Məhkəmə qərarları › İş №2-1(102)-2379/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2379/2021

15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2379/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi şəxsə qarşı iddiaçının əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi təl əbinə dаir iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-225/2021 nömrəli iş üzrə 09.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 15 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992-ci ildə sağ qolundan xəsarət almış və bu xəsarətə görə ona 1996-cı ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan 1998-ci ildə əlillik dərəcəsi 3-cü dərəcə ilə əvəz edilmiş və ömürlük təyin edilmişdir. DSMF Publik Hüquqi şəxsin İsmayıllı rayon filialı iddiaçını 2019-cu ildə Agentliyə ekspertizaya göndərmişdir. Sonuncu isə iddiaçının əlillik dərəcəsini ləğv etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli məktubda Nazirlər Kabinetinin 30 dekab r 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”ni əsas gətirərək iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi şəxsə qarşı onun əlil hesab edilməməsi barədə cavabdehin qərarının ləğv edilməsi və üçüncü qrup əlilliyin bərpa edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(116)72/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən 2019-cu ildə aparılan sonuncu müayinə zamanı iddiaçının tam reabilitasiya olduğu müəyyən edilmiş, buna müvafiq qərar qəbul edilmiş və iddiaçıya təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir, buna görə də, iddia tələbi təmin olunmamalıdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(116)-72/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 09.09.2021-ci il tarixli, 2-1(107)-225/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Elçin Hüseynov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Vasif Rahib oğlu barəsində əlilliyin ləğv edilməsi barədə qərar əsassız olmuşdur. Çünki onlar tərəfindən təyin olunmuş diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.3.17-ci bəndində olan əsas diaqnozla eynilik təşkil edir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kass asiya şikayətinin dəlilləri

8. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati Məhkəmədən fərqli olaraq maddi və prosessual hüquqları tam və dəqiq aydınlaşdırmamışdır və nəticədə Şəki İnzibati Məhkəməsinin qərarınının ləğv edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Belə ki, Agentliyin məhkəməyə ünvanladığı 13.07.2021-ci il tarixli **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçı 07.11.2019-cu il tarixdə nəzarət qaydasında agentlikdə müayinə olunmuş Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən iddiaçının əlil hesab edilm əməsi barədə qərar qəbul edilmişdir. Həmçinin sorğu əsasında Agentliyin 10 saylı zona TSEK tərəfindən məhkəməyə ünvanlanan 08.10.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının ambulator tibbi kartası Komissayada yoxdur və məhkəmədə söz verən şəxslər bu günədək Ambulator tibbi Kartanı Komissiyaya təqdim etməyiblər. İşin hallarından məlum olduğu kimi belə bir diaqnozun, yəni “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozğunluğu” müəyyən olunması, qüvvədən düşmüş Nazirlər Kabinetinin 29.08.1997 il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, nə də qüvvədə olan A.R. Nazirlər Kabinetinin 30.12.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanları nın məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyini üçün əsas deyil.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(107)-225/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsinin xahiş etmişdir.

10. İddiaçı kassasiya şikayətinə etirazda qeyd etmişdir ki, kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-225/2021 saylı, 09.09.2021 il tarixli qərarının ləğvi üçün əsas kimi “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə istinad edilir ( kass. ş-ti “şikayətin dəlilləri” hissəsi) və göstərilir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına a lan əsaslı sübutlar təqdim edildiyi hallarda Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Lakin İddiaçı əlilliyini “şübhə altına alan əsaslı sübutların” mövcüdluğu, onların V. Məmmədovdan xəbərsiz hansı mənbədən və hansı qaydada toplandığı və konkret olaraq nədən ibarət olduğuna dair Agentlik tərəfindən heç bir söz deyilmir. Bunun səbəbi V. Məmmədovun əlilliyini şübhə altına alan sübutların olmamasıdır.

11. Kassasiya şikayətində Agentliyin məhkəməyə ünvanladığı 13.07.2021 il tarixli məktubuna istinad edilir ( kass. şik-ti “ şikayətin dəlilləri” hissəsi, sondan əvvəlki cümlə). Həmin məktubda iddiaçı V. Məmmədovun nəzarət qaydasında agentlikdə müayinə olunması qeyd edilir. Lakin Agentlikin kassasiya şikayətində V. Məmmədovun “nəzarət qaydasında müayinə olunması”nm hansı h üquqi əsaslarla həyata keçirilməsinə dair heç bir söz deyilmir. Dövlət Tibbi-Sosial Eksapertiza və X1 müddətsiz yəni ömürlük əlil hesab olunmuş şəxsin “nəzarət qaydasında” müayinə olunması halları nəzərdə tutulmur. Müəyyən müddətə əlillik dərəcəsini almış şəxslər həmin müddət keçdikdən sonra yenidən müayinədən keçməlidirlər. Lakin iddiaçı V. Məmmədov 2002 ildə müddətsiz əlil hesab edilmişdir və belə olan halda onun “nəzarət qaydasında”, yəni faktiki məcburi qaydada müayinəsi qanuna zidd bir hərəkət olmuşdur.

12. Kassasiya şikayətində Agentliyin məhkəməyə ünvanladığı 08.10.2021-ci il tarixli məktubuna istinad edilir (kass. şik-ti “şikayətin dəlilləri” hissəsi, sonuncu cümlə). Həmin məktubda iddiaçı V. Məmmədovun guya ambulator tibbi kartın Komissiyaya təqdim etmədiyi qeyd olunur və bu ape llyasiya məhkəməsinin qərarının ləğvi üçün əsas kimi təqdim edilir. Lakin Agentlik tərəfindən ambulator kartın qanuni qaydada əldə edilməsi üçün hansı tədbirlərin görülməsi barədə heç bir söz deyilmir, həmin kartın olmadığına görə şəxsin əlillik dərəcəsinin ləğv edilməsi heç bir qanunda nəzərdə tutulmur və tamamilə qanunsuzdur.

13. Kassasiya şikayətində ( kass. şik-ti 4-cü səh. ikinci abz.) göstərilir ki, iddiaçıya “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozqunluğu” diaqnozunun qoyulmasını 3-cü dərəcə əlilliyin təyini üçün əsas deyil. Bu məsələyə dair iddiaçı münasibətini artıq verdiyi və təmin olunmuş apellyasiya şikayətində bildirmişdir ( apell. şik-ti 2-ci səh. bənd 2). Əlilliyin təyini üçün əsas verən tibbi terminlər Agentlik tərəfi ndən qoyulmuş diaqnozda başqa və həmin məna daşıyan tibbi terminlərlə əvəz edilmişdir və yeni diaqnozda işlənilmiş terminlər A.R. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “ Əsasnamə”- dəki tibbi terminlərlə formal olaraq üst-üstə gəlmədiyinə görə iddiaçının əlillik dərəcəsi ləğv olunmuşdur. Məhz bu səbəbdən iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. 03 sentyabr 2021 il tarixli T-153/2021 saylı məhkəmə-tibbi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən qoyulmuş diaqnoz A.R. Nazirlər Kabinetinin 30.12.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə”də olan əsas diaqnozla eynilik təşkil edir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində bununla bağlı heç bir söz deyilməyib. Məhkəmə-tibbi ekspertizanın rəyi faktiki olaraq iddiaçmm verdiyi iddianın və apellyasiya şikayətinin tam əsaslı olduğunu göstərir və sübut edir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 1992-ci ildə sağ qolundan xəsarət almış və bu xəsarətə görə ona 1996 ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan 1998-ci ildə əlillik dərəcəsi 3-cü dərəcə ilə əvəz edilmişdir və ömürlük təyin edilmişdir. DSMF Publik Hüquqi şəxsin İsmayıllı rayon filialı onu 2019-cu ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ekspertizaya göndərmişdir. Sonuncu da onun əlillik dərəcəsini ləğv etmişdir.

19. Cav abdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli məktubda A.R. Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi meyarlarına dair Əsasnamə”ni əsas gətirərək iddiaçının əlil hesab edilməməsi barədə qərar qəbul etmişdir. Ona sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya “pozğunluğu" diaqnozu qoyulmuşdur.

20. Müəyyən olunur ki, “sağ yuxarı ətraf funksiya pozğunluğu” məhz parezin əlamətlərini özündə əks etdirir və parezin olmasını sübut edir. Yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin həkimləri onda olan xəstəliyin nəticəsində olan “parez” d iaqnozunun əvəzinə ona “sağ yuxarı ətrafın funksiya pozğunluğu” diaqnozu qoymaqla, “parez“ sözünü başqa tibbi terminlərlə əvəz etmişlər və bu onun əlillik dərəcəsinin ləğvi üçün əsas hesab edilmişdir. 2019-cu ildə ona qoyulmuş diaqnoz faktiki olaraq “nəzərəçarpan parez” diaqnozudur və bu onun əlillik dərəcəsinin ləğvi üçün əsas ola bilməz. Digər tərəfdən isə ona “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozğunluğu" diaqnozu qoyulmuşdur.

21. İddiaçıya 1992-ci ildə həmin diaqnozla tibbi rəy verilmiş, daha sonra 1996-cı ildə faktiki olaraq məhz göstərilən diaqnoza əsasən 2-ci qrup əlillik verilmişdir. Belə olan halda 2019-cu ildə həmin diaqnozun qoyulması xəstəliyin olmasını sübut edir və xəstənin tam reabilitasiya olunmasını istisna edir. 2

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik mü ddətsiz təyin edilir:

23. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin: 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

24. Belə hallarda aşağıdakıları nümunə göstərmək olar: 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları. 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması). 2.3.17. Əlin və ya yuxarı ətrafın iflici, aşağı ətrafın iflici, yuxarı və aşağı ətrafın nəzərə çarpan parezi.

25. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, “sağ orta mil və dirsək sinirlərinin posttravmatik neyropatiyası, sağ yuxarı ətrafın funksiya pozğunluğu” müəyyən olunması, qüvvədən düşmüş Nazirlər Kabinetinin 29.08.1997 il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, nə də qüvvədə olan A.R. Nazirlər Kabinetinin 30.12.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyini üçün əsas deyil.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd edilən dəlili əsassızdır.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 03 sentyabr 2021-ci il tarixli T-153/2021 saylı məhkəmə-tibbi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı adına tərtib olunmuş 28.10.1992-ci il tarixli 50 saylı protokola əsasən “sağ bazunun arteriyasının, mildirsək-orta və bazunun orta dərin sinirlərinin travmatik zədələnməsi, sağ yuxarı ətraf funksiyasının tam pozulması” diaqnozu ilə ona 01.11.1994-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən İİ qrup əlillik təyin edilmiş, 25.04.1997-ci il tarixdə tə krar müayinədə həmin diaqnoz “orta, mil, dirsək sinirlərinin postravmatik neyropatiyası, sağ yuxarı ətraf funksiyasının pozğunluğu” diaqnozu ilə əvəz edilmiş və bunun əsasında İİ qrup əlillik İİİ qrupla əvəz edilərək 31.06.2002-ci il tarixə qədər uzadılmışdır. Həmin tarixdən İİİ qrup əlillik ömürlük təyin edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkimləri tərəfindən qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də olan əsas diaqnozla eynilik təşkil edir.

28. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Vasif Rahib oğlu barəsində əlilliyin ləğv edilməsi barədə qərar əsassız olmuşdur. Belə ki, onlar tərəfindən təyin olunmuş diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.3.17 bəndində olan əsas diaqnozla eynilik təşkil edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

30. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nət icəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

31. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin ya xşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

32. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 09.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(107)-225/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar