Məhkəmə qərarları › İş №2-1(102)-238/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-238/2019

15.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-238/2019 15.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1288/2018 saylı iş üzrə 10 avqust 2018-ci il tarix li qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-298/2018 saylı, 15 fevral 2018-ci il tarixli qərarı (hakim - E.M.Mustafayev) ilə iddia təmin edilmiş, ünvan bağın plan və ölçüsünün tərtib edilməklə, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1288/2018 saylı, 10 avqust 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər - Ü.A.Mayılov və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 avqust 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, işd ə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 19 dekabr 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya ayrılmış Bünvan bağ sahəsinə dair hər hansı bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar olunmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 26.05.2011-ci il tarixli, 2062 nömrəli arxiv çıxarışına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 21.07.1989-cu il tarixli, 6/255 nömrəli “Kollektiv bağçılığın təşkili üçün torpaq sahələrinin ayrılması haqqında” qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun 150 nəfərdən ibarət yoldaşlıq üzvlərinin ad ına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal-qərb hissəsində Ləhiş bağ massivində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 3 saylı, 10 mart 1989-cu il tarixli protokolundan çıxarışa əsasən iddiaçıya ünvan torpaq sahəsinin ayrılması və ona bağçılıq yoldaşdılığı üzvlük vəsiqəsi verilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsi iddianı rədd edərkən iddiaçının adına verilmiş bağ sahəsinə dair sözügedən hüquq müyyənedici sənədləri nəzərə almamışdır. Tərəflərin izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq c avabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddind ə və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsində isə təsbit edilmişdir ki, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq üçüncü şəxsin icraata cəlb edilməsi məsələsi həll edilməmiş və müvafiq olaraq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli bağ sahəsinin onun istifadəsinə verildiyini təsdiq edən hüquq müəyyənedici sənədlər kimi M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun 150 nəfərdən ibarət yoldaşlıq üzvlərinin adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal-qərb hissəsindən Ləhiş bağ massivində torpaq sahəsi ayrılmasına dair Bakı şəhər XDS İcraiyyə Komitəsinin 21.07.1989-cu il tarixli, 6/255 nömrəli “Kollektiv bağçılığın təşkili üçün torpaq sahələrinin ayrılması haqqında” qərarına, ünvan bağın onun istifadəsinə ayrılmasına dair Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 3 saylı, 10 sentyabr 1989-cu il tarixli qərarına, ayrılmış bağ sahəsinin yerləşmə vəziyyətini əks etdirən ADNA HİK və MM BNK tərəfindən tərtib edilmiş çizgiyə, eləcə də Azərbaycan Dövlət Neft Akademiyası “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən ünvan bağla əlaqədar verilmiş üzvlük kitabçasına istinad etmişdir. Cavabdeh i lkin olaraq iddiaya qarşı təqdim etdiyi etirazında iddiaçının iddia etdiyi bağ sahəsinin başqa bir bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşdiyini bildirmişdir. Bundan sonra cavabdeh məhkəmənin sorğusuna cavab verdiyi 19 dekabr 2017-ci il tarixli məktubda Bünvan bağ sahəsinə dair hər hansı bir sənədin (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar olunmadığını bildirmişdir. İddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsindən sonra verilmiş apellyasiya şikayətində isə cavabdeh bağ sahəsinə dair İdarənin arxivində hər hansı sənədin aşkar olunmadığına dair dəlilə istinad etməmiş, yalnız iddiaya qarşı təqdim etdiyi etirazında bildirdiyi iddiaçının iddia etdiyi bağ sahəsinin başqa bi r bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşdiyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, bağ sahəsinin giriş qapısı bağlı olduğundan torpaq sahəsinə daxildən baxış keçirmək və hüquq müəyyənedici sənədlər (bölgü sxemi) əlavə edilmədiyindən bağın sahəsini və yerini dəqiqləşdirmək mümkün olmamışdır. Apellyasiya məhkəməsi isə iddianın rədd edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsinin iddiaçıya bağlılığını göstərən heç bir hüquq müəyyənedici sənədin təqdim edilmədiyindən sözügedən bağ sahəsinin iddiaçıya məxsus olmasının qeyd edilməsi əsassızdır və bu səbəbdən də inzibati orqanın hər hansı qanunsuz fəaliyyəti olmamışdır. Məhkəmə bu zaman Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 19 dekabr 2017-ci il tarixli məktuba istinad etmişdir. Beləliklə, hazırkı mübahisə üzrə həlledici məsələ mübahisəli bağ sahəsinin iddiaçının istifadəsinə ayrılıb-ayrılmadığı ilə bağlı olduğundan və bununla əlaqədar iş materiallarında ziddiyyətli sənədlər mövcud olduğundan məhkəmə həmin halı dəqiq müəyyən etməli idi. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş bağ sahəsinə dair sənədləri nə üçün hüquq müəyyənedici sənədlər kimi qəbul etməyin mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaya qarşı müxtəlif dəlillərə istinad olunmasını səbəblərini, xüsusən də bağ sahəsinə dair İdarənin arxivində hər hansı sənədin aşkar olunm adığına dair dəlilə iddiaya qarşı verilmiş etirazda və apelyasiya şikayətində istinad olunmamasının səbəblərini aydınlaşdırmalıdır. Cavabdeh tərəfindən iddiaçıya bağ sahəsinin ayrılmasına dair sənədlərin mövcud olmadığı dəlilinə istinad olunduğundan, iddiaçı isə bununla bağlı sənədlər təqdim etdiyindən məhkəmə həmin halın dəqiq müəyyən edilməsi üçün “Gülüstan” bağçılıq yoldaşlığını inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etməli və mübahisəli məsələyə dair onun mövqeyini öyrənməli olduğu halda, bunu etməmişdir. Məhz həmin üçüncü şəxs sahənin onlar tərəfindən həqiqətən iddiaçıya ayrılıb-ayrılmadığı məsələsinə, eləcə də işdəki ziddiyyətli sənədlərə dəqiq aydınlıq gətirə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1288/2018 saylı iş üzrə 10 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar