Məhkəmə qərarları › İş №2-1(102)-2364/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2364/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2364/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1535/2024 saylı qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 126 №-li Sərəncam ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 251 saylı razılıq məktubunu nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsinə, Suraxanı rayonu, Zığ-Hövsan şosesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 ha torpaq sahəsi icarə əsasında istifadəyə verilmişdir. 2. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyətinin iclasının xx.xx.2005-ci il tarixli 02 saylı protokoldan çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamla Suraxanı rayonun, Zığ-Hövsan şosesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 1000 kv.m sahəsi olan 20 saylı bağ sahəsi cəmiyyətə üzv kimi qəbul edilməklə İddiaçı ayrılmışdır.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şosesi ərazisində yerləşən 20 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

5. İmtina onunla əsaslandırılmışdır ki, Qum adası bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı İdarənin arxivində aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazilərin hüdudları xaricində yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1000 kv.m qeyd edilsə də, faktiki 538 kv.m təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, ZığHövsan şosesi ərazisində yerləşən 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şosesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12262/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İHB-nın xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən AR Dövlət Neft Şirkətin “Azneft” İB “Qum adası” NQÇİ-yə Suraxanı r. Zığ-Hövsan şosesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7 ha torpaq sahəsi ayrılmış, 12 aprel 1995-ci il tarixdə isə Qum adası NQÇİ-nin Bağçılıq yoldaşlıq birliyinin nizamnaməsi qəbul edilmiş və həmin bağçılıq yoldaşlığın ümumi yığıncağının 03 iyun 2005-ci il tarixli 02 saylı protokol qərarı i lə bağçılığa ayrılmış torpaq sahəsindən ona 1000 kv.m Zığ-Hövsan şosesi yaxınlığında 1000 kv.m torpaq sahəsi olan 20 nömrəli bağ sahəsi ayrılmış, və həmin tarixdə bağçılığın üzvlük kitabçası verilmişdir. O. Həmin sənədləri cavabdehə təqdim edərək bağ sahəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsini xahiş etsə də sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, bağ sahəsinin üzvlərinin siyahısı aşkarlanmamış, elektron kadastr məlumatlarına əsasən neft şirkətinin ərazisində olmaqla, bağçılıqdan kənarda yerləşir, sənəd üzrə 1000 kv m faktiki ölçüsü isə 538 kv.m təşkil edir. Cavabdehin imtina məktubunda Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində göstərilən imtina üçün əsaslardan hər hansı yoxdur. İmtina qanunsuzdur. Cavabdehin etirazları:

10. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12262/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şosesi ərazisində yerləşən və faktiki ölçüsü 538 kv.m olan 20 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və bununla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aş kar olunmaması;

2. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıqyoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsi;

3. Torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən az olmasıdır.

13. İşdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının ilkin siyahısında olmamışdır. Lakin, cavabdeh nəzərə almamışdır ki, İdarənin arxivində saxlanılan siyahı iddiaçının bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilməsindən əvvəl tərtib olunmuşdur. İddiaçının bağçılıq yoldaşlığı cəmiyyətinin üzvlüyünə qəbul edilməsindən sonrakı dövr üzrə, yəni 2005-ci il tarixdən sonra bağçılıq yoldaşlığı üzvlərinin siyahısının yenilənməməsi iddiaçının iradə ifadəsindən asılı o lmayan bir haldır və onun ziyanına şərh edilə bilməz. Əksinə, iddiaçının sonradan üzv kimi qəbul edilməsinə baxmayaraq ilkin siyahıda adının olması həmin sənədlərin mötəbərliyinə şübhə altına alınmasına səbəb ola bilərdi ki, hazırkı iş üzrə təqdim edilən sənədlərin mötəbərliyinə həmin faktiki və hüquqi əsasla da şübhə mövcud deyildir.

14. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı da Şirkətin balansında olan müəssisənin işçisi olmuş və bağ sahəsi faktiki onun istifadəsində olmuşdur.

15. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş həmin bağçılıq yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçıya verilmiş olduğu protokoldan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslana n dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir

16. Cavabdehin imtina əsasının ikinci hissəsi – torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıqyoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsidir.

17. Məhkəmə bununla bağlı hesab edir ki, həmin əsas hazırkı iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, ilk növbədə ona görə ki, iddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmasıdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur.

18. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1416/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 tarixli qərarından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar edilməmişdir. Həmçinin sözügedən bağçılıq yoldaşlığında eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan başqa, göstərilən bağ sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aiddir. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli, 1 saylı qərarı ilə 1200 kv.m ölçüdə blok “A” 50 saylı bağ sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994-cü il tarixli üzvlük kitabçasının iddiaçıya təqdim edildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş və məhkəmələr tərəfindən mötəbər sayılmış protokoldan müvafiq çıxarış, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994-cü il tarixli üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2034/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ndan da görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İlham Qurbanovun adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş “Bahar” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda yalnız 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin adlı siyahı mövcuddur və həmi n siyahıda iddiaçının adının olması qeyri-mümkündür, belə ki, X1 25a saylı bağ sahəsi “Qum Adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokoluna əsasən ayrılmış və ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşır və həmçinin nəzərə alır ki, iddia olunan bağın aid olduğu torpaq sahəsi “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də “Qum adası” NQÇİ-nin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır. Başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir.

20. Yuxarı instansiya məhkəməsinin qərarlarından da göründüyü kimi analoji imtina əsaslarına dair məhkəmə kollegiyasının mövqeyi iddianın təmin edilməli olması istiqamətində olmuşdur.

21. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi üçüncü əsas ilə bağlı bildirir ki, cavabdeh torpaq sahəsinin faktiki ölçüsünün 538 kv.m olduğunu qeyd etsə də, bu hal hazırkı iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərdə torpaq sahəsinin ölçüsünün 0,10 ha olduğu göstərilmişdir ki, bu da iddiaçı tərəfindən torpaq sahəsinin artırıldığı deyil, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının özü də məhz torpaq sahəsinin 538 kv.m hissəsinə mülkiyyət hüquqlarının reallaşdır ılmasını arzulayır ki, bu səbəbdən cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz.

22. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1535/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12262/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. İddiaçının mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi torpaq sahəsi AR DNŞ-nin qanuni istifadəsinə verilmiş ərazilərin daxilində yerləşir.

27. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsi nə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. 28. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və ica rəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. 29. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

30. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı- torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qan unvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

31. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bən di).

32. Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.

33. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir.

34. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

35. Bundan başqa, “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2017 il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası(məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bi lər.

36. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Mübahisəli torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda olmaqla, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazi hüdudlarında yerləşir. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi üçüncü şəxsin gətirdiyi arqumentlərə qiymət verməmiş, nəticədə apelyasiya şikayətinin dəlillərini araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərən camlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

43. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

44. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya in stansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayonu, Zığ Hövsan şosesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaradılması məqsədilə «Qum adası» bağçılıq-yoldaşlıq cəmiyyətinə 7 ha torpaq sahəsi ayrılması barədə Bakı şəhər İHB-nin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamı, məhz “Azneft” İB “Qum adası” NQÇİ-nin əmək kollektivinin marağı nəzərə alınmaqla qəbul edilmişdir. İkincisi, işdən görünür ki, həmin sərəncam əsasında tərtib olunmuş Ayrıc aktının və bağçılığın bölgü sxemi, cavabdeh orqan tərəfindən öz arxivində aşkar ed ilmiş və əslindən edilmiş çıxarışların təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Üçüncüsü, sözügedən sərəncam ləğv edilməmiş, bu günədək qüvvəsindədir. Bağçılığın bölgü sxeminin arxiv nüsxəsində isə 20 saylı bağ sahəsinin də mövcudluğu müəyyən olunur. Digər tərəfdən, işdən görünür ki, “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlığının iddiaçı ilə qonşu olan 19 saylı bağ sahəsinə dair başqa bir üzvünün mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, cavabdeh qeydiyyat orqanı tərəfindən ona reyestrdən xx.xx.2017 (№**********) çıxarış verilmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və həmçinin nəzərə alır ki, iddia olunan bağın aid olduğu torpaq sahəsi “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də “Qum adası” NQÇİ-nin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır. Başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir.

47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1535/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar