Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-238/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2420/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda İddiaçınə məxsus olan 1197.2 kv.m sahədən ibarət əmlak kompleksinin sökülməsinə görə 3.628.396 manat məbləğində kompensasiyanın və bu məbləğə hesablanmış 20% miqdarında 725.679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(112)-452/2022 saylı qərarı ilə (hakim X2) iddia tələbi qismən təmin edilmiş, İddiaçınə məxsus ünvan 2 ünvanında yerləşmiş, ümumi sahəsi 1197.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 478.880 manat vəsaitin İddiaçınə ödənilməsi öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri vermişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2420/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli (hakimlər X3 (məruzəçi), X4 və X5) qərardadı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelya siya şikayətləri mümkün sayılmamışdır.
5. Apellyasiya instansiyası məhkəməsi cavabdehin vermiş olduğu apelyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verməmişdir.
6. Maliyyə Nazirliyinin vermiş olduğu apelyasiya şikayətinə münasibətdə isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maliyyə Nazirliyinin üçüncü şəxs statusuna xitam verildiyindən həmin orqan tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayıla bilməz.
7. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində Azərbaycan Respublikası İPM-in 22.1, 86.3-cü maddələrinə istinad edilməklə apelyasiya instansiyası məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirilir. Qeyd edilir ki, cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinə daxil olmuş, apelyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəmə yə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı ba rədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. i... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlum atlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şika yəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
14. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
15. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 2-1(112)452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı 13 mart 2023-cü il tarixli məkt ubla cavabdehə göndərilmiş, qərar cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən müvafiq poçt sənədinə imza edilməklə 17 aprel 2023-cü il tarixdə qəbul edilmişdir. (cild 2, iş vər 18)
16. Cavabdeh tərəfindən apelyasiya şikayəti isə İPM-in 85.1-ci maddəsindən nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə 22 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
17. Apelyasiya instansiyası məhkəməsində apelyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən cavabdeh tərəfindən apelyasiya şikayəti vermə üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü və buna baxmayaraq buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi cavabdehə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi ya rdım göstərərək 2-1(112)452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərardan apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni apelyasiya instansiyası məhkəməsinə təqdim etmə təklif edilmişdir.
18. Lakin cavabdeh apelyasiya instansiyası məhkəməsinin təklifinə münasibət bildirməmiş, təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddət ərzində verilməsinə dair və ya müddəti üzrlü səbəbdən ötürülməsinə dair sübutları təqdim etməmişdir
19. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, birinci instans iya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinə daxil olmuş, apelyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da müddət ötürülməmişdir.
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, inzibati prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti vermə müddətini 1 ay deyil, 30 gün kimi müəyyənləşdirmişdir. Başqa sözlə cavabdeh üçün apelyasiya şikayəti vermə müddətinin sonu xx.xx.2023-cü ildir. (30 günlük müddətin sonu məhz xx.xx.2023-cü il tarixdə bitir).
21. Odur ki, cavabdeh apelyasiya şikayətini özü qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə vermiş olsa idi belə o, artıq 30 günlük prosessual müddəti ötürmüşdür.
22. Məhkəmə kollegiyası qeyd edir ki, «X1 şikayəti ilə əlaqədar Az ərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstər ilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»
23. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
24. A vropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
25. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi həmin şikayət üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
26. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apely asiya məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılmayarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2420/2023 saylı iş üzrə 29 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.