Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-237/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-237/2024 (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1289/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərara əsasən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göst ərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi, vergi nəzarətinin vergi xidmətinin müşaviri X3 və kiçik vergi xidmətinin müşaviri X1 tərəfindən həyata keçirilməsi qərara alınmışdır.
2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsi (Anbar-fəaliyy ət növü topdansatış) ünvanında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə operativ vergi nəzarəti keçirilməlidir.
3. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№001819 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tar ixdə qeyd edilən obyektdə (Az1010 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsi) mallar sayıldı, alış qiymətinə əsasən 654.825,24 manatlıq malın olduğu müəyyən olundu. YGB invoysları, alış aktları və elektron-qaimə fakturalarına əsasən üzləşmə aparıldı, həmin mallardan 136.489,51 manatı sənədlərlə öz təsdiqini tapmadı. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 13.648,95 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində anbarda malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qai mə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№005008 siyahısına əsasən müxtəlif ölçülərdə yapışqanlı faner müəyyən olunmuşdur. - İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun şərq hissəsində (Abşeron Logistika müvəqqəti saxlanc anbarı) yuxarıda qeyd edilən cədvələ uyğun olaraq müxtəlif ölçüdə cəmi 968,69 m3 yapışqanlı faner olduğu qeyd edilmişdir.
5. Qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahıda 1-ci sırada qeyd edilən yapışqanlı faner 10 mm adlı mal üzrə dəyəri 14480,13 manat, 3-cü sırada qeyd edilən yapışqanlı faner 18 mm adlı mal üzrə dəyəri 65387,73 manat, 9-cu sırada qeyd edilən yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 6278,74 manat, 11-ci sırada qeyd edilən yapışqanlı faner 21 mm adlı mal üzrə dəyəri 50342,91 manat olmaqla cəmi 136.489,51 manatlıq mal müəyyən edilmişdir.
6. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 001819 nömrəli akta uyğun olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6835 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisi nin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alışaktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlanmaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 13.648,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliy yətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6835 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş, lakin nəticəsi barədə akt təqdim edilməmişdir. Cavabdehin əməkdaşları xx.xx.2021 tarixdə yenidən eyni məzmunda yoxlama üçün gəlmişlər. Həmin yoxlamanın nəticəsinə dair təqdim edilmiş aktla isə iddiaçı razı olmamış və həmin aktın imzalanmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-cü maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma müstəqil düzəltmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli **********6832 saylı qərar xx.xx.2021-ci il tarixli DVX 001856 seriyalı AKT əsasında, **********6835 saylı qərar isə xx.xx.2021-ci il tarixli DVX 001819 seriyalı AKT əsasında qəbul edilmişdir. Hər iki akt iddiaçıya təqdim edilmiş, iddiaçının direktoru X4 heç bir əsaslı səbəb göst ərmədən hər iki yoxlama üzrə tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. birinci instansiya məhkəməsində icraat
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir.
2. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni sənədlərlə təsdiq edilməyən malların mövcudluğunu sübut etmişdir. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfind ən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli DVX 005008 Siyahı və xx.xx.2021-ci il tarixli DVX 001819 AKT-da qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi, cəmi 136489,51 manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1289/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarı (hakimlər: R.Səmədov sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiy a məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 saylı qərarı ləğv edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandığı cavabdeh tərəfindən təqdim edilən sənədlərin surətləri, müvafiq diskdəki cədvəllərdə əks olunan məlumatlar - elektron qaimə fakturalar, idxal olunmuş mallar, satış elektron-qaimə fakturalar və kassa-satış barədə məlumatlardan ibarət olmuşdur. Diskdə qeyd olunan məlumatların doğruluğu xüsusi biliyə malik ekspert və yaxud da mütəxəssis tərəfindən yoxlanılmamış və bununla bağlı heç bir araşdırılma aparılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 9/3009 saylı rəyinə əsasən təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. Təqdim edilmiş həmin sənədlər nəzərə alınmaqla İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmiş və yoxlamanın nəticəsi haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilən 136.489,51 manat məbləğində malların alışına dair sənədlərin mövcudluğu müəyyən olunur. Həmçinin, qeyd edilir ki, xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, İddiaçı MMC-yə məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olubolmamasına dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə xx.xx.2021-ci il tarixli aktda göstərilən iddiaçı MMC-nin sahibliyində olan mallar üzrə alış sənədləri həqiqətən mövcud olmuş, lakin cavabd eh orqan tərəfindən nəzərə alınmamışdır.
6. Vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Lakin, məhkəmə araşdırması zamanı, cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair digər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir.
7. Eyni zamanda, ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. Hazırkı mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqini tapmayan malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş anbardakı malların siyahısına uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər, fotoşəkillər təqdim edilmiş, sənədlərlə təsdiq edilməyən malların mövcudluğu sübut edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə cavabdeh tərəfindən təqdim edilmiş cədvəllərdəki məlumatlar müqayisəli nəzərdən keçirilən zaman hər hansı uyğunsuzluq müəyyən edilməmişdir.
10. Operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№005008 siyahısına əsasən (həmçinin İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən) aşağıda qeyd edilmiş müxtəlif ölçülərdə yapışqanlı faner müəyyən olunmuşdur.
11. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş, qeyd olunan sübutlara baxmayaraq qanunsuz və əsassız olaraq guya nəzərə alınmayan gömrük bəyannamələri, e-qaimə və s. sənədlər barədə məlumat vermiş, lakin konkret olaraq 136489,51 manatlıq hansı malın (bütün rekvizitləri əks olunmaqla) hansı alış sənədi (bütün rekvizitləri əks olunmaqla) əsasında hansı alış sənədi (bütün rekvizitləri əks olunmaqla) əsasında alındığını konkret olaraq göstərməmişdir. Halbuki mübahisə predmetini məhz alış sənədləri olmayan 136489,51 manatlıq mallar təşkil edir.
12. Bakı İnzibati Məhkəməsində inzibati işə baxılan zaman işin halları ilə bağlı yaranmış müvafiq suallara cavab tapılması üçün operativ vergi nəzarətində iştirak etmiş yoxlayıcın - vergi xidməti müşaviri X3 məhkəmə iclasına dəvət edilmiş və verdiyi izahatında bildirmişdir ki, mallar İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti nəzarəti zamanı təqdim edilmiş siyahıya uyğun olaraq yerində yoxlanmış və malların üzərində ölçüləri haqqında məlumat olduğu üçün yoxlama zamanı hər hansı qarışıqlıq yarada bilə cək hal olmamışdır.
13. Məhkəmə araşdırması zamanı yoxlayıcı tərəfindən mütəxəssisin dəvət edilməsinin zəruri olmaması əsaslandırılmış, cavabdeh tərəfindən təqdim edilmiş diskdəki cədvəllər, fotoşəkil və digər sənədlər məhkəmə iclas zalında ətraflı şəkildə təhlil edilmiş, məhkəmənin bütün sualları yoxlayıcı tərəfindən cavablandırılmış, işin faktiki halları üzrə aydın olmayan hal qalmamışdır.
14. Həmçinin iddiaçının iddia etdiyi kimi malların alış sənədləri mövcud olsa idi, yoxlayıcı tərəfindən məhkəmə iclasında cavabdehin təqdim etdiyi sənədlər təhlil edilərkən müqayisəli təhlil və cavabdehin mövqeyini təkzib üçün iddiaçı tərəfindən də qeyd edilən alış sənədləri təqdim edilməli idi. Hətta iddiaçının vəkili tərəfindən ilk prosesdə hakimə etiraz edilmiş, yoxlayıcı şahid qismində məhkəmə pros esində dindirilən zaman vəkil və iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, növbəti iclasda yoxlayıcının təkrar iştirak etməsi iddiaçının vəkili tərəfindən məhkəmədən tələb edilmiş, 3-cü iclasda yoxlayıcı təkrar iddiaçı və vəkilinin suallarını cavablamaq üçün məhkəmə iclasına dəvət edilmişdir. Yəni cavabdeh tərəfindən maliyyə sanksiyasının hesablanmasının əsaslı olması, həmçinin vergi ödəyicisinin vergidən yayınması həm sənədlər əsasında, həm də yoxlayıcının – şahidin ifadəsi ilə sübut edilmişdir. Danılmaz faktdır ki, iddiaçının mövcud olduğunu iddia etdiyi malların alış sənədlərini təqdim etmək, həmçinin ona maraqlı olan sualları yoxlayıcıdan soruşub müqayisəli şəkildə sənədlər əsasında üzləşdirmə aparılmasını tələb etmək imkanı olduğu halda, bunu etməmiş, hərəkətsizlik n ümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almış, qərar qəbul edən zaman müvafiq hallara ədalətli şəkildə münasibət bildirmişdir.
15. Həmçinin iş üzrə verilmiş ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olubolmamasına dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər.” Göründüyü kimi, ekspert qoyulan sual üzrə cavab verməkdən yayınmış, ehtimal əsa sında və bir-biri ilə ziddiyyət təşkil edən cavablar qeyd etmiş, məhkəmə isə bu natamam ekspert rəyini sübut kimi qiymətləndirərək onun əsasında qərar qəbul etməkdən çəkinməmiş, hətta qərarının digər bir abzasında özü də bu halı qeyd etmişdir: “Kollegiya hesab edir ki, qoyulan sual üzrə dəqiq ekspert münasibəti bildirilməsə də, hər bir halda inzibati orqan tərəfindən mübahisənin ədalətli həlli üçün müvafiq mütəxəssis cəlb edilə və iddiaçının sahibliyində olan malların təqdim edilmiş sənədlərə uyğunluğu dəqiq müəyyən edilə bilərdi.” Aşkar surətdə göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi natamam, bir-biri ilə ziddiyyət təşkil edən cümlə və fikirlərdən ibarət, tam sübuta yetirilməyən hallara və sənədlərə əsaslanmış ekspert rəyini əsas sübut kimi qəbul etmişdir. Halbuki məhkəməyə sua l doğuran bütün əsaslar şahid qismində dindirilən zaman yoxlayıcı tərəfindən ətraflı şəkildə qeyd edilməklə yanaşı,təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzg ün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsin ə nəzarət edilməsi; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanla rının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elek tron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir;
18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübut larla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair təl əblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiya məhkəməsinin q ərarı ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməl i və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
23. Hazırkı mübahisənin mahiyyətini cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş malların alış sənədinin mövcud olmamasına görə iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə maliyyə sanksiyasının tətbiq olunması təşkil edir.
24. Birinci instansiya məhkəməsi t ərəfindən iddia təmin edilməsə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yeni qərarla iddia təmin olunmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə kifayətlənmişdir. Belə ki, iş üzrə apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçıya məxsus obyektdə keçirilən operativ vergi nəzarəti zamanı tərtib edilmiş aktlarda göstərilən 136.489,51 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş materiallarında mövcud olması, mövcud olmadığı halda malların miqdarı, adı, növü barədə suallar qoyulmuşdur.
26. Qeyd olunan suallar üzrə ekspert rəyində 136489,51 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş materiallarında mövcud olduğu göstə rilmişdir. Lakin bununla bağlı rəydə müvafiq ekspert tədqiqatının aparıldığı, cavabdehin tərtib etdiyi qaydada alınan və satılan malların üzləşdirilməsi qaydasında həmin malların alış sənədlərinin əslində mövcud olduğuna dair araşdırma barədə hər hansı məlumata rast gəlinmir. Yəni qeyd olunan nəticənin (136489,51 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş materiallarında mövcud olmasının) hansı araşdırma ilə müəyyən olunduğu ekspert rəyində əksini tapmamışdır və bu baxımdan aparılmış tədqiqat natamam sayılmalıdır.
27. Nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsinin qərar qəbul edərkən yalnız ekspertin yuxarıda qeyd olunan natamam tədqiqatının nəticəsinə istinad etməsi hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün yetərli sayıla bilməz. Obyektiv araşdı rma prinsipinin tələbi baxımından cavabdeh tərəfindən müəyyən olunmuş 136489,51 manat məbləğində malların alışını təsdiq edən sənədlərin mövcud olubolmaması təkzibolunmaz faktlarla sübut edilməlidir. Buna nail olmaq üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən, cavabdehin operativ vergi nəzarəti zamanı tərtib etdiyi siyahı ilə iddiaçının təqdim etdiyi idxal və elektron qaiməfaktura sənədləri arasında hər bir mal çeşidi üzrə tək-tək üzləşdirmə aparılması təmin olunmalı, hansı sənədlərin hansı mal çeşidinə aid olduğu müəyyən edilməli, zərurət olduğu təqdirdə bu məqsədlə yenidən müvafiq ekspertiza təyin edilməlidir.
28. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işi n ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
30. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
31. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qəra rı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(103)-1289/2023 nömrəli qərarı ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qətidir.