Məhkəmə qərarları › İş №2-1(102)-2378/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2378/2020

29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2378/2020 29.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; vəkil orderi şikayətə əlavə olunmayıb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, yazılı məhkəmə icraatı qaydasında, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-319/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-200/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – İ.H.Cabbarov) iddia tələbi rədd edilmişdir.

3. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-319/2020 nömrəli qərarına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-200/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

6. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-319/2020 nömrəli qərarının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. b) Kassasiya şikayətinin mümkünlüyü

8. Kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmamış və vəkil orderi şikayətə əlavə olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

10. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

11. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç b ir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

13. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

14. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

16. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

17. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd ə lavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu vaxtadək (xx.xx.2020-ci il saat 10:30) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasınadək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

19. Belə olan halda, hazırkı qərardadın 15-17-ci bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayıla bilməz.

20. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətini də ötürmüşdür. Lakin şikayət vəkil tərəfindən imzalanmadığına görə mümkün sayılmadığından müddətin ötürülməsinin üzrlü səbəblərinin araşdırılmasına da ehtiyac qalmamışdır. Belə ki, müddət üzrlü səbəbdən ötürülsə belə, yuxarıda qeyd olunan səbəbdən kassasiya şikayəti mümkün sayıla bilməz.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-319/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar