Məhkəmə qərarları › İş №2-1(102)-238/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-238/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-238/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə çıxarış verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ünvan 1 ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi üzərində hüququnun daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1619/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin 07 fevral 2006-cı il tarixli, 11/06 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ ünvan 2 ünvanda yaşayan X4 ərizə ilə Yasamal bələdiyyəsinə müraciət edərək, Ə.Ələkbərov küçəsi 1056-ci məhəllə ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırılıb istifadə etdiyi (9,5 x 21) metr ölçüdə torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə yerində araşdırılmış və müəyyən edilmişdir ki. İddiaçı qeyd olunan ünvanda (9,5 x 21) metr ölçüdə torpaq sahəsini setkaya alıb onun Ə.Ələkbərov küçəsi 1056-cı məhəllə, ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırıb istifadə etdiyi 199.5 kv.metr torpaq sahəsindən istifadə etməsi faktı təsdiq edilsin və o vergi ödəyicisi kimi qeydə alınsın. 2 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaş İddiaçı 199.5 kv.metr torpaq sahəsi icarəsinə verilsin.3. İcarəyə verilmiş torpaq sahəsinin icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vətəndaş İddiaçı bildirilsin.4. sərəncamın icrası icra aparatının vergi və ödənişlər şöbəsinə tapşırılsın” 2. ”Bakı ş əhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 24.05.2013-cü il tarixli, 203 nömrəli Sərəncamında qeyd olunmuşdur: “ 1.Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi,1056-cı məhəllə, 97 saylı binanın vətəndaş İddiaçı razılaşdırılmış eskiz layihəsində göstərilən 228,0 kv.m torpaq sahəsində ofis və xidmət binasının tikintisinə icazə verilsin.2. Tikinti işləri müvafiq razılaşmalar və ekspertiza edilmiş işçi layihə sənədləri əsasında aparılsın;3. İddiaçı tapşırılsın ki, torpaq sahəsindən istifadəyə dair müvafiq qurumlara müqavilə bağlansın və torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən çıxarışını təmin etsin.4. işçi layihəsi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq –planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunsun...

3. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarə müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 199,5 kv metr olan torpaq sahəsi 09 fevral 2006-cı il tarixdən 09 fevral 2021-ci il tarixə qədər İddiaçı icarəyə verilir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi 30.06.2020- ci il tarixli, 09/3-67 saylı məktubunda məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu Yasamal Bələdiyyəsinin 9 fevral 2006-cı il tarixli, 11/06 saylı sərəncamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində aşkar olunmamışdır.

5. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 02 dekabr 2020-ci il tarixli, 1135 nömrəli məktubunda bildi rilmişdir ki, Bakı şəhəri, Yasamal Bələdiyyəsi sədrinin 09 fevral 2006-cı il tarixli 11/06 saylı sərəncamı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvan 5 ünvanda 199.5 kv.metr ölçüdə torpaq sahəsi vətəndaş İddiaçı uzun müddətli icarəyə verilmiş və onunla Yasamal Bələdiyyəsi arasında 09 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır və hazırda da həmin icarə müqaviləsi qüvvədədir…Yasamal bələdiyyəsi tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidməti ********** saylı 11.11.2016-с il tarixli məktubla bildirmişdir ki, qeyd olunan koordinatlara əsasən sözü gedən torpaq sahəsi Yasamal bələdiyyəsinin mülkiyyətinə aid torpaqlar ın hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən bağlanılmış icarə müqaviləsi üzrə icarə haqları tam və vaxtlı-vaxtında ödənilir.

6. Müqavilə müddətinin uzadılmasına dair 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, Bakı şəhər Yasamal bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi haqqında” 09 fevral 2006-cı il tarixli, 10 nömrəli müqavilənin müddəti 09 fevral 2006-cı il tarixdən 09 fevral 2070-ci il tarixə qədər uzadılmışdır.

7. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 28.01.2013-cü il tarixli, K22 nömrəli məktubuna əsasən, ünvan 7 ünvanında yaşayan vətəndaş İddiaçı müraciət edərək, Ş.Mehdiyev küçəsi 1056-cı məhəllə, 97 saylı binada, ona məxsus mağazanın yanındakı ərazidə ye rləşən, uzun illər istifadəsində olan sahədə təqdim etdiyi eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə icazə verilməsini xahiş etmiş və qeyd edilən ünvanda vətəndaş İddiaçı istifadəsində olan sahədə təqdim olunmuş eskiz layihəsi əsasında ofis və xidmət binasının tikintisinə etiraz etmədiyini və qaldırılmış məsələnin onların müzakirəsinə təqdim etdiyi qeyd edilmişdir.

8. Memarlıq və Şəhərsalma Baş İdarəsinin Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 22.05.2013-cü il tarixli məktubuna əsasən, 28.01.2013-cü il tarixli, K-22 saylı razılıq məktubu nəzərə alaraq, vətəndaş İddiaçı Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, 1056-cı məhəllədə ofis və xidmət binasının tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi (ArxDizayn MS MMC-nin işi, memar L.Şıx larova) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır, obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalı, tikinti altına düşməsi zəruri olan ağacların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2005-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasında meşə fonduna aid olmayan ağac və kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları” haqqında 173 saylı Qərarın tələblərinə əsasən köçürülməsi tə min olmalı, sahənin ayrılması və tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşdirmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalı olduğu, bildirilmişdir.

9. Cavabdehin iddiaçıya ünvanladığı 06.11.2019-cu il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq faktiki torpaq sahəsi yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşir. Yerləşmə cizgisindəki perimetrik ölçülərə əsasən 199.5 kv.m-dir, faktiki koordinatlara əsasən isə 298.0 kv.m təşkil edir. Eyni zamanda sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmalıdır. Sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir. Bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır.

10. Cavabdehin iddiaçıya ünvanlandığı 01.05.2020-ci il tarixli, **********91 məktubunda bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı əlavə olunmamış və MŞBİ-nin rəyi sənəd toplusuna əlavə edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06.11.2019-cu il tarixdə, **********69 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı 31 may 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon bələdiyyəsinin sərəncamı əsasında icarədə olan Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 1056-cı məhəllə ünvanında yerləşən 199,5 kv.metr torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 sərəncamına və sərəncam əsasında eyni tarixdə bağlanmış 10 saylı icarə müqaviləsinə əsasən Yasamal rayonu, Ə.Ələkbərov küç.,1056-ci məhəllə ünvanında yerləşən 199,5 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. 15.10.2019-ci il tarixində DƏDRX -in 1 saylı ərazi idarəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. 06.11.2019-ci il tarixində aldığı cavaba əsasən ərizəsinin icrasından imtina edilmişdir. İmtinaya səbəb kimi isə torpaq sahəsinin yaşayış binasının qarşısında ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşdiyi və yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının rəyi əlavə edilməməsi göstərilmişdir. Bundan sonra o, qeyd edilən çatışmamazlığı aradan qaldıraraq, yəni Yasamal rayon İcra Hakimiyyətinin 24.05.2013-ci il tarixli 203 saylı sərəncamı sənədlərə əlavə edərək 22 fevral 2020-ci il tarixində təkrar olaraq icarə hüququnu təsdiq edən çıxarışın verilməsi barədə ə rizə ilə DƏDRX-1 saylı Bakı ərazi idarəsinə müraciət etdi. Bu dəfədə ərizənin icrasından imtina olundu. Səbəb olaraq isə qeyd edilir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarını sənədlərə əlavə etməmişdir. Bu formal xarakter daşıyan bir imtinadır. Bələ ki, həm bələdiyyə qərarı həm də yerli icra orqanının sərəncamı ərizəsinə əlavə edilmişdir. Göründüyü kimi inzibati orqan heç bir tutarlı səbəb və ya əsas göstərmədən ərizənin icrasından imtina etmişdir. İddiaçı qeyd etdiyi torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Yasamal rayon Bələdiyyəsinin 09.02.2006-ci il tarixli 11/06 saylı sərəncamı hələ 2008-ci ildə məhkəmə qaydasında mübahisələndirilmiş və sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsinin 30 may 2008 -ci il tarixli qətnam əsi ilə sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2008ci il tarixli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə hələ 2011-ci ildən qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə Yasamal rayon Bələdiyyəsinin 09 fevral 2006-ci il tarixli 11/06 saylı sərəncamı qanuni hesab edilmişdir. Bu baxımdan cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına almayaraq, icarə hüququnu təsdiq edən çıxarışın verilməsindən imtina edilməsi tam qanunsuzdur.

13. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-996/2021 saylı iş) 22 fevral 2021-ci il tarix li qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası torpaq və bələdiyyələr haqqında qanunvericiliyə əsasən bələdiyyəyə məxsus torpağın şəxslərə icarəyə verilməsi yalnız bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin iddiaçı bələdiyyə qərarını nə cavabdehə, nədə ki, işə baxılan zaman məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə sədrinin sərəncamı daşınmaz əmlakın dövlət reyestrində torpaq üzrə icarə hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bələdiyyə sədri bələdiyyə məxsus torpağın icarəyə verilməsi səlahiyyətinə malik olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməsi haqlı olmuşdur.

15. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X3 və X10, 2-1(103)1619/2021 saylı iş) 17 sentyabr 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. İddiaçı 25 oktyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri

18. Apelyasiya instansiya məhkəməsi əsassız olaraq nəticəyə gəlmişdi r ki, bələdiyyə sədri bələdiyyə məxsus torpağının icarəyə verilməsi səlahiyyətinə malik olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilməsi haqlı olmuşdur. Halbuki, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə sədri tərəfindən torpaq sahəsinin icarəyə verilməsi tam səlahiyyətində olmuş və qanuni sənədləşmə aparılmışdır. Yəni, iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi tam səlahiyyətli şəxs tərəfindən imzalanmışdır.

19. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Bələdiyyələrin statusu haqqında” Qanun: Maddə

19. Bələdiyyənin sədri və sədr müavini (-).

4. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. 22. “Torpaq icarəsi haqqında” Qanun: Maddə

6. İcarəyə verilən bələdiyyə torpaqları Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Maddə

12. Torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutul ur. (-).

24. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə: Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. 1.Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. (-).

25. Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzə rində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-). 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

27. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhk əmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araş dırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

31. İddiaçı Bakı şəhəri Yasamal Bələdiyyəsi sədrinin sərəncamı əsasında onun icarəsinə verilmiş ünvan 10 ünvanında yerləşən 199,5 kv.m torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

32. Cavabdehin imtinasına görə elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq faktiki torpaq sahəsi yaşayış binasının qarşısında olan ümumi istifadə üçün nəzərdə tutulan yaşıllıq ərazisində yerləşir. Yerləşmə cizgisindəki perimetrik ölçülərə əsasən 199.5 kv.m-dir, faktiki koordinatlara əsasən isə 298.0 kv.m təşkil edir. Eyni zamanda sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsi nəzərə alınmalıdır. Sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhə rsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi əlavə edilməmişdir.

33. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası torpaq və bələdiyyələr haqqında qanunvericiliyə əsasən bələdiyyə məxsus torpağın şəxslərə icarəyə verilməsi yalnız bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin iddiaçı tərəfindən yuxarıda sadalanan normalarda qeyd edilən bələdiyyə qərarını cavabdehə, inzibati işə baxılmasının gedi şində isə məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərin, o cümlədən bələdiyyə sədrinin sərəncamı, daşınmaz əmlakın dövlət reyestrində torpaq üzrə icarə hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

34. İddiaçının şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Bakı şəhəri Yasamal Bələdiyyəsi sədrinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 1056-cı məhəllə, ev 97-də onun mülkiyyətində olan 18 saylı mağazanın qarşısında abadlaşdırılıb istifadə etdiyi 199.5 kv.metr torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.

36. Bundan sonra Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədri ilə iddiaçı arasında bağlanılmış 9 fevral 2006-cı il tarixli, 10 nömrəli torpaq ic arə müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 199,5 kv metr olan torpaq sahəsi 9 fevral 2006-cı il tarixdən 9 fevral 2021-ci il tarixə qədər iddiaçının icarəsinə verilmişdir.

37. Müqavilə müddətinin uzadılmasına dair 10 noyabr 2020-ci il tarixli əlavə razılaşmaya əsasən, Bakı şəhər Yasamal Bələdiyyəsinin sədri ilə iddiaçı arasında bağlanmış “Torpaq icarəsi haqqında” 9 fevral 2006-cı il tarixli, 10 nömrəli müqavilənin müddəti 9 fevral 2006-cı il tarixdən 9 fevral 2070-ci il tarixə qədər uzadılmışdır.

38. Bələdiyyə sədrinin 7 fevral 2006-cı il tarixli sərəncamında, iddiaçı ilə bələdiyyə sədri arasında bağlanmış 9 fevral 2006-cı il tarixli icarə müqaviləsində və 10 noyabr 2020-ci il tarixli razılaşmada torpaq sahəsinin Yasamal Bələdiyyəsinin qərarı əsasında icarəyə verilmə si qeyd edilməmişdir. 39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsində, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndində və Torpaq Məcəlləsinin 55-ci maddəsində qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir.

40. İddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədə bələdiyyə qərarını təqdim etməmişdir.

41. Yasamal Bələdiyyəsinin də işdə olan sənədlərindən görünür ki, bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair bələdiyyə tərəfindən qərar qəbul edilməmişdir. Bələdiyyə sədrinin sərəncamı isə torpaq sahəsinin ayrılması üçün hüquqi sənəd sa yıla bilməz. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

43. İddiaçı icarə hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsinin onun icarəsinə verilməsi barədə qanunvericiliyin tələb etdiyi kimi bələdiyyə qərarı təqdim etmədiyindən, bələdiyyə sədrinin sərəncamı və 10 noyabr 2020-ci il tarixli əlavə razılaşma, hansı ki, razılaşmada da bələdiyyə qərarına istinad edilməmişdir, hüququn qeydə alınması üçün qanuni əsas sayıla bilməz.

44. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edil mədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1619/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar