Məhkəmə qərarları › İş №2-1(102)-2366/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2366/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2366/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və əlavə haqqın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filia lına qarşı əlavə haqqın hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-870/2021 nömrəli iş üzrə 23.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarının ona şamil edilməsi yəni, qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh orqan onun ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı olduğunu nəzərə almadan, məsələnin həllindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindək i icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2005-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qayda”sı qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.4 maddəsinə əsasən hərbi qulluqç ular Penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində, yəni Penitensiar Xidmətin Müşayət Taboru və Penitensiar Xidmətin 6500 saylı Mühafizə Alayında xidmət edən həqiqi hərbi xidmətdə olan müddətli (əsgərlər, hərbiçilər) sayılırlar. İddiaçı 23.04.1986-cı il tarixdən 2 saylı İstintaq Təcridxanasında müxtəlif vəzifələrdə xidmət etmiş və 24.01.2008-ci il tarixdə ədliyyə polis rütbəsində təcridnaxa rəisinin növbətçi vəzifəsində qulluq illərinə görə pensiyaya buraxılmışdır.

4. Birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)4240/2020 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi » tələbinə dair iddiasının rədd edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 13-cü maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 1, 2.0.6, 11.1, 15, 17, 24.1, 58.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə, “Ədliyyə orqalarında qulluq keçmə haqqında” Qanunun preambulasına, 33.1, 33.2, 33.4, 35.1, 35.2-ci maddələrinə, İPM-in 2.2.2, 52, 68, 73.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, inzibati orqan iddiaçıya münasibətdə AR Nazirlər Kabinetinin 123 nömrəli 29 may 2008-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Qaydanın (Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq verilməsi Qaydasının) tətbiqindən imtina etməkdə haqlı olmuşdur. Bu qənaət ondan irəli gəlir ki, iddiaçı Penitensiar xidmətin xüsusi rütbəli əməkdaşı və ya mülki işçisi deyil, hərbi qulluqçusu olduğundan, ona münasibətdə həmin Qaydanın tətbiqi yolverilən sayıla bilməz.”

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-4240/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.08.2021-ci il tarixli, 2-1(103)-870/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Azər Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(11 2)-4240/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 20, 33-cü maddələrini, “Əmək pensiyaları haqqında” Qanunun 1, 3, 20-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 13, 17-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli Fərmanının 2.3, 2.4-cü bəndlərini, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 161-ci maddəsini, Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”nın “Ümumi müddəa” adlanan 1, 2-ci hissələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 23.08.2021-ci il tarixli, 2-1(103)-870/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı na müraciət edərək, Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 saylı Qərarın “Ədliyyə orqanları və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” qüvvəyə mindiyi tarixindən ( 29.05.2008 ) əlavə haqqın hesablanaraq ona ödənilməsi haqqında müraciətinə cavabdeh tərəfindən imtina edilmişdir. Hesab edir ki, hər iki instansiya məhkəməsi iddia tələbinə heç bir aidiyyatı olmayan qanun normalarına təqdim olunmuş hüquq təsdiq edici sənədlərə münasibətdə yanlışlığa yol verilmişdir. Belə ki, iddiaçı Ədliyyə mayoru rütbəsində Penitensiar Xidmətin 2 saylı Təcridxanasında rəisin növbətçi köməkçisi vəzifəsindən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 39-cu maddəsinə əsasən “qulluq illərinə görə” pensiyaya göndərilmişdir. (pensiya vəsiqəsinin surəti təqdim olunur) Həmçinin idd iaçı hal-hazıra kimi ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi bütün imtiyazlardan yararlanır, iddiaçının pensiya işində son dekabr 20.4-cü il tarixli, 1962 saylı “Məlumat vərəqəsi” ndə onun xüsusi rütbəli ədliyyə mayoru olduğu əksini tapmışdır. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibbi baş İdarəsinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılası haqqında” 10 iyun 2019-cu il tarixli, 1264 №-li Sərəncamını iddiaçıya xüsusi rütbəli əməkdaş kimi tətbiq etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.4 maddəsinə əsasən hərbi qulluqçular Penitensiar müəssisələrdə saxlanıl an şəxslərin müşayəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində (Penitensiar Xidmətin Müşayət Taboru və Penitensiar Xidmətin 6500 saylı Mühafizə Alayında xidmət edən həqiqi hərbi xidmətdə olan əsgərlər hərbiçilər sayılırlar. İddiaçı xidmətinə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.1.8 və 40.1.11-ci maddələrinə əsasən xitam verilmişdir.

11. Bu bir daha iddiaçının Ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı olmağına sübutdur. (əmək kitabçasının surəti) Məlum olduğu kimi qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyini zamanı əyani təhsil müddəti, həqiqi hərbi xidmət müddəti və 01.01.1992-ci il tarixindən 01.05.1997- ci il tarixinədək fövqaladə vəziyyət müddətinin bir ilinin iki il kimi hesablanması əmək stajı kimi pensiya hüququ veri ldisə bu müddətlər üçün pensiya məbləğinin maliyyə vəsaitinin hesablanması hüququ verirdi. Dövlət hərbi qulluqçularının və xüsusi rütbəli əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təklifi əsasında Nazirlər Kabineti '‘Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” barədə 29 may 2008-ci il tarixli 123 saylı Qərar qəbul etdi. Məhz qeyd olunan qərarın 111 bölməsinə əsasən iddiaçıya pensiya təyin edilən zaman vəzifə və rütbə maaşının qulluq illəri 33 il 07 ay 25 gün olduğu üçün 50% hesablanmalıdır. Hazırda isə iddiaçıya 30%-dən ödənilir. Deməli İddiaçı qeyd olunan qərarın qüvvəyə mindiyi 29 may 2008-ci il tarixindən qullu q illərinə görə əlavə haqq 20% məbləğində hesablanıb ödənilməlidir.

12. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz edilərək bildirilir ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən, Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Göründüyü kimi, Penitensiar Xidmətin hərbi qulluqçuları ədliyyə orqanlarının işçiləri sırasına aid edilmir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər normativ hüquqi aktlarla tənzimlənir. Beləliklə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 saylı Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndinə yalnız ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələləri tənzimləndiyindən iddia əsassız, Bakı Apellyasiya Məhkəməsinin qərarı isə tamamilə qanuni və əsaslı olmuşdur.

13. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icraatınızda olan İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya inst ansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Silahlı qüvvələr haqqında” Qanun: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti m üvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və mil li maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

15. Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai q aydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”: 2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzi fədə işlədiyi müddət; 2.1.2. ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; 2.1.3. ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; 2.1.4. ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; 2.1.5. ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; 2.1.6. məzuniyyət dövrləri; 2.1.7. ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; 2.1.8. peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; 2.1.9. ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; 2.1.10. ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət. 2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti.

17. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatı nda tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yaz ılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması t ələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhk əməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə cavabdehin iddiaçıya ünvanladığı 11 mart 2020-ci il tarixli, “pensiya məbləğinin yenidən hesablanması haqqında” adlanan cavab məktubunun məzmununa diqqət yetirməyi zəruri hesab edir.

21. Belə ki, həmin məktubda imtinanın əsası aşağıdakı qaydada göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndin də yalnız yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsi tənzimlənmədiyindən sözügedən qaydanın əmək pensiyanızın hesablanması zamanı tətbiq edilməsi tərəfimizdən mümkün hesab olunmur” iş səh. 8).

22. Beləliklə cavabdeh hesab edir ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş qaydanın müddəaları yalnız ədliyyə orqanları işçilərinə (xüsusi rütbəli olan əməkdaşlarına və mülki işçilərə) tətbiq edilə bilər.

23. Birinci instansiya məhkəməsi də cavabdehin həmin hüquqi mövqeyini doğru sayaraq qərarında qeyd etmişdir ki, “iddiaçı Penitensiar xidmətin xüsusi rütbəli əməkdaşı və ya mülki işçisi deyil, hərbi qulluqçusu olduğundan, ona münasibətdə həmin qa ydanın tətbiqi yolverilən sayıla bilməz”.

24. Daha sonra birinci instansiya məhkəməsi qərarında yazır ki, “məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir”.

25. Beləliklə birinci instansiya məhkəməsi də belə hesab etmişdir ki, iddiaçı Penitensiar xidmətinin hərb qulluqçusu olduğundan sözügedən qaydanın müddəaları ona tətbiq edilə bilməz.

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən, öz qərarının əsaslandırma hissəsində ziddiyyətli qənaətlərə gəlmişdir.

27. Belə ki, apelyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1, 20.15-ci maddələrinə istinadən yazır ki, “Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsin in iddiaçının hərbi qulluqçu olması barədə mövqeyi ilə razılaşmasa da, məhkəmənin qərarı nəticə olaraq düzgün olduğu üçün bu halı ləğv əsası kimi görmür və qərarı ləğv edərək, həmin qərarla gəlinən nəticəni təkrarlamaq zərurətinin olmadığını bildirir”.

28. Beləliklə apelyasiya məhkəməsi iddiaçının hərbi qulluqçu olması ilə razılaşmasa da, özü apelyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsinin başqa bir yerində göstərir ki, sadalanan normaları işin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, iddiaçı ədliyyə mayoru, yəni Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşı kimi xidmət keçsə də, qanunvericiliyin tələbinə əsasən ona hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. Belə ki, iddiaçının HD/1855-001665 pensiya işində olan Pensiyanın yenidən hesablanması haqqında 24.12.2014-cü il tarixli P/İ 001665 nömrəli qərardan görünür ki, iddiaçının əmək pensiyası yenidən hesablanarkən 822 manat məbləğdə təminat xərcliyinin 89%-i götürülməklə pensiyasının məbləği 731,58 manat təşkil etmişdir. Bu fərq isə özünü hərbi qulluqçuların və bu statusa malik olmayan ədliyyə orqanlarının işçilərinin pensiyalarına əlavələrin hesablanması qaydasında əks etdirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-20.18-ci maddələrinə əsasən hərbi qulluqçuların pensiyalarına əlavələr onların təminat xərcliyinin 50%-dən 100%-dək olan miqdarda hesablandığı halda, 20.19-20.20-ci maddələrinə görə ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinin pensiyalarına əlavələr təminat xərcliyindən deyil, ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya ist ənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin yalnız 45%-dən 80%-dək olan miqdarda hesablanır.

29. İddiaçıya hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi, yəni təminat xərcliyinin 89% miqdarında əmək pensiyasının təyin edilməsi pensiya işində olan 18.12.2014-cü il tarixli Məlumat vərəqi ilə təsdiq olunur.

30. Bundan əlavə, həm Məlumat vərəqi, həm də Pensiyanın yenidən hesablanması haqqında qərardan məlum olur ki, iddiaçı hazırda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəni alır və əvvəllər də almışdır. Bu isə o deməkdir ki, hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs statusunda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəni alan iddiaçı bu dəfə belə statusu olmayan (hərbi q ulluqçulara bərabər tutulmayan) xüsusi rütbəli şəxslərə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə tanınan üstünlüklərdən də, yəni eyni güzəştdən qanunsuz olaraq ikinci dəfə istifadə etmək istəyir.

31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin sözügedən ziddiyyətli hüquqi mövqeyi ilə razılaşmayaraq, onu yalnış və əsassız hesab edir. (qərarın 16-cı bəndi)

32. İşin təkzib edilməz halı ondan ibarətdir ki, iddiaçı hərbi qulluqçudur və belə olan halda sözügedən “qayda”nın 2.2, 2.2.7, 3.1-ci bəndlərinə görə iddiaçının iddiası qanuna uyğundur və əsaslıdır.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 28.8.2021- ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.08.2021-ci il tarixli, 21(103)-870/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar