Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; təbii inhisar subyektlərinin xidmətlərindən istifadəsi üçün müqavilə münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2-1(105)542/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AN-İ ******* nömrəli 23 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X2 tərəfindən iddiaçıya satılmışdır.
2. RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən, həmin qeyriyaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
3. İddiaçı qeyri-yaşayış sahəsinin elektrik sayğacının abonent kodunda adın dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 10 iyun 2021-ci il tarixli, 0199/Ə501/4515 nömrəli imtina məktubu ilə bildirmiş dir ki, həmin abonent kodunda ödənilməmiş borc olduğu üçün ad dəyişdirilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyri-yaşayış sahəsini xx.xx.2016cı ildə X1 alqı-satqı müqaviləsi əsasında almışdır və həmin müqavilənin 9-cu bəndinə əsasən, satıcı kommunal borcların ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həqiqətən də alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Rövşən Qurbanov alqı-satqı müqaviləsində göstəril ən və üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni alqı-saqı müqaviləsi rəsmiləşdirilənədək qeyri-yaşayış binasının kommunal borclarını tam şəkildə ödəmişdir. Qeyri-yaşayış binası 2015-ci ildən 2020-ci ilədək fəaliyyət göstərməmiş və heç bir elektrik enerjisi sərfiyyatı olmamışdır. Lakin Azərişıq ASC-nin mühəndisi xx.xx.2020-ci ildə sayğaca baxış keçirərək kənar müdaxilə olmasını bildirmiş və cavabdeh təşkilat tərəfindən qeyri-yaşayış binasına orta sərfiyyat ilə elektrik enerjisi borcu hesablanmışdır. Qeyd olunan borcun silinməsi ilə bağlı iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin sayğac üzrə şəxsi hesabın keçmiş mülkiyyətçi Rövşən Qasımovun adına olması səbəbindən ona şəxsi hesabın öz adına rəsmiləşdirilməsi tövsiyyə edilərək iddia tələbi təmin edilməmişdir. Cavab deh təşkilata şəxsi hesabın öz adına dəyişdirilməsi ilə bağlı müraciət etsə də, borc ödənilmədən şəxsi hesabın onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 nömrəli qərarı ilə (hakim: C.Məmmədov) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı hər hansı bir müqavilə olmadığı tədqirdə, yəni tərəflər arasında yaranmış münasibətlərin kökündə mülki hüquq münasibətlər olmadığı tədqirdə hazır ki, iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab e dilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda şəxsi hesabın yeni abonentin adına keçirilməsi üçün hər hansı bir məhdudiyyət movcud deyil. Əksinə, qeyd olunan Qaydalarda enerjitəcizatı müəssisəsinin üzərinə yeni abonentin müraciətinə 5 gün ərzində baxılması və həll edilməsi ilə bağlı vəzifə qoyulmuşdur. Odur ki, iddia tələbi əsaslıdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2-1(105)-542/2022 qərarı ilə (hakimlər: Z.Məmmədo v - sədrlik edən və məruzəçi, İ.Dəmirov və E.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a.kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən obyektin əvvəlki mülkiyyətçi, yəni Rövşən Qurbanov “Elektrik enerjisində n istifadə Qaydaları”nın tələblərinə əməl etməmiş, yəni həmin Qaydalarda qeyd olunan müddətdə enerji təchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməmiş, yeni istehlakçı abonent kimi sənədləşdirilməmiş və bununla da qanunvericiliyin tələbləri onun tərəfindən pozulmuşdur. Həmçinin, yeni mülkiyyətçi İddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək əvvəlki abonent obyektdən köçən zaman ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunveri cilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
15. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. M übahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan iddianın mümkünlüyü ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır.
19. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, notarial alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi X2 tərəfindən iddiaçıya satılmış və qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. İddiaçının hazırkı iş üzrə tələbi sayğacın öz adına keçirilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsasını isə elektrik enerjisi üzrə borcun mövcudluğu təşkil edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tər əfindən xidməti vəzifəsinə görə yoxlanılır.
22. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
24. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən “...Dövlə tin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi- texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər... Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar... fiziki və hüquqi şəxslər təbii inhisar s ubyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar... Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında” Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan... elektrik enerjisi istehlakçısı ilə bağlanmış müqaviləni inzibati müqavilə... hesab etmək düzgün olmaz... Təbii inhisar subyektlərinin publik hüquq s ahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.”
26. İstinad edilmiş Konstitusuya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş «müqavilə» anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Hazırkı iş üzrə də iddiaçı ilə təbii inhisar subyekti olan "xxxx" ASC arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsas ında qurulmamışdır. Odur ki, bu münasibətdən irəli gələn mübahisə inzibati icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə, iddiaçının tələbinin qanuniliyinə qiymət verilməsi mülki hüquqi müqavilə üzrə tərəflərin (əvvəlki mülkiyyətçi və "xxxx" ASC-nin) öhdəliklərinin düzgün icra edilib-edilməməsinin araşdırılmasını zəruri edir ki, bu məsələ inzibati icraatın predmetini təşkil etmir.
27. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz.
28. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mümkünlüyünə düzgün qiymət vermədən, mahiyyət üzrə qərar qəbul etmişdir.
29. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2-1(105)-542/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.