Məhkəmə qərarları › İş №2-1(102)-2380/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2380/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2380/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx”ASC-nin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Cavabdehna qarşıiş üzrə QƏRAR (iş № 2-1(102)-2380/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 oğlunun, cavabdehin vəkili Vəkil1 iştirakları, M.Səfərovanın katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Cavabdehna qarşı kreditor tələbinin qeydə alınması və tələbin kreditorların reyestrinə daxil edilməsi təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-510/2019 saylı qərarından cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Cavabdeh və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx”ASC cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Cavabdehna qarşı iddia ərizəsi ilə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, onunla “xxxx” MMC arasında müxtəlif növ sement məhsullarının satılması barədə bağlanmış xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” ASC-nin Binəqədi filialının xxxx 2016-cı il tarixli bank təminatı məktubu təqdim etdiyini, təminata əsasən filialın, “xxxx” MMC ö hdəliyini yerinə yetirmədiyi təqdirdə iddiaçı qarşısında xxxx 2016-cı il tarixədək 170.000 manat məbləğində təminat verdiyini, iddiaçının xxxx 2016-cı il tarixində ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Cavabdehna yazılı surətdə müraciət edərək, kreditor kimi qeydə alınmasını xahiş etdiyini göstərərək, 169.555 manat məbləğində kreditor tələbinin qeydə alnması və həmin tələbin kreditorların reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1686/2018 saylı qərarı ilə (S.Hüseynov- sədrlik edən, hakimlər V.Məmmədov və S.Seyidova) iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102) -2283/2018 saylı qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər R.Nəbizadə və İ.Hüseynov) iddiaçı “xxxx”ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-510/2019 saylı qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abıyeva) «xxxx» ASC-nin «xxxx» ASC-nin ləğvedicisi Cavabdehna qarşı «kreditor tələbinin qeydə alınması və tələbin kreditorların reyestrinə daxil edilməsi»nə dair ərizəsi qismən təmin edilmiş,«xxxx» ASC-nin 169.555 manat məbləğində kreditor tələbinin qeydə alnması «xxxx» ASC-nin ləğvedicisi Cavabdehna həvalə edilməsi qərara alınmış, ərizə qal an hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından “xxxx” ASC-nin ləğvedicisi Cavabdeh və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və qüvvədə olan digər qanunlarla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur, «xxxx» ASC Binəqədi filialı tərəfındən xxxx 201 6-cı il tarixdə verilmiş 48/3 nömrəli Bank təminatı həmin filialın müdiri tərəfindən verilmiş, halbuki, «xxxx» ASC Müşahidə Şurasının xxxx 2009-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş və bank təminatı məktubunun verilməsi zamanı qüvvədə olan «Binəqədi» filialının əsasnaməsində filial müdiri tərəfindən belə qarantiyaların verilməsi səlahiyyəti olmamış, həmin səlahiyyətlər hüquqi şəxs olan «xxxx» ASC qanuni təmsilçisinə - X1 sədrinə verilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-510/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kasassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC Binəqədi filialı tərəfindən xxxx 2016-cı il tarixdə verilmiş 48/3 nömrəli Bank təminatına əsasən, «xxxx» MMC ******* ******* saylı xxxx 2016 -cı il tarixli müqavilə əsasında «Cem *******Ekspert qalıq sementinin alınmasını» öhdəsinə götürmüş, müqavilədə «Alıcı»nın müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməsinin zəmanəti kimi bu təminatda qeyd olunmuş məbləğdə etibarlı bankdan bank təminatının təqdim edilməsi nəzərdə tutulmuş, alıcıya təminat təqdim etməyə razılıq verilmiş, «xxxx» ASC qarşısında yaranmış borcunu xxxx 2016-cı il tarixinədək ödəməsə alıcının adından «xxxx» ASC qarşısında cavabdeh olaraq ümumi məbləği 170.000 manata qədər olan təminatı verir və alıcı tərəfindən Bildiriş şərtlərinə əməl edilməməsi haqqında yazılı bildirişi aldıqdan sonra, birinci yazılı tələbinə əsasən yuxarıda göstərilən məbləğə kimi belə, istənilən məbləği, yazılı tələb və ya göstərilən məbləğin sübut olunması, əsaslandırılması və ya səbəblə rinin göstərilməsini tələb etmədən ödəməyi öhdəsinə götürür, Bank bu öhdəlikləri öz adından öz varislərinin və müvəkkillərinin adından götürür, bu təminat xxxx 2016-cı il tarixə qədər etibarlıdır. İş üzrə həmçinin müəyyən edilmişdir ki, «xxxx» ASC «xxxx» ASC-nin ləğvedicisi Cavabdehna xxxx 2016-cı il tarixli məktubla müraciət edərək, alıcı şirkət “xxxx” MMC tərəfindən xxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 169.555 (yüz altmış doqquz min beş yüz əlli beş manat) borc öhdəliyini yerinə yetirməməsi ilə bağlı «xxxx» ASC Binəqədi filialı tərəfindən xxxx 2016-cı il tarixdə verilmiş 48/3 nömrəli Bank təminatına əsasən həmin məbləğin ödənilməsi xahiş edilmiş, «xxxx» ASC-nin xxxx» ASC-nin ləğvedicisi Cavabdehna etdiyi müraciətlərə cavab verilmədiyindən, iddiaçı məhkəməyə müraciə t edərək 169.555 panat məbləğində kreditor tələbinin qeydə alınması və həmin tələbin kreditorların reyestrinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, «xxxx» ASC-nin «Binəqədi» filialının Əsasnaməsinin müddəalarına müvafiq olaraq, «xxxx» ASCnin «Binəqədi» filialı banka icazə verilmiş bank əməliyyatlarının hamısını həyata keçirmək səlahiyyətinə, o cümlədən də, bank qarantiyalarının (təminatlarının) verilməsi səlahiyyətinə malik olmuş və belə əməliyyatların aparılmasına görə «xxxx» ASC özü məsuliyyət daşıdığından, iddiaçının ərizəsi qismən, 169.555 manat məbləğində kreditor tələbinin qeydə alınması hissəsində təmin edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhk əməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, «xxxx» ASC Binəqədi filialı tərəfındən x xxx 2016-cı il tarixdə verilmiş 48/3 nömrəli Bank təminatı həmin filialın müdiri tərəfindən verilmiş, halbuki, «xxxx» ASC Müşahidə Şurasının xxxx 2009-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş və bank təminatı məktubunun verilməsi zamanı qüvvədə olan «Binəqədi» filialının əsasnaməsində filial müdiri tərəfindən belə qarantiyaların verilməsi səlahiyyəti olmamış, bu səlahiyyətlər hüquqi şəxs olan «xxxx» ASC qanuni təmsilçisinə, yəni X1 sədrinə verilmişdir. «Banklar haqqında» Qanunun 1.0.4-cü bəndinə görə bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. «xxxx» ASC-nin Müşahidə Şurasının 05 fevr al 2009-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş «xxxx» ASC-nin Binəqədi filialının Əsasnaməsinin 1.1-ci bəndinə görə Binəqədi filialı hüquqi şəxs olmayıb, Bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün Bankın məsuliyyət daşıdığı, Banka Milli (Mərkəzi) Bank tərəfindən verilmiş lisenziyada nəzərədə tutulan bank əməliyyatlarının hamısını Bankın adından həyata keçirən ayrıca bölməsidir. Həmin Əsasnamənin 2.1-ci bəndinin 6-cı hissəsində isə qeyd edilmişdir ki, filial Milli Bank tərəfindən banka verilmiş lisenziyada nəzərdə tutulmuş aşağıdakı əməliyyatları həyata keçirir: öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin kassasiy a şikayətinin həmin dəlillərini əsassız hesab edir. «Banklar Haqqında» Azərbaycan Respublikası Qanununun 77.1-ci naddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.2-ci maddəsinə əsasən, bank tərəfindən əks etdirilmiş nəbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Həmin Qanunun 77.3-cü maddəsinə görə, tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 77.4-cü maddəsinə görə isə, məbləği müəyyənləşdirilməmiş tələblər ləğvedicinin qiymətləndirdiyi dəyər üzrə qəbul edilə bilər. Həmin Qanunun 77.6-cı maddəsinə əsasən, hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları nəhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə r azılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər, məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Həmin Qanunun 77.7-ci maddəsinə əsasən, məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilm ir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 77.8-ci maddəsinə əsasən, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 77.9-cu maddəsinə əsasən, ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır. Beləliklə, apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası «xxxx» ASC-nin «Binəqədi» filialının Əsasnaməsinin 2.1-ci bəndinin müddəalarına müvafiq olaraq, «xxxx» ASC-nin «Binəqədi» filialının banka icazə verilmiş bank əməliyyatlarının hamısını həyata keçirmək səlahiyyətinə, o cümlədən də, bank qarantiyalarının (təminatlarının) verilməsi səlahiyyətinə malik olduğunu və belə əməliyyatların aparılmasına görə qanunvericiliyin istinad olunan müddəalarına əsasən «xxxx» ASC-nin məsuliyyət daşıdığını nəzərə alaraq kassasiya şikayətinin həmin dəlillərinə tənqidi yanaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-510/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-510/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar