Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2368/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsi və fərdi yaşayış evinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)2180/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz əmlakın bağışlanmasına dair X1 ilə iddiaçı arasında bağlanmış 04 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 522,19 kv.metr, yaşayış sahəsi 149.6 kv.metr, yardımçı sahəsi 146 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsini iddiaçıya bağışlamışdır.
2. X7 ilə iddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən, X7 ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə ona məxsus olan 2 otaqlı mənzili (y/s-30,8 kv.metr, k/s-17,4 kv.metr olan) iddiaçıya satmışdır.
3. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi (“Q” tikilisi (2 otaq, y/s-30.8 kv.m., k/s-17.4 kv.m.) və “V” tikilisi (1 otaq, y/s-149.6 kv.m, k/s-146.0 kv.m.) üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmışdır.
4. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ********** saylı, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ üçüncü şəxs X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınm ışdır. 5. 16.09.2011-ci il tarixli, 11/7077 160911 inventar nömrəli, **********09-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 25 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti X5r və torpağın faktiki sahəsi 0.09156 ha, tikinti altı sahəsi 0.04422 ha, digər sahələr 0.04734 ha kimi qeyd olunmuşdur.
6. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, 04/8461 inventar nömrəli, **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 27 C ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti İddiaçıdur və torpağın faktiki sahəsi 0.03955 ha, tikinti altı sahəsi 0.03955 ha kimi qeyd olunmuşdur.
7. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 27 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Cavabdehin 17 may 2018-cı il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından bölgü sxemini tərtib etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 27 ünvanında yerləşən, əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evi və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsi üzərində ayrılıqda mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m. sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və yeni ünvanın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. İcraata cəlb edilməmiş şəxs - X8 apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2-1(103)-2898/2019 nömrəli qərardadına əsasən, X3 apellyasiya şikayəti mümkün hesab edilməmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2-1(82)-2796/2018 nömrəli qərardadına əsasən, X3 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin olunmamışdır.
13. X8 apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və onun 21(82)-2796/2018 nömrəli iş üzrə üçüncü şəx s qismində icraata cəlb olunmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1387/2020 nömrəli, 11 avqust 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 may 2020ci il tarixli qərardadı ləğv edilmiş, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 21(82)-2796/2018 nömrəli qərarı ləğv edilmiş, hazırkı iddia tələbinə üçüncü şəxsin iştirakı ilə yenidən baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)807/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edil məmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 21(103)-1387/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin “Q” tikilisi və “V” tikilisi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib edilmişdir. xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin ünvanladığı məktub əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıyır. “Q” və “V” tikililərinə iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Texniki pasporta və yerləşdiyi sahənin planına nəzər saldıqd a isə müəyyən olunur ki, onun yerləşdiyi torpaq sahəsi – həm tikintialtı, həm də həyətyanı sahədən ibarətdir. Belə olan halda torpağa dair real bölgü aparılmalı və hər bir paylı mülkiyyətçinin ona aid torpaq sahəsinə dair plan-sxemi mövcud olmalıdır.
18. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-1(112)-6304/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır.
20. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2180/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağ ızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs kassasiya şikayətində “Torpaq islahatları haqqında” Qanunun 9-cu və 10-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, məhkəmə iddia tələbini rədd etməli idi, belə ki, mübahisəli torpaq yalnız iddiaçının deyil, həm də üçüncü şəxs X3 istifadəsində olan torpaq sahəsidir, torpaq sahəs inin özəlləşdirilməsi hüququ yalnız iddiaçıya deyil, həm də X6 məxsusdur. Belə olan halda, torpaq sahəsi yalnız bölgü sxemi olduqda bölünərək özəlləşdirilə bilərdi. Mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlərin heç biri nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
25. Üçüncü şəxs həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərar çıxardığı tələb üzrə iddiaçı tərəfindən cavabdeh qeydiyyat orqanına müraciət edilməmişdir. Bu hal həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə olan halda məhkəmə iddianı mümkünsüz hesab etməli olduğu halda bunu etməmiş, bununla da İPM-nin 35.1-ci maddəsinin müddəalarını pozmuşdur. C avabdehin kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərinin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi ilə bağlı İdarəyə onun müraciəti daxil olmamışdır və torpaq sahəsinə dair bölgü sxemi, torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənəd İdarəyə təqdim edilməmişdir. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 27 saylı ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ****** **** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından bölgü sxemini tərtib etmək mümkün olmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 27 saylı ünvanda yerləşən ümumi sahəsi 522.19 kv.m olan fərdi yaşayış evi İddiaçı ("Q"- tikilisi (2 otaq, y/s-30.8kv.m., k/s-17.4kv.m) və "V"-tikilisi (1 otaq, y/s-149.6kv.m., k/s146.0kv.m)) və X2 (qalan hissə) adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 11/4243 nömrəli, xx.xx.2016-cı il tarixli Texniki pasportda göstərilən “Q” tikilisi sökülmüş, yerində 3 mərtəbəli mansardlı tikil i inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evinin birinci mərtəbəsinin döşəməsindən mansardın tavanına qədər olan məsafə 12.45 metr təşkil edir. Birinci mərtəbə yer səviyyəsindən 0.8 metr hündürdür. Tikintialtı sahədə 12.3 kv.m, ümumi sahədə isə layihəyə əsasən 138.25 kv.m artıq fərq mövcuddur. Tikilinin 9.7 kv.m hissəsi texniki pasportdakı fərdi yaşayış evinin ərazisindən kənarda yerləşir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Torpaq islahatı haqqında” Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçili yindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yükl ülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına a lınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayət lərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətlə ndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı bağışlama və alqısatqı müqaviləsi əsasında əldə etdiyi daşınmaz əmlak (fərdi yaşayış evi və altında yerləşən torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqana və ya məhkəməyə (ərizə və ya iddia formasında) müraciətinin məzmunu onun hüquqi marağı və həmin müraciət vasitəsilə nail olmaq istədiyi məqsəd baxımından qiymə tləndirilməlidir. Başqa sözlə, şəxsin hüquqi marağının müəyyən olunması baxımından müraciətin ifadə tərzi deyil, onun məzmunu əhəmiyyət kəsb edir və həm inzibati orqan, həm də məhkəmə yardımetmə vəzifəsi çərçivəsində şəxsin tələbinin məzmununun dəqiqləşdirilməsində və onun hüquqi marağının müəyyən olunmasında ona yardım göstərməyə borcludur. Belə yanaşma həm də prosessual qənaət məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı bölgü sxeminin tərtibinə deyil, son nəticədə əldə etdiyi daşınmaz əmlak üzərində hüququnun qeydiyyata alınmasına nail olmaqdan ibarətdir və onun müraciəti də bu kontekstdən qiymətləndirilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, bölgü sxeminin tərtibi iddiaçının nail olmaq istədiyi məqsəd kimi deyil, onun hüquqi marağına və nai l olmaq istədiyi məqsədə xidmət edən vasitə kimi nəzərdən keçirilməlidir. Həmcinin nəzərə alınmalıdır ki, bölgü sxemi yalnız şəxsin hüququnun əsaslandığı hüquqmüəyyənedici sənədlər əsasında tərtib oluna bilər və özü-özlüyündə müstəqil olaraq hüquqmüəyyənedici sənəd keyfiyyətinə malik deyildir.
39. Kassasiya şikayətinin inşa edilmiş fərdi yaşayış evinin hündürlüyü və ölçüləri ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci və 80-ci maddələrinə əsasən tikinti obyektinin layihəsinin şəhərsalma və tikinti hüququ normalarına uyğun olmasının yoxlanılması, həmin obyektin tikinti layihəsinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi, eləcə obyektin razılaşdırılmış və ya icazə verilmiş layihəyə uyğun tikilməsinə nəzarət cavabdehin d eyil, buna səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyət sferasına aiddir. Tikinti obyektinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi üzrə icraat çərçivəsində üçüncü şəxslərin hüquqlarının nəzərə alınması və qorunması üçün müvafiq tədbirlərin görülməsi də müvafiq olaraq icazə və ya məlumatlandırma icraatını həyata keçirən orqanın səlahiyyətinə aiddir və onun xidməti vəzifəsindən irəli gəlir. Həmçinin nəzərə alınmalıdır ki, şəhərsalma və tikinti hüququ normalarına görə obyektin hündürlüyünün müəyyən olunması zamanı onun birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin (mansardın deyil) tavanına qədər olan məsafə hesablanır və hesablama zamanı mansardın hündürlüyü nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tari xli, 349 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.5-ci maddəsinin qeydinə əsasdən binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) olan məsafə kimi qəbul edilir.
40. Cavabdehin qeyd olunan hallara imtinada istinad etməsi həmin icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid məsələlərin təftiş olunması kimi qiymətləndirilməlidir və səlahiyyətlər bölgüsü baxımından yolverilməzdir.
41. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından bu qərarın 39cu bəndində qeyd edilmiş səlahiyyətli orqanlar tərəfindən tikinti layihəsinə, tikintinin layihəyə uyğun inşa edilmədiyinə dair irad bildirildiyi, t ikinti obyektinin razılaşdırılması ilə bağlı səlahiyyətli orqanın hərəkətlərinin iddiaçı tərəfindən mübahisələndirildiyi görünmür. Əksinə, iş üzrə materiallardan görünür ki, iddiaçı fərdi yaşayış evini alqı-satqı və bağışlama yolu ilə əldə etdikdən sonra tikinti və şəhərsalma normalarına uyğun olaraq rayon İcra hakimiyyətinə müraciət etmiş, tikəcəyi fərdi yaşayış evinin eskiz layihəsini səlahiyyətli orqana təqdim edərək tikinti layihəsini razılaşdırmış, tikinti obyektini şəhərsalma və tikinti norma və qaydalarına riayət olunmaqla inşa etmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 29-cu bəndində istinad olunan normada daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırı lmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qismində nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, həmin müqavilələr daşınmaz əmlak üzərində hüququ təsdiq edən sənədlər əsasında bağlanır. Qeyd edilən normanın mətninə və məzmununa görə, qanunda təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
43. Hazırkı mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsini alqı-satqı, digər hissəsini bağışlama müqaviləsi əsasında əldə etmişdir. Müqavilələr bağlanan zaman həmin hissələrə dair əmlak üzərində hüquqlara dair çıxarışların mövcu d olduğu, bu baxımdan əmlakların əldə edilməsinə hər hansı üçüncü şəxsin, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 25 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X3 razılığının tələb olunmadığı da nəzərə alınmalıdır.
44. Qeyd olunmalıdır ki, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, etibarsız sayılana və ya başqa səbəblərdən qüvvəsini itirmiş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu mənada hüququnun qeydiyyata alınması üçün iddiaçının yuxarıda istinad olunan normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olduğu iş üzrə materiallarla təsdiq olunur.
45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnun qeydiyyata alınmasından və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
46. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2180/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.