Məhkəmə qərarları › İş №2-1(102)-2375/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2375/2019

22.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2375/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Rusiya Federasiyasının İddiaçı SC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 22.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı SC-nin vəkili X7; 3-cü şəxs MMC-nin nümayəndələri Babaşov Emil Söhbət oğlunun, X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Rusiya Federasiyasının İddiaçı SC-nin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə və 3-cü şəxs “xxxx” MMC-yə qarşı qərarının ləğv edilməsi və şəhadətnamənin etibarsız sayılması haqqında idd ia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarından 3-cü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Rusiya Federasiyasının İddiaçı SC cavabdeh Ləğvetmə prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə) və 3-cü şəxs “xxxx” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 13 aprel 2018-ci il tarixli, E-1522 saylı qərarının tamamilə ləğv olunması; xxxxnin qeydiyyata alınmasına dair 12.12.2016-cı il tarixli, 2016 1464 №-li şəhadətnamənin etibarsız he sab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-344/2018) iddianın təmin edilməsi; cavabdeh X3 13 aprel 2018-ci il tarixli, E-1522 saylı qərarının ləğv edilməsi və “xxxx” əmtəə nişanının qeydiyyata alınmasına dair 12.12.2016-cı il tarixli, 2016 1464 №-li şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)774/19) 3-cü şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qərarın ın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs “xxxx” MMC kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi; iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri 3-cü şəxs “xxxx” MMC -nin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxs MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 18 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi; iddianın rəddə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən 3-cü şəxs MMC-nin nümayəndələri E.Babaşov və T.Seyidov vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı SC-nin vəkili E.Bəşirov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh Agentliyin nümayəndələri gəl mədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyi şdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Qazaxıstan Respublikası Ədliyyə Nazirliyinin X1 “Əqli Mülkiyyət Milli İnstitutu” tərəfindən verilmiş reyestr məlumatlarına əsasən, hüquq sahibi “xxxx” İstehsalat Birliyi QSC-yə məxsus X6 müəllifi olduğu “Karapuz” peçenyesi 03 sentyabr 2007-ci il tarixində İstehsalat Birliyi “xxxx” QSC tərəfindən Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi (patent) qeydiyyata alınmış, və 03 avqust 2016-cı il tarixindən patent hüquqları İddiaçınə keçmiş və patent hüququ 1047 saylı nömrə altında 23.10.2009-cu il tarixdə Qazaxıstan Respublikası sənaye nümunələrinin dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxs “xxxx” MMC-nin adına isə Azərbaycan Respublikasında 30 və 35-ci siniflər üzrə qeydə alınan “xxxx” əmtəə qişanı 12.12.2016-ci il tarixində qeydiyyata alınmışdır. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Rusiya Federasiyasının 28.06.1998-ci il tarixdən dövlət qeydiyyatına alınmış İddiaçı QSC barədə “Uyğunluq haqqında” bəyannaməsindən və X4 tərəfindən 2008-ci ildən 2019-cu ilə kimi qüvvəsi müəyyənləşdirilən uyğunluq şəhadətnamələrindən görünür ki, iddia olunan “Karapuz” markalı peçenye məhsulları İddiaçı QSC-yə məxsus məhsullar kimi mənşə ölkəsində qeydiyyatı mövcuddur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxsin göstərilən peçenyenin təsvirinin mənşə ölkəsində qeydə alınmadığını mübahisələndirən dəlilləri əsassızdır. Digər tərəfdən, “Əmtəə nişanlarının qeydə alınması barə də iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”n 29.3-cü maddəsi nəzərdə tutur ki, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. Konkret halda, mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (balıqqulağı) görünüşə və formaya malikdır. Adi gözlə vizual olaraq baxdıqda, hər iki məhsul tamamilə eyni təsəvvür yaradır. Yəni, “xxxx” MMC-nin adına qeydiyyata alınmış “xxxx” əmtəə nişanı və iddiaçıya məxsus “Karapuz” adlı peçenyenin təsviri qarışdırılacaq dərəcədə bənzərdir və onları bir-birindən fərqləndirmək mümkün deyil. “Ədəbi və X8 haqqında Bern Konvensiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azərbaycanda qorunur. Həmin Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə əsasən isə nəzərdə tutulur ki, “”Ədəbi və bədii əsərlər» termini hansıüsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Həmin maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Eyni zamanda, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Eyni