Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2365/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər "xxxx" MMC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2365/23) (Açar sözlər: sərəncamların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər "xxxx" MMC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə H allar Nazirliyi Tikintidə X2 Agentliyi) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)1562/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli qərarının icrası ilə əlaqədar Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Həmin müqa vilənin predmetini Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında binanın (yaşayış və qeyri yaşayış sahələri olmaqla) tikintisi üçün Nazirlər Kabinetinin Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyriyaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması təşkil edir.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubda bildirmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş tikintisi nəzərdə tutulmuş yaşayış binalarının memarlıq hissəsi (eskiz) tikinti planlaşdırma eskizinə uyğundur. 3. “İzmir küçəsi 5A saylı ünvanda yerləşən ərazinin tikinti planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 334 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 8 nömrəli qərarı rəhbər tutularaq, ünvan 1 ünvanda yerləşən şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən doqquz mərtəbəli yaşayış binasının və binanın yaxınlığında yerləşən qarajların yerində “Brend Palace" MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla İzmir küçəsi 5A saylı ünvanda yerləşən ərazinin tikinti-planlaşdırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. 4. “İzmir küçəsi 5A saylı binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 335 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, ünvan 1 binanın yaxınlığında yerləşən qarajların müvafiq qanunvericiliyə uyğun olaraq sökülməsinə və həmin ərazidə yüksək mərtəbəli yeni yaşayış binalarının tikintisinin layihələndirillməsinə "xxxx" MMC-yə icazə verilmiş və sonuncuya tapşırılmışdır ki, İzmir küçəsi 5A ünvanda yerləşən, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gə tirən, 4 girişli, 80 mənzilli, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsindən ibarət 9 mərtəbəli yaşayış binasının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, onların ərazidə və ya mövcud binanın yerində tikiləcək binalarda yeni mənzillərlə təmin edilməsi və eyni zamanda qeyri-yaşayış sahələrinin sahiblərinə yeni sahələrin verilməsi istiqamətində razılaşma tədbirləri həyata keçirsin, qarajların yerləşdiyi ərazinin relyef xüsusiyyətlərini nəzərə alaraq layihələndirmə ərəfəsində mühəndısı-geoloji tədqiqat işlərinin aparılmasını təmin etsin və tədqiqat işlərinin nəticələrinə dair hesabata alınmış rəyi Cavabdehnə təqdim edilsin, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiyaları aşkar edildikdə, həmin kommunikasiyaların köçürülməsini əlaqədar təşkilatlarla razılaşdırı lsın. Həmin sərəncam yalnız qarajların sökülməsi, mühəndisi-geoloji tədqiqat işlərinin aparılması, mənzil sahibləri və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılaşma müqavilələrinin bağlanması və layihələndirmə üçün əsas hesab edilmişdir.
5. Bakı Şəhəri Cavabdeh başçısının “İzmir küçəsi 5 A saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” xx.xx.2016-cı il tarixli 358 nömrəli sərəncamına əsasən, Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarını rəhbər tutaraq Yasamal rayonu, İzmir küçəsi, 5 A saylı binanın və binanın yaxınlığındakı q arajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti-planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksəkmərtəbəli yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə" Dövlət Baş Layihə - Konstruktor və Texnoloji İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 A saylı binanın yaxınlığında yerləşən qarajlara vizual texniki baxış keçirilmişdir və qarajlarin qəzalı vəziyyətdə olması və normativ istismar müddəti bitməsi müəyyən edilmişdir. Yamacın dayanaqlığının təmin edilməsi üçün müəyyən tədbirlər görülməsi məqsədə müvafiq hesab edilmişdir. 7. “İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlığının təmin edilməsi haqqında” Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 380 nömrəli Sərəncamı ilə Yasamal rayonu, İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlığının təmin edilməsi üçün "xxxx" MMC-yə müvafiq gücləndirmə-bərkitmə işlərinin aparılmasına və mühəndisi qurğuların qurulmasına icazə verilmiş, yamacın dayanıqlığının təmin edilməsi üçün görülən tədbirlər mütəxəssislər tərəfindən hazırlanmış konstruktiv layihə əsasında aparılması və yamacın gücləndirməbərkitmə işləri aparılan zaman zəruri təhlükəsizlik tədbirləri görülməsi, qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə əməl olunması "xxxx" MMC-yə tapşırılmışdır.
8. Cavabdeh xx.xx.20 16-cı il tarixli 428 nömrəli Sərəncamı ilə Cavabdeh müvafiq sərəncamlarının icrası ilə bağlı yamacın dayanaqlığının təmin edilməsi və digər hazırlıq işlərinə başlandığından və ərazidə müvəqqəti istifadə üçün köməkçi sahəyə ehtiyac yarandığından Yasamal rayonu İzmir küçəsı 5A ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yüngül konstruksiyalı bir mərtəbəli müvəqqəti ofis binasının quraşdırılmasına icazə verilmiş, ofis binasının quraşdırılması razılaşdırılmış eskiz layihəsinə uyğun aparılması və quraşdırma işləri aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, inşaat norma və qaydalarının tələblərinə əməl olunması, ərazinin sanitar təmizliyinin və abadlığının qorunması "xxxx" MMC-yə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İd diaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 334 nömrəli, xx.xx.2016-cı il tarixli 335 nömrəli, xx.xx.2016-cı il tarixli 358 nömrəli, xx.xx.2016-cı il tarixli 380 nömrəli və xx.xx.2017-ci il tarixli 144 nömrəli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 420 nömrəli Sərəncamı ilə ünvan 3 ünvanda ümumilikdə 0.69304 ha torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki Tam Ortaqlı ”İnşaatçı" Şirkəti) icazə verilmişdir. İddiaçı tərəfindən ünvan 4 ünvanda tikintisi nəzərdə tu tulan yaşayış binasının (3 girişli 20 mərtəbəli (19-20-ci mərtəbələri-2 səviyyəli birləşdirilmiş mənzillər), 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 3 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı-avtodayanacaq) şəhərsalma əsaslandırması, memarlıq-planlaşdırmanın eskiz həlli və işçi layihəsinin memarlıq hissəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış və yaşayış binasının tikintisi üçün digər lazımi razılıq və icazələr alınmışdır. İddiaçı qeyd edir ki, sözügedən ünvan 4 ünvana qonşu olan ünvan 5ası mövcuddur. Qısa zaman öncə həmin ünvanda, 9 mərtəbəli yaşayış binasının həyətyanı torpaq sahəsinin iddiaçı ilə qonşu sərhəddində tikinti işləri başlanmışdır. Başlanmış tikinti işləri qanunvericiliklə nəzərdə tutulmuş binalar arasında və binalarla tik inti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan ara məsafəsi pozulmuşdur. Verilən məlumata görə Cavabdeh tərəfindən həmin 9 mərtəbəli bina qəzalı vəziyyətdə olan bina hesab edilmiş və AR Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" xx.xx.2016-cı il tarixli 86 saylı Qərarını nəzərə alınaraq sözügedən binaya "Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında" sərəncam verilmiş və tikinti işləri məhz bu sərəncam əsasında başlanılmışdır. Bu isə iddiaçının hüquqlarını pozmaqla yanaşı, gələcəkdə həmin binalarda mənzil alan sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyur. AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi 03 bağlı müfəssəl” Qaydaların 3-cü bəndinə əsasən Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divariandan ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü yerüstü obyektlərinin inşasına yol verilmir. Adı keçən Qaydaların 5-ci bəndinə görə Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Həmin Qaydaların 6- cı bəndinə əsasən Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir- birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. Sözügedən Qaydaların 7-ci bəndinə görə Ara məsafəsi binanın xarici divar ının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Qeyd edilən Qaydaların 9-ci bəndinin tələbinə əsasən Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.7-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə is ə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2018 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) iş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
14. İşin məhkəmə araşdırması zama nı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-75/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 16881 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq edilən Cavabdeh tərəfindən "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixli 334 nömrəli “İzmir küçəsi 5A ünvanında yerləşən ərazinin tikinti planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında”, xx.xx.2016-cı il tarixli 335 nömrəli “İzmir küçəsi 5A binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarinin tikintisinin layihələndirilməsi haqqında”, xx.xx.2016-cı il tarixli 358 nömrəli “İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə ye ni yaşayış binalarinin tikintisinin layihələndirilməsi haqqında”, 25.11,2016-cı il tarixli 380 nömrəli “İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlılığının təmin edilməsi haqqında” və xx.xx.2017-ci il tarixli 144 nömrəli “İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidə yaşayış kompleksinin tikinti layihəsi üzrə 1-ci və 2-ci tikintisinə icazə verilməsi haqqında” sərəncamlar verilərkən "xxxx" MMC-nin həmin ərazidə inşa etdiyi binaya nisbətdə şəhərsalma və tikinti normalarına riayət edilmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) bina tikilərkən mövcud ara məsafəsinə aid qaydalara riayət olunub-olunmamasını müəyyən etmək mə qsədilə təkrar məhkəmə ekspertizası təyin edilmiş, X1 xx.xx.2020-ci il tarixli 104 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binası