Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2378/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu, iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(103)2034/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 27 yanvar 2025-ci tarixli, 21(112)-2925/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 30 aprel 2025-ci il tarixli, 2-1(103)2034/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmaması barədə mövqeyi belə əsaslandırılmışdır ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)809/202 2 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)1100/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2-1(103)809/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin icraat zamanı yeni sübutları ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2995/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmı şdır.
5. İşin hallarından müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə münasibət bildirilmişdir. Belə ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaya qiymət verərkən məhkəmələr iddiaçının güzəştli pensiya təyin edilməsi üçün tələb olunan ümumi sığorta stajı ilə bağlı aşağıdakıları qeyd etmişlər: İddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, onun bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda ümumi sığorta stajı 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müdd ətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əməkhaqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. (Ali Məhkəmənin 2-1(102)1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə iddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan ümumi sığorta stajının hesablanması zamanı ödənişsiz məzuniyyətdə olduğu dövr onun sığorta stajından çıxılmış və yekunda iddiaçının 18 il 2 ay 16 gün ümumi sığorta stajı müəyyən olunmuşdur ki, qeyd edilən müddət iddiaçı üçün güzəştli pensiya təyinatına əsas verməyən ilkin şərtdir. Güzəştli iş stajı ilə bağlı qeyd edilmişdir ki, iddiaçının işlədiyi "xxxx" ASC tərtib etdiyi arayışlarda (sonuncu dəfə xx.xx.2022-ci il tarixli arayış) və aktlarda onun işlədiyi peşənin deyil, iş yerinin zərərli olmasına istinad etmiş, həmin müəssisənin səlahiyyətli şəxsi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmamasına dair tərtib edilmiş müvafiq aktı imzalamışdır. Digər tərəfdən, "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən kod a uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod “yığıcı” deyil, “ştamplayıcı dəmirçilər” peşəsinə aid olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə “ştamplayıcı dəmirçi” peşəsinə uyğun gəldiyindən, iddiaçı isə “yığıcı” kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz (Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 21(112)-5596/2021 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci i l tarixli, 2-1(103)-809/2022 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1100/2022 nömrəli qərarı). Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının xx.xx.1984 - xx.xx.1995-ci il tarixədək “Azərelektromaş” İB, yəni sonradan "xxxx" MMC-də işlədiyi yığıcı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər hansı vəzifə koduna uyğun olmadığı, eləcə də işlədiyi vəzifənin siyahıda adıçəkilən ştamplayıcı dəmirçilər peşəsinə uyğun gəlmədiyi və bununla da iddiaçının güzəştli iş stajına malik olmadığı bilavasitə müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 09 nömrəli güzəştli arayışını təqdim edərək, xx.xx.1981-ci ildən xx.xx.1984-cü il tarixədək Bakı Komvol Kombinatında işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısının “Yüngül sənaye” bölməsinin səh.188 “hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatını hamarlayanlar” peşəsinə uyğun olaraq 2 il 02 ay 30 gün güzəştli əmək stajının olduğunu iddia etmişdir. İddiaçı həmin arayışı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışını ilkin məhkəmə icraatı zamanı təqdim etməsə də, "xxxx" ASC tərəfindən verilən arayışı təqdim etmiş, işə baxan məhkəmələr tərəfindən həmin arayışda qeyd olunanlara artıq qiymət verilmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən, məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir (Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2995/2023 nömrəli qərarı). Beləliklə, iddiaçının təqdim etdiyi sonuncu arayışdakı 2 il 2 ay 30 gün güzəştli əmək stajı belə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 10 il zərərli iş stajının tamamlanması üçün yetərli olmamışdır. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün istər ümumi sığorta stajı, istərsə də güzəştli iş stajı bundan əvvəlki məhkəmə mübahisələrinin predmeti olmuş, istər əsas iddiaya ilkin olaraq baxıldığı, istərsə də həmin iş üzrə yeni açılmış hallarla bağlı ərizəyə baxıldığı zaman hər üç instansiya məhkəmələri tərəfindən iddiaçının üm umi və güzəştli stajına hüquqi qiymət verilmiş və nəticə etibarı ilə güzəştli pensiya təyinatı üçün yetərli olmadığı qənaətinə gəlinmişdir. Başqa sözlə, hazırkı inzibati məhkəmə icraatında iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı bundan əvvəl eyni hüquqi və faktiki hallara əsasən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Həmin iş üzrə inzibati məhkəmə icraatında iddiaçının iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş və tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. İddiaçının pensiya hüququ ilə bağlı məhkəmələr tərəfindən münasibət bildirilməmiş və inzibati orqan üçün isə yeni inzibati icraatın açılmasına əsas olan yeni hal və sübutlar mövcud deyildir.
6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2-ci, 96.296.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali M əhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları i lə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsas landırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və ay dın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iş üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu İPM-in 78-ci maddəsinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni əmlakla bağlı, eyni hədəfə yönəlmişdir. Bu anlamda, tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə m əhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı diqqətə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır, iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1335/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-851/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-1602/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1709/2023 nömrəli qərarları).
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi m övcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər ar asındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(103)-2034/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.