Məhkəmə qərarları › İş №2-1(102)-2364/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2364/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2364/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdehna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(103) -522/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1947-ci il təvəllüdlüdür, ona xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Həmin zaman iddiaçı 2004-2005-ci illərin əməkhaqqı arayışını təqdim etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 39 il 11 ay ümumi iş stajı olmuş, həmin stajdan tələb olunan əmək (sığorta) stajı 25 il, tələb olunandan artıq əmək stajı isə 14 il olmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının faizi aşağıdakı şəkildə hesablanmışdır: 25 il tələb olunan staja görə 60% + 28% (tələb olunandan artıq əmək stajı 14 il *2% olma qla) = 88%, Qanunun 17-ci maddəsinin tələbinə əsasən yaşa görə hesablanmış pensiyanın məbləğinin orta aylıq əməkhaqqının 85 faizindən artıq olmaması müddəasına uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixədək təqdim etdiyi 2004-2005-ci illərin orta aylıq əməkhaqqının 85% məbləğində müəyyən olunmuşdur.

3. İddiaçının 2004-cü il üzrə əməkhaqqı 4509,99, 2005-ci il üzrə 5923,43 manat olmaqla orta aylıq əməkhaqqı 4509,99+5923,43/24 ay=473,50 manat təşkil etmişdir. İddiaçının orta aylıq əməkhaqqının - 473,50 manatın 85%-i 402,47 manat təşkil etmişdir. Alınmış orta aylıq əməkhaqqından həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddənin tələbinə uyğun olaraq 2006-cı il üçün pensiyanın baza hissəsi, yəni 25 manat hisssə çıxılaraq 377,47 manat (402,47-25) məbl əğ müəyyən edilmişdir. 2006-cı il üçün müəyyən edilmiş həmin 377,47 manat pensiya məbləğinin iddiaçıya pensiya təyin olunduğu 2009-cu il tarixədək illər üzrə müvafiq qaydada indeksləşdirilərək 576,31 manat (377,47 *8.3% +16%+20,8%) olduğu müəyyən edilmişdir.

4. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2009-cu il vəziyyətinə indeksləşmiş məbləği 7832,16 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 54,39 manat (7832,16/144) hesablanmışdır.

5. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 75 manat təşkil etmiş, həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üz ərinə əlavə edilməklə iddiaçıya 705,70 manat (BH=75+SH=576,31+PS=54.39) pensiya hesablanmışdır.

6. İddiaçının 2017-ci ilə 50%-lə qeydə alınmış pensiya kapitalı 25402,95 manat təşkil etmişdir ki, həmin qeydə alınmış kapitalı 80% artırdıqda istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilmiş məbləğ, yəni 90%-ə çatdırılmış pensiya kapitalı 45725,31 manat təşkil etmişdir.

7. İddiaçı xx.xx.2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, həmin vaxt Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sığortaolunan haqqında verdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə pensiya kapitalı 43814,21 (50%-lə qeydə al ınmış məbləğ 24341,23 x 80%=43814,21) manat olmuş, qeyd olunmuş kapitala uyğun olaraq, xx.xx.2017-ci il tarixindən iddiaçının əmək pensiyası 1005,94+608,53 (43814,21:72=608,53)=1614,48 manat hesablanaraq ödənilmiş, sonrakı illərin indeksasiya faizinə uyğun olaraq xx.xx.2018-ci il tarixindən 1706,12 manat, xx.xx.2019-cu il tarixindən 1757,30 manat, xx.xx.2020-ci il tarixindən 2049,02 manat, xx.xx.2021-ci il tarixindən 2282,60 manat hesablanmaqla ödənilmişdir.

8. İddiaçı sonuncu dəfə xx.xx.2021-ci il tarixdə pensiya kapitalına və təhsil illərinə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı yenidən müraciət etdikdə artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsistemi proqram təminatında xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmı ş pensiya kapitalının məbləği yuxarıda qeyd edildiyi kimi 2017-ci il vəziyyətinə 45725,31 manat təşkil etdiyi müəyyən olunmuşdur.

9. Həmin kapitala uyğun olaraq qeyd edilən 45725,31-43814,21=1911,10 manat pensiya kapitalı fərqi gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 72-yə bölünərək 26,54 manat artıq sığorta hissəsi hesablanmış və həmin məbləğ mövcud 1614,48 manat pensiya məbləğinin üzərinə əlavə edilməklə ümumi məbləğ 1641,02 manata çatdırılmışdır. Daha sonra pensiyanın məbləği illik indeksləşmə faizlərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən - 1734,54 manat, xx.xx.2019-cu il tarixdən - 1786,57 manat, xx.xx.2020-ci il tarixdən - 2083,14 manat, xx.xx.2021-ci il tarixdən - 2320,61 manat hesablanmış və nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yaranmış 1220,28 manat fərq məbləği hər ay 406,76 manat olmaqla iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aylıq pensiya ödənişlərinə əlavə edilmişdir.

10. İddiaçı xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir.

11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1965-ci il tari xdən xx.xx.1970ci il tarixədək təhsil aldığı və xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər, eyni zamanda, əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 39 il 11 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 1734,54 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 2320,61 manat müəyyən edilmişdir. İddiaçını n yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixdən) yaranmış fərq məbləği iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış 99152,42 manat pensiya kapitalının 72-yə (144-72=72) bölünərək alınmış 1377,12 manatın 1005,94 manat pensiyasının üzərinə əlavə olunaraq əmək pensiyasının yenidən hesablanıb pensiya məbləğinin xx.xx.201 7-ci il tarixdən 2383,06 manata çatdırılması və ödənişə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşa görə əmək pensiyası hüququ əldə etdiyi xx.xx.2009-cu il tarixdən hal-hazıra kimi Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə professor vəzifəsində işləyir. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının yenidən hesablanması və ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının yenidən hesablanması üçün müraciət edə bilər. Yaranm ış hüquqdan istifadə edərək işləyən əmək pensiyaçısı kimi 2017-ci il iyulun 1-nə dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (bənd 5) barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılaraq “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci, 29.1.1-ci və 37.3.1-ci maddələri, eyni zamanda, yeni Qaydaların 4.2.3-cü, 5.2-ci və 5.3-cü bəndləri tam nəzərə alınmadan yenidən hesablanma aparılmışdır. Qanunun 27.1-ci maddəsinə və Qaydaların 5.2-ci bəndinə (misal 45) görə, işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80% faiz artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmalıdır (Əlavə (4539,64+39945,44)*80%=32392,43 manat). Həmçinin Qanunun 29.1-1-ci maddəsinə və Qaydaların 4.2.3-cü bəndinə (misal 16) görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. xx.xx.2006-cı il tarixdən 2017-ci il iyulun 1-i tarixə indeksləşdirilmiş məbləğ 26269,47 manat təşkil edir. Beləliklə, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə 4539,64 manat (pensiya kapitalının həcmi), xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixə 35950,89 manat (pensiya kapitalının həcmi), xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə 32392,43 manat (pensiya kapitalının 80% həcmi), xx.xx.2006-cı il tarixdən xx.xx.2017-c i tarixə 26269,47 manat (indeksləşdirilmiş məbləğ) olmaqla, ümumilikdə əlavə hesablanma üçün istifadə olunmamış pensiya kapitalının həcmi 99152,42 manat təşkil edir ((4539,64+35950,89+32392,43+26269,47)=99152,42). Qanunun 37.3.1-ci maddəsinə və Qaydaların 5.3-cü bəndinə (misal 47) görə, işləyən əmək pensiyaçılarının yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək (xx.xx.2006-xx.xx.2009) qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiy ası yenidən hesablanır. Əlavə hesablanma nəticəsində pensiya məbləği 1377,12 manat təşkil edir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış pensiya kapitalının 99152,42 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək aldığı 1005,94 manat pensiyanın üzərinə 1377,12 manat əlavə olunaraq pensiyasının məbləği 2383,06 manata (1005,94+1377,12) çatdırılaraq xx.xx.2017-ci il tarixdən ödənişə göndərilməlidir və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi xx.xx.2017-ci il tarixdən təmin edilməlidir (maddə 32.1-1.).

14. Cavabdeh iddiaya qarşı imtina məktubunun məzmununa uyğun təqdim etdiyi etirazında əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalına şamil edilir. İddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi və bu tarixədək olan dövrlərin əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alındığı üçün xx.xx.2006-xx.xx.2009-cu il üzrə mövcud pensiya kapitalının yenidən hesablanma zamanı nəzərə alınması mümkünsüzdür. Qanunun 29.1-ci maddəsinə əsasən, təyin edilmiş aylıq pensiya məbləği orta aylıq nominal əmək haqqının illlik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçıya təyin edilmiş aylıq pensiya məbləği xx.xx.2021-ci il tarixdən 2320,61 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavab dehin imtinası qanuni və əsaslı olmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 29 iyul 2022-ci il tarixli, 21(112)-5433/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi kimi, xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının yenidən “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə uyğun olaraq, yəni ümumi iş stajının hər ilinin 306 manata vurulmaqla hesablanması yolverilməzdir. Əvvəla, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı iddiaçının həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əməkhaqqından hesablanmışdır. İkincisi, Qanunun qüvvədə olan 27.1-ci maddəsi artıq əmək pensiya sı təyin olunmuş şəxslərin xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınmasını istisna etmişdir. Başqa sözlə, iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2009-cu ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2009-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80% artırılaraq pensiya məbləğində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. 17. xx.xx.2009-xx.xx.2017-ci il tarixədək (iddiaçının 6 il işlədikdən sonra pensiyanın yenidən hesablama ilə bağlı müraciət etdiyi xx.xx.2017-ci il tarixə) pensiya kapitalının hesablanma qaydasına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-xx.xx.2017-ci il tarixədək istifadə olunmamış pensiya kapitalının həcmini “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən 90% hissədə götürmüş, eyni zamanda həmin kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən 80% artırmaqla cəmi pensiya kapita lına hesablamışdır. Başqa sözlə, iddiaçı isə öz hesablamasında xx.xx.2017-ci il tarixədək qeydə alınmış pensiya kapitalını 1 dəfə 90%-lə götürmüş, daha sonra həmin kapitalı ikinci dəfə 80% artırmaqla eyni məbləği 2 dəfə süni şəkildə artırılmaqla hesablamışdır. İddiaçının qeyd etdiyi bu növ hesablama metodu qanunun məqsədinə və tələbinə cavab vermir.

18. İddiaçının onun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalının təqdim etdiyi sosial arayışda olduğu kimi nəzərə alınmaqla bölünərək ona verilməsi dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk növbədə, sosial arayışda qeyd olunan 99092,05 manat kapital xx.xx.2006-xx.xx.2021-ci illəri əhatə edir. İddiaçıya 2009-cu ildə pensiya təyin olunub və onun işləyən əmək pensiyaçısı kimi növb əti 6 ili 2017-ci ildə tamam olub. Deməli, 2006-2009-cu illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital, eləcə də 2017-2021-ci illər üzrə kapital nəzərə alına bilməz. Bundan əlavə, təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Üstəlik kapital ödənilərkən xx.xx.2009-xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədə r iflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş kapital məcburi dövlət sosial sığorta haqlarının 100%-i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PAS-dan çıxarışda isə qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 90%-i həcmində əks etdirilmişdir. İddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını 2017-ci il vəziyyətinə infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir. 1

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci, 27-ci, 37.3.1-ci maddələrinə (müvafiq dövrlərdə qüvvədə olan redaksiyada), “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci, 71-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə istinad etmişdir.

20. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 18 may 2023-cü il tarixli, 2-1(103)-522/2 023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq və iddiaçı tərəfindən təqdim edilmiş Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 592 nömrəli rəyinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya yenidən hesablanan zaman qanunvericiliyin tələblərinə zidd olaraq düzgün hesablanmamış və bu səbəbdən də iddia çının hüquqları pozulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci, 27-ci, 37.3.1-ci maddələrinə (müvafiq dövrlərdə qüvvədə olan redaksiyada), “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə istinad etmişdir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayəti onun imtina məktubunun və iddiaya qarşı etirazının məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin edərkən, gəldiyi nəticəni əsaslandırmamış, qərarında yalnız iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyini qeyd etmiş (rəydə qeyd olunanlara münasibət bildirməmiş) və cavabdeh orqan tərəfindən pensiyanın məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmadığını qeyd etmişdir. Lakin qərarda cavabdeh orqan tərəfindən hesablanma zamanı harada səhvə yol verildiyi, pensiyanın məbləğinin hansı qaydada hesablanmalı olduğu barədə heç bir qeyd olmamış və bu da ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 27-ci, 37.3.1-ci maddələrinin, İnzibati Prosessual Məcəllənin 29-1-ci, 87.8-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 1 03.1-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əm əkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;... 1.0.12. əmək pensiyasının sığorta hissəsi – fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdi r; 1.0.13. əmək pensiyasının yığım hissəsi – fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti – bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi – əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;... Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onlar ın fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasın a əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir.... Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır.... Maddə

71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesabl anır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır (1 may 2017-ci il tarixli, 1352 nö mrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir). 1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, həmçinin prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də şikayət təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi rədd olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

35. Hazırkı iş üzrə iddiaçı təqdim etdiyi Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli, 592 nömrəli rəyinə istinad edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində istifadə olunmamış 99152,42 manat pensiya kapitalının toplandığını iddia edir və həmin pensiya kapitalının 72-yə (144-72=72) bölünərək alınmış 1377,12 manatın 1005,94 manat pensiyasının üzərinə əlavə olunaraq əmək pensiyasının yenidən hesablanıb pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən 2383,06 manata çatdırılmasını və ödilməsini xahiş edir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya xx.xx.2009-cu il tarixdən 39 il 11 ay ümumi iş stajı nəzərə alınmaqla 2004-2005-ci illərin orta aylıq əməkhaqqının 85% məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

37. İddiaçının istinad etdiyi xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının hesablanma qaydası qanunvericiliyə ziddir. Belə ki, həmin hesablanma “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə əsasən ümumi iş stajının hər ili 306 manata vurulmaqla aparılmışdır. Halbuki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı onun həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əməkhaqqından hesablanmışdır. Həmçinin iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır.

38. Eləcə də, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hes abının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2009-cu il tarixdə ona pensiya təyin edilərkən hesablanaraq ödənilmişdir. Başqa sözlə, iddiaçıya xx.xx.2009-cu il tarixdə pensiya təyin edilərkən məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80% artırılaraq pensiya məbləğində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir.

39. İddiaçının istinad etdiyi ekspert rəyində göstərilmiş xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalının hesablanma qaydasına münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən, xx.xx.2006cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığort a haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdısa, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun yuxarıda adı çəkilən son redaksiyada 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə al ınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, yəni istifadə olunmamış olsun.

40. İddiaçının istinad etdiyi ekspert rəyində isə xx.xx.2009-cu il tarixdən xx.xx.2017ci il tarixədək istifadə olunmamış pensiya kapitalının həcmi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən 90% hissədə götürülmüş, eyni zamanda, həmin kapital “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən 80% artırılmaqla cəmi pensiya kapitalına hesablanmışdır. Başqa sözlə, iddiaçının istinad etdiyi ekspert rəyində xx.xx.2017-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 1 dəfə 90%lə götürülmüş, daha sonra həmin kapital iki nci dəfə 80% artırılmaqla eyni məbləğ 2 dəfə süni şəkildə artırılmaqla hesablanmışdır. Bu növ hesablama metodu qanunun məqsədinə və tələbinə cavab vermir.

41. İddiaçı həmçinin onun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalının təqdim etdiyi sosial arayışda olduğu kimi nəzərə alınmaqla bölünərək ona verilməsini xahiş etmişdir.

42. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, sosial arayışda göstərilən 99092,05 manat kapital xx.xx.2006-xx.xx.2021-ci illəri əhatə edir. İddiaçıya 2009-cu ildə pensiya təyin olunub və onun işləyən əmək pensiyaçısı kimi növbəti 6 ili 2017-ci ildə tamam olub. Deməli, 2006-2009-cu illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital, eləcə də 2017-2021-ci illər üzrə kapital nəzərə alına bilməz.

43. Həmçinin təqdim olunan arayı şda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Üstəlik kapital ödənilərkən xx.xx.2009-xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədər iflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş k apital məcburi dövlət sosial sığorta haqlarının 100%-i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PAS-dan çıxarışda isə qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 90%-i həcmində əks etdirilmişdir. İddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını 2017-ci il vəziyyətinə infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən təqdim edilmiş Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 592 nömrəli rəyinə istinad edərək, iddia tələbini təmin etmiş, lakin istinad et diyi sübutu prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

46. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(103)-522/2023 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar