 saylı arxiv arayışının surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli 807 saylı sərəncamı ilə XXX qəsəbəsində fərdi ev tikmək üçün XXX ərazisində torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 saylı 27 mart 1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti Başçısının XXX qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə istinad edərək İddiaçı ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti 11 mart 1995-ci il tarixli 807 s aylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail RİH Başçısının XXX qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmişdir. Həmin cizgiyə əsasən torpağın yerləşmə yerinin XXX qəsəbəsi, bağ sahəsinin isə 1200 kv.metr olduğu müəyyən edilir. Apellyasiya məhkəməsinə Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 23 may 2018-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, mübahisəli torpaq sahəsinə texniki baxış keçirilərkən məlum olmuşdur ki, XXX şossesindən 20 metr aralıqda yerləşən faktiki 1200 kv.metr torpaq sahəsinin sərhədləri dörd tərəfdən mərz nişanı ilə göstərilmiş, torpaq sahəsi üzərində tikili mövcud deyil, torpaq sahəsinin ayrılması barədə sərəncamda torp aq sahəsinin ölçüsü göstərilməmiş, həmin sərəncam əsasında tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 saylı sərəncamı ilə XXX qəsəbəsində fərdi ev tikmək üçün XXX ərazisində torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 saylı, 27 mart 1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti Başçısının XXX qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə istinad edərək İddiaçı ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti 11 mart 1995-ci il tarixli, 807 saylı sərəncamına əsasən iddiaçıya ayrılması göstərilsə də, sərəncamda və cizgidə torpaq sahəsini dəqiq ölçüləri öz əksini tapmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsa slarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sərəncam onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün əsas olmadığından, cavabdehin imtinası qanunauyğundur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi yalnız cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatına və ekspertiza rəyinə istinad etməklə düzgün olmayan nəticəyə gəlmiş, lakin gəldiyi nəticənin hansı mötəbər sübutlara söykəndiyini əsaslandırmamış, iddianı və onun əsaslandığı hüquqi aktları rədd etmək üçün hər hansı bir dəlil göstərməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanu n): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəaların tələbindən göründüyü kimi, bir halda icra hakimiyyəti tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə dair qəbul olunmuş aktlar, digər halda isə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı rayon icra hakimiyyəti başçısının sərəncamını təqdim etməklə bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Yəni iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahəsi kimi “bağ sahəsi” ifadəsindən istifadə etsə də, mahiyyətcə torpaq sahəsi üzərində ic ra hakimiyyəti tərəfindən qəbul olunmuş sərəncamı hüququn qeydə alınmasının əsasına istinad etmişdir. Qeyd edilmiş Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edi lmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. İddiaçının istinad etdiyi sərancama hüquqi qiymət vermək məqsədilə məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı müddəalarının tətbiq olunması barədə bildirir. Sərəncamın 11 mart 1995-ci ildə qəbul olunduğu nəzərə alınmaqla, zamana görə qüvvədə olmuş 1991-ci il tarixli redaksiyada ol an Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini (...) vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; - 23-maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir; - 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bununla yanaşı, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində, habelə tikinti, mənzil-kommunal təsərrüfatı və digər sahələrdə məsələləri həll edirkən aşağıdakı səlahiyyətlərə malikdir: - təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 1992 -ci il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında” Əsasnamənin: - 2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; - 25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatla rı Sovetləri tərəfindən müəyyən edilir; - 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir. Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir; - 27-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarı ilə ayrılmış torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya həmin sahədən istifadə edilməsinə yalnız həmin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə üçün şəhadətnamə əldə edildikdən sonra icazə verilir. Bu müddəalardan göründüyü kimi, 1995-ci ilə münasibətdə yerli icra hakimiyyəti orqanları onların ixtiyarında olan torpaq sahələri üzərində sərəncam vermək hüququna malik olmuşdurlar. Torpaq sahəsinin yerləşməsinin müəyyən edilməsi məqsədilə həmin sahənin xəritəsi və baş plandan çıxarış əlavə olunmalıdır. Torpağın ayrılmasını təsdiq edən qərar qəbul olunduqda ayrılan torpaq sahələrinin ölçüsü göstərilməlidir. İddiaçının təqdim etdiyi sərəncamdan isə göründüyü kimi, onun qəbul edilməsinin məqsədi mövcud bağ sahəsinin sənədləşdirilməsi və fərdi evin tikintisinə icazənin verilməsi ilə əlaqədar olmuşdur. Həmin sərəncamın mətnində isə göstərilmiş dir ki, XXX qəsəbəsində fərdi evlər ikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra hakimiyyətinin 3/104 nömrəli, 27 mart 1991-ci il tarixli sərəncamı qəbul edilmişdir. Yəni torpaq sahəsinin ayrılması barədə qərarı rayon icra hakimiyyəti deyil, Bakı şəhər İcra hakimiyyəti qəbul etmişdir. Eyni zamanda, apellyasya məhkəməsi tərəfindən aparılmış araşdırmalarla da müəyyən olunmuşdur ki, iddiaçının iddialı olduğu torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi və konfiqurasiya dəyişikliyi, sərəncamda torpaq sahəsinin ölçüləri göstərilmədiyi halda, “bağ sahəsinin” yerləşmə cizgisində 1200 kv.m olması göstərilmiş, torpaq sahəsinin yaşıllıq massivində yerləşməsi müəyyən olunmuşdur. Göstərilənlər o nəticəyə gəlmək üç ün əsas yaradır ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsaslandığı sərəncam torpaq sahəsinin yuxarıda sadalanmış torpaq qanunvericiliyin tələblərinə əsasən ayrılması ilə bağlı qəbul edilmədiyindən düzgün olaraq cavabdeh tərəfindən hüquqi əsas kimi qiymətləndirilməmişdir. Bu hallar isə istinad edilən Qanununun aşağıdakı maddələrinə əsasən iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınmaması üçün əsas təşkil etmişdir: - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; - 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır. Sadalanmış maddələrin tələblərinə görə, hüququn mövcudluğunu təsdiq edən sənədlər qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir, həmin sənədləri vermiş şəxs həmin əmlak üzərində sərəncam vermək hüququna malik olmadıqda isə, sənədlərin qanunauyğun hesab olunmadığı əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. İddiaçının təqdim etdiyi sənədlər yuxarıda göstərilmiş tələblərə cavab vermədiyindən və aparılmış yoxlama ilə cavabdeh tərəfindən digər hüquq pozuntuları müəyyən edildiyindən, apellyasiya məhkəsi düzgün olaraq iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sad alanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019-cu il tarixli, 2-1(103)-140/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2362/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2362/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver