Məhkəmə qərarları › İş №2-1(102)-237/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-237/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyaya əlavələrin yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavənin hesablanması və k eçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2372/2021 nömrəli iş üzrə 11.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1952-ci il tarixində Göyçay rayonunda anadan olmuş, X4 ilə 19 iyul 1975-ci ildə nikaha daxil olmuşdur. X1 uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri kimi 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçının X1 19 sentyabr 1999-cu il tarixində rəhmətə getmişdir. İddia çı 2003-cü ildən ərinə təyin edilməli olan pensiya məbləğini almağa başlamışdır. Ona 500 manat məbləğində pensiya təyin edilmişdir. Lakin pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Bununla bağlı o, 10.09.2020, 23.10.2020, və 16.11.2020-ci il tarixli ərizələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir.

2. Cavabdehin 21.10.2020-ci il tarixli imtina məktubuna əsasən iddiaçının pensiyasının yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi orqan tərəfində n 1 oktyabr 1998-ci il tarixində hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 1 iyul 2017-ci tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 ma nat) 80 faizı-1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 İyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281 01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (622.59 manat) iddiaçının pensiyanın (1252,16 manat) üzərinə əlavə olunmaqla (1252.16+622,59=1874.75 manat) müvafiq kart hesabına köçürülmüşdür.

1. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildən bu günə qədər dövlət qulluğunun xüsusi növündə qulluq edən dövlət qulluqçularının vəzifə maaşlarında dəfələrlə artım olmuşdur. Lakin həmin artımlar onun pensiyasına əlavə edilməmişdir. Ona görə də ərinin dövlət qulluğu vəzifəsində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla, təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Cavabdehin iddiaçıya ünvanlandığı cavab məktubunda yalnız son üç il üçün, 01 iyul 2017 - 01 oktyabr 2020 illər aralığında olan əskik ödənil məli olan pensiya məbləği barədə məlumat verilmişdir. Həmin illər üzrə hesablanmalı olan əskik pensiya məbləğinin yenidən hesablanaraq hissə-hissə ona ödəniləcəyi bildirilmişdir. Lakin 01.01.199801.07.2017-ci illər arasında olan müddət ərzində ona əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmişdir. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləğinin isə ötən dövrdəki ayların saylarına bölünərək ona hissə-hissə ödəniləcəyi qeyd edilmişdir. Halbuki, iddiaçı həmin əskik məbləğin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən ona 24281,01 manat fərq məbləğini Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayından hissə-hissə pensiyanın üzərinə əlav ə olunmaqla ödənilməyə başlamışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə ziddir.

5. Bakı İnzibati Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2-1(112)3537/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərid Mədətli) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 46, 47-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1., 1.0.5., 20.1., 20.1.13, 20.17., 31.1., 32.1-1., 37.7- ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia təmin edilməməlidir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.06.2021-ci il tarixli, 2-1(112)-3537/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)-2372/2021 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.06.2021-ci il tarixli, 21(112)-3537/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışd ır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Həmin inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunduğundan məhkəmə haqlı olaraq iddiaçının iddiasını təmin etməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)-2372/20 21 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq 2003-cü ildən X1na təyin edilməli olan pensiya məbləğini almağa başlayıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 500 manat məbləğində pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Halbuki hal hazırda həmin vəzifədə qulluq edən dövlət q ulluqçuları 3000 manatdan çox məvacib alırlar. Bundan başqa 1999-cu ildən hal-hazıradək mərhum X1nun işlədiyi vəzifə üzrə qulluq keçən dövlət qulluqçularının maaşlarında dəfələrlə artımlar olmuşdur. Əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişləri vardır. Lakin ona verilən pensiyada artımlar hesablanmamış və ödənilməmişdir.

12. Ünvanlanmış cavab məktubunda yalnız son üç il üçün, 01 iyul 2017 01 oktyabr 2020 illər aralığında olan əskik ödənilməli olan pensiya məbləği barədə məlumat verilmişdir. Həmin illər üzrə hesablanmalı olan əskik pensiya məbləğinin yenidən hesablanaraq hissə-hissə ona ödəniləcəyi bildirilmişdir. Lakin 01.01.1998-01.07.2017-ci illər arasında olan müddət ərzində ona əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmişdir.

13. Həmçinin əmək pensiyası ü zrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləğinin isə ötən dövrdəki ayların saylarına bölünərək ona hissəhissə ödəniləcəyi qeyd edilmişdir. Halbuki, o həmin əskik məbləğin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdi.

14. Cavabdeh ona 24281,01 manat fərq məbləğini Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayından hissə-hissə pensiyanın üzərin əlavə olunmaqla ödənilməyə başlamışdır.

15. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödəməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasını n 149-cu maddəsinin tələblərinə ziddir.

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçıya münasibətdə ailə başçısının itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası yenidən hesablanaraq 01.07.2017-ci il tarixdən hissə ilə pensiya məbləğinin üzərinə ödənilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən d övrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məh kəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə ba ğlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə

49. Hərbi qulluqçulara və onl arın ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

19. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

20. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X1nun 16.10.2003-cü il tarixdən 01.07.201722. ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 16.10.2003-cü il tarixdən 01.07.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, 01.07.2017-ci il tarix dən 01.10.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 24248.01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu cür kateqoriyadan (növdən) olan inzibati mübahisələr üzrə qanuni, əsaslı və obyektiv məhkəmə qərarı qəbul edilməsi üçün ilk öncə iddiaçının pensiya işinin tələb edilməklə, onun tam və hərtərəfli olaraq araşdırılması şərtdir.

24. Eyni zamanda iş üzrə mümkün və mühüm ola biləcək əlavə məlumatın əldə edilməsi məqsədi ilə iddiaçının mərhum ərinin işlədiyi təşkilata da sorğu göndərilməsi zəruridir.

25. Lakin iş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi bunların heç birini etm əmiş və yalnız cavabdehin iddia ərizəsinə dair verdiyi etirazda göstərilmiş dəlillərə istinad edib iş üzrə məhkəmə qərarı qəbul etmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin belə hüquqi mövqeyini prosessual hüquq normalarının pozulması kimi qiymətləndirir (İPM-nin 12.1,12.2,58.1,58.7,68.1,68.2,82-ci maddələr).

26. Halbuki iddiaçının iddia ərizəsindən də, göründüyü kimi, iddia məhz mərhumun qulluq stajına vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr alınmaqla hesablanması ilə bağlıdır.

27. Belə olan halda iddiaçının pensiya işinin tələb edilərək araşdırılması və iddiaçının mərhum ərinin işlədiyi təşkilatdan müvafiq arayışın əldə edilərək nəzərdən keçirilməsi çox böyük əhəmiyyət kəsb etməkdədir, belə ki, məhz həmin sənədlərdən bir sıra v acib məsələlərin, o cümlədən iddiaçıya ailə başçısını itirdiyinə görə pensiyanın dəqiq olaraq nə zaman təyin edilməsi, iddiaçının mərhum ərinin hansı əlavələrin alması, sözügedən əlavələrin pensiya təyin edilərkən nəzərə alınıb-alınmaması və digər bu kimi məsələlər bəlli olması aydın olacaqdır.

28. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində digər hallarnan yanaşı, pensiya stajına əlavələrin hesablanması məsələsini xüsusi olaraq vurğulamaqdadır.

29. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əlavələrin həqiqətən verildiyi, lakin cavabdeh tərəfindən pensiya təyin olunduğu zaman nəzərə alınmadığı halda məhkəmə kollegiyası hesab edir ki, həmin məsələ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə uyğun olaraq həll edilməli, yəni sözügedən məbləğlər həmin maddəyə uyğun olaraq ödənilməlidir.

30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalı olan hər hansı əlavələr hesablanmayaraq pensiyaya daxil edilmədiyi halda, 2003-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən təminat xərcliyinin 35 faizi, 01.07.2017-ci il tarixdən isə 80 faizi miqdarı ilə hesablanmalı, belə ki, 80 faiz miqdarı məhz 01.07.2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir.

31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 11.10.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

32. Şə rh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.10.2021-ci il tarixli, 2-1(103)2372/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar