Məhkəmə qərarları › İş №2-1(102)-2373/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2373/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2373/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddiaçıya üç uşağa görə 51 yaşdan əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müd afiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(105)-462/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.

2. İddiaçının 10 iyun 1986-cı il tarixdə Gülnarə Mürsəlova, 25 mart 1989-cu il tarixdə Elnarə Mürsəlova və 11 may 1990-cı il tarixdə Səbuhi Mürsəlov adlı üç övladı dünyaya gəlmiş, onlara müvafiq olaraq Xİ-ЖГ № 437433 saylı, XİV-ЖГ № 384789 saylı və XV -ЖГ № 320255 saylı “Doğum haqqında şəhadətnamə”lər verilmişdir

3. İddiaçının müraciətinə cavab olaraq cavabdehin yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda göstərilmişdir ki, təqdim edilən əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 16 il 10 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 4 ay 9 gün sığorta stajına uyğun olaraq 12466,19 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 793,08 manat olmaqla, ümumilikdə 13259,27 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 mana t) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Mingəçevir şəhərində anadan olmuş, xx.xx.1985-ci il tarixdə X2 il ə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1986-cı il tarixdə X1, xx.xx.1989-cu il tarixdə X3 və xx.xx.1990-cı il tarixdə X4 anadan olmuşdur. O, 21 sentyabr 1976-cı ildən 1 iyul 2008-ci ilə kimi müxtəlif idarə və təşkilatlarda işləmişdir və 3 uşağa görə pensiyaya 51 yaşından çıxmalı idi. Lakin 2010-cu ildə o, Azərbaycan Respublikasında olmadığı üçün bu mümkün olmamışdır. O, şifahi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət edərək, üç uşaq anası və lazımi qədər əmək stajı olduğu üçün 51 yaşdan ona pensiya təyin edilməsini xahiş etmiş, lakin həmin təşkilatdan hazırda üç uşaq anası kimi ona 2010-cu ildən yaşa görə pensiya təyinatının aparılması mümkün olmadığınd an məhkəməyə müraciət etməsi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh formal mülahizələrə istinad edərək əsassız olaraq əmək pensiya təyin edilməsindən imtina etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün əmək kitabçasının olması kifayət edir. Bu əsasdan da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.

6. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə əsasən, üç və üç uşaqlı anaların yaş həddinin dəyişdirilərək xx.xx.2010-cu il tarixdən 2016-cı il tarixədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edilmişdir. Ərizəçinin müraciəti isə həmin tarixdən sonraya təsadüf etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 3 fevral 2023-cü il tarixli, 2-1(118)-772/2023 nömrəli qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının üç uşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD saylı Qanunu qüvvəyə mindikdən sonra yaranmışdır. Əgər iddiaçının 51 yaşı qanunvericiliyə dəyişiklik edilməzdən əvvələ təsadüf etsə idi, müraciəti 1 yanvar 2010-cu il tarixdən sonra (qanunvericil iyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra) olsa da, bunu iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilməsi mümkün olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmur. Əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edir. Lakin hal-hazırki mübahisədə iddiaçının 51 yaşı qeyd olunan qanunvericiliyə edilən dəyişiklikdən sonra, yəni 24 fevral 2010-cu ildə tamam olduğundan, bu hal iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilə bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) ap ellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(105)-462/2023 nömrəli qərarı (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibati Məhkəməsinin 3 fevral 2023-cü il tarixli, 2-1(118)-772/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçı qeyd edi r ki, məhkəmə maddi hüquq normalarının məzmun və tələblərinə düzgün riayət etməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehin və məhkəmənin istinad etdiyi Qanun 3 uşaqlı ananın 51 yaşında deyil, hər il 6 ay artırılmaqla 2016-cı ilə qədər 60 yaşında əmək pensiyasına çıxmasını müəyyən etmişdir. Belə nəticəyə gəlmək lazım idi ki, onun 2010-cu ildə 3 uşağa görə pensiya hüququ 24.02. 2010-cu ildə, yəni 51 yaşında deyil, xx.xx.2010-cu il tarixdə, yəni 51 yaş 6 ayda yaranmışdır. Bu halı nəzərdən qaçıran məhkəmə iddiaçının ümumiyyətlə belə bir hüquqa malik olmamağı qənaətinə gəlmişdir ki, bu da səhv olmaqla onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmənin ərizəçiyə hüquqi yardım göstərmək vəzifəsi var. Bu işə baxan zaman qanunvericiliyin məhz 2010-cu i ldə dəyişməsini nəzərə alaraq məhkəmə iddiaçıya iddia ərizəsinə dəqiqləşmə və dəyişiklik etməklə, pensiyaya hüququnun xx.xx.2010-cu il tarixdə deyil, xx.xx.2010-cu il tarixdə yaranması barədə iddia vermək hüququnu izah etməli idi. Amma məhkəmə bunu etməmiş və bununla da onun hüquqları pozulmuşdur.

14. Bundan başqa, məhkəmə onun iştirakı olmadan keçirilmiş, gəlməməyinin üzrlü olub-olmaması müəyyən edilmədən, dinlənmə hüququ pozularaq bir dəfəyə, cəmi 5-10 dəqiqəyə işinə baxılmış və bununla da onun məhkəmə müdafiəsi hüququ, işinə ədalətli və obyektiv baxılması hüququ kobud surətdə pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(105) -462/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyada Maddə

8. Çoxuşaqlı qadınların, əlil uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1.Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və d aha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq.... xx.xx.2010-cu il tarixdən qüvvədə olmuş redaksiyada (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2009-cu il tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən) Maddə

8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır....

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: M addə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikay ətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunver iciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, onun 3 uşağı olduğundan 51 yaşdan (xx.xx.2010-cu il tarixdən) əmək pensiyası hüququ qazanmışdır. Bundan sonra, iddiaçı kassasiya şikayətində göstərir ki, qanunvericilikdə olan dəyişikliyə əsasən yaş həddi hər il 6 ay artırılmaq la hesablandığından onun pensiya hüququ 51 yaş 6 aydan, yəni xx.xx.2010-cu il tarixdən yaranmış, lakin məhkəmə bununla bağlı ona hüquqi yardım göstərməmişdir.

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşdan yaşa görə əmək pensiyası hüququ vardır. Yəni bu halda üç əsas şərtin ödənilməsi zəruridir: 1) minimum 5 il sığorta stajının mövcudluğu; 2) qadının 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; 3) xx.xx.2010-cu il tarixədək 51 yaşının tamam olması.

28. Qeyd olunmalıdır ki, iddiaçının 16 il 10 ay 9 gün sosial sığorta stajının olması və onun 3 uşaq doğub onları səkkiz yaşına qədər tərbiyə etməsi işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının 51 yaşı yuxarıda qeyd edilən maddi hüquq normasına dəyişiklik edildikdən (xx.xx.2010-cu il tarixdən) sonra xx.xx.2010-cu ildə tamam olmuşdur. 29. xx.xx.2010-cu il tarixdən qüvvəyə minən dəyişikliklərə əsasən çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi yeni redaksiyada verilmiş və yeni tələblər aşağıdakılardan ibarət olmuşdur: 1) beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmə; 2) azı 10 il sığorta stajı; 3) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddinin hər uşağa görə 1 il azaldılması.

30. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının üç uşağı olduğundan onun 51 yaşı üç uşağa görə əmək pensiyası hüququnun yaranması nı təsbit edən maddi hüquq normasının qüvvədə olduğu tarixdə tamam olmamış, bundan sonra qanunvericilik çoxuşaqlı qadın anlayışını tamamilə dəyişərək xx.xx.2010-cu il tarixdən minimum 5 uşaq tələbini tətbiq etmişdir.

31. İddiaçının üç uşağa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixə qədər yaranmadığından, həmin tarixdən etibarən isə qanunvericilikdə minimum 5 uşaq tələbi irəli sürüldüyündən iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

32. Eyni zamanda, iddiaçının məhkəmənin onun iştirakı olmadan keçirilməsi, gəlməməyinin üzrlü olub-olmamasının müəyyən edilməməsi, dinlənilmə hüququnun pozularaq bir dəfəyə işə baxılması barədə şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi göndərilməklə onun tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə baxılacağı bildirilmişdir. Həmin bildiriş poçt vasitəsilə iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Bununla yanaşı, bildirişdə göstərilmişdir ki, məhkəməyə gəlməməyin səbəbləri barədə iclasın təyin olunduğu vaxtadək məhkəməyə məlumat verilməlidir. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə yenidən məhkəmə bildirişi göndərilsə də, iddiaçı növbəti məhkəmə iclasına da gəlməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya göndərilən məhkəmə bildirişlərində ona şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi təqdir də onun iştirakı olmadan işə baxılmasının və qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir.

34. Ona görə də, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dinlənilmə hüququnun pozulması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsaslı hesab oluna bilməz.

35. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, habelə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023- cü il tarixli, 2-1(105)-462/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar