Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-238/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs X5) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-238/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, üçüncü şəxs X3 vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X5-bundan sonra üçüncü şəxs) “iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə Cavabdeh 25 may 2007-ci il tarixli, 16 saylı qərarının və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılma sı” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-246/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Abşeron rayon İcra Hakimiyyəti başçısının 22 iyul 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə-heyətinin 5 iyun 1992-ci il tarixli protokolundan çıxarışı nəzərə alınaraq Novxanı sovxozu ərazisindən 0,10 ha torpaq sahəsi bağçılıq-bostançılıq məqsədilə iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin 25 may 2007-ci il tarixli, 16 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəh ər şöbəsinin rəyi nəzərə alınaraq “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan rəsmiləşdirilməmiş istifadə olunan torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən üçüncü şəxsin mülkiyyətinə verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2013-cü il tarixli qərarı ilə iddiaçı və digər şəxslərin cavabdeh Azərbaycan Respublikası DT və XK-nın Abşeron rayon şöbəsinə qarşı iddiası təmin edilərək Abşeron rayon XDS İK-nin, Abşeron RİH başçısının müvafiq sərəncamları ilə onlara ayrılmış torpaq sahələrinə plan və ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı iddiaçıdan başqa digər şəxslərə münasibətdə icra edilmiş, iddiaçıya aid hissədə icra edilməmiş və bildirilmişdir ki, həmin to rpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. Digər iddiaçıların torpaq sahələri iddiaçının torpaq sahəsi ilə yan-yanadır. İddiaçı 23 iyun 2014-cü il tarixdə cavabdehə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının 22 iyul 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisindən onun istifadəsinə verilmiş torpaq sahəsinin cavabdehin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə 25 may 2007-ci il tarixli, 16 saylı qərarının və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 22 iyul 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq- bostançılıq şirkəti idarə-heyətinin 5 iyun 1992-ci il tarixli protokolundan çıxarışı nəzərə alınaraq Novxanı sovxozu ərazisindən 0,10 ha torpaq sahəsi bağçılıq-bostançılıq məqsədilə iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan onun istifadəsinə verilmiş torpaq sahəsini hasarlayaraq ondan istifadə etmiş, torpağa qulluq etmişdir. Lakin sonradan səhhətində yaranmış problemlərlə əlaqədar olaraq və iş həcminin çoxluğu səbəbindən bir müddət bağ sahəsinə gedə bilməmişdir. Bundan istifadə edən cavabdeh 1992-ci ildən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsini 25 may 2007-ci il tarixli, 16 saylı qərarı ilə üçüncü şəxsin mülkiyyətinə vermişdir. Üçüncü şəxs həmin torpaq sahəsinin hasarlı olmasına baxmayaraq torpağı qəbul etmişdir. İddiaçı bir neçə ildir ki, ona qarşı olan haqsızlığa qarşı mübarizə aparır və torpaq sahəsi üzərində pozulmuş hüququnu bərpa etdirməyə çalışır. O dəfələrlə cavabdehə və aidiyyəti icra hakimiyyəti orqanlarına müraciətlər etmişdir. Cavabdeh sənədləşmə işləri aparılarkən qanun pozuntusuna yol verildiyi etiraf edilərək üçüncü şəxsin adından çıxış edən və bələdiyyədə sənədləşmə işləri aparan İslam adında şəxslə əlaqə saxlanılmış və ona torpaq sahəsinin dəyişdirilməsi təklif olunmuşdur. Ancaq sonuncu əvvəlcə bu təkliflə razılaşsa da, sonradan gizlənməyi və məsələnin qarşılıqlı razılaşma yolu ilə həllindən yayınmağı üstün tutmuşdur. Qeyd edilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun müddəalarına əsasən iddiaçının əvəzsiz mülkiyyətinə verilmiş, bu hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 06 mart 2013-cü il tarixli 2-2-105-40/2013 saylı qərarı ilə tanınmışdır. 1992-ci ildən istifadəsinə verilmiş torpaq sahəsini cavabdehin 25 may 2007-ci il tarixli, 16 saylı qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verməsi müvafiq qanun normalarının tələblərini və iddiaçının torpaq sahibi kimi hüquqlarını pozmuşdur. Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi onların 25 may 2007-ci il tarixli, 16 saylı iclas protokolunun qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas üçüncü şəxsin bələdiyəyə ünvanlanmış ərizəsi və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02-635 saylı, 04 aprel 2007-ci il tarixli rəyi olmuşdur. Həmin rəydə “Novxanı” bağları massiv ində yerləşən, sahəsi 1200 kv.metr olan 5026a saylı bağ torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cavabdehin aidiyyəti şöbəsinin işçiləri tərəfindən həmin dövrdə yerində araşdırma aparılarkən qeyd olunan bağ sahəsinin hasarlandığı müəyyən edilmişdir ki, üçüncü şəxs hasarın onun tərəfindən çəkildiyini və torpağın uzun müddətdir onun faktiki istifadəsində olduğunu bildirmişdir. Bağ sahəsinin hasar daxilində olduğu nəzərə alınaraq, həmçinin üçüncü şəxsin sözlərinə etibar edilərək qeyd olunan torpaq sahəsi sonuncunun adına rəsmiləşdirilmişdir. Sənədləşmə işləri aparılarkən bağ sahəsinə dair hər hansı mübahisə olmamış, o cümlədən iddiaçı da torpağa dair iddiasını irəli sürməmişdir. Yalnız bir müddət əvvəl iddiaçı sözügedən bağ torpaq sahəsinin ona məxsus olduğunu bildirərək bələdiyyənin üçüncü şəxsin adına torpaq sahəsinin ayrılması barədə qərarını mübahisələndirməyə başlamışdır. Mübahisələndirilən bağ torpaq sahəsinin hər hansı şəkildə yüklü olması barədə cavabdehdə məlumat olmamışdır. Cavabdeh iddiaçının istinad etdiyi məhkəmə qətnaməsinin çıxarıldığı mülki iş üzrə prosesə cəlb edilmədiyindən, həmin məsələyə hər hansı şəkildə münasibət bildirə bilməz. Bu səbəbdən məhkəmə araşdırmalarının gedişində iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyə qərarı ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etmədiyi araşdırılmalı və dəqiqləşdirilmələdir. İddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin, həqiqətən də bələdiyyə qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, cavabdeh irəli sürülmüş iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxacaqdır. Hal-hazırkı, şəraitdə isə cavabdeh irəli sürülmüş iddia tələbini qəbul etmir və ona qarşı öz etirazını bildirir. X5, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və Sumqayıt şəhər şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(85)-669/2016 saylı iş) 18 may 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 22 iyul 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisində idd iaçının istifadəsinə verilmiş torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi və həmin torpaq sahəsinin mübahisələndirilən bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin eyniyyət təşkil etməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, cavabdeh bələdiyyənin mübahisələndirilən qərarı ilə ayrılmış torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmin qərarın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozmasını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2016-cı il tarixli qərardadı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X7 və X8, 2-1(105)-246/2016 saylı iş) 19 sentyabr 2016-cı il tarixli qərardadla iddiaçının apellyas iya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 11 oktyabr 2016-cı il tarixdə qərardadın surətini almış, 17 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti əsasən iddia ərizəsinə uyğun tərtib edilmişdir, əlavə olaraq kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmənin iddiaçıya hansı hüquqi yardım etməsi qərarda öz əksini tapmır və məhkəmə proses zamanı ona heç bir hüquqi yardım etməmişdir. Bundan başqa, məhkəmənin qeyd etdiyi “torpaq sahəsinin üst-üstə düşməməsi” fikri iddianın mümkün sayılmaması üçün deyil, iddianın rədd olunması üçün əsasdır. Torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini aydınlaşdı rmaq yalnız məhkəmə araşdırması zamanı ekspertiza təyin etmək yolu ilə müəyyən etmək olar. Hazırkı işdə olan sübutlar da onu təsdiq edir ki, torpaq sahələri üst-üstə düşür. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 mart 2013-cü il tarixli qərarının iddiaçıya aid olan hissəsi məhz torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən icra edilmir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında olan fikirlərlə razıdır, iddiaçı mübahisə açdığı torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi barədə h ər hansı sübut təqdim edə bilməmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs 2 saylı ərazi idarəsi məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmama sı üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi barədə cavabdeh inzibati orqanın 2007-ci ilin mayında qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad edərək mübahisə olunan torpaq sahəsinin onun qanuni istifadəsində olmasını bildirmiş, məhkəmə isə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qərarı ilə üçüncü şəxsə verilən torpaq sahəsi ilə eyniyyət təş kil etməsinə dair sübut təqdim etmədiyinə əsaslanaraq iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddianı mümkün saymamışdır. İddiaçı iddiasının faktiki əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 06 mart 2013-cü il tarixli qərarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə digər şəxslərlə yanaşı İddiaçı Əliəşrəf qızına ayrılmış torpaq sahəsinin planı və ölçülərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmçinin işdə olan Abşeron rayon İcra Hakimiyyətinin 22 iyul 1992-ci il tarixli sərəncamından çıxarışa görə “Maarif” işçilərinin hər birinə Novxanı sovxozu ərazisindən iddi açıya 0,10 ha torpaq sahəsi bağçılıq və bostançılıq məqsədilə verilmişdir. Sərəncamda həmçinin qeyd edilmişdir ki, bağçılıq-bostançılıq birliyinin sədri T.Abdullayev yoldaşa tapşırılsın ki, həmin torpaq sahəsini vətəndaşa tanıtsın. Apellyasiya instansiyası məhkəməsi bəhs edilən sənədlərə hüquqi qiymət vermədən, məhkəmə qərarının icrası vəziyyətini araşdırmadan düzgün olmayaraq iddiaçının ona verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərini məhkəməyə təqdim etmədiyinə əsaslanıb iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, mübahisə olunan torpaq sahəsinin tərəflərdən hansı vaxtdan və kimin istifadəsində olmasına aydınlıq gətirməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 06 mart 2013-cü il tarixli qərarının çıxarılmasına əsas olan inzibati işin tələb edilib işdə olan sənədlərə baxış keçirilməsi, torpaq sahəsinin tam və ya qismən üst-üstə düşməsini müəyyən etmək üçün mövcud sənədlər əsasında mütəxəssis və ya ekspertin iştirakı ilə baxış keçirilməsi zəruri liyini müzakirə etməmiş, iddiaçının mübahisə açdığı qərardan hansı vaxtdan məlumatlı olmasını araşdırlmamışdır. Bəhs edilən hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Bundan başqa, iddianın mümkün sayılmaması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 may 2015-ci il tarixli qərardadını ləğv edərək məhkəmə icraatının davam etdirilməsi barədə işin həmin məhkəməyə göndərilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 29 oktyabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni araşdırarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının yuxarıda qeyd edilən (yəni 06 mart 2013-cü il tarixli) qərarının mövcudluğunu da nəzərə almalı və işin hallarına hüquqi qiymət verilməlidir. Lakin işə ye nidən baxan birinci instansiya məhkəməsi yuxarı məhkəmənin göstərişinə əməl etməyərək həmin halları nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi də qeyd edilən səhvi aradan qaldırmamışdır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)246/2016 saylı, 19 sentyabr 2016-cı il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellya siya Məhkəməsinə göndərilsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-238/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-238/2017
31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver