Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2371/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması; kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İ darəsinə qarşı “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01/30 nömrəli qərarı və xx.xx.2019-cu il tarixi torpaqların alqısatqısına dair akta əsasən ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-560/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01/30 nömrəli qərarı ilə iddiaçıya Abşeron rayonu Məmmədl i Bələdiyyəsinin kəndaltı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaqlar sahəsindən ev tikmək məqsədilə 0,05 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin torpaq sahəsinə dair Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir.
2. İddiaçı tərəfindən Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01/30 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Abşeron rayonu Məmmədli Bələdiyyəsinin hesabına 150 manat məbləğində pul vəsaiti köçürülmüş, xx.xx.2019-cu il tarixdə Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir.
3. İddiaçı ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli bildirişlə imtina edərək bildirmişdir ki, alqı-satqı aktı xx.xx.2019-cu ildə verilmiş, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi yoxdur. Belə olan halda torpaq sahəsinin satışı qanunamüvafiq qaydada həyata keçirilməmişdir. Həmçinin torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01/30 nömrəli qərarı və xx.xx.2019cu il tarixi torpaqların alqı-satqısına dair akta əsasən ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 01/30 nömrəli, 09 fevral 2007-ci il tarixli qərarına əsasən iddiaçıya bələdiyyənin kəndaltı fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən ev tikmək məqsədilə 0,05 ha torpaq sahəsi 25 aprel 2019-cu il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya məxsusdur. O, qanunla ona məxsus torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və torpağa dair çıxarışın verilməsi ilə bağlı cavabdeh təş kilata müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********09 saylı cavab məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan əsassız olaraq imtina etmişdir. O bu imtina ilə razı deyildir və bildirir ki, qeyd edilən torpaq sahəsi qanuni əsaslarla ayrılmış və uzun müddətdir ki, bu torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinin ayrılması digər dövlət orqanları ilə razılaşdırılmaqla aparılmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
7. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla şərti yararsız torpaqlara aiddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-341/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 01/30 nömrəli, xx.xx.2007-ci il tarixli qərarına və xx.xx.2019-cu il tarixli “Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əs asını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən bələdiyyənin hesabına 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Alqısatqı aktının qeyd olunan qərardan sonra qəbul edilməsi isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən alqı-satqı aktının sonradan tərtib edilməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır.
10. Məhkəmə cavabdeh orqanın Abşeron rayonu Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməməsi ilə bağlı dəlili nə münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında” Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. İşdən göründüyü kimi 0,05 ha torpaq sahəsinin bələdiyyənin hesabına dəyəri ödənilmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarış isə həmin bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, inzibati orqan tərəfindən qanunvericiliyin normalarının pozulması həmçinin vətəndaşın mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xa hiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-560/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqları n dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şika yətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aş ağıdakı səbəblərə görə təmin edilə bilməz.
23. Şikayətin əsas dəlilləri ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin satılması ilə bağlı qərar xx.xx.2007-ci il tarixli olmasına baxmayaraq, torpaqların alqı-satqı aktı 12 il sonra, yəni xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir. Həmçinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi yoxdur, yerquruluşu planından çıxarış təsdiq edilməmişdir və torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aiddir.
24. İşin mübahisələndirilən hallarına və cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsi nin ayrılması ilə bağlı inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. İcraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə təsir göstərmir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia olunan torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı bələdiyyənin qərarı qüvvədədir, etibarlıdır.
27. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər...
28. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normadan və İPM-in 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
29. İddia olunan torpaq sahəsinin təyinatı ilə bağlı dəlilə gəldikdə, cavabdeh özü də təsdiq edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Digər tərəfdən, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfat ı təyinatlı olmaqla şərti yararsız torpaqlara aiddir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-560/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.