Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2373/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) 20.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş illər üçün öd ənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(105)-282/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" ASC-də (keçmiş Sumqayıt BoruProkat Zavodu) işləmişdir. 3. "xxxx" ASC tərəfin dən verilmiş xx.xx.2017-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Boru mufta emalı sexində fəhlə, metal çeşidləyən və təhvil verən, çatı quran vəzifələrində işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 4 ay 21 gün (xx.xx.1978-xx.xx.1980-ci il və xx.xx.1981xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2017-ci illər üzrə cəmi 1 ay) təşkil etdiyində n, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş illər üçün ödənilməli olan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna deyil, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına uyğun ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən xüsusi stajı mübahisələndirilməmişdir. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.2017-ci ilə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt BoruProkat Zavodu) rəngsaz, metal çeşidləyici və təhvil verən, çatı quran, boru kəsici peşələrində işləmiş, xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilə kimi ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçının əmək kitabçasında təsdiq olunmuş məlumatlardan və "xxxx" ASC-nin verdiyi arayışdan göründüyü kimi, o, xx.xx.2006-cı il tarixə kimi güzəştli pensiya təyini üçün lazım olan 25 il ümumi əmək stajını və 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi əmək stajını tam toplamış, xx.xx.2016-cı i l tarixdə nəzərdə tutulan 56 il 6 ay yaş həddinə çatmışdır. Həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Cavabdehin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə dəlilləri hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunun normaları ilə uyğunluq təşkil edir və həmin normalara istinad edilməklə əsaslandırılır. Ödənişsiz məzuniyyət müddətinin xx.xx.2006-cı il tarixə kimi ümumi əmək stajına daxil edilməsi əmək qanunvericiliyinin, əvvəllər qüvvədə olan pensiya qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə tamamilə uyğundur.
8. Cavabdeh iddia ya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək qeyd etmişdir ki, iddiaçının 17 il ödənişsiz məzuniyyətdə, yəni boşdayanmada olması o anlama gəlir ki, həmin müddətdə o işləməmişdir. 17 ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi bərabərlik prinsipinə əsasən digər əmək pensiyasına çıxan şəxslərin hüquqlarını da pozmuş olur. Əlavə olaraq, iddiaçıya 60 yaşdan da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə 3 tələb vardı: 1) qanunla müəyyən edilmiş minimum pensiya kapitalına malik olmaq; 2) 25 il sosial sığorta stajının və 3) 12 il 6 ay güzəştli iş stajının olması. İddiaçının 25 il sığorta sta jının olmaması ilə yanaşı, pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16980,94 manat təşkil edir. Cavabdehin imtinası qanunidir və iddia tələbi təmin olunmamalıldır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İmran Burcayev) 24 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3984/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə əmək pensiyasının təyini ilə bağlı mübahisələrdə ilk öncə pensiyanın hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mind iyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda isə “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilməlidir (həmin qanuna edilmiş sonrakı dəyişikliklər nəzərə alınmaqla).
11. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977xx.xx.1978-ci illərdə texniki peşə məktəbin də təhsil almış, əmək kitabçasına əsasən xx.xx.1981-xx.xx.2017-ci illərdə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt Boru-Prokat Zavodu) işləmişdir Lakin "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı əmək kitabçasına əsaslanaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yaş və stajının tam olması səbəbindən ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. İşdən göründüyü kimi, iddiaçının adı 1997-ci ildən 2017-ci il tarixə kimi "xxxx" ASC-də (keçmiş Sumqayıt Boru-Prokat Zavodu) işçi statusunda qalsa da, o, ödənişsiz məzuniyyətdə olmuş və həmin halı onun özü də təsdiq etmişdir. İddiaçı 1 9972006-cı illər ərzində (ümumilikdə isə 1997-2017-ci illərdə) ödənişsiz məzuniyyətdə olduğu üçün (6 ay istisna olmaqla) onun iş stajının hesablanmağa başlandığı 1977-ci ildən ödənişsiz məzuniyyətə çıxdığı 1997-ci ilə qədər dövrü əhatə etməklə 25 ili tamamlanmır. İddiaçının çalışdığı illərdən iş stajına daxil edilən dövr - xx.xx.1977-xx.xx.1978-ci illər, xx.xx.1978-xx.xx.1980-ci illər, xx.xx.1981-xx.xx.1997-ci illər və 2006-2007-ci illər üzrə 1 ay hesablanmaqla, ümumilikdə 19 il 4 ay 24 gündən ibarətdir. Bu müddət güzəştli şərtlərlə pensiya təyinatı üçün kifayət etmir.
12. Həmçinin, iddiaçıya 60 yaşının tamam olduğu vaxtdan da “Əmək pensiyaları haqqında” Qanunun tələbləri ödənilmədiyindən, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkünsüzdür. Çünki tələb olunan ümumi iş stajı ödənil mir və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı kifayət etmir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmayaraq 20 ilə qədər dövrü əhatə etmişdir. Eyni zamanda, ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamış, iddiaçı həqiqətən də həmin dövrlərdə ödənişsiz məzuniyyətdə olduğunu təsdiq etmiş, boşdayanma halının olmasının işəgötürənin təqsiri üzündən baş verməsi sübut edilməmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və İsmayıl Quli yev) 03 may 2024-cü il tarixli, 2-1(105)-282/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1997-xx.xx.2017-ci illər arasındakı dövrlərdə ödənişsiz məzuniyyətdə olduğundan, cavabdeh həmin dövrü iş stajı kimi nəzərə almamış, iddiaçı isə həmin dövrdə işləməməsinin səbəbinin işəgötürənin təqsiri ucbatından olduğundan, yalnız o deyil, bir çox işçilərlə bağlı bir hal olduğundan, öz ərizəsi əsasında məzuniyyətdə olmadığından, əmək kitabçası və işəgötürən tərəfindən təqdim edilmiş arayış mövcud olduğundan, həmin dövrün iş stajı kimi nəzərə alınmalı olduğunu bildirmişdir.
16. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1997-1999-cu illərə aid dövrdə qüvvədə olan əmək qanunvericilik normasına əsasən əməkhaqqı saxlanılmadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin, sonrakı dövrlərə (1999-2005) aid qüvvədə olan əmək qanunvericilik normasının tələbinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (Əmək Məcəlləsinin 129-cu maddəsi). Həmçinin, Əmək Məcəlləsinin 128-ci maddəsinin tələbinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təx irə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
17. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qısamüddətli məzuniyyətdə olmamış (1997-2017-ci il) və qanunvericiliklə müəyyən edilmiş ödənişsiz məzuniyyətin verilməsi üçün əsas olmuş hallar mövcud olmamışdır. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda xx.xx.2006cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi iş stajına aid edilməsi nəzərdə tutulmamışdır.
18. Bundan əlavə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin dispozitiv şərtləri nəzərə alınmaqla, hətta 6 ay məzuniyyətdə o lduğu müddət iddiaçının iş stajına daxil edilsə belə, yenə də qanunla tələb olunan azı 25 il ümumi iş stajı şərti ödənilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajı tamamlanmadığından, cavabdeh inzibati orqan ona əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda iş materialları əsasında iddiaçının ödənişsiz məzuniyyətdə olmasına səbəb boşdayanma halının olması, bunun işəgötürənin təqsiri nəticəsində baş verməsi, boşdayanmanın başlanması barədə iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi halları müəyyən edilmir. İddiaçı tərəfindən həmin hal a dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır.
19. Bundan əlavə, şikayətin digər dəlilləri ilə bağlı qeyd edilməlidir ki, indiki halda iddiaçının həmin dövrlərdə işləməsi halı müəyyən edilmədiyindən, onun barəsində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun yaranmasından söhbət gedə bilməz. Bu baxımından hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin hissədə də istinad etdiyi şikayətin dəlilləri əsassız olmuşdur.
20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
21. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvə llər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-c i maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçil ər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə
71. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqı və müraciət edənin orta aylıq əməkhaqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş no rmalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əməkhaqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əməkhaqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texni ki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. 26. 01.07.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi Maddə
74. Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və qulluqçuya onun ə rizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əməkhaqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəfin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. 27. 01.07.1999-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; Maddə
54. Əmək şəraitinin təmin edilm əsi
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:.... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:....məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə
111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsini n pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə
112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ç) ödənişsiz məzuniyyət. Maddə
128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə
129. Ödəni şsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddə
146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşıs ı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əməkhaqqı ödənilir. Maddə
169. Boşdayanma vaxtı əməyin ödənilməsi
1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürən ə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zərur i olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 56 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və st aja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
36. Bu qərarın 23 və 25-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 56 yaş 6 ayının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.
37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtlərindən ən azı biri iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajını topladığı iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Beləliklə, ona 56 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahi sələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(105)-282/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.