Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2363/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmrin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmrin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın il tarixli, 2-1(103)-1193/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 dekabr 2020-ci il ta rixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9 bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə iddia ərizəsi və iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetini bitirdikdən sonra 1999-2000-ci illərdə Dövlət Sərhəd Xidmətin müddətli həqiqi hərbi xidmət keçmiş, daha sonra 2001-ci ildən 2018-ci ildə ehtiyata buraxılana qədər Xidmətin orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Xidmət dövrü Fəxri fərmanlarla və müxtəlif medallarla təltif olunmuş və ehtiyata buraxıldığı 4 iyul 2018-ci il tarixədək heç bir intizam cəzası almamış, əksinə, vəzifələrini vicdanla yerinə yetirmiş və hər il birdə fəlik pul mükafatına layiq görülmüşdür. Son xidmət yeri Xidmət Sərhəd Nəzarəti İdarəsinin “Şıxlı” X2 “mühafizə bölməsinin rəisi” vəzifəsi olmuşdur. Bu vəzifədə 22 iyun 2016-cı il tarixdən 4 iyul 2018-ci il tarixədək xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 13 iyun 2018-ci il tarixdə Xidmətin Tibb Xidməti rəisi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının laboratoriya rəisi X3 Məntəqəsinin hərbi qulluqçu heyətindən (o da daxil olmaqla) qan və sidik analizlərinin nümunələrini götürmüş və 19 iyun 2018-ci il tarixdə Sərhəd Nəzarətinin rəisi onu yanına çağırıb bildirmişdir ki, qan analizinin nəticələrinə görə onun qanında narkotik maddələrin izləri aşkar olunmuş və bununla əlaqədar Xidmətin Hərbi Həkim Komissiyasına göndərilir. 2 gün Hərbi Həkim Komissiyasında müayinə olunduqdan sonra onun tərəfindən narkotik və psixotrop maddələrin qəbul edilib-edilməməsinin müəyyən olunması üçün o, 25 iyun 2018-ci il tarixdən 2 iyul 2018-ci il tarixədək Xidmətin Hərbi Hospitalının sinir-əsəb şöbəsində müayinə olunmuş və müayinənin nəticələrinə görə onun narkotik və psixotrop maddələri qəbul etməyi təsdiq olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ona görə də iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun normalarına istinadən hesab edir ki, onun xidməti uyğunsuzluğa görə ehtiyata bur axılması qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(82)-249/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6cı bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 22 iyun 2018-ci il tarixli, 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9 bəndinə əsasən (öz arzusu ilə) Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvəl ərin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 35, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 58.1, 59.1.5, 67.1, 67.2-ci maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 40.1, 40.3, 41.0.6-cı maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia əsaslıdır.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra m ətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(103)-2361/19 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən «İnzibati icraat haqqında» Qanunun 24.1, 24.2, 47.1, 51.1, 61.1, 61.2-ci maddələrinə əsaslanmışdır. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Ali Məhkəməsnin İnzibati Kollegiyasının il tarixli, 2-1(102)-468/20 nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və İlqar Dadaşov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 24 oktyabr 2019-c u il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
9. Ali Məhkəmənin həmin qərarında göstərilmişdir ki, «Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İddiaçı cavabdehin 22 iyun 2018-ci il tarixli əmrini mübahisələndirir. Məhkəmə tərəfindən cavabdehin əmri verilən vaxt hansı hüquq normasının tələblərinin pozmasına aydınlıq gətirilməmişdir.
10. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 11. (...); 12. 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 13. (...) 14. 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 15. (...).
16. İddiaçı barəsində mübahisə olunan inzibati akt qəbul edilənədək iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etməmişdir».
17. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
18. Apelyasiya instansiyası məhkəməsinin 14.09.2020-ci il tarixli, 2-1(103)1193/20 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri:
19. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ilkin iddia tələbində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qar şı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə əsasən (xidmət uyğunsuzluğa görə) Dövlət Xidmət Sərhədində hərbi xidmətdən Silahli Qüvvələrin ehtiyata buraxılmağı haqqında Dövlət Sərhəd Xidmətinin rəisinin 22 iyun 2018-ci il tarixli 906 ş/h nömrəli əmrinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsini xahiş etmiş, sonradan məhkəmə onun iddia tələbinin dəyişdirilməsi barədə təklif etmiş və bu səbəbdən də o, ilkin iddia tələbini dəyişdirmiş və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-ci bəndinə əsasən (xidmət uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətinin rəisinin 22 iyun 2018-ci il tarixli 906 ş/h nömrəli əmrinin ona aid hissəsində dəyişiklik edilərək, onun «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) Dövlət Xidmət Sərhədində hərbi xidmətdən Silahli Qüvvələrin ehtiyatına buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddianın dəqiqləşdirilməsinə dair müraciət etmişdir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 21. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatları n təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 22. 54.1-cü maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
23. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən görünür ki, məhkəmə onu yanlış dəqiqləşməyə sövq etməməli idi, verdiyi vəsatət (iddia tələbinin dəqiqləşdirilməsi barədə) məqsədəmüvafiq hesab edilib icraata qəbul olunmamalıydı. Ona görə ki, bütün sübutlarla onun narkoman olmadığı, laboratoriya rəylərinin yanlış və ya saxta olduğu, inzibati orqanın bu yanlış və ya saxta rəylərin nəticəsində əmr verdiyi ta m sübuta yetirilirdi. Məhkəmə işə baxan zaman ona edilmiş haqsızlıqdan sonra artıq həmin orqanda işləmək istəmədiyini müəyyən etmişdi. Cavabdeh tərəf də rəylərin saxta olduğunu və həqiqət əks etdirmədiyini qəbul edirdi. Cavabdeh tərəfin razılığı və məhkəmənin təkidi ilə iddia tələbin qeyd edilən formada dəyişdirmişdir. İndi isə aydın olur ki, inzibati məhkəmələr vətəndaşa yardım etmək əvəzinə onu aldatmışlar.
24. İddiaçı 2001-ci ildən 2018-ci il kimi ehtiyata buraxılana kimi Dövlət Sərhəd Xidməti orqanlarında müxtəlif vəzifələrdə işləmiş, son xidmət yeri Sərhəd Xidmət Nəzarəti İdarəsinin «Şıxlı» X2 mühafizə bölməsinin rəisi vəzifəsi olmuşdur. Bu vəzifədə xidmət edərkən 13 iyun 2018-ci il tarixdə Xidmətin Tibb Xidməti rəisi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının laboratoriya rəisi X 3 Məntəqəsinin hərbi qulluqçu heyətindən qan və sidik analizlərini nümunələrini götürmüş və 19 iyun 2018-ci il tarixdə onun qan analizinin nəticələrinə görə qanında narkotik maddələrin izləri aşkar olunmuş və Xidmətin Hərbi Həkim Komissiyasına göndərilmişdir. İki gün Hərbi Həkim Komissiyasında müayinə olunduqdan sonra onun tərəfindən narkotik və psixotrop maddələrinin qəbul edilibedilməməsinin müəyyən olunması üçün 25 iyun 2018-ci il tarixdən 02 iyul 2018-ci il tarixədək Xidmətin Hərbi Hospitalının sinir-əsəb şöbəsində müayinə olunmuş və müayinənin nəticələrinə görə onun narkotik və psixotrop maddələrini qəbul etməyi aşkar edilməmişdir. Lakin buna baxmayaraq o, əsassız olaraq «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddənin 41.0.6-cı bəndinə əsasən D övlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahli Qüvvələrin ehtiyatına buraxılmışdır.
25. İddiaçı xidmət müddətində heç bir qanun pozuntusuna yol verməmiş, nalayiq hərəkətlərə yol vermədiyi halda layiq olmadığı «xidməti uyğunsuzluğa görə» maddəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı heç vaxt narkotik və psixotrop maddə qəbul etməmiş və bu sonrakı analiz nümunələrində də aydın şəkildə qeyd edilmişdir. Bu barədə heç bir araşdırma aparılmadan iddiaçının hazırkı maddə ilə ehtiyata buraxılmağı tamamilə əsassızdır.
26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1193/2020 saylı qərarını ləğv edərək işin yenidən apelyasiya baxışına göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
27. Azərba ycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahis əyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
31. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin 24 oktyabr 2019-cu il tarixli qərarında əks olunan göstərişlərin icrası ilə bağlı hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır.
33. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
34. Bu baxımdan, cavabde hin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır.
35. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq vurğulamışdır ki, mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə müəyyən olunmalıdır ki, ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir.
36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya sı məhkəməsi tətbiq etdiyi maddi hüquq normaları düzgün olmuşdur.
37. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: 38. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 39. 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 40. 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41. 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 42. 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 43. 41.0.5. ailə vəziyyətinə gö rə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 44. 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 45. 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 46. 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 47. 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 48. 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
49. Həmçinin «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 50.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.
51. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənlə şdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.
52. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 53.
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
54. Məlum olduğu kimi iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xid məti rəisinin 22 iyun 2018-ci il tarixli 906 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq «Şıxlı» sərhəd nəzarəti məntəqəsi 2-ci bölmənin rəisi vəzifəsindən azad olunmaqla, silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.
55. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Lakin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi, sonuncunun isə həmin əsasla yuxarı komandanlıq qarşısında təqdimatla çıxış etməsi (bu barədə vəsatət qaldırması) iş materialları ilə təsdiqini tapmır, iddiaçı belə bir raportla bilavasitə rəisinə müraciət etdiyini irəli sürmür.
56. Buna görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli əmrinin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına istinadən qəbul etmədiyi əsası ilə qanunsuz sayılmasına dair iş üzrə hər hansı dəlil müəyyən edilmir.
57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli, 21(103) -1193/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-1193/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.