Məhkəmə qərarları › İş №2-1(102)-2372/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2372/2019

17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2372/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Qəbələ rayon Qəbələ Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayəti vermə müddətinin bərpası GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X4, X2 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinə və üçüncü şəxslər X3 və X5 qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-343/2019 saylı iş üzrə 21 may 2019-cu il tar ixli qərardadından üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə iddia təmin edilərək Qəbələ rayon Qəbələ bələdiyyəsinin “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədlərin hazırlanması və razılaşdırılması barədə” 05 oktyabr 2016-cı il tarixli 27 nömrəli protokol qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-55/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseyn ov) ilə cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinin və üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1254/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ.Hüseynov) ilə cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinin və üçüncü şəxs X1 apellyasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-55/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, üçüncü şəxs X5 tərəfindən verilm iş kassasiya şikayəti isə mümkün sayılmamışdır. Kassasiya məhkəməsi üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətini mümkün saymayarkən mövqeyini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermədiyindən, müvafiq olaraq apellyasiya məhkəməsinin qərarından da kassasiya şikayəti vermək hüququna malik deyildir. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıldıqdan sonra üçüncü şəxs X6 və X8 İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarından apellyasiya şikayəti və buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermişdir. Müddətin bərpasına dair vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mülki prosessual qanunvericiliklə tənzimlənən məhkəmə sə nədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydalarına riayət edilmədiyindən o, apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Ona görə də, qərardan apellyasiya şikayəti vermə müddətinin buraxılması üzürlü hesab edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-343/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – R.Ə.Əliyev, hakimlər – A.M.Eyvazov və İ.H.Şükürov) ilə üçüncü şəxs X5nın apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarından onun tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilmişdir. Üçüncü şəxs X5 kassasiya şikayə ti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-343/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadını ləğv edərək buraxılmış prosessual müddətin bərpası və inzibati iş üzrə verilmiş apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi iş üzrə məhkəmə tədqiqatı apararkən müəyyən olunmuş halları araşdırmamışdır. Üçüncü şəxs X5 qanunvericiliklə müəyyən edilmiş müddəti üzürlü səbəbdən buraxmışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən üçüncü şəxslərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən Şəkiİnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarının surəti ona çatdır ılmamış və ya təqdim edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi yalnız qərarın surətini Bakı şəhəri Yasamal Bələdiyyəsinə göndərmiş və Yasamal Bələdiyyəsinin qərarın göndərilməsi barədə məktubu ilə kifayətlənmişdir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə ba ğlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından göründüyü kimi apellyasiya məhkəməsi üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin etməyərkən özünün mövqeyini onunla əsaslandırmışdır ki, vəsatətdə müddətin üzürlü səbəblərdən ötürülməsinə dair əsaslı səbəblər göstərilməmiş və bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə bu zaman işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarının surəti 24 dekabr 2018-ci il tarixdə Lalə Həsənovaya çatdırılması üçün Bakı şəhəri Yasamal Bələdiyyəsinə göndərilmiş, öz növbəsində isə Bələdiyyə qərarın surətini həmin tarixdə məktubla X6 pasport qeydiyyatında olduğu ünvana göndərmişdir. Məhkəmə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddəti 24 yanvar 2019-cu il tarixdə bitmiş, X6 isə apellyasiya şikayətini 16 aprel 2019-cu il tarixdə poçta təhvil vermişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İnzibati Prossesual Məcə llənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olun muş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Sadalanan normaların tələblərindən göründüyü kimi məhkəmə qərarı proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir, eləcə də Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Bu mənada hazırkı işin hallarından Şəkiİnzibat i-İqtisadi Məhkəməsinin 2-1(84)-448/2018 saylı, 23 oktyabr 2018-сi il tarixli qərarının surətinin 24 dekabr 2018-ci il tarixdə Lalə Həsənovaya təqdim edilməsi müəyyən olunmur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qərarın surətinin 24 dekabr 2018-ci il tarixdə Lalə Həsənovaya çatdırılması üçün Bakı şəhəri Yasamal Bələdiyyəsinə göndərilməsini və öz növbəsində də Bələdiyyə tərəfindən qərarın surətinin həmin tarixdə məktubla X6pasport qeydiyyatında olduğu ünvana göndərilməsini qərarın rəsmi təqdim edilməsi kimi qəbul etməkdə haqlı olmamışdır. Çünki qərarın 24 dekabr 2018-ci il tarixdə rəsmi qaydada X6 təqdim edilməsinə dair mötəbər sübutlar yoxdur. Ona görə də, apellyasiya məhkəməsinin qeyd etdiyi kimi L.Həsənovaya münasibətdə birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddətinin 24 yanvar 2019-cu il tarixdə bitməsi ilə bağlı gəlinmiş nəticə doğru olmamışdır. X6 bildirmişdir ki, qərar ona 21 yanvar 2019-cu il tarixdə post vasitəsilə çatmış və o, qərardan narazı qaldığından kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmamaq üçün apelyasiya məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə buraxılmış müddətin bərpası ilə bağlı məsələni həll edərkən X6bildirdiyi dəlilləri müzakirə etməlidir. Məhkəmə bu zaman birinci instansiya məhkəməsinin qərarının rəsmi olaraq 24 dekabr 2018-ci il tarixdə üçüncü şəxsə çatdırıldığına dair işdə mötəbər sübutlar olmadığını nəzərə almalıdır. Bələdiyyə vasitəsilə məhkəmə qərarının çatdırı lması şəxsin məhkəməyə məlum olan ünvanı vasitəsilə sənədin çatdırılmasının mümkün olmadığı halda istifadə olunan imkan kimi nəzərdən keçirilə bilər. X6 isə verdiyi vəsatətdə qeydiyyatda olduğu ünvana sənədlərin çatdırılması ilə bağlı problemin olmadığını bildirmişdir. Bundan başqa, Bələdiyyə tərəfindən 24 dekabr 2018-ci il tarixdə sənədin göndərilməsi onun məhz həmin tarixdə üçüncü şəxs tərəfindən alındığı anlamına da gəlmir. Hər bir halda, həlledici olan məhkəmə qərarının rəsmi qaydada təqdim edilməsinin və hansı tarixdən təqdim edilməsinin müəyyən edilməsi, buradan hərəkətlə vəsatətin dəlillərinə qiymət verilməsidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəx s X5nın kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-343/2019 saylı iş üzrə 21 may 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar