Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2372/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 sa ylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə Masazır Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-479/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayonu Masazır Bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli 12 nömrəli qərarın a əsasən iddiaçıya fərdi yaşayış evi tikmək məqsədilə Masazır bələdiyyəsinin ehtiyat fondundan 600 kv.m (0.06 ha) torpaq sahəsi ayrılmış, 30 iyul 2006-cı il tarixdə bələdiyyənin hesabına iddiaçı tərəfindən müvafiq haqq ödənilmişdir.
2. Abşeron rayon Masazır Bələdiyyəsinin sədri, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən 2006cı ilin avqust ayında təsdiq edilmiş akta əsasən həmin torpaq sahəsi yerində ölçülmüş, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş nişangahlar qoyulmuş və iddiaçıya təhvil verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
4. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməmişdir. Bundan başqa, sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 nömrəli qərarı ilə Masazır Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli qərarı ilə Masazır bələdiyyəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi ona satılmışdır. Dəyəri ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir və faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hər il torpaq vergisini Masazır bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. Nümayəndə vasitəsilə cavabdehə müraciət edərək Abşeron rayon Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 05 nömrəli qərarı ilə Masazır bələdiyyəs i ərazisində istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsini xahiş etmiş, cavabdeh müraciətinin icrasından imtina edilmişdir. Cavabdehin qeyd olunan hərəkəti qanunsuz hesab edilməlidir. Cavabdehin imtina məktubunda sadalanan sənədlərin olmaması iddiaçının nöqsanı deyil, Masazır Bələdiyyənin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması onun səhvi olmamaqla mülkiyyət hüququndan istifadə etməsinə maneə törətməməlidir. Sözügedən torpaq sahəsinin yüksəkgərginlikli elektrik xəttinin (6 kvt) mühafizə zolağında yerləşməsi ilə bağlı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli q ərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, imtina məktubunda imtinanın əsası kimi qeyd etdiyi nöqsanla bağlı münasibətləri tənzimləyən normativ hüquqi akt mühafizə zolağına düşən torpaq sahəsinə mülkiyyətçinin hüquqlarını tanıyır və mülkiyyət hüququnu məhdudlaşdırmır. Eyni zamanda, torpaq sahəsi bələdiyyədən alınan və faktiki sahibliyə verilən zaman həmin elektrik xətti çəkilməmiş, xətt çox sonralar çəkilmişdir. Həmçinin, 110 kvt və ondan artıq gərginliyi olan elektrik xətləri yüksək gərginlikli elektrik xətti hesab edilir. Cavabdehin etirazları:
7. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-455/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Masazır Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 12 nömrəli qərarı ilə Masazır bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş foto görüntüsüdür. Yəni, cavabdeh həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, inzibati orqan tərəfindən göstərilən ilkin imtinanın hər hansı bir hüquqi əsası yoxdur.
10. İkinci səbəbə münasibətdə, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 2005-ci il 10 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən 6 kvt elektrik xətlərinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir.
11. Bundan əlavə, məhkəmə sorğusu nəticəsind ə əldə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən torpaq sahəsi 2019-cu ilin mart ayında istismara verilmiş “TM-110” hava xəttinin mühafizə zonasında yerləşir. Abşeron rayonu, Masazır Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılan zaman sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilməmişdir. Yəni, torpaq sahəsi bələdiyyədən alınan və faktiki sahibliyə verilən zaman həmin elektrik xətti çəkilməmiş, daha sonralar çəkilmişdir. Ona görə etiraz həmin hissədə də əsassızdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) ape llyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-479/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-455/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya etirazda göstərilənlər təşki l edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olu nmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblər ə görə təmin oluna bilməz.
24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində qeydiyyatın əsası kimi bələdiyyə aktı göstərilmişdir.
25. İddiaçıya 0,06 ha torpaq sahəsi Abşeron rayon Masazır Bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli 12 nömrəli qərarına əsasən ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında DTXK tərəfindən 20 iyul 2006-cı il tarixdə müvafiq rəy verilmiş və DTXK-nin Abşeron rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb nişangah qoyulduqdan sonra həmin torpaq sahəsi iddiaçıya təhvil verilmişdir.
26. Qeyd olunan bələdiyyə qərarının qanunla müəyyən olunmuş qaydada geri çağırıldığına, ləğv edildiyinə, dəyişdirildiyinə, qüvvədə olma müddəti nin qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair sübut yoxdur.
27. İddiaçıya satılmış torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7).
31. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir.
32. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-479/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.