ilə (layihəsindəki mərtəbə sayı və hündürlüyü nəzərə alınmaqla) öz torpaq sahəsinin sərhədinə qədər olan ən yaxın məsafə 6,0 metr təşkil edir və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun deyildir. ünvan 6 ünvanında "xxxx" MMCnin inşa etdiyi yaşayış binası ilə (layihəsindəki mərtəbə sayı və hündürlüyü nəzərə alınmaqla) öz torpaq sahəsinin sərhədinə qədər olan ən yaxın məsafə 13,40 metr təşkil edir və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsini n 69.5.1. bəndinin tələblərinə uyğun deyildir. "xxxx" MMC-nin yaşayış binası ilə "xxxx" MMC-nin yaşayış binası arasındakı ən yaxın məsafə 26,40 metr, yamacın (təpənin ən yüksək nöqtəsindən aşağıya maili səthi) hündürlüyü isə 19,61 metr təşkil edir. "xxxx" MMC-nin yaşayış binasının fasad divarının üst səviyyəsi (xarici hündürlüyü 55,50 metr) "xxxx" MMC-nin yaşayış binasının layihə üzrə 17-ci mərtəbəsinin 56,41 metrlik səviyyəsinə uyğun gəlir. "xxxx" MMC-nin layihəsi reallaşacağı təqdirdə bu bina "xxxx" MMC-nin layihəsində nəzərdə tutulan yaşayış binasına maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilib-bilməməsi məsələsi, bu sahədə fəaliyyət göstərən xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən zəruri cihaz və ya avadanlıq vasitəsilə müvafiq araşdırma (ölçü, hes ablama və s.) aparıldıqdan sonra, dəqiqliklə müəyyənləşdirilə bilər.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) bina tikilərkən mövcud ara məsafəsinə aid qaydalara riayət olunub-olunmamasını müəyyən etmək məqsədilə təkrar məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 71,20 metr və «Brend Palace” MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadın ın hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 55,50 metr təşkil etmişdir. Həmçinin iki çox mərtəbəli yaşayış binasının tikilməsi zamanı (İddiaçı-nin və "xxxx" MMC-nin yaşayış binalarının layihələrində göstərilən hündürlükləri nəzərə alınmaqla) Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən ara məsafəsi nəzərə alınmış, tikinti və şəhərsalma qaydalarına əməl edilmiş, bədbəxt hadisələr baş verdiyi halda onların qarşısının alınması zamanı çətinlik (təhlükə) yarana bilməz və hər hansı təhlükə anında "xxxx" MMC-nin binalarına öz torpaq sahəsindən (İddiaçı ilə sərhəd istiqamətdən) müdaxilə etmək mümkün olacaqdır. Hər iki binanın layihəsi reallaşacağı təqdirdə, biri digərinə maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilməz.
17. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2 022-ci il tarixli, 2-1(112)-17/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddianın predmetini təşkil edən inzibati akt cavabdeh tərəfindən qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmamış, eyni zamanda iddiaçının irəli sürdüyü dəlillər iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır.
19. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)-1562/2023 nömrəli qərarı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(112)-17/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddən 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. İzibati akt - inzibati orqan tə rəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 1.4-cü bənd. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçul uq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki para lel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əs asında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları:
4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlə t şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntul ar barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəy yən edilməmişdir.
32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab edilərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. İşin mübahisələndirilən hallarının araşdırılması məqsədilə məhkəmələr tərəfindən bir neçə dəfə təyin edilmiş tikinti texniki ekspertizası üzrə təqdim edilmiş rəylərdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyü layihə üzrə +-0.00 səviyyəsindən 71,20 metr və "xxxx" MMC-nin in şa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 55,50 metr təşkil edir. İki çoxmərtəbəli yaşayış binasının tikilməsi zamanı Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən ara məsafəsi nəzərə alınmış, tikinti və şəhərsalma qaydalarına əməl edilmiş, bədbəxt hadisələr baş verdiyi halda onların qarşısının alınması zamanı çətinlik (təhlükə) yarana bilməz və hər hansı təhlükə anında "xxxx" MMC-nin binalarına öz torpaq sahəsindən (İddiaçı ilə sərhəd istiqamətdən) müdaxilə etmək mümkündür. Həmçinin, hər iki binanın layihəsi reallaşacağı təqdirdə, biri digərinə maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilməz.
36. Göründüyü kimi, iddianın predmetini təşkil edən inzibati akt, yəni sərəncam cavabdeh tərəfindən qəbul edilərkən inz ibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmamış, habelə iddiaçının irəli sürdüyü dəlillərin həqiqiliyi iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə öz təsdiqini tapmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 25-27-ci bəndlərində sadalanan qanunvericiliyin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(103)-1562/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanıl