Məhkəmə qərarları › İş №2-1(102)-2372/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2372/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2372/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi filialına (üçüncü şəxs-Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vəsaitin ödəniş təyinatına uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi filialına (üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin iştirakı ilə) qarşı vəsaitin ödəniş təyinatına uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1187/2021 nömrəli iş üzrə 27.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 sayl ı, 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsini xahiş etmişdir.

2. Cavabdehin Nəsimi MKTB-yə verilmiş 19.05.2020-ci il tarixli cavabda isə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsinin nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsaitin proporsional qaydada bölüşdürüldüyü göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi filialına (üçüncü şəxs Nəsimi MKTB-nin iştirakı ilə) qarşı üçüncü şəxs Nəsimi MKTB-nin 01.05.2015-ci il tarixli 22 nömrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsilə DSMF-nin İri sığortaedənlərlə iş üzrə departamentinin hesabına köçürdüyü 10.663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq iddiaçının (SSN **********0513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nəsimi MKTB-də baş mühəndis vəzifəsində işləyir. İşlədiyi 2006-2014-cü illər ü zrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülüb-köçürülməməsini müəyyən etmək üçün 12.03.2015-ci il tarixli ərizə ilə DSMF-nin İri sığortaedənlərlə iş üzrə departamentinə müraciət etmiş, oradan verilmiş 01.04.2015-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 2006-2013-cü illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatları bazaya işlənməmişdir.

5. Daha sonra 08.04.2015-ci il tarixli ərizə ilə DSMF-yə müraciət edərək, 2006-2014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə v əsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş etmiş və onun işlədiyi 2006- 2014-cü illər üzrə aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün işlədiyi birlik rəhbərliyinə müraciət edərək ödənişin həyata keçirilməsini tələb etmişdir. Belə ki, iddiaçı ilə bağlı hazırlanmış və DSMF tərəfindən qəbul edilmiş B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən gəlirin cəmi 10.663,8 manat təşkil etdiyi göstərilmişdir. Onun tələbindən sonra Birlik tərəfindən 22 saylı 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10.663,82 manat vəsait "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə uçotda olduğu DSMF-nin İri sığortaedənlərlə iş üzrə departamentin hesabına köçürülmüşdür. Ödəniş tapşı rığının D1 bölməsində göstərilmişdir: Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödənilir, SSN **********0513. Ərizəsinə verilmiş 03.06.2015-ci il tarixli 05/08-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cı illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra o, tam arxayın olmuşdur ki, ödənilmiş 10.663,82 manat vəsaiti fərdi şəxsi hesabına mədaxil etmişdir. Pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan esosial.az saytına daxil olmuş və müəyyən etmişdir ki, 2006-2014-cü illər üzrə əvvəllər ödənilməyən 10.663,82 manat borcu qalır, 01.05.2015-ci il tarixdə ödəni lmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. O, 17.01.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etmişdir. DSMF tərəfindən ona göndərilmiş 11.03.2020-ci il tarixli **********8 saylı məktubda göstərilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi MKTB tərəfindən 2015-ci il üzrə təqdim etdiyi B3 formasında adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Cavabdehin Nəsimi MKTB-yə verilmiş 19.05.2020-ci il tarixli cavabda isə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsinin nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsaitin proporsional qaydada bölüşdürüldüyü göstərilmişdir.

6. Birinci instansiya məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)5479/2020 nömrəli (sədrlik edən hakim Pərviz Hüseynov) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhk əməsi həmin nəticəyə gələrkən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.7, 1.0.8, 1.0.10-cu maddələrinə, “Sosial sığorta haqqında” Qanunun 2, 14.1, 14.2-ci maddələrinə, İPM-in 2.2.3, 34.1, 52, 58.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyir. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçının ödənilməmiş sığorta haqqı olaraq (məcburi dövlət sosial sığorta haqqı) 01 may 2015-ci il tarixdə 10663,82 manat vəsait ödənilmişdir. Nəsimi Rayon Mənzil Kommunal Təssərrüfatı Birliyi tərəfindən ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı 01 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin xəzinə hesabına daxil olmuşdur və həmin vəsait bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülmüşdür. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, ödənişin təyinatı iddiaçının ödənilməmiş sığorta haqqı kimi göstərilmişdir. Yəni həmin vəsait iddiaçının məcburi dövlət sosial sığorta haqqı olaraq ödənilmişdir. Ödənişin təyinatı iddiaçının sosial sığorta haqqı göstərildiyi halda Nəsimi rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin məcburi dövlət sosial sığorta haqları üzrə borclarına görə həmin vəsaitin cavabdeh tərəfindən bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürülməsi əsassızdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2 5.11.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Vüsalə Baxışova) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi filialına qarşı Nəsimi MKTB-nin 01.05.2015-ci il tarixli 22 nö mrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsilə DSMF-nin İri sığortaedənlərlə iş üzrə departamentinin hesabına köçürdüyü 10.663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq iddiaçının (SSN **********0513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 440.1, 440.2-ci maddələrini, Vergi Məcəlləsinin 88.2, 88.2.1, 88.2.2, 88.2.3, 88.2.4, 88.3-cü maddələrini, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli, 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəl irlərinin təsnifatı”nın müddəalarını, İPM-in 14.2, 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olub, hazırda Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində baş mühəndis vəzifəsində işləyir. İşlədiyi 2006-2014-cü illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülüb-köçürülməməsini müəyyən etmək üçün 12.03.2015-ci il tarixli ərizə ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinə müraciət edib, oradan verilmiş 01.04.201 5-ci il tarixli cavab məktubunda göstərilirdi ki, 2006-2013-cü illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatları bazaya işlənməmişdir. Daha sonra 08.04.2015-ci il tarixli ərizə ilə DSMF-yə müraciət edib. 2006-2014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə vəsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş edib. Onunla bağlı hazırlanmış və DSMF tərəfindən qəbul edilmiş B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən g əlirin cəmi 10663.82 manat təşkil etdiyi göstərilirdi. Bundan sonra Birlik tərəfindən 22 saylı 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10663,82 manat vəsait "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə Birliyin uçotda olduğu DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürüldü. Ödəniş tapşırığının Dİ. bölməsində göstərilmişdir: Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödər ilir: SSN **********0513. 2) Ödənilən 10663.82 manat vəsaitin pensiya kapitalında əks edilib-edilməməsi ilə bağı verdiyi ərizəyə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 03.06.2015-ci il tarixli, 05/08-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cı illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra o, tam arxayın oldu ki, DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentə ödənilmiş 10663.82 manat vəsaitin fərdi şəxsi hesabına mədaxil etmişdir.

12. Pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan esosial.az saytına daxil oldu və müəyyən etdi ki, 2006-2014-ci illər üzrə əvvəllər ödənilməyən 10663.82 manat borcu qalır. 01.05.2015-ci il tarixdə ödənilmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. 17.01.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etdi. Ərizəyə cavab verilmədiyi üçün 22.05.2019cu il tarixdə yenidən Nazirliyə ərizə ilə müracət edib. 1 7.01.2019-cu il tarixli əriz əyə cavab verilmədiyini bildirdi. DSMF tərəfindən ona göndərilmiş 14.06.2019-cu il tarixli məktubda göstərilirdi ki, müraciətindəki məsələnin həlli ilə əlaqədar guya ki, gecə-gündüz dayanmadan müvafiq işlər aparılır və «araşdırma» yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcək. Bu cavabdan sonra o susdu, oturub gözlədi. 1 il 2 aydan sonra ona göndərilmiş 11.03.2020-ci il tarixli, **********8 saylı məktubda göstərilmişdir ki, Ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi rayon MKTB tərəfindən 2015-ci il üzrə təqdim etdiyi B3 formasında adları qeyd edilmiş sığortaolunanlaın fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Sonrakı müraciətlərinə 23.05.2020-ci il tarixli cavabda isə ümumiyyətlə məsələyə işə aidiyyatı olmayan qanun normasına, 01.01.2019cu il tarixdə qüvv əyə minmiş Sosial Sığorta Haqqında Qanunun 9-1.1-ci maddəsinə istinad edilməklə, guya ki, hüquqları ona izah edilmişdir. Belə ki, həmin normada məcburi dövlət sosial sığorta haqlarının qaytarılmasından söhbət gedir, o isə bununla bağlı hər hansı söhbət açmamışdır. Görünür DSMF əməkdaşları müraciətini ümumiyyətlə oxumayıblar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Mərkəzi Sosial Sığorta və fərdi Uçot İdarəsindən Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə verilmiş **********4 saylı, 19.05.2020-ci il tarixli cavabda isə məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsinin nəzərdə tutulmadığı üçün, ödənilmiş vəsaitin proporsional qaydada bölüşdürü ldüyü göstərilmişdir. Dövlət Sosial Müdafiə fondunun və onun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin cavab məktublarında göstərilənlər qanunsuzdur. Çünki pul vəsaiti ödəyənin ödəniş təyinatında göstərdiyi qaydada bölüşdürülür, təyinatı göstərilmədiyi halda isə ödəmə ardıcıllığına əsasən.

13. Təmin olunan apellyasiya şikayətində Əmək Məcəlləsinin 16-cı maddəsinə istinadla əlaqədar bildirir ki, düzdür, həmin maddəyə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin İşçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəti cələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

14. Lakin cavabdeh məhkəmənin diqqətini tamamilə başqa istiqamətə yönəltməyə çalışmışdır. Əvvəla həmin maddədə hesabdan pul vəsaitinin müştərinin sərəncamına zidd silinə bilməsi və ya DSMF-nin belə bir səlahiyyətə malik olması göstərilməmişdir.

15. Öz hüquqlarını Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyindən tələb edib, həmin vəsaiti ödətdimişsə bunun qalan işçilərə nə aidiyyatı var?

16. Apellyasiya məhkəməsi AR Nazirlər Kabinetinin 1 1.10.2018-ci il tarixli, 440 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərb aycan Respublikasının büdcə gəlirlərinin təsnifatına istinad edərək göstərib ki. ödəniş tapşırığına fərdi qaydada əlavə olunmuş hər hansı qeydin hüquqi qüvvəsi yoxdur və ödəniş təyinatında nəzərə alınmır. Sığortaedənlər tərəfindən ödənilən bütün məcburi dövlət sosial sığorta haqları isə "X1 Sisteminin "Sığorta" (Hesabat) altsisleminə daxil olduqda hər hansı bir müdaxilə olmadan, proqram təminatına əsasən avtomatlaşdırılmış qaydada sığortaolunanlar arasında proporsional olaraq bölüşdürülür». Buna baxmayaraq məhkəmə nəzərə almamışdır ki, ödəniş həyata keçirilərkən, yəni 2015-ci ilin may ayında belə bir qərar Nazirlər Kabineti tərəfindən qəbul edilməmişdi və bu qərara istinad edilməsi yolverilməzdi.

17. Mübahisələndirilən qərarda qeyd edilsə də ki, öhdəliyin icrası haqqında iddia, məcburetm ə haqqında iddia növü kimi, məhkəmədən tələb edir ki. cavabdeh inzibati orqanın üzərinə yalnız məhkəmə qərarı qəbul olunan tarixdə qüvvədə olan norma ilə müəyyən edilən vəzifələri qoysun. Məhkəmənin bu yanaşmasını əsassız hesab edir. Məhkəmə bu növ iddialara hüququn yarandığı tarixi nəzərə almadan baxmamalıdır. Hüququn yarandığı tarix 2015-ci ilin may ayıdır. Ona görə də hazırkı mübahisəyə məhz hüququn yarandığı tarixdə qüvvədə olan qanunvericilik aktlarına əsasən baxılmalıdır.

18. İş üçün vacib əhəmiyyət kəsb edən və məhkəmənin diqqətdən kənarda saxladığı başqa bir məqam DSMF-nin 03.06.2015-ci il tarixli, 05/08-2272 saylı məktubunda etiraf edildiyi kimi köçürülmüş 10663.82 manat pul vəsait təyinatına uyğun olaraq onun pensiya kapitalında əks edilmiş, sonradan ona məlum olmayan səbəbdən və məlum olmayan tarixdə pensiya kapitalından çıxarılaraq proporsional qaydada bölüşdürülmüşdür.

19. Halbuki Mülki Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1187/2021 nömrəli iş üzrə 27.09.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz təqdim edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatında işəgötürənlərin əməyin ödəniş i fonduna hesablanan sosial ayırmaların ödənişi “121100” kodu ilə nəzərdə tutulmuşdur. Bildiririk ki, sığortaedənlər tərəfindən bu təsnifat kodu üzrə ödəniş edildikdə ödənilən həmin məbləğ vahid qaydada bütün sığortaolunanlar arasında proporsional formada bölüşdürülür. Ümumiyyətlə ödəniş tapşırığında göstərilən büdcə təsnifat kodları ödənişin təyinatını müəyyən edir, ödəniş tapşırığına fərdi qaydada əlavə olunmuş hər hansı bir qeydin hüquqi qüvvəsi yoxdur və ödəniş təyinatında nəzərə alınmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ödəniş tapşırığının qeyd hissəsində göstərilən təyinatı əsas götürərək qanunvericiliyə zidd qərar qəbul etmiş və bununla da Birlikdə çalışan digər işçilərin sosial təminat hüquqlarını pozmuşdur. Bu da növbəti məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaq dır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsində Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi göstərilmişdir. Həmin Məcəllənin 1-ci hissəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1597 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasının 2-ci bəndində əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunması qaydaları nəzərdə tutulmuşdur: 2.1. Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan

21. Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminə “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. 2.2. Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir. 2.3. Fərdi uçot sistemində qeydiyyatı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi hesab açıldıqdan sonra həyata keçirilir. 2.4. Xüsusi hesaba ə lavə vəsait daxil olduqda bu barədə istifadəçinin öz ərizəsində qeyd etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə bildiriş göndərilir. Bildirişin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir. 2.5. Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pensiya təyinatı aparıldıqdan sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə icazə verilmir. Göründüyü kimi, “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən yalnız xüsusi hesaba əlavə vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur Əlavə olaraq bildirir ki, sığortaedənlər tərəfindən ö dənilən bütün məcburi dövlət sosial sığorta haqları “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminə daxil olduqda hər hansı bir müdaxilə olmadan proqram təminatına əsasən avtomatlaşdırılmış qaydada sığortaolunanlar arasında proporsional olaraq bölünür. Birlik sığortaedən olaraq “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsi ilə ona aid edilmiş vəzifəni yerinə yetirərək məcburi dövlət sosial sığorta haqqı üzrə borcunu tam şəkildə ödədikdən sonra həmin məbləğ sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcək və həmin işçilər “Əmək pensiyasiyaları haqqında” Qanuna əsasən onlara aid edilmiş hüquqlardan maneəsiz istifadə edəcəklər. Bu səbəbdən, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının vaxtında və tam şəkildə ödənilməsi məcburidir. Sığortaedən tərəfindən məc buri dövlət sosial sığorta haqqının ödənilməsi zamanı ödənişin təyinatında fərdi qaydada olaraq sığortaolunanların fərdi şəxsi hesabına aid edilərək ödənişin aparılması Qanunvericiliklə nəzərdə tutulmamışdır.

23. Bütün yuxarıda göstərilənlərə əsasən göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1187/2021 nömrəli iş üzrə 27.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab dır; Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 25. “Sosial sığorta haqqında” Qanun: Maddə

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Mad də 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habe lə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 9 6.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs Nəsimi MKTB qanunla ona aid edilmiş sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsini pozmuş, bunun nəticəsində onun DSMF-yə təqdim etdiyi 2015-ci ilin illik hesabatına əsasən məcburi dövlət sosial sığorta haqları üzrə borcları vaxtında ödəmədiyinə görə əsas borc üzrə 978.121,45 manat, maliyyə sanksiyaları üzrə 398.159,47 manat olmaqla, cəmi 1.376.280,92 manat məbləğdə borcu yaranmış. Daha sonra apellyasiya məhkəməsi yazır ki, “Birlikdə 885 nəfər işçinin çalışmasına və ümumi borcdan 10.663,82 manat məbləğdə ödəniş etməsinə baxmayaraq, ödənişin təyinatında bir nəfərin lehinə qeyd aparılmış, bununla da digər 884 nəfər işçinin bərabərlik kimi konstitusion əsaslara söykənən fundamental h üququnun pozuntusuna yol verilmiş, birinci instansiya məhkəməsi isə həmin dövrdə çalışan 885 nəfər işçiyə hesablanmış əmək haqqından ödənilməmiş külli miqdarda məcburi dövlət sosial sığorta haqları üzrə borcun mövcudluğunu nəzərə almadan, bir işçinin adına ödənilmiş vəsaitin məhz həmin işçinin fərdi hesabına ödənilməli olmasını əsaslı hesab etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən məlum olur ki, Nəsimi MKTB-nin məcburi dövlət sosial sığorta haqları üzrə hazırkı borcu da cəmi 924.207,89 manat təşkil edir”.

30. Buna görə də apellyasiya məhkəməsi qərarında bildirir ki, “AR Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayı rmaların ödənişi “121100” kodu ilə nəzərdə tutulmuşdur. Sığortaedənlər tərəfindən bu təsnifat kodu üzrə ödəniş edildikdə ödənilən məbləğ vahid qaydada bütün sığortaolunanlar arasında proporsional formada bölüşdürülür, ödəniş tapşırığında göstərilən büdcə təsnifat kodları ödənişin təyinatını müəyyən edir, ödəniş tapşırığına fərdi qaydada əlavə olunmuş hər hansı qeydin hüquqi qüvvəsi yoxdur və ödəniş təyinatında nəzərə alınmır. Sığortaedənlər tərəfindən ödənilən bütün məcburi dövlət sosial sığorta haqları isə “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminə daxil olduqda hər hansı bir müdaxilə olmadan, proqram təminatına əsasən avtomatlaşdırılmış qaydada sığortaolunanlar arasında proporsional olaraq bölüşdürülür”.

31. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının t əmin edilməməsi qənaətinə gələrkən belə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən hərəkətləri sözügedən faktiki xarakterli fəaliyyətin həyata keçirildiyi dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur, hazırda qüvvədə olan qanunvericilik isə onun üzərinə iddia ilə tələb olunan öhdəliyin qoyulmasını qadağan edir.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən hüquqi mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, işin 9-cu səhifəsində olan 01 may 2015-ci il tarixli, “A” formatlı 22 saylı ödəniş tapşırığından görünür ki, həmin ödəniş tapşırığında “ödəyici” kimi yazılmış Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi “vəsaiti alan” kimi yazılmış DSMF iri sığortaedənlərlə iş üzrə Departamentinə tapşırığın “ödənişin təyinatı və əsas” sətirində “İddiaçı ödə nilməmiş sığorta haqqı 25% ödənilir göstərilməklə 10663,82 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

33. İşin 10-cu səhifəsində olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu iddiaçıya ünvaünvanlandığı 03 iyun 2015-ci il tarixli məktubdan deyilir ki, “Bildiririk ki, 2006-2014-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların sizə aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir.”

34. Sözügedən məlumat işin 47, 55-ci səhifələrində olan sənədlərlə təsdiq olunur.

35. Apellyasiya məhkəməsinin isə istinad etdiyi Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli, 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin qərar, tarixindən də bəlli olduğu kimi 11.10.2018-ci il tarixli, yəni 10.663,82 manat məbləğinin 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə ödəniləndən 3 il 5 ay sonra qəbul edilmiş və geriyə tətbiq edilə bilməz.

36. Digər tərəfdən apellyasiya məhkəməsi qərarında özü qeyd edir ki, konkret fiziki şəxslərin deyil, Nəsimi MKTS-nin DSMF-yə borcu mövcuddur.

37. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ümumilikdə məcburi dövlət sığorta haqqı üzrə hüquqi şəxsin DSMF qarşısında borcun yaranmasına görə təqsirli hesab edilə bilməz.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası təmin edilməlidir. Nəticəvi hissə: Şərh edilə nləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.09.2021-ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbil edilsin. İddiaçının iddiası təmin edilsin. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, 01.05.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 10,663, 82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar