Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər bbb və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (kompensasiya ödənilməklə evin boşaldılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Xəyalə Quliyevanın iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər bbb və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı kompensasiya ödənilməklə evin boşaldılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1006/2020 nömrəli qərarından cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqova tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər bbb və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan – iddiaçı İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınma sı ilə bağlı mülkiyyətçi – Cavabdeh1 28.000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddi açı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 Əlibaba qızı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdeh isə mülkiyyətçinin ailə üzvü olmaqla orda yaşayır və qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətçisi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbay can Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadıqları daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətlənditici «xxxx» MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasımn Qanununun tələblərinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə mülkiyyətçi Cavabdeh1 Əlibaba qızına 28 000 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Birinci instansiya məhk əməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1542/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan – iddiaçı İcra Hakimiyyəti tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi; ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçi – iddiaçı Cavabdeh1 28.000 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, Mü lki Məcəllənin 157.9, 248.1, 249.2-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 52, 53-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqova apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-1846/19 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və İlham Əhmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən birinci instansiya məhkəməsinin də istinad etdiyi eyni maddi və prosessual hüquq normaları tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
8. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqova kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə:
9. Ali Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-77/20 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Xəqani Məmmədov) qərarı ilə cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqovanın kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
10. Ali Məhkəmə həmin nəticəyə gələrkən Ali Məhkəmə İnzibati Prosessual Məcəllənin 58.7, 69.1, 68.2-ci maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
11. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1006/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, V aleh Ağayev və Aida Hüseyn) qərarı ilə cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqova tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1542/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 53-cü maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri:
13. Cavabdeh1 kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin yaşadığı evin altındakı torpaq sahəsi və həyətyani sahə ümumiyyətlə nəzərə alınmayıb. Halbuki, mülkiyyətə ərizəçinin evi ilə yanaşı, həm də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da aiddir. 14. 1996-cı il tarixli, «Torpaq İslahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni (istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən, Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
16. Həmin Məcəllənin 247.1-ci maddəsinə görə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqından Azərbaycan Respublikasının Qanununa əsa sən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 17. 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 18. 247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlaklarını, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin.
19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1006/2020 saylı qərarını ləğv edib, iddianın imtina edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X.Quliyeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
21. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsasl andırıcı hissə:
22. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
25. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, həmin kasasiya şikayəti faktiki olaraq bir yeganə dəlildən, yəni, kasasiya şikayətində yazıldığı kimi «Ərizəçinin yaşadığı evin altındakı torpaq sahəsi və həyətyani sahə ümumiyyətlə nəzərə alınmayıb. Halbuki, mülkiyyətə ərizəçinin evi ilə yanaşı, həm də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da aiddir», dəlilindən ibarətdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.
27. Belə ki, işin 8-ci səhifəsində olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı RX seriyalı Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, ev 45-ə aid çıxarışının «Torpaq sahəsinin mülkiyyət növü» hissəsində «Dövlət», «Torpaq sahəsi üzərində hüququnun növü» hissəsində isə «istifadə» müəyyən edilmişdir.
28. Beləliklə, cavabdehin əlavə kompensasiya alınması üçün iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, cavabdehin istifadəsində olmuşdur, buna görə də, cavabdehə torpağa dair kompensasiya verilə bilməz.
29. Digər tərəfdən məlum olduğu kimi, hazırkı iş artıq bir dəfə Ali Məhkəmən in İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışında olmuş və xx xxxxxx 2020-ci il tarixli, 21(102)-77/2020 saylı qərar qəbul edilməklə, cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Ali Məhkəmənin həmin qərarından göründüyü kimi, Ali Məhkəmənin məcburi xarakter daşıyan yeganə göstərişi ondan ibarətdir ki, qərarın özündə yazıldığı kimi «Halbuki işin materiallarından cavabdeh Z.Xaliqova tərəfindən xx xxxx 2019-cu il tarixdə sifariş edilmiş və «xxxx» İxtisaslaşdırılmış Konsaltinq Şirkəti tərəfindən xx xxxx 2019-cu il tarixdə icra olunmuş mütəxəssis rəyi mövcuddur ki, burada eyni daşınmaz əmlakın sahəsi və bazar qiyməti fərqli ö lçülərdə müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi öz qərarında sonuncu sənədə hər hansı hüquqi qiymət verməmişdir».
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2, X3, X1, X4 və Cavabdeh1 Əlibaba qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir.
32. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir.
33. Qərarın icrası məqsədi ilə İddiaçı «Torp aqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.
34. Cavabdehlərin qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 45 №-li ev yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür.
35. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar «xxx x» MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmişdir.
36. Müstəqil qiymətləndirici «xxxx» MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib olunmuş qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan bazar dəyəri, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28000 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, kasasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərini nəzərə alaraq, işdə olan Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə sifariş edilmiş və «xxxx» İxtisaslaşdırılmış Konsaltinq Şirkəti tərəfindən xx xxxx 2019-cu il tarixdə icra olunmuş mütəxəssis rəyinə qiymət verərək, hesab etmişdir ki, eyni daşınmaz əmlakın sahəsi və bazar qiyməti fərqli ölçüdə müəyyən edildiyindən, həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.
38. Belə ki, həmin rəyə əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın orta bazar dəyəri 69075 manat məbləğində qiymətləndirilmiş, bu zaman vizual baxış aparılmaqla qiymətləndirilən əmlakın ümumi sahəsi 23,39 kvadrat metr (faktiki isə 27,63 kvadrat metr), bundan 13,34 kvadrat metr – əsas və 14,29 kvadrat metr köməkçi sahələr kimi götürülmüşdür.
39. «xxxx» MMC-nin qiymətləndirmə hesabatından xx xxxx 2018-ci il tarixli çıxarışında daşınmaz əmlakı n faktiki mövcud olan sahəsi əsas sahə - 12,8 kvadrat metr, köməkçi sahə – 5,2 kvadrat metr, cəmi 18 kvadrat metr təşkil edildiyi müəyyən edilir.
40. Lakin «xxxx» İxtisaslaşdırılmış Konsaltinq Şirkəti tərəfindən xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyində əmlakın faktiki mövcud vəziyyəti deyil, əmlakın tikintialtı sahəsi 37,42 kvadrat metr, yaşayış mənzili tikinti standartlarına uyğun tikilmədiyi üçün divarların qalınlığı nəzərə alınaraq, divarlar 0,3 əmsal ilə hesablanaraq, əmlakın faktiki ümumi sahəsi 27629 kvadrat metr göstərilmişdir.
41. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 Əlibaba qızı xx xxxxxx 2020-ci il tarixli səlahiyyətli orqana yazdığı ərizədə bildirmişdir ki, ona təklif olunmuş kompensasiyanın məbləğini almış, həmin kompensasiyadan raz ı olduğunu bəyan etmişdir. İndi və gələcəkdə iddiaçıya qarşı iddiası olmayacağını (iş səhifəsi: 161) yazmışdır.
42. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
43. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
44. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haq qında «Azərbaycan Respublikasının xx xxxx 2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır» kimi redaksiyada verilmişdir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının xx xxxx 2012-ci il tarixl i Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir» kimi redaksiyada verilmişdir.
46. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən «Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər».
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir.
48. Eyni zamanda «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur.
49. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur.
50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zülfiyyə Əlibaba qızı Xalıqovanın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1006/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanıls