Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2369/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; əl ilə qaynaq aparan elektrik qaynaqçıları; qaz qaynaqçıları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “xx.xx.2017-ci il tarixdən 57 yaşd an güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-89/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək (2 il 1 ay 9 gün) hərbi xidmətdə olmuşdur.
3. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1978 - xx.xx.1979-cu illərdə istixanatəmir sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1982 - xx.xx.1999-cu illərdə "xxxx" İB İTMda 2-ci və 3 -cü dərəcəli elektrik qaz qaynaqçısı, qaz kəsicisi, xx.xx.2006 - xx.xx.2014-cü və xx.xx.2014 - xx.xx.2015-ci illərdə “Qartal” Tikinti firmasında qaynaqçı, xx.xx.2015-xx.xx.2015-ci illərdə MİH maddi texniki təchizat bölməsində 6 dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2015 xx.xx.2018-ci illərdə “X1” ASC-də 5-ci dərəcəli qaynaqçı, xx.xx.2018 - xx.xx.2018-ci illərdə “Meliorasiya və X3” MMC-də 5-ci dərəcəli qaynaqçı işləmişdir və xx.xx.2018-ci ildən hazırkı tarixədək “X1” ASC-də 5-ci dərəcəli qaynaqçı işləyir. 4."xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 01-VƏ/393 nömrəli arayışdan görünür ki, o, həqiqətən xx.xx.1978-ci ildən (əmr№ 94-ok, xx.xx.1978-ci il) xx.xx.1979-cu ilədək (Əmr №-134-ok, xx.xx.1979-cu il) “Azbaşenerji'nin İstehsalat-Təmir müəssisəsinin Qazan təmir sexi nə 2-ci dərəcəli elektrik-qaynaqçısı peşəsində və xx.xx.1982-ci ildən (Əmr №-02-ok, xx.xx.1982-ci il) xx.xx.1999-cu ilədək (əmr № 35-ш, xx.xx.1999-cu il) elektrik-qaz qaynaqçısı və qaz kəsicisi işləmişdir. Göstərilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr' fəslində göstərilən elektrik qaynaqçıları və qaz kəsiciləri peşəsinə uyğun olaraq zərərli əmək şəraitində işlədiyiklərinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İddiaçı bu sahədə güzəştli iş stajı 17 il 7 ay 11 gün təşkil edir. “Azbaşenerji"nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən, “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2002ci il tarixli 13№-li əmrinə əsasən, İstehsalat -Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC yaradılmışdır. “Azərenerji" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən, “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC "xxxx" MMC adlandırılmışdır. “Azərenerji"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “Azərenerjitikinti" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. 5.İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdehin müraciətinə münasibət bildirilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabedehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək "Azbaşenerji" İstehsalat-Təmir müəssisəsinin Qazan təmir sexində elektrik qaynaqçısı və xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixədək elektrik qaz qaynaqçısı və qaz kəsici, 2006cı ildən 2020-ci ildək “Avro-Asiya” inşaat korporasiya "xxxx" ASC-də 2-ci və 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabientinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Si yahının 35-ci "Ümumi peşələr" fəslinin 2.26. və 68-ci hissəsinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Onun 2020-ci ilə qədər ümumilikdə 32 il iş stajı və 20 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı vardır. Ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda, bu günədək həmin hüququ tanınmamışdır. Yuxarıda qeyd olunan illər ərzində zərərli işlərdə işlədiyi üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Mövcud məsələ ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə bu günədək cavabdeh orqan tərəfindən hər hansı münasibət bildirilməmişdir. 8.Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı ilə qədər 25 il ümumi, 12 il 6 ay isə xüsusi stajı olmalıdır. İddiaçının xüsusi stajı yetərli olsa da, xx.xx.2006-cı ilə kimi 25 il ümumi staj tamam olmadığından iddianın təmin olunması üçün əsas yaranmamışdır. İddiaçının filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1976 - xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979 - xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx. 1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gün.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.Əzizova) xx.xx.2022-ci il tarixli, 2-1(118)1750/2022 saylı qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixindən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 12. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “V ətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
11. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
12. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır ola n digər işlərdə işləməsi) malik olması tələb olunur.
14. İş materiallarndan müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər tələb olunan azı 25 il ümumi staja qarşı 22 il 5 ay 10 gün stajı vardır: xx.xx.1976 - xx.xx.1978 (1 il 10 ay 20 gün), xx.xx.1978 - xx.xx.1979 (1 il 2 ay 16 gün), xx.xx.1979 - xx.xx.1981 (2 il 1 ay 9 gün) və xx.xx.1982 - xx.xx.1999 (17 il 4 ay 25 gün), cəmi 22 il 5 ay 10 gün. Bu isə 57 yaşdan pensiya hüququnun yaranmasına kifayət etmir.
15. Cavabdehin məhkəmə araşdırması zamanı təqdim etdiyi imtina məktubundan görünür ki, o, iddiaçının 60 yaşdan pensiya təyin edilməsilə bağlı məsələyə münasibət bildirərək, pensiya kapitalının çatmaması səbəbindən imtina etmişdir. Lakin iddia ərizəsinə etirazda cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamamlanmadığından ona əvvəlki qanunvericiliyə uyğun 57 yaşdan pensiyanın təyin olunmasının mümkün olmadığını bildirmişdir.
16. Göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixədək güzəştli staj toplasa da, ümumi iş stajını toplaya bilməmişdir. Bu səbəbdən cavabdeh haqlı olaraq ona 57 yaşdan pensiya təyin olunmasından imtina etmişdir.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Babayeva/sədrlik edən və məruzəçi/, Z.Məmmədov və F.Məmmədov) xx.xx.2023-cü il tarixli, 21(105)-89/2023 nömrəli qərarı ilə apell yasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il, 2-1(118)-1750/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq iddiaçı qeyd etmişdir ki, onun xx.xx.2017-ci ilə qədər ümumilikdə 29 il ümumi və 17 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı vardır. Apellyasiya instansiyası məhkəməsi düzgün araşdırma və əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərd i hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.“Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”. XXXİİİ. Ümumi peşələr. 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları; 23200000—11620 qaz qaynaqçıları
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv olunması tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəm ə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib-edilməməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb olunur: xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi iş stajının toplanması və bu müddətin azı 12 il 6 ayı güzəştli iş stajı olması.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh iddiaçının xx.xx.1978-xx.xx.1979-cu illər – 2-ci dərəcəli elektrik qaynaqçısı (1 il 2 ay 10 gün); xx.xx.1982 - xx.xx.1999-cu illər - elektrik-qaz qaynaqçısı və qaz kəsicisi (17 il 4 ay 25 gün) üzrə xüsusi iş stajını mübahisələndirmir. Belə ki, iddiaçının bu peşəlrdə sığorta stajı 18 il 7 ay 11 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixinədək güzəştli staj şərtinin ( azı 12 il 6 ay) ödənilməsi işin mübahisəsiz halıdır. Cavabdeh işin bu halını mübaqhisələndirmir və bu hal işdə olan əmək kitabçasının surəti, güşətli arayış və s. sənədlərlə də öz təsdiqini tapır.
33. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək az ı 25 il ümumi iş stajına malik olmaması ilə bağlı aşağıdakıları qeyd edir.
34. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı 18 il 7 ay 11 gün olmuşdur.
35. Həmçinin, işdə olan iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Odur ki, həmin müddət 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrünü əhatə etdiyindən “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinin tələbləri baxımından sığorta stajına daxil edilməlidir.
36. Həmçinin, iş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən verilmiş № 555, 21 iyul 1978-ci il tarixli attestata əs asən, iddiaçı 01 sentyabr 1976-cı il tarixdən 21 iyul 1978-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. Həmin müddət də “Əmək pensiyaları haqqında” qanunun 21-ci madəəsinin tələbləri baxımından sığorta stajına daxil edilməlidir.
37. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 22 il 7 ay 11 gün ümumi iş stajına malik olduğu müəyyən edilir.
38. Göründüyü kimi, xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi iş stajının mövcud olması ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilməmişdir.
39. İddiaçı özü də kassasiya şikayətində etiraf edir ki, onun xx.xx.2017-ci ilə qədər 29 il ümumi iş stajı vardır. Buradan da açıq aydın görünür ki, iddiaçının ümumi iş stajı hələ 2013-cü ildə tamamlanmışdır. Halbuki, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi üçün o, xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajına malik olmalı idi.
40. Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir.
41. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilmədiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
42. Apellyasiya instansiy ası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-89/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.