zamanda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbayjan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvə si olan əmtəə nişanı və joğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 5-ci maddəsinin “f” bəndinə əsasən, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla veril dikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin “ç” bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə «eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Həmin Qanunun 31-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. Eyni zamanda, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edil məsi kimi hərəkətlərə yol verilmir. İşin materiallarında olan (və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş) müqavilələr qaimələr, hesab-fakturalar, spesifikasiyalardan, eyni zamanda, Dövlət Gömrük Komitəsinin cavabdeh Əqli Mülkiyyət Agentliyi Apellyasiya Şurasına ünvanlanan 11.01.2019-cu il tarixli məktubuna əlavə olunmuş “Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyytları haqqında məlumat”a görə, 2016-cı ildə üçüncü şəxs “xxxx” MMC–nin adına “xxxx” əmətəə nişanı qeydiyyata alınana qədər, sonuncunun iddiaçı MMC ilə aralarında müqavilə münasibətləri mövcud olmuş və ona məxsus qənnadı məmulatlarınıın Azərbaycanda satışını təşkil etmişdir. Həmçinin, 3-cü şəxs “xxxx” MMC ilə iddiaçı Səhmdar Cəmiyyəti arasında bağlanmış 1266/8/12 saylı 27.12.2012-ci il tarixli müqaviləy ə dair 130 saylı 17.01.2013-cü il tarixli hesab-faktura və spesifikasiyaya əsasən iddiaçı SC tərəfindən “Karapuz” peçenye adlı məhsulun “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilir. Göründüyü kimi, üçüncü şəxs MMC-nin iddiaçı SC-yə məxsus qənnadı məhsullarını idxal etmədiyini mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Qeyd olunanlar isə tam aşkarlığı ilə 3-cü şəxs “xxxx” MMC-nin iddiaçının məhsulları ilə yaxından tanış olduğunu göstərməklə, onun «xxxx» adlı əmtəə nişanı vasitəsi ilə istehlakçılar arasında yanlış təəsürat yaratmaq məqsədi güddüynü biruzə verir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən «xxxx» MMC tərəfindən 540 Azərbaycan istehlakçıları arasında apardığı rəy sorğusunun nəticələrinə görə respon dentlərin azı 56 faizi “xxxx” brendi altında istehsal olunan “Karapuz” adlı əmtəə nişanını, 46 faizi ən azı 2 il həmin məhsulu tanıdıqlarını bildirmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan normalarından isə göründüyü kimi, istər Azərbaycan Respublikasında bilavasitə qeydə alman, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdən qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 166 saylı, 15.10.1999-cu il tarixli Qərarı ilə t əsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının 29-cu maddəsində nəzərdə tutulmuşdur ki, iddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması zamanı: 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. Lakin, cavabdeh inzibati orqanın mübahisələndirilən 13.04.2017-ci il tarixli E-1522 saylı qərarından isə göründüyü kimi, 3-cü şəxs “xxxx” MMC-nin adına qeydiyyata aldı ğı əmtəə nişanına dair 2016 1464 saylı qeydiyyatına qarşı iddiaçı tərəfindən verilən etrazını hərtərəfli araşdırma aparmamış, işin həqiqi hallarını aşkar etmədən və qanunvericilyin göstərilən tələblərini nəzərə almadan, iddiaçının xeyrinə olan hallardan yayınmışdır. Halbuki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına əvvəl qeydə alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əm təə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); -əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstər icilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər. Qanunun qeyd olunan tələbləri və işin sübutlarla müəyyən edilən halları birmənalı olaraq cavabdeh tərəfindən iddiaçının etirazının təmin olunması üçün əsas verirdi. Lakin cavabdeh tərəfindən iddiaçının həmin etirazı əsassız olaraq təmin olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1. –ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə müvafiq olaraq inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imti na edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçı SC tərəfindən cavabdeh X3 13 aprel 2018-ci il tarixli, E-1522 saylı qərarının ləğv edilməsini və üçüncü şəxsin adına “xxxx” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 12.12.2016-cı il tarixli, N 2016 1464 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini zəruri edən faktiki şərtlərin və hüquqi əsasların mövcudluğu sübuta yetirilir (İPM. m.14.3). Odur ki, cavadeh inzibati orqanın mübahisləndirilən qərarı əsassız və qanunsuz olduğundan, habelə iddiaçı SC-nin iddia tələbi əsaslı və qanuüni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsa s olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 aprel 2019-cu il ta rixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 3-cü şəxs “xxxx” MMC-ninkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar