Məhkəmə qərarları › İş №2-1(102)-2375/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2375/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2375/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1960; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhəri 68 nömrəli orta Texniki Məktəbə daxil olmuş və xx.xx.1978-ci ildə aşpazçılıq peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir.

3. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surət inə əsasən, o: -xx.xx.1978-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü şöbəsinin nəzdində “Zaqulba” pansionatına 4-cü dərəcəli mövsümü aşpaz vəzifəsinə təyin olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.1978-ci ildə Nərimanov rayon X5 birliyi 25 saylı yeməkxanaya 4-cü dərəcəli aşpaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə çəğırılması ilə əlaqədar işdən azad edilmişdir; - xx.xx.1981-ci ildə Nərimanov rayon X5 birliyi fabrik-mətbəxə 4-cü dərəcəli aşpaz vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə həmin yerdə 5-ci dərəcəli aşmaz kimi təsdiq edilmiş, xx.xx.1983-cü ildə Gəncə rayonunda həmin vəzifəyə (aşpaz) təyin olunmuş, xx.xx.1983-cü ildə 11 saylı yeməkxanada həmin vəzifəyə (aşpaz) keçirilmiş, xx.xx.1984-cü ildə işdən çıxarılmışdır; - xx.xx.1 984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyi BEMZ-də 30-cu sahəyə (qarışıq tullantıların toplanması və atılması üçün sənaye sahələrinin təmizlənməsi) 2-ci (ikinci) kateqoriyalı köməkçi işçi kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə 18-ci sahəyə metal konstruksiyaların yığımı üzrə 1-ci dərəcəli çilingər ixtisası verilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir; - xx.xx.1988-ci ildə “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə yükdaşıyan vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə həmin sexdə 4cü dərəcə verilmiş, xx.xx.1992-ci ildə 5-ci dərəcə verilmiş, xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.1997-ci ildə “Bakı Soyuducu kombinatı”na kompressor sexinə 5- ci dərəcəli maşinist qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir; - xx.xx.2002-ci ildə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 121 saylı MKİS-ə süpürgəçi qəbul edilmiş, xx.xx.2003-ci il tarixdə işdən azad edilmişdir; - xx.xx.2003-cü ildə “X7” ATSC-də kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2003-cü ildə “X7” ATSC ləğv olunub “X4 Bazası” ASC yaradılmışdır. xx.xx.2003-cü ildə “X4 Bazası” ASC-də “Kompressor üzrə maşinist vəzifəsinə” qəbul edilmişdir. xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.2004-cü ildə “Azərətsüd” X2 vəzifə maaşı əmək müqaviləsinə uyğun olaraq 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2 006-cı ildə "xxxx" ASC-də SC-nin maya zavoduna kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad olunmuşdur. xx.xx.2009-cu ildə həmin zavoda eyni vəzifəyə təyin olunmuş, xx.xx.2010-cu ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatının Soyuducu anbarının soyuducu qurğunun maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.2016-cı ildə “İpək Yol” firmasında pivə zavoduna kompressor maşinisti vəzifəsinə qəbul olunub, xx.xx.2019-cu ildə işdən azad edilmişdir; - xx.xx.2019-cu ildə "xxxx" ASC-də əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq üç ay müddətinə iki həftə sınaq müd dəti ilə Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsinə kompressor üzrə operator peşəsinə qəbul edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X8 Birliyinin 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə xx.xx.1988-ci ildə yükdaşıyan vəzifəsinə qəbul olunub, xx.xx.1988-ci ildə 1 №li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib, xx.xx.1988-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib, xx.xx.1992-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib, xx.xx.1997-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Yenidən xx.xx.2004-cü il tarixdə “Azərətsüd” X3 1 №li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi xx.xx.2005-ci il tarixdən ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında xx.xx.1998-ci il tarixli D-127 saylı şəhadətnaməyə əsasən “Azərətsüdticarət” idarəsi “Azərətsüd” X6 hesab edilmişdir. İşlədiyi müddət ərzində zərərli əmək şəraitində işlədiyinə görə əmək haqqının 24 faiz əlavə və 13 təqvim günü əlavə məzuniyyət verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X8 Birliyi tərəfindən verilmiş 1/26 №li 17 iyun 2021-ci il tar ixli arayışda Birlik tərəfindən verilmiş 1/33 №li 30 dekabr 2020-ci il tarixli məktubda göstərilmiş məlumatlar bir daha təsdiqlənməklə, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 12 №li qərarının “Ümumi peşələr” bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var.

6. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

7. Cavabdeh xx.xx.2021-ci il tarixli **********4 nömrəli və 14 sentyabr 2021-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Azərbayca n Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №li və 17 iyun 2021-ci il tarixli 1/26 №li arayışlarda xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X8 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3- cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, texniki peşə məktəbində təhsil aldığı müddət və həqiqi hərbi xidmətdə olduğu müddət onun ümumi əmək stajına daxil edilməklə 40 ildən artıq müddətə əmək stajına malik olduğundan ona əmək pensiyası 57 yaşdan, yəni 20 sentyabr 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Cavabdeh inzibati orqanın hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə anlayışı 10 mart 2017-ci il tarixdə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əlavə edilmişdir. O, isə 01 yanvar 2006-cı ilədək, yəni “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericilikl ə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir.

10. Bakı İnzibati Məhkəməsi 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil (xx.xx.1975-xx.xx.1978=2 il 10 ay 19 gün) və hərbi xidmət dövrləri (xx.xx.1979-xx.xx.1981 = 2 il 01 ay 20 gün) də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ((işlədiyi dövrlər xx.xx.1978-xx.xx.1978; xx.xx.1978-xx.xx.1979; xx.xx.1981-xx.xx.1984; xx.xx.1984-xx.xx.1987; xx.xx.1988xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2002-xx.xx.2002; xx.xx.2003-xx.xx.2004; xx.xx.2004-xx.xx.2005 = cəm i 20 il 02 ay 14 gün)) 25 il 02 ay 23 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23200000—33775 ilə qeyd olunmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olma yan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (xx.xx.1988-xx.xx.1997; xx.xx.1997xx.xx.2000; xx.xx.2003- xx.xx.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etdiyi əvvəlki 3 il üçün də pensiya hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 18 mart 2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçıya ödəniləcək pensiyanın cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən 18 mart 2021-ci il tarixdən əvvəlki illər üçün, yəni 2018-ci ilin martın 18-dən hesablanaraq, ödənilməli olmasını göstərsə də, nəticə hissəsində pensiyanın təyin edildiyi tarixi göstərmiş, pensiyanın nə vaxtdan ödənilməsini göstərməmişdir. İddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 2 5 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətən daşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müd dəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” 23200000—14341 ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri; 23200000—33775 təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli ara şdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2017-ci il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

27. Hazırkı qərarın 20-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2 element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdır.

29. İşin mübahisələndirilən halı iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi kompress or qurğularının maşinisti peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması ilə bağlıdır.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin əsas hissəsini müxtəlif müəssisələrdə kompressor qurğularının maşinisti peşəsində çalışmışdır. Qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-33775 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşəsi nəzərdə tutulmuşdur.

31. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi güzəştli arayışda, onun həmçinin ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsində işləməsi də qeyd olunmuşdur.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsa sən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

33. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, i şçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

34. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının arayışında göstərilən ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsində çalışan şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə həmin işlərlə məşğul olmasından ibarətdir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu bölmədə nəzərdə tutulmuş peşəyə münasibətdə həlledici məqam həmin peşənin aid olduğu sahə deyil, həmin peşə ilə məşğul olarkən şəxsin daim təmasda olduğu və tətbiq etdiyi kimyəvi maddələrin təhlükəlilik səviyyəsi ilə bağlıdır.

35. B u baxımdan iddiaçının həmin müəssisədə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-14341 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsindən asılı olaraq iddiaçının həmin tarixlərdə topladığı əmək stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı olub-olmama sına qiymət verilməli idi.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı isə hazırkı qərarın 22a bəndinin tələblərinə cavab vermir. Belə ki, iddiaçının həmin peşədə çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə daim təmasda olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi araşdırılmamışdır.

37. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi müəssisələrə müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımın dan zəruridir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar