Məhkəmə qərarları › İş №2-1(102)-2378/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2378/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2378/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (ikinci dərəcə əlilliyin təyin olunması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2021-ci i l 1 mart tarixindən İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 iyun tarixli, 2-1(105)-91/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan iddiaçıya aid ambulator xəstəsinin fərdi vərəqəsindən görünür ki, İddiaçı 2001-ci il 24 yanvar, 2007-ci il 20 iyul, 2009-cu il 30 sentyabr və 2013-cü il 13 fevral tarixlərində əlillik müddəti bitdiyi üçün TSEK-ə göndərilmişdir.İddiaçı 2012-ci il 30 yanvar, 2015-ci il 2 mart tarixlərində 1 (bir) il müddətinə İİ (ikinci) dərəcəli əlillik verilmişdir.

2. İddiaçı 1994-cü il 28 yanvar tarixin də M.A.Topçubaşov adına Elmi X4 Cərrahiyyəsi şöbəsinə “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş, əməliyyat olunmuş və 1994-cü il 18 mart tarixində evə yazılmışdır. 3. 13 nömrəli TSEK-in 2015-ci il 2 mart tarixli qərarı ilə İddiaçı həmin tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir.

4. İddiaçı DSMF-nin Abşeron-Xızı Regional filialının istifadəsində olan proqram təminatındakı arxiv məlumatlarına əsasən 2000-ci il 10 yanvar tarixindən 2007-ci il 1 iyul tarixinədək İİİ(üçüncü) qrup müharibə əlilliyinə görə sosial ödəniş alan kimi qeydiyyatda olmuş, 2015-ci il 2 mart tarixindən 2021-ci il 31 mart tarixinədək İİ (ikinci) qrup əlilliyə görə əmək pensiyası, 2018-ci il 13 oktyabr tarixindən 20 21-ci il 31 oktyabr tarixinədək İİ(ikinci) qrup müharibə əlilliyinə görə təqaüd alan kimi qeydiyyatda olmuşdur.

5. İddiaçı növbəti dəfə əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etmir” qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra-“cavabdeh” və ya “Agentlik”) qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ (ikinci) dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya 2021-ci il 1 mart tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü şəkildə qoşulmuş, 1994-cü il 27 yanvar tarixində Füzuli rayonunda gedən döyüşlər zamanı mina partlayışı nəticəsində sağ ayağının arteriya damarına qəlpə dəyməsi nəticəsində ağır yaralanmışdır. Bununla bağlı Topçubaşov adına xəstəxan ada cərrahiyyə əməliyyatı olunmuşdur. Onun müraciətinə əsasən 1999-cu ildə İlİ qrup, 5 ildən sonra isə ll qrup müharibə əlilliyi təyin edilmiş və 2021-ci ilədək əlil statusu qüvvədə olmuşdur. 2021-ci ilin mart ayında əlillik müddətinin uzadılması ilə bağlı növbəti müayinənin vaxtı çatdığı üçün o, əlillik müddətinin uzadılması üçün müraciət etmiş və müayinədən keçmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bundan sonra o, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etmişdir. Sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsindən imtina olunması ilə bağlı 2021-ci il 10 dekabr tarixli qərar qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və ağır cərrahiyyə əməli yyatına məruz qalmışdır. Əməliyyat zamanı onun sol ayağının damarının bir hissəsi kəsilərək sağ ayağının damarına tikilmişdir. Bundan başqa sağ ayağında olan damarların birləşdirilməsi üçün həmin ayağına plastmas detal qoyulmuşdur. M.A.Topşubaşov adına X5 verdiyi arayışdan görünür ki, iddiaçı 1994-cü il 28 yanvar tarixinə həmin X4 Cərrahiyyəsi şöbəsində “Bud nahiyəsinin qəlpə yarası” diaqnozu ilə daxil olmuş və əməliyyat olunmuş, 1994-cü il 18 mart tarixində evə buraxılmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarının 1.5.2.1-ci bəndinə istinad etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 mart tarixli, e-2-1(112)-6714/202 2 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (hakim-M.Qarayeva).

11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon poliklinikasının 2015-ci il 23 fevral tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71, Diaqnozun mətni: Bud çanaq oynağı və bud səviyyəsində damarlarının travması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travma” səbəbi ilə 1 (bir) il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 2016-cı il 2 mart tarixli g öndərişi əsasında baxılmış və bud-çanaq oynağı və bud səviyyəsində damarlarının travması (meyar 2.2), diaqnozu ilə 5 (beş) il müddətinə ll dərəcə əlillik verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 2021-ci il 21 may tarixli, 0215003AACS1 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00M25 - Artropatiyalar => M15-M19 - Artrozlar => M16 - Koksartroz [bud çanaq oynağının artrozu] => M16.0 - İkitərəfli...; Diaqnozun mətni: Koksartroz [bud -çanaq oynağının artrozu], iki tərəfli koksartroz. Kəskin ağrı, ağrı sindromu. Oynaqların kontrakturası, sağ dizin bükücü kontrakturası (180-85 dərc) diaqnozunun əlillik əlamətlərinin təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasının 2021-ci il 30 noyabr tarixli, 0215003AAEEP saylı göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35Y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud çanaq oynağı nahiyəsinin sağ bud sinirinin sağ ümumi bud arteriasının zədələnməsi ilə. Qəlpə yaralanmasına görə aparılmış autovenoplastikadan sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cismi (qəlpə) hər iki diz oynağının artrozu/hər iki bud çanaq oynağının koksartrozu; bud sinirinin zədələnməsi, sağ bud sinirinin postravmatik neyropatiyası, sağ ümumi bud arteriyasının zədələnməsinə görə autovenopla stikadan s/v, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ a/ə əzələlərin atrofiyası, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hər iki qasıq nahənin c/ə sonrakı çapıqları, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki a/ə BDV və səthi şaxələrində əsasən baldır seqmentində genişlənmiş damarlar q/o (varikoz)” diaqnozunun əlillik təyin edilməsi üçün əsas verməməsi səbəbi ilə imtina verilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 22 avqust tarixli, e-2-1(118)-1662/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim V.Əzizova).

13. Sumqayıt İnzibati M əhkəməsinin 2022-ci il 14 oktyabr tarixli, e-2-1(118)- 1662/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 22 avqust tarixli 2-1(118)1662/2022 saylı qərarın əsaslandırma hissəsinin sonuncu abzasında və nəticə hissəsində “İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi və müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd olunmasının aşkar yazı səhvi olduğu nəzərə alınaraq, qərarın həmin hissələrinin müvafiq olaraq “Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya 2021-ci il 1 mart tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır” və “İddiaçı 2021-ci il 1 mart tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ dərəcə əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulsun” kimi oxunması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya ilk dəfə İİİ dərəcəli əlillik 2000-ci ildə təyin edilmiş və hər il 1 il müddətinə uzadılmış, 2007-ci ildə isə İİ dərəcəli əlillik, sonuncu dəfə isə 2016-cı ildə əllillik 5 il müddətinə təyin edilmişdir.İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnozun (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

15. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 71-ci, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2, 2.2.1-2.2.15-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 fevral tarixli, 21(105)-91/2023 saylı qər ardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir (hakimlər: F.Məmmədov sədrlik-edən, H.Babayeva və Z.Məmmədov) və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, ona əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 0215003AAEEP nömrəli Forma 88 göndərişində qeyd olunmuş xəstəliklər - hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud çanaq oynağı nahiyəsinin sağ bud sinirinin sağ ümumi bud arteriasının zədələnməsi ilə. Qəlpə yaralanmasına görə ap arılmış autovenoplastikadan sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cismi (qəlpə), habelə həmin xəstəliyin ağırlaşmaları və yanaşı xəstəliklər aşkar edilirmi? İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan konkret maddə və əlilliyin dərəcəsi göstərilməklə)? İddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən xəstəli klərin əhatə dairəsinə düşürmü? (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti göstərilməklə)?

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 T253/2023 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XX Sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-hərbi əməliyyatlar=> Y36.2-hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bud-çanaq oynağı nahiyəsinin sağ bud sinirinin, sağ ümu mi bud arteriyasının zədələnməsi ilə, qəlpə yaralanmasına görə aparılmış autovenoplastikasından sonrakı vəziyyət, sağ tərəfdən çanağın yad cisim (qəlpə), hər iki diz oynağının artrozu, hər iki bud-çanaq oynağının koksartrozu, bud sinirinin zədələnməsi, sağ bud sinirinin posttravmatik neyropatiyası, sağ ümumi bud arteriyasının zədələnməsinə görə autovenoplastikasından s\v, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ a\ə əzələlərin atrofiyası, dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, hər iki qasıq nahiyəsinin c\ə sonrakı çapıqları, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki a\ə BDV və səthi şaxələrində əsasən baldır seqmentində genişlənmiş damarlar q\o (varikoz), qan axını zəifləyib, daimi ağrı sindromu, pa ralitik yeriş, nevrasteniya, sadə xroniki bronxit, xroniki bronxit” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qərardadda göstərilən 2-ci və 3-cü suallar məhkəmə-tibb ekspertinin deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətlənirilməsini həyata keçirən Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətinə aiddir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 iyun tarixli, 21(105)-91/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: F.Məmmədov -sədrlik edən, H.Babayeva və Z.Məmmədov).

20. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və qeyd etmişdir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən və ekspert rəyi ilə təsdiq edilən xəstəliklər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər (İ83.9, J41.0) mövcuddur.

21. İddiaçıya təyin edilmiş və göndərişdə göstərilən Y36.4 əsas diaqnozu ikinci qrup əlilliyin təyininə əsas verən xəstəliklərin siyahısında olmasa da, İ83.9 kimi ağırlaşması ikinci qrup əlilliyin təyin edilməsinə əsas verdiyində n, cavabdeh tərəfindən iddiaçıya əlliliyin təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilibedilməməsi onun diskresion səlahiyyətidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti tamamilə əsassızdır, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəmə si işi araşdırarkən tamamilə düzgün və qanuni qərar qəbul etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksının Qanunu Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və y a Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyy ən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi sə bəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma v ə ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığ ı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35- J37.1J41.0-J70.9, J84J86.9, J91-J95.8); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə po zuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİ İ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Həmin Qərarın 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayət inin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər 2-ci qrup əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndi rmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilk dəf ə 2000-ci il tarixdə İİİ dərəcəli əlillik təyin edilmiş və hər il 1 il müddətinə uzadılmışdır. Daha sonra 2007-ci ildə ona İİ dərəcəli əlillik, sonuncu dəfə isə 2016-cı ildə 5 il müddətinə əllillik təyin edilmişdir.İddiaçı barəsində tərtib olunmuş növbəti Forma 88 göndərişində qeyd edilən diaqnozun (xəstəliklər) təsdiq olunmasına baxmayaraq, cavabdeh tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə növbəti müddətə ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

39. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qan unun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi il bağlı normanın tələblərini nəzərə almağa borcludur.

40. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbi t edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi ca vabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

43. Mübahisəyə dair işin apelyasiya məhkəm əsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən və ekspert rəyi ilə təsdiq edilən xəstəliklər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin (İ83.9, J41.0) mövcud olduğu görünür. Odur ki, bu qərarın 40-43-cü bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqa nın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2023-cü il tarixli, 2-1(105)91/2023 nömrəli qərarı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar