Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2368/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Tovuz rayonu Dönük Qırıqlı kənd bələdiyyəsinə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Tovuz rayonu Dönük Qırıqlı kənd bələdiyyəsinə) qarşı “Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarının ona və oğluna şamil olunaraq onlar a da pay torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(104)-518/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarının ona və oğluna şamil olunaraq onlara da pay torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 15 fevral 2023-cü tarixli, 2-1(114)158/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. İddiaçı həmin qərardan apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası edilməsi barədə ərizə vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(104)-518/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur.
3. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(104)-518/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 17 may 2024-cü il tarixdə Göyçay rayon Vəkil Bürosuna rəsmi qaydada çatdırılmış, 17 may 2024-cü il tarixli vəkil orderi verilmişdir.
5. İddiaçı 08 iyun 2024-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və buraxılmış müddətin bərpa olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, xəstəliyi ilə əlaqədar müalicə olunduğundan iş üçün əhəmiyyətli sübutları vəkilə vaxtında təqdim edə bilməmiş, ona görə də kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib e dilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyə n olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
8. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
9. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
11. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə 03 may 2024-cü il tarixli qərardadı 17 may 2024-cü il tarixdə Göyçay rayon Vəkil Bürosuna rəsmi qaydada çatdırılmış və 17 may 2024-cü il tarixdə iddiaçıya vəkil təyin edilmişdir (vəkil orderi həmin tarixdə verilmişdir). Belə olan halda, iddiaçıya münasibətdə apellyasiya instansiyası məhkəməsinin müvafiq qərardadından kassas iya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət axımı məhz, həmin tarixdən başlamış, 26 may 2024-cü il tarixdə bitmiş, bu tarix qeyri-iş gününə düşməmiş, yəni iş günü olmuşdur. Buna baxmayaraq, iddiaçının vəkili 08 iyun 2024-cü il tarixdə kassasiya şikayətini Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə göndərmiş, beləliklə də apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
12. İddiaçı prosessual müddətin bərpası barədə ərizə verməklə də bunu etiraf edir.
13. İddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əriz ədə iddiaçının xəstəliyi ilə əlaqədar müalicə olunduğu üçün iş üçün əhəmiyyətli sübutları vəkilə vaxtında təqdim edə bilmədiyi qeyd olunmuşdur. Lakin iddiaçının məhz həmin tarix aralığında müalicədə olmasını, eləcə də, prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən digər mötəbər sübutlar təqdim edilməmişdir
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin onun təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
15. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bər pa edilməsi barədə ərizə təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(104)-518/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.