Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2364/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-1634/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1961-ci il 17 avqust tarixdə doğulmuşdur. O, əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 1978-ci il 4 sentyabr tarixdən 1979-cu il 12 dekabr tarixədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində maşinist şagirdi işləmişdir, 1979-cu il 15 dekabr tarixdən 1980-ci il 17 noyabr tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, 1980-ci il 18 noyabr tarixdən Bakı dəniz sənaye və refrijer ator donanması idarəsi Bakı Balıq Soyuducu Donanma «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində motorçu, 1980-ci il 7 dekabr tarixdən 1981-ci il 16 aprel tarixədək DBE “Suraxanı” gəmisində motorçu işləmişdir, 1981-ci il 3 may tarixdən 1983-cü il 4 iyun tarixədək ordu sıralarında xidmət etmişdir, 1983-cü il 8 iyul tarixdən 1984-cü il 3 sentyabr tarixədək "xxxx" İstehsal Təmir Müəssisəsində qazanxana-təmir sexində 3-cü dərəcəli qazla kəsən işləmişdir, 1984-cü il 17 sentyabr tarixdən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, 1986-cı il 2 iyun tarixdən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, 1989-cu il 3 yanvar tarixdən anbar müdiri işləmişdir, 1989-cu il 15 mart tarixdən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, 1989-cu il 30 may tarixdən 1991-ci il 3 yanvar tarixədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, 1991-ci il 3 yanvar tarixdən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4-cü dərəcəli çilingər, 1991-ci il 1 mart tarixdən 1992-ci il 30 mart tarixədək həmin sahənin briqadiri işləmişdir, 1992-ci il 1 aprel tarixdən 1993-cü il 5 fevral tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki işləmişdir, 1993-cü il 21 aprel tarixdən 1993-cü il 26 oktyabr tarixədək «Bəxtiyar» kommersiya müəssisəsində işləmişdir, 1993-cü il 1 noyabr tarixdən 1994-cü il 19 avqust tarixədək «Azərqumtikinti» birliyində 4-cü də rəcəli çilingər işləmişdir, 1997-ci il 22 yanvar tarixdən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, 1997-ci il 26 aprel tarixdən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, 1998-ci il 9 noyabr tarixdən t/x “PS-152" gəmisinə 2-ci mexanik, 2000-ci il 5 aprel tarixdən “SLV-363” gəmisində böyük mexanik, 2006-cı il 1 dekabr tarixdən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 2 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən sənədlərdən göründüyü kimi İddiaçı ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 25 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 57 yaşının tamam olduğu 2018-ci il 17 avqust tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 mart tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslan dırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci il 17 avqust təvəllüdlü iddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin olunması üçün cavabdehə müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş və tələbindən imtina barədə ona 2019-cu il 2 oktyabr tarixli məktub ünvanlamışdır. İmtina səbəbi kimi onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik iş stajının və 12 il 6 ayının güzəştli iş stajının olmaması göstərilmişdir. Halbuki, onun təqdim etdiyi sənədlərindən görünür ki, onun ümumi iş stajı 25 il 5 ay 9 gün olmaqla həmin staj ilinin də 12 il 6 ayından artıq hissəsi də zərərli və ağır olan iş şəraitində işləməsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə güzəştli şərt lərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, onun işlədiyi peşə sahəsi də həmin siyahıya salınmışdır. Onun əmək kitabçasında bütün işlədiyi dövrlər, hansı yerlərdə işləməsi aşkar göstərilmişdir. İşlədiyi yerlərin bəzilərindən aldığı arxiv sənədləri də var. Lakin cavabdeh orqan onun tələbi ilə əlaqədar müraciətini əsassız şəkildə cavablandırmaqla tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2006-cı il 1 yanvar tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçı xüsusi sığorta stajının tamam olduğunu təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. İddiaçın məhkəməyə təqdim etdiyi iş materialları arasında onun 1991-1997-ci illər tarixindəki stajını təsdiq edən, həmin tarixdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığını sübut edən hər hansı sənəd yoxdur. Digər tərəfdən, iddiaçının təqdim etdiyi sənədlərdən 1978-ci il 1 oktyabr və 1979-cu il 11 dekabr tarixlər arasında “İnter Textile”-də “maşinist köməkçisi” olaraq işlədiyinə dair arayış sadəcə olaraq iddiaçının həmin tarixdəki ümumi əmək stajını təsdiq edir, arayış güzəştli arayış deyildir, həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğuna dair arayışda heç bir qeyd yoxdur. Həmçinin Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli siyahıların heç birində iddiaçının çalışdığı maşinist köməkçisi vəzifəsi yoxdur. Bu o deməkdir ki, iddiaçının 1978-ci il 1 oktyabr və 1979- cu il 11 dekabr tarixlər arasındakı stajı xüsusi sığorta stajı hesab edilmir. Qeyd edilənlərdən aydın olduğu kimi iddiaçının 12 il 6 aylıq xüsusi sığorta stajı tamam olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi arayışlar heç biri “Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyalarının yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 2017-ci il 11 dekabr tarixli, 17 saylı Qərarda göstərilən formaya uyğun tərtib edilməmişdir, bu arayışlar iddiaçının xüsusi sığorta stajını yox, ümumi sığorta stajını təsdiq edən sənəd olaraq qəbul edilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 9 fevral tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci inst ansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil müddəti və ordu sıralarında xidmət illəri nəzərə alınmaqla, o, 2006-cı il 1 yanvar tarixədək 25 il 8 ay 4 gün ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmi 11 il 16 gün güzəştli staja malikdir. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də iddia tələbi əsassızdır və təmin edilməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-163 4/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası onun apellyasiya şikayətinin dəlillərini araşdırmamış, demək olar ki, birinci instansiya məhkəməsinin qənaətini apellyasiya qərarına köçürməklə kifayətlənmiş və hətta həmin qənaəti də bəzi məqamla rda səhv təfsir etmişdir. Birinci instansiya məhkəməsi onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik stajının və hətta onun bundan da artıq olduğunu məhkəmə müəyyən etsə də həmin staj illərinin 12 il 6 ayının zərərli sahədə işlədiyi faktını təsdiq edən sübutun olmaması əsas götürülməklə tələbini təmin etməmiş. birinci instansiya məhkəməsi zərərli sahəyə aid illəri 11 il 16 gün olaraq müəyyən etmiş, yəni tələb olunandan 1 il 6 ay az olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə nəinki onun apellyasiya şikayətinə düzgün yanaşmamış hətta birinci instansiya məhkəməsinin müəyyən etdiyi və iddiaçının maraqlarına zidd olmayan hissəsinə də yanlış qiymət verərək, apellyasiya şikayətinin dəlillərini araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya nın yanlışlığını təkrarlayaraq iddiaçının maşinist şagirdi olaraq işlədiyi 4 aylıq müddəti 1 il 6 ay göstərməklə, yəni 1978-ci il 4 sentyabr tarixdən 1979-cu il 12 dekabr tarixlərdə guya iddiaçının maşinist şagirdi vəzifəsində çatışdığını göstərməklə onun əslində 1979-cu ilin 16 yanvar tarixindən 12 dekabr tarixinə kimi (bir illik müddətdə) maşinist şagirdi deyil, ll dərəcəli kompressor maşinisti vəzifəsində çalışdığını görməzlikdən gələrək, birinci instansiyanın eyni "səhvini” təkrarlamışdır. Halbuki, məhz bu "səhv” düzgün yazılmış olsa, həmin bir illik zərərli sahədə işləmə məhkəmənin müəyyən etdiyi 11 illik zərərli sahə stajına əlavə olunsa demək olar ki, iddiaçının tələbinin təmin olunması üçün tələb olunan 12 illik stajını olduğu öz təsdiqini tapmış olur. Bundan başqa apellyasiya inst ansiya qərarını əlavə olaraq onunla əsaslandırmış ki, iddiaçının 1984-cü il 17 sentyabr tarixdən 1989-cu il 3 yanvar tarixədək baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü və 4-cü dərəcəli çilingər işləmişdir ki, həmin sahə də güzəştli sahəyə aid deyildir. Halbuki, bu sahəni birinci instansiya məhkəməsi güzəştli sahə olaraq təsdiq etmişdir və iddiaçının həmin hissədə qərardan şikayəti yoxdur və apellyasiya instansiyasının həmin hissəyə yenidən qiymət verməsinin özü prosessual norma pozuntusudur. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri s übutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutla rı (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükd ə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla, o, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir.
21. Birinci instansiya məhkəməsi və onun qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar hesab etmişdir ki, iddiaçının Bakı Balıq Soyuducu Donanma İdarəsində 1980-ci il 18 noyabr tarixdən 1981-ci il 16 aprel tarixədək RMS “Oka” gəmisində motorçu, DBE “Suraxanı” gəmisində motorçu, 1983-cü il 08 iyul tarixdən 1984-cü il 3 sentyabr tarixədək "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadanlığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qazla kəsicisi, 1997-ci il 22 yanvar tarixdən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, 1997-ci il 26 aprel tarixdən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, 1998-ci il 9 noyabr tarixdən t/x “PS-152" gəmisində 2-ci mexanik, 2000-ci il 05 aprel tarixdən 2006-cı il 1 yanvar tarixədək “SLV-363” gəmisində böyük mexanik peşələrində işlədiyi müddətlər nəzərə alınmaqla cəmi 10 il 6 ay 4 gün güzəştli staja malikdir.
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1984-cü il 17 sentyabr tarixdən Sənaye-Tikinti Birləşmiş müəssisəsində metal konstruksiy aların 1989-cu il 3 yanvar tarixədək metal konstruksiyaların yığılması üzrə çilingər peşəsi üzrə əmək fəaliyyəti ilə əlaqədar qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda həmin sahə və peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli əmək şəraitində sayılan peşələr hesab edildiyi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi göstərilsə də, həmin arayışda arayışın verilməsi tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir, həmçinin qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda metallur giya istehsalatı (İİİ və Vİİİ bölmələr) sahəsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə tikinti sahəsidir. Ona görə də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Əvvəla, məhkəmənin istinad etdiyi arayışda onun verildiyi tarix göstərilmiş, arayış müəssisənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmışdır (iş v. 85). Arayışda onun qeydiyyat nömrəsinin olmaması isə, arayışda göstərilən məlumatların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır, həmçinin bu, məhkəməni mübahisənin düzgün həlli üçün əlavə məlumat tələb etmək vəzisindən azad etmir. 2
4. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adl arının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.
25. Buna görə də, apellyasiya instansiyası məhkəməsi arayışda qeyd olunan müəssisə tərəfindən sənaye (istehsal) obyektlərinin tikintisi prosesində iddiaçının icra etdiyi işin xarakterinə, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətinə dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmalı, yalnız bundan sonra onları qiymətləndirməli idi.
26. Beləliklə, apellyasiya instansiyası məhkəm əsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 7 sentyabr tarixli, 2-1(103)-1634/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin