Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2379/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iş stajının əmək kitabçasında qeyd olunması, əmək kitabçasında olan məlumatın mötəbərliyi) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkə zi Filialına qarşı iltşəzüg“ şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(103)-41/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən (əmr 240, xx.xx.1979-cu il) Bakı Kimya-Əczaçılıq Zavodunda məlhəm və pasta sexində şagird kimi, xx.xx.1980-ci il tarixdən (əmr 46, 4.03.1980-ci il) həmin sexdə 1-ci dərəcəli qablaşdırıcı işləmiş, xx.xx.1995-ci il tarixdən işdən azad edilmiş (əmr 60, xx.xx.1995), xx.xx.1995-ci il tarixdən (əmr № 321 xx.xx.1995) xx.xx.2005-ci il tarixə qədər (əmr № 07 xx.xx.20 05) "xxxx" MMC-də xadimə işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən İdarəyə daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, 25 dekabr 1979-cu il tarixində açılmış İT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dovr ərzində "xxxx" MMC-də əmək stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorgu göndərilmiş, cavab olaraq həmin müəssisənin rekvizitlərinin (SUN və ya VÖEN) qeyd olunmaması səbəbindən müvafiq məlumat uçot bazasında müəyyən edilmədiyi bildirilmişdir. Bu səbəbdən sizin əmək stajınızı dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda 60 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququdan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Yasamal rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə etməyinə maneə yaradılmışdır. Sonuncu dəfə isə iddiaçının xx.xx.19 95-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-də əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə göndərilərkən həmin müəssisənin rekvizitləri (SUN və ya VÖEN) qeyd olunmaması səbəbindən əmək stajını dəqiqləşdirə bilmədikləri üçün ona imtina cavabı vermişlər. Halbuki, onun həmin dövrdə həmin müəssisədən gələcəkdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq VÖEN və SUN tələb etmək öhdəliyi olmamışdır. Hər-hansı köçürmələr isə onun tərəfindən deyil, müəssisə tərəfindən aparılmış, aparılmadığı halda da məsuliyyəti iddiaçı daşımamışdır. Həmçinin, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əm ək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən iddiaçının pensiya hüququ yarandığı 52 yaşında, yəni xx.xx.2011-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 15 il 07 ay 14 gününü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. İddiaçının tələb olunan ümumi stajı 25 ildən çox təşkil edir. Onun 15 ilindən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Bu hallar iş yerindən ona verilən arayışda da aşkar şəkildə əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə etdiyi müraciətinə müsbət cavab verilməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısında göstərilən işlərə aid olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi p eşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərinə əməl edilməmişdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinet i tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar - 52 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçının əmək kitabçasından qeyd olunan xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi müddəti yoxlamaq mümkün olmadığından, həmin müddəti sığorta stajına daxil etmək olmaz. Beləliklə, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” tətbiq edilə bilməz. 2) Bundan başqa, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştl i şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarındakı peşələr ilə üst-üstə düşmür.Azərbaycan Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarının Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
7. Bak ı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-6650/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müaraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixə qədər tələb ümumi iş stajı tələb olunan 20 ildən artıq stajının qarşılığında cəmi 15 il 7 ay 15 gün təşkil edir. Buna görə də, cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi qanuni və əsaslıdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 21(103)-41/2023 nömrəli qərarı (hakimlər: A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova, R.Qurbanov) ilə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 08 sentyabr 2011-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş,qalan hissədə iddia təmin edilməmişdir. 11.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır.Əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alan hər-hansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal, isə cavabdehin iddiaçının sığ orta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir.Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə p ensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda.... “Vətəndaşların pensiya təmin atı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
18. Əmək Qanunları Məcəlləsi Maddə
29. Əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. 19. “İnzibati icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlə r və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 2
3. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 24.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini ya lnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
28. Belə ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmı şdır. Əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
29. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmək kitabçasında olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur.Cavabdeh əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmaması barədə məhkəməyə hər hansı dəlil təqdim etməmişdir.Odur ki, həmin məlumatlar mötəbər hesab olunur.
30. İddia çının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakıkimyaəczasənaye” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 75 saylı güzəştli arayışına əsasən, xx.xx.1959-cu ildə anadan olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Bakı Kimya-Əczaçılıq Zavodunda) aşağıdakı vəzifələrdə işləmişdir: 1) xx.xx.1979-cu il tarixdən Məlhəm və pasta sexində qablaşdırıcı mərhələsində şagird. 2) xx.xx.1980-ci il tarixdən siyahı №2, bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. xx.xx.1980-ci il tarixdən həmin sexdə 1-ci dərəcəli qablaşdırıcı. 3) xx.xx.1995-ci il tarixdən siyahı №2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Məlhəm və pasta sexində aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi, Yod, Kükürd məlhəmi, Sink məlhəmi, Ammiak, İxtiol məlhəmi, Teymurov pastası.Viprosal «B» məlhəmi, Kamfora yağı, Kamfora spirti, Kseroform məlhəmi, Balzamlı liniment, Salisil məlhəmi, Leyner məlhəmi və s. 18-ci bölmədə göstərilən preparatlardan həmin sexdə kükürdün üzvü birləşmələrdən - Kükürd məlhəmi, Metal üzvi birləşmələrdən,qurğuşun asetat birləşmələrindən və sink oksidindən-Teymurov pastası, Sink məlhəmi, Viprosal «B» məlhəmi - ilan zəhərindən (gürz ə) istifadə olunub. İddiaçı 15 il, 7 ay, 14 gün zərərli iş stajına malikdir. Siyahı №2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın 23 yanvar 2007-ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il 307 saylı Əmrinə əsasən Bakı Kimya - Əczaçılıq Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
31. Beləliklə, iddiaçının işlədiyi “açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə mə şğul olan qablaşdırıcılar” peşələri "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 75 saylı güzəştli arayışında qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğundur, iddiaçının, ümumilikdə, güzəştli iş stajı 10 ildən artıq təşkil edir.
32. Bundan başqa, iş materiallarında olan apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 saylı 23 may 2023-cü il tarixli məktubda g östərilmişdir ki, İddiaçı (xx.xx.1959-cü il təvəllüdlü şəx.vəs. AZE0*******) xx.xx.1979-xx.xx.1980-ci illərdə Məlhəm və Pasta sexində qablaşdırıcı mərhələsində şagird və xx.xx.1980-xx.xx.1995-ci illərdə həmin sexdə qablaşdırıcı vəzifələrində işləyib. Nəzərinizə çatdırırıq ki, həmin sexdə aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi,Yod,Kükürd məlhəmi,Sink məlhəmi,Ammiak, İxtiol məlhəmi,Teymurov pastası,Leyner məlhəmi, Viprosol ”B” məlhəmi,Kamfora yağı,Kamfora spirti,Kseroform məlhəmi, Balzamlı liniment və s. Yuxarıda göstərilən preparatların istehsalında aşağıda göstərilən xammal-kimyəvi maddələr istifadə olunur: Kükürdün üzvü birləşmələri, metal üzvi birləşmələrindən, qurğuşun asetat, sink oksidi, yod. Viprosol “B” məlhəmində-ilan zəhə rindən (gürzə) istifadə olunur. Yuxarıda göstərilən preparatlar hazırlanıb çəkilir və şüşə qablara doldurulur, doldurulandan sonra ağzı tıxaclanıb bağlanır. Bu proses qablaşdırıcılar tərəfindən aparılır. Odur ki, İddiaçı həmin proseslərdə iştirak edib. O dərman preparatların çəkilib, flakonlara doldurulub ağızları tıxaclanıb bağlanması ilə məşğul olub. Bunlar qablaşdırıcı vəzifəsinə aid olan işlərdi və gün ərzində qablaşdırıcılar tərəfindən həyata keçirilir.
33. Beləliklə qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ, yəni 20 il ümumi, 10 il güzəştli stajı olması lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, a idiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96.9 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 iyun tarixli 21(103)-41/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.