Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2372/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(104)-80/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi 04 oktyabr 2021-ci il tarixli, 8655 nömrəli arayışda Tovuz RMX xx.xx.2021-ci il tarixli göndərişinə cavab olaraq xx.xx.1995-ci il təvəllüdlü İddiaçı dioqnozu posttravmatik stress pozuntusu F43.1, postkommosion sindrom F07.2 kimi qeyd edilmişdir.
2. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8366 nömrəli İddiaçı xəstəlik haqqı nda şəhadətnaməsində aşağıdakılar qeyd edilmişdir: Diaqnoz: “partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə beyin travması, baş silkəllənməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmuddətli posttravmatik stress pozuntusu... Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş silkəllənməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş vegetativ damar davamsızlığı. Sol baldırın ön səthinin aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı. Başın ənsə nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” Səbəbli əlaqə: Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Diaqnoz: L5-S1 fəqərələrarası diskin protruziyası. Büzdümün derm oid sisti remissiya mərhələsində. Vertebrogen lumbalqiya. Sağ qözün miopiyası MO.75D nəticəsində qörmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya 1.0 olmaqla. 36, 37-ci dişlərin olmaması Səbəbli əlaqə: "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır"
3. X1 T00034657PTV nömrəli göndərişində (Forma 88) iddiaçının Əsas diaqnozuF43.1 - Posttravmatik stress pozuntusu yanaşı xəstəliklər - F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu H52.1 – Miopiya, sağ gözün miopiyası qeyd edilmişdir.
4. Həmin göndəriş əsasında iddiaçının xx.xx.2022-ci il tarixli müayinəsi nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu. Miopiya” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin olunmasından imtina verilmişdir.
5. TSEK-in 3-17-4/3-2390/2023 nömrəli, xx.xx. 2023-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə NK-nın xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Meyarlara uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi 25 may 2023-cü il tarixli, 361 nömrəli həkim psixiatr komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/31-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən Həkim Psixiatr Komissiyasında müayinədə olmuş, diaqnoz üzvi (kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla F06.3 qeyd edil mişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əlilliyin təyin edilməsindən imtina olunması barədə 30 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixdən İİİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Suqovuşan və Laçın istiqamətində Vətən müharibəsində iştirak etmiş, Suqovuşan qəsəbəsi istiqamətində Vətən Müharibəsi zamanı ağır yaralanaraq xəsarət almış, bir çox tibb müəssisələrində müalicə və müayinə olum uşdur. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 8366 nömrəli şəhadətnamə ilə təmin edilmişdir. Bu barədə səhhətində olan ağırlaşmalarla bağlı ona əlillik təyin edilməsi üçün X3 tərəfindən xx.xx.2022-ci il tarixdə T00034657PTV nömrəli göndəriş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə T00034657PTV nömrəli göndərişə əsasən ona əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdehin T00034657PTV nömrəli göndərişə imtinasını əsassız hesab edir. Belə ki, hesab edir ki, mənim səhhətində olan xəstəliklər, müalicə olduğu tibb müəssisələrinin onun barəsində müalicə vaxtı tərtib edilmiş epikrizlər və T00034657PTV nömrəli göndərişdə qeyd edilmiş tibbi qeydiyyat lar əsas verir ki, ona əlillik təyin edilsin. Hal-hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən T00034657PTV nömrəli göndərişə imtinanın ləğv edilməsi və xəstəlik epikrizlərinin nəzərə alınmaqla ona İİİ qrup Azərbaycan Respublikasının ərazi bütöylüyünün, müstəqitliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsidir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli həkim müay inəsi zamanı iddiaçıya qoyulmuş F43.1 posttravmatik stress pozuntusu diaqnozuna uyğun olaraq onun vəziyyəti “Bələdliyi bütün növlər üzrə saxlanılıb. Zahirən narahat va gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Yuxusuzluqdan və yaddaş zəifliyindən şikayətlənir. Emosional labildir. Özünə və öz vəziyyətinə tənqidi formaldır. Meyl və maraqları məhduddur, Diqqəti daim öz daxilinə yönəlib, öz şəxsiyyətinə bağlıdır. Olduqca hövsələsiz, əsəbi, narahatdır. Yaddaşı zəifdir, mexanikidir. Emosional reaksiyaları adekvat deyil, kiminsə, yaxın adamının belə, ölüm xəbərini eşidəndə laqeyid qalır, biganə münasibət bəsləyir, Yuxusu pozulub. gecələr yatmır.” kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əla və edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.5.1-ci bəndinə əsasən iddiaçıya “posttravmatik stres pozuntusu” diaqnozu qoyulsa da, həmin diaqnozun qiymətləndirilməsi zamanı nəzərə alınan və cədvəlin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərində qeyd olunmuş halların onda olması iş materialları ilə öz təsdiqini tapmır.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyaların ın 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-617/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. 14. “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin T 108/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial komissiyaları tərəfindən qiymətləndirilməsi üçün İddiaçı Nazirliyinin Baş klinik hospitalında adına tərtib edilmiş 4947 saylı epikrizə əsasən o, 17.05.-xx.xx.2023-cü il tarixlərdə hospitalın psixiatriya bölməsində “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş q apalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Sol baldırın ön səthinin aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı. Büzdümün dermoid sisti remissiya mərhələsində. Sağ gözdə miopiya. Refraksiya sağ gözdə M0.75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalmasi, korreksiya olmaqla. Hepatosteatoz.” Diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnoz şəxsin hospitalda müalicəsi zamanı xəstənin anamnestik, kliniki laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 17 aprel 2024-cü il tarixli, 2-1(104)-80/2024 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova – sədrlik edən və məruzəçi, R.Mamedov və A.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq, iddia təmin edilmiş, İddiaçı 05 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş “F43.1 - Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 8366 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Belə olan halda iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin T00034657PTV nömrəli, xx.xx.2022-ci il tarixli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Posttravmatik stress pozuntusu. Miopiya” diaqnozu əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi sonuncu göndərişin-xx.xx.2022-ci il tarixdən təyin olunmalıdır.
17. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən ol unması meyarları”na istinad etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıda qeyd edilən xəstəliklər qanunvericiliyə uyğun olaraq əlillik təyin olunması üçün əsas qismində çıxış etmir.
20. Bundan əlavə qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, m üvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
21. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
22. Bundan əlavə qeyd edilmişdir ki, əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhk əmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə yazıl ı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb e tdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərba ycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlil liyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi ba rədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müd dət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:... 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarını n hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.; Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu F43.1 7.5.1.1 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 %- 2 il 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət – 65-80 % - 2 il
28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə g öndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
33. İş materialları ilə müəyyən olunur ki, hazırkı işdə iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi ilə bağlıdır.
34. Apellyasiya məhkəməsi iddianı təmin edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının göndərişdə əks olunmuş “F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.
36. Belə ki, işdə olan T 108/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki,...17.05.xx.xx.2023-cü il tarixlərdə hospitalın psixiatriya bölməsində “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020).... Büzdümün dermoid sisti remissiya mərhələsində. Sağ gözdə miopiya....” Diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnoz şəxsin hospitalda müalicəsi zamanı xəstənin anamnestik, kliniki laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş ol muşdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
38. Lakin hazırkı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömr əli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.5.1-ci bəndinə əsasən iddiaçıya “posttravmatik stres pozuntusu” diaqnozu qoyulsa da, həmin diaqnozun qiymətləndirilməsi zamanı nəzərə alınan və cədvəlin 7.5.1.1 və 7.5.1.2ci bəndlərində qeyd olunmuş halların hal-hazırda onda olması məsələsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, ekspert rəyində də bu məsələyə aydınlıq gətirilməmişdir.
39. Yəni, ekspertin yuxarıda qeyd edilən rəyində “müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur” qeyd edilsə də, lakin iddiaçının müalicəsi qənaətbəxş olduğu zaman əlilliyə əsas verən xəstəlikdən davamlı olaraq əziyyət ç əkməsi, həmçinin onun hal-hazırdakı vəziyyəti tibb müəssisəsi tərəfindən verilmiş göndərişə uyğun olub-olmaması müəyyən olunmur.
40. Halbuki ekspert yuxarıda qeyd edilən qiymətləndirmə meyarları əsasında qiymətləndirmə apararaq iddiaçının hal-hazırdakı vəziyyətini araşdırmalı və müvafiq nəticəyə gəlməli idi.
41. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
42. Belə olan halda, cavabdehin kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş qeyd olunan xüsusatların araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməlidir
43. Yuxarıda göstərilənlərə əsasə n, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(104)-80/2024 qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.