Məhkəmə qərarları › İş №2-1(102)-2370/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2370/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2370/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi yoxlaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizl ik haqqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)1705/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən 2020-ci ilin mart ayında "xxxx" MMC şirkətindən EBAİ 267424 saylı e-qaimə-faktura üzrə 86000,00 manat əsas, 15480,09 manat ƏDV və aprel ayında EBAJ 028126 saylı e-qaimə faktura üzrə 30000,0 manat əsas, 5400,0 manat ƏDV məbləği ilə mallar əldə edilmişdir.

2. Cavabdeh "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyinə, həmçinin idxal olunmadığına və digər şəxs lərdən alınmadığına, eyni zamanda malqalığında da olmadığına istinad edərək, vergi ödəyicisi tərəfindən (iddiaçı) əmtəəsiz mal alışının həyata keçirildiyini hesab etmişdir.

3. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli qərarla 2020-ci ilin mart ayının ƏDV üzrə 15.300,05 manat, xx.xx.2020-ci il tarixli qərarla isə 2020-ci ilin aprel ayının ƏDV üzrə 5400,05 manat əlavə vergi məbləğləri hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı müxtəlif avadanlıqların sifariş əsasında istehsalını həyata keçirir. Müəssisə daha çox müxtəlif dövlət təşkilatlarının sifarişləri əsasında işləyir. "xxxx" QSC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BM/TD/SM-1951 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirmişdir. Təbiidir ki, qeyd edilən çuqun həlqələr müvafiq xammaldan istifadə edilərək hazırlana bilər və bu xammalın, yəni çuqun kütləsinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019cu il tarixli, BM/TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı AS C, "xxxx" MMC Şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı e-qaimə əsasında 30.000,00 manat əsas 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı ASC real istehsalçıdır və istehsal prosesinə əsasən elektrik enerjisi istifadə edir, istehsal qaimələrinə və naryadlarına (sənədlərinə) əsasən əmək haqqı hesablanır, hazır məhsulun mexaniki emalı edilir, əsas və köməkçi xammal və materialları (texniki kalkulyasiyaya əsasən) istifadə edir. "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı bütün zəruri sənədlərlə həyata keçiri lmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır. İddiaçı ASC-nin "xxxx" MMC şirkəti ilə bağladığı əqd yalan əqd, yəni başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanan əqd olmamış, bu əqd tam real olmaqla, onun əsasında real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış, bu əməliyyatlar üzrə bütün vergilər ödənilmişdir. Əməliyyatların həqiqi olub-olmadığının müəyyən edilməsi üçün vergi orqanının yalnız "xxxx" MMC şirkəti tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmadığının əsas götürülməsi doğru olmamışd ır və İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindən alarkən haradan (qara bazardan, sənəd əsasında və ya sənədsiz) almasını yoxlamalı və ya araşdırmalı deyil. Onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alırlar, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satırlar. Bunun üçün vergi orqanı həm də, alınmış xammal əsasında yeni məhsulun həqiqətən istehsal edilib-edilmədiyini, həmin məhsulun real olub-olmadığını, yeni məhsulun həqiqətən "xxxx" QSC-yə satılıb-satılmadığını müəyyən etməli idi. Bunu isə yalnız "xxxx" QSC ilə bağlanış müqavilələrin və həmin müqavilələr üzrə əməliyyatların da araşdırılması yolu ilə müəyyən etmək olardı. Vergi orqanı isə araşdırmanı düzgün aparmamış, ümumi və birtərəfli mülahizələr əsasında, yəni "xxxx" MMC şirkətinin onlara satdığı məhsulların alınma mənbəyini göstərə bilmədiyinə görə qərar qəbul etmişdir ki, bu qərar da yanlış olmuşdur. Belə ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə satdığı əmtəələrin özündə düzgün sənədləşdirməməsi İddiaçı ASC üçün hər-hansı məsuliyyət doğura bilməz, çünki İddiaçı ASC aldığı məhsulun (xammalın) satıcı təşkilatda hansı qaydada əldə edildiyini yoxlamaq səlahiyyətinə malik deyildir və onun sənədləşdirmələri ilə bağlı məsuliyyət daşıya bilməz.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-dən tikintidə istifadə edilən və qida sənayesinə aid olmayan malların alındığını iddia edir. Halbuki, iddiaçı tərəfindən adı çəkilən "xxxx" MMC ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğuldur. Aparılmış ara şdırma nəticəsində “SN Qida Təchizat MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğu, həmçinin müəssisə tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal-qalığında da olmadığı müəyyən olunmuşdur. Belə olan halda isə vergi orqanı tərəfindən "xxxx" ASC-nin əmtəəsiz mal alışının həyata keçirildiyi müəyyən edilmişdir

7. Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5405/2020 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 4 fevral 2021-ci il tarixli, 2-1(112)-1230/2021 saylı (hakim A.Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lok al Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 03 iyun 2020-ci il tarixli, **********358300 nömrəli və 09 iyul 2020-ci il tarixli, **********930900 nömrəli qərarları ləğv edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zamanı işin faktiki və hüquqi halları düzgün araşdırılmamış, İddiaçı ASC-nin "xxxx" MMC ilə bağlanan müqavilə (əqd) tam real olmaqla, onun əsasında İddiaçı ASC tərəfindən real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən h əmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da, olmamasının əsas götürülməsi İddiaçı ASC üçün hər-hansı bir məsuliyyət doğura bilməz. Belə ki, İddiaçı ASC qeyd edilən əmtəələri "xxxx" MMC şirkətindən alarkən, həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir. İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır

10. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1435/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva - sədrlik edən, H.Həmidov və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddiaçının iddiası rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən həmin malların istehsal edilməsi, həmçinin idxal olunması və digər şəxslərdən alınması, eyni zamanda mal-qalığında olması iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi, iddiaçı tərəfindən əmtəəsiz mal alışının həyata keçirildiyi və təqdim edilmiş bəyannamə məlumatlarına əsasən EBAİ 267424 saylı e-qaimə-fakturası üzrə əvəzləşdirmə aparıldığı müəyyən edilir. Vergi orqanı tərəfindən göstərilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********523200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuz luq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 15300,05 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********358300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.

13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən həmin malların istehsal edilməsi, həmçinin idxal olunması və digər şəxslərdən alınması, eyni zamanda mal-qalığında olması iş materialları ilə müəyyən edilmədiyindən vergi orqanı tərəfindən haqlı olaraq, İddiaçı ASC-nin əmtəəsiz mal alışının həy ata keçirildiyi müəyyən edilmişdir. Həmçinin işin birinci instansiya icraatı materiallarında olan 12 noyabr 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən üçüncü şəxsin nümayəndəsi (baş mühasib) X1 izahatında qeyd olunan malları bazardan aldıqlarını, alış barəsində sənədlərinin olmadığını bildirmişdir. Qeyd edilən hal üçüncü şəxsin nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapmışdır. İş materiallarında olan alış aktı və qaimə fakturalarda qiymətlər arasında uyğunsuzluq mövcuddur.

14. İddiaçı kasasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-184/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərarı ilə ( hakimlər S.Kərimov - sədrlik edən, Z.Quliyev və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə mübahisələndirilən qərarlarla əlavə vergi məbləğlərinin hesablanması iddiaçının "xxxx" MMC-dən mal əldə etməsi ilə bağlı olmuşdur. Cavabdeh iddiaçı tərəfindən əldə olunmuş malların "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək, iddiaçı tərəfindən əmtəəsiz mal alışının h əyata keçirildiyini hesab etmişdir. Apelyasiya instansiya məhkəməsi də cavabdehin dəlilləri ilə razılaşaraq iddia tələbini əsassız hesab etmişdir. Halbuki, aparılmış kameral yoxlama zamanı cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir.

17. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı xammalın alınmasını çuqun həlqələrin hazırlanması ilə əlaqələndirmişdir. Belə olan halda isə, vergi orqanı iddiaçı tərəfindən həqiqətən çuqun həlqələrin hazırlanıb-hazırlanmadığını, müqavilə üzrə "xxxx" QSC-ə təhvil verilib-verilmədiyini və ya xammalın iddiaçının mal qalığı kimi qalıbqalmadığını araşdırmalı olduğu halda bunu etməmiş, yalnız "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək iddiaçının əmtəəsiz əməliyyat apardığı nəticəsinə gəlmişdir. İddiaçının mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi isə iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Qeyd olunan bu hallar işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən də nəzərə alınmamışdır. Bundan əlavə, işə baxan apelyasiya instansiya məhkəməsi mübahisələn dirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli qərarla 2020-ci ilin mart ayının ƏDV üzrə, xx.xx.2020-ci il tarixli qərarı ilə isə 2020-ci ilin aprel ayının ƏDV üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Lakin məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilibedilməməsini araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1705/2022 nömrəli, 2 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən, İ.Kərimli və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki,

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “SN Qida Təchizat" MMC ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğuldur, idxal etdiyi mallar qida məhsullarıdır, müəssisə tərəfindən elektrik avadanlıqların təmiri, çuqun, çuqun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır çuqun həlqələrin istehsalı üçün xammal istehsal edilməmiş, həmçinin idxal olunmamış və digər şəxslərdən alınmamış, eyni zamanda mal- qalığında da olmamışdır. Bu dəlilin sübutu olaraq cavabdeh tərəfindən məhkəməyə "xxxx" MMC tərəfindən 2014-2020-ci il tarixlərində əldə edilən və təqdim edilən elektron-qaimə fakturalar barədə məlumatlar əlavə edilmişdir. Müvafiq cədvəllərdən də göründüyü kimi müəssisə ancaq qida məhsullarının alışı və satışı ilə məşğul olmuşdur. İddiaçıya əlavə dəyər vergisinin hesablanmasını "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satı lmış malların mənbəyinin göstərilə bilməməsi və rəsmi sənədləşdirməmişdir.

22. Hazırda mübahisələndiriən qərardan göründüyü kimi, həmin qərar həm məzmununa, həm mahiyyətinə görə vergi qanunvericiliynə uyğun gəlir. Eyni zamanda qərarda onun aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan maddi hüquq norması tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Hesab olunur ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, əlavə sübut üzrə araşdırma aparmamışdır. Göstərilənlərə əsasən hesab olunur ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. M əhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini tam icra etməmişdir. Cavabdeh kassasiya şikayətində Vergi Məcəlləsinin 70.3, 78.4, 109.9 və 175.11-ci maddələri və İPMnin 12.1, 12.2, 58.7, 68.1. 69.4, 87.8-ci maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə dair etiraz ərizəsi verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanun Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3 İnzibati icraat zaman ı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5 İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 47 Sübutların qiymətləndirilməsi 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. (...) Maddə 67 Qanunsuz in zibati aktın ləğv olunması 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

25. Vergi Məcəlləsi 13.2.81 Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 23.1.1 Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmə k vergi orqanlarının hüquqlarına aid edilmişdir. 23.1.2 Vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə b ilər. 24.0-1 Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 36.2 Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim ed ildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparm aq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 53.3 Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. 54.0.1 Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. 26. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

27. İnzibati Prosessual Məcəllə a) 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdı rmağa borcludur. 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ver ən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla həmin dəlillərlə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

34. Hazırkı işin hallarına görə, İddiaçı ASC müxtəlif avadanlıqların sifariş əsasında istehsalını həyata keçirir. İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq İddiaçı ASC tərəfindən elektrik avadanlıqlarının təmiri, çuqun və çuqunun fasonlu tökmələr və tunel tikintisində istifadə olunan ağır (6 tonluq) çuqun həlqələrin istehsalı həyata keçirilmişdir. Həmin çuqun kütlələrinin əldə edilməsi üçün "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqavilə imzalanmış, həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr alınmış və təqdi m edilmiş EBAİ 267424 saylı e-qaimə əsasında 86.000.00 manat əsas, 15480.09 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BM\TD/SM-19-51 saylı müqavilənin və ona xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın tələblərinə uyğun olaraq, İddiaçı ASC "xxxx" MMC şirkəti ilə xx.xx.2019-cu il tarixli, 024/19 nömrəli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolu imzalanmış, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında adları göstərilmiş əmtəələr təhvil alınmış və təqdim edilmiş EBAJ 028126 saylı eqaimə əsasında 30000.00 manat əsas, 5400.00 manat ƏDV məbləği həmin müəssisəyə ödənilmişdir. İddiaçı, "xxxx" QSC üçün çuqun həlqələrin istehsalı üçün əldə edilən xammalın, yəni çuqun kütlənin alışı nı bütün zəruri sənədlərlə həyata keçirmiş, bununla bağlı Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinin (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə) təqdim edilmiş elektron qaimə-faktura əsasında ödənişlər aparılmışdır.

35. Göründüyü kimi, iddiaçı xammalın alınmasını çuqun həlqələrin hazırlanması ilə əlaqələndirmişdir. Belə olan halda isə, vergi orqanı iddiaçı tərəfindən həqiqətən çuqun həlqələrin hazırlanıb-hazırlanmadığını, müqavilə üzrə "xxxx" QSC-ə təhvil verilibverilmədiyini və ya xammalın iddiaçının mal qalığı kimi qalıb-qalmadığını araşdırmalı olduğu halda bunu etməmiş, yalnız "xxxx" MMC tərəfindən istehsal edilmədiyinə, idxal edilmədiyinə və ya digər şəxslərdən alınmadığına, eyni zamanda mal qalığında da olmadığına, əlavə olaraq "xxxx" MMC tərəfindən idxal edilmiş malların qida məhsulları olduğuna istinad edərək iddiaçının əmtəəsiz əməliyyat apardığı nəticəsinə gəlmişdir.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC-nin müvafiq müqavilə bağlamaqla, təhvil-təslim aktı əsasında aldığı mala görə e-qaimə əsasında ödəniş etməklə həyata keçirdiyi əməliyyat, əmtəəsiz əməliyyat hesab edilə bilməz. Belə ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır.

37. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya kameral qaydada verginin hesablanması zamanı işin faktiki və hüquqi halları düzgün araşdırılmamış, İddiaçı ASC-nin "xxxx" MMC ilə bağlanan müqavil ə (əqd) tam real olmaqla, onun əsasında İddiaçı ASC tərəfindən real mallar (xammal) alınmış, həmin mallar (xammal) əsasında yeni məhsul yaradılaraq "xxxx" QSC-yə satılmış və iddiaçı tərəfindən bütün əməliyyatlar üzrə vergilər ödənilmişdir.

38. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irə li gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

39. Cavabdehin kassasiya şikayətində “iddiaçıya əlavə dəyər vergisinin hesablanmasını "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi və rəsmi sənədləşdirməmişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, İddiaçı ASC qeyd edil ən əmtəələri "xxxx" MMC şirkətindən alarkən, həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, onlar istehsalçı olaraq istehsal üçün zəruri olan malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir.

40. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qa nuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri)

41. Qeyd edilən normalardan göründüyü kimi, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

42. Hazırkı qərarın 24 bəndində qeyd edilənlərə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqa n tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1705/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar