Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2019 08.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərardadından X1 oğlu tərəfindən verilmiş kassasiya şikayətini n mümkünlüyünə və üçüncü şəxs qismində icraata cəlb edilməyə dair ərizəyə Ali Məhkəmənin binasında 08 yanvar 2019-cu il tarixdə məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli, 2-1(81)939/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvanda 455 kv.m torpaq sahəsində yerləşən 6 otaqlı, 145,7 kv.m yaşayış sahəsi, 63,3 kv.m köməkçi sahələrdən, 29.35 kv.m qaraj, 22,36 kv.m açıq eyvan, 58,87 kv.m talvar (pilləkən meydançası ilə birlikdə) və 89,42 kv.m yarımzirzəmi sahəsindən ibarət 24 saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 may tarixli 2-1(103)-894/2017 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Həmin qərardan İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, daha sonra kassasiya məhkəməsindəki icraat zamanı o, vəfat etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 01 noyabr tarixli, 21(102)-1690/2017 nömrəli qərardadı ilə hazırkı iş üzrə İddiaçı prosessual hüquq varisi iddiaçı qızı ilə əvəz edilmiş, üçüncü şəxs qızı üçüncü şəxs qismində icraata cəlb edilmiş, X1 oğlunun və X2 oğlunun ərizələri isə miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edilmədiyinə görə təmin olunmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 01 noyabr tarixli, 21(102)-1690/2017 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayə ti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 2 may tarixli 21(103)-894/2017 nömrəli qərarı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı iddiaçının prosessual hüquq varisi iddiaçı qızı ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli, 2-1(81)-939/2017 nömrəli qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilmiş dir. X2 oğlu kassasiya şikayəti və ərizə verərək hazırkı iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmasını və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Ərizənin və kassasiya şikayətinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, atası İddiaçı 31 avqust 2017-ci il tarixdə vəfat etdiyindən bacısı iddiaçı qızı prosessual hüquq varisi kimi işə cəlb olunmuşdur. Atası vəfat etmədən əvvəl 19 may 2017-ci il tarixdə özünün bütün əmlakını ona vəsiyyət etmiş, qanun üzrə digər vərəsələri vərəsəlik hüquqlarından məhrum etmişdir. Mərhum iddiaçının bir neçə vərəsəsinin olmasına baxmayaraq onlardan yalnız iddiaçı qızı işə cəlb olunmuşdur. iddiaçının qızının iddiadan imtina e tməsi və bununla bağlı çıxarılmış məhkəmə qərardadı onun hüquqlarını pozur. Bu səbəbdən hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməlidir. Kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı prosessual hüquq varisi kimi işə cəlb edildikdən sonra işə Ali Məhkəməbə baxılarkən kassasiya şikayətinin təmin edilməsini xahiş etsə də, işə yenidən apellyasiya məhkəməsində baxılan zaman fikrini dəyişmiş, düşünülmüş formadan atasından miras qalmış əmlakın vəsiyyətnamə əsasında ona çatmasına mane olmaq üçün iddia tələbindən imtina etmişdir. Atası vəfat etmədən əvvəl 19 may 2017-ci il tarixdə özünün bütün əmlakını ona vəsiyyət etmiş, qanun üzrə digər vərəsələri vərəsəlik hüquqlarından məhrum etmişdir. iddiaçının iddiadan imtina etməsi onun hüquqlarını pozduğundan məhkəmə həmin ərizəni təmin etməməli idi. Apellyasiya məhkəməsi işə səthi yanaşmış, hüquqi varislərdən birinin işə cəlb edilərək onun iddiadan imtinasını qəbul etməsinin, digər vərəsələrin hüquqlarının pozulmasına səbəb ola biləcəyini araşdırmamış, qanunsuz qərardad qəbul etmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Bununla yanaşı, iddiaçının prosessual hüquq varisi iddiaçı qızı ərizə təqdim edərək kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, X1 oğlu tərəfindən verilmiş ərizə təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi yeni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 83.3.6-cı maddəsinə görə bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddəl ərində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 99.2.6-cı maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllədə müəyyən edilmiş digər hallarda məhkəmə qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kassasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kassasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtina barədə ərizəsi təmin edilər ək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 12 yanvar tarixli, 2-1(81)-939/2017 nömrəli qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilmişdir. Yuxarıda sadalanan müddəalardan göründüyü kimi həmin qərardaddan şikayət verilə bilməz. Kollegiya qeyd edir ki, bu halda, apelyasiya məhkəməsinin qərardadında ondan kassasiya şikayəti verilə biləcəyinin göstərilməsi də vəziyyəti dəyişmir. Çünki hər hansı məhkəmə aktından yuxarı instansiya məhkəməsinə şikayət vermənin mümkünlüyü məsələsi bu barədə məhkəmə aktının özündə olan göstərişlə deyil, prosessual qanunvericiliyin tələblərinə əsasən həll edilir. Ona görə ki, bu məsələ məhkəmənin deyil, qanunun müəyyən etdiyi məsələdir. Beləliklə, müstəqil qaydada mübahisələndirilməsi mümkün olmayan qərardaddan kassasiya şikayəti verildi yi üçün şikayət mümkün sayılmamalıdır. Kollegiya aşağıda göstərilənlərə əsasən isə hesab edir ki, üçüncü şəxs qismində icraata cəlb edilməyə dair ərizə də təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarına və həmin qərarda verilmiş şərh nəzərə alınmaqla İMP-in 28-ci maddəsinin hüquq tətbiqetmə təcrübəsindəki tətbiqi qaydasına görə üçüncü şəxs qismində icraata cəlb edə bilmək üçün məhkəmə aktının qəbul edilməsi nəticəsində icraata qoşulmaq istəyən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, X1 oğlunun təqdim etdiyi sübutlar tam və hərt ərəfli tədqiq olunmaqla onun zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, o, icraata cəlb edilə bilər. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilər ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2018 saylı iş üzrə 25 yanvar 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, həmin qərardadla X1 oğlunun vərəsəlik qaydasında iddia etdiyi əmlaka dair hüquqla bağlı hər hansı məsələ həll edilməmişdir. Bu isə o deməkdir ki, həmin qərardadla X1 oğlunun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan faktiki və ya hüquqi vəziyyət yaradılmamışdır. Bundan başqa, o, hazırkı məhkəmə icraatının iştirakçısı olmadığı üçün bu icraatda qəbul edilmiş məhkəmə aktlarının onun üçün hər hansı preyudisial hüquqi qüvvəsi də yoxdur. Kollegiya həmçinin qeyd edir ki, onun ümumi qaydada hüquqların məhkəmə müdafiəsi vasitələrindən istifadə imkanları qalmaqda davam edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 96 və 99-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: X1 oğlunun hazırkı iş üzrə ü çüncü şəxs qismində icraata cəlb edilməsinə dair ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/18 saylı iş üzrə 25 yanvar 2018ci il tarixli qərardadından X1 oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-237/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-237/2019
08.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver