Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-238/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı Xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsindən imtina edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı Xidmət nümayəndəliyinə qarşı müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1041/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx xxx 2018-ci il tarixdə 2-ci qrup əlillik müəyyən edilmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması əsası ilə cavabdehə müraciət edərək qanunvericilik ilə müharibə veteranlar üçün nəzərdə tutulmuş sosial müavinət təyin edilərək xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödənilməsini tələb etmişdir.
3. Cavabdeh xx.xx.2081-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tam iştirakçısı olmuşdur. Həmin illərdə Qazax rayon Polis idarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. xx.xx.1991-ci il tarixində Qazax rayonunun Xeyrımlı kəndinin azadlığı uğrunda gedən döyüş əməliyyatı zamanı ağır yaralanmışdır. Hal-hazırda ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi aylıq 158 manat Prezident təqaüdü təyin olumuşdur. Xidməti və xidmətdə aldığı xəsarətlər 1991-ci ildə olmasına baxmayaraq, o illərdən bəri, yəni xx.xx.2018-ci il tarixinə kimi ona müharibə veteranı müavinəti verilməmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)3006/2019 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya xx xxx 2015-ci ildən xx xxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya müharibə veteranı kimi müavinət almaq üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün müavinət ödənilməsindən imtina etməsi “Sosial müavinətlər haqqında” Qanunun tələbinə ziddir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1041/2020 saylı qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3006/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin o halda təyin edilməsini mümkün sayır ki, həmin müavinət təyin ediləcək şəxs əmək pensiyası almayan şəxs olsun. Lakin iddiaçı hazırda əlilliyə görə əmək pensiyası aldığından onun iddia tələbi əsassızdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş müharibə veteranı müavinətinin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərək xx.xx.20015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) hesablanaraq ödənilməsi vəzifəsini cavab dehin üzərinə qoymuşdur. Həm iddia tələbindən, həm də məhkəmə qərarından görünür ki, tələb Fərmanda nəzərdə tutula müddətdən əvvələ aiddir və Fərmanın 2.1.1-ci maddəsinə istinad etməklə iddianın rədd edilməsi ən azından iddiaçının konstitusion hüquqlarının və maddi hüquqlarının pozulmasıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, m əhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər:... 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;... Maddə 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;... 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahl ı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
18. Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən e dilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezide ntinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi veril ir....
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiy ası məhkəməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad etməklə iddiaçının konstitusion hüquqlarını pozmuşdur.
24. Kassasiya şikayətində qeyd edilən arqumentlərlə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, əvvəla, iddiaçı müharibə veteranı vəsiqəsini heç bir məhkəmə instansiyasına təqdim etməmişdir. Baxmayaraq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda güzəştlərin veteran vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilməsi birbaşa qeyd edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat v ə digər xidmətlərə görə müavinətin o halda təyin edilməsini mümkün sayır ki, həmin müavinət təyin ediləcək şəxs əmək pensiyası almayan şəxs olsun. Lakin iddiaçı hazırda əlilliyə görə əmək pensiyası alır. Bu hal iddiaçının özü tərəfindən və iş materialları ilə də təsdiq edilir.
26. Həmçinin, məhkəmə bildirmişdir ki, yuxarıda qeyd edilən Fərmanın 2-ci bəndinin mənasına görə isə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmiş “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği (hazırda ən azı 210 manat), “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğindən (hazırda 80 manat) çox olduğundan, indiki mərhələdə birinci t əqaüdü alan şəxslər ikinci təqaüdü ala bilməzlər. İddiaçı hazırda 230 manat məbləğdə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü alır ki, bu təqaüdün məbləği də onun almaq istədiyi 80 manat məbləğdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğindən yüksəkdir. Bu da o deməkdir ki, sözügedən əsas da iddiaçıya “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsini mümkünsüz edir.
27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normal arına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir.
28. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
29. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1041/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.