Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2380/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X7” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli 2-1(103)1649/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci il üzrə dəqiqləşmiş mənfəət v ergisi bəyannaməsi ilə əlaqədar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xx.xx.2023-cü il tarixli, **********419700 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda, araşdırma zamanı 2022-ci il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı qeyd edilmiş və müvafiq cədvəl əlavə edilmişdir. Həmin cədvəldə qeyd edilmiş əməliyyatların cəmi 2836510,58 manat təşkil etmişdir. Bank tərəfindən müraciətə xx.xx.2023-cü il tarixli **********504600 nömrəli məktubla cavab verilmişdir və 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində (adları siyahıda qeyd olunan vergi öd əyiciləri ilə aparılan əməliyyatlar üzrə) gəlirin əldə edilməsi üzrə çəkilən xərclər 244734,33 manat təşkil etdiyi bildirilmişdir. Bundan əlavə, 2591776,25 manat vəsaitin 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əksini tapmadığı qeyd edilmişdir. Daha sonra İnternet Vergi İdarəsindən əldə edilmiş kameral mənfəət vergisi bəyannaməsinin məlumatlarına diqqət yetirərkən məlum olmuşdur ki, vergi orqanı mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Digər xərclər” sətrində olan rəqəmlərə müdaxilə edərək xərc məbləğini azaltmış və nəticədə 2022-ci il üçün 244734,33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edilmişdir. Bu səbəbdən, bank tərəfindən xx.xx.2023-cü il tarixli **********751600 nömrəli məktubla şəxsi hesab vərəqəsin də 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeydin, “İnternet Vergi İdarəsi” altsistemində 2022-ci ilin mənfəət vergisinə aid kameral vergi yoxlamasına məruz qalmış bəyannamənin mövcud olması, həmçinin, vergi orqanı tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar təqdim olunmaması əsas götürülərək, 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması üzrə vergi orqanı tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın surətinin banka təqdim olunması xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********964300 nömrəli məktubla bankın xx.x x.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlaması zamanı bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********504600 nömrəli açıqlama məktubu nəzərə alınmaqla riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə əlavə hesablanmış 244734,33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edildiyindən əlavə öhdəlik yaranmadığı bildirilmiş və kameral qərar təqdim edilməmişdir. Bank tərəfindən 2022-ci ildə mal, iş və xidmətlərin alındığı 7 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq, riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən, sözügedən şəxslərlə bağlanılmış müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, bank mal, iş və xidmət əldə edən və/və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə bank məlumatlı ola bilməzdi. Bu hallar iddia ərizəsinə əlavə edilmiş 1 nömrəli cədvəldən də aydın olur. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə bank ilə apardığı əməliyyatları şübhə altına ala b ilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Bundan əlavə, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının mal ik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən, qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyil, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Bank tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********853800 nömrəli məktubla digər vergi ödəyicisi barəsində işçi sayı, illik dövriyyəsi, əmlakının və anbarının olub-olmaması barədə məlumat istənilmiş, lakin Dövlət Vergi Xidmət i tərəfindən xx.xx.2023-cü il tarixli, **********393000 nömrəli məktubla Vergi Məcəlləsinin 30.2-ci maddəsinə istinad edilərək sözügedən məlumatların verilməsindən imtina edilmişdir.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı 2022-ci il ərzində "xxxx" MMC (VÖEN **********), "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN **********) "xxxx" (və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd edilənlər ilə əlaqədar iddiaçıya xx.xx.2023-cü il tarixli **********4 19700 nömrəli "2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar” barədə məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubunda 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində (adları siyahıda qeyd olunan vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə) gəlirin əldə edilməsi üzrə çəkilən xərclərin 244734,33 manat təşkil etdiyi, 2591776,25 manat məbləğində vəsaitin 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əksini tapmadığı, eyni zamanda, bank tərəfindən 2022-ci ildə mal, iş və xidmətlərin alındığı sözügedən vergi ödəyiciləri sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyi cisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edildiyi, eləcə də, xx.xx.2023-cü il tarixli **********751600 nömrəli məktubla cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeyd mövcud olduğu halda, 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinə aid kameral vergi barədə qərarın iddiaçıya təqdim olunmadığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının təqdim etdiyi 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi hesabatında riskli vergi ödəyiciləri hesab edilən “X7” ASC tərəfindən 2022-ci il ərzində "xxxx" MMC-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 110000 manat, "xxxx"-dən əldə edilmiş elektron qaiməfakturalar üzrə ümumi dəyəri 160 manat, "xxxx"-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 99700 manat, "xxxx"-dən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 220 manat, X1 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 30915,08 manat, X4 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 2702,75 manat və X3 əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 1036,50 manat mallar alınması müəyyən edilmişdir. Qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə- fakturalar üzrə alınmış malların həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı səbəbindən kənarlaşma yaranmışdır. Bu səbəbdən də, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X2, X9 və X6 Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********159600 nömrəli, xx.xx.2023-ci il tarixli **********654200 nömrəli, xx.xx.2023-cü il tarixli **********452700 nömrəli, xx.xx.2023-cü il tarixli **********345200 nömrəli, xx.xx.2023-cü il tarixli **********334200 nömrəli, xx.xx.2023-cü İl tarixli **********120300 nömrəli qərarlarına, "xxxx" MMC isə Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********421400 nömrəli qərarına əsasən iddiaçıya təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satılmış mallar (görülmüş işlər və göstərilmiş xidmətlər) da daxil olmaqla, aparılmış əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü və 109-cu maddələrinə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 244734,33 manat mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərərinin məbləği azaldılmışdır. İddiaçı tələbini alqı-satqı və xidmət göstərilməsi qanunvericiliyə uyğun olaraq malların (işlərin, xidmətlərin) alışını təsdiq edən alqı-satqı müqavilələri, elektron qaimələr əsasında alındığı) rəsmiləşdirdiyini, eyni zamanda, yuxarıda qeyd edilən əməliyyat aparan zaman Dövlət Vergi Xidmətinin etaxes.gov.az rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığı, yəni əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi ilə əsaslandırmışdır. İddia ərizəsinin “əməliyyatların adı gedən vergi ödəyicilərinin riskli vergi ödəy icisi hesab edilənədək həyata keçirilməsi haqqında” qeyd edilənlərlə əlaqədar qeyd edilməlidir ki, həmin vergi ödəyiciləri əmtəəsiz əməliyyat apararaq, riskli vergi ödəyicisi hesab edilməsinə dair müvafiq qərar qəbul edənədək belə fəaliyyətlə məşğul olmuşdur. Belə ki, hər üç vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqda qərarlar mübahisələndirilməmiş və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyat lara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsində 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar kameral vergi yoxlaması ilə bağlı 12 sentyabr 2023-cü il tarixli qeyd mövcud olduğu halda, 2022-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinə aid kameral vergi barədə qərarın iddiaçıya təqdim olunmadığı haqqında bildirilir ki, xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlaması zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********504600 nömrəli açıqlama məktubu nəzərə alınmaqla riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə əlavə hesablanmış 244734,33 manat mənfəət məbləği keçmiş illərin zərər məbləğləri ilə kompensasiya edildiyindən əlavə öhdəlik yaranmamışdır.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 26 dekabr 2023-cü il tarixli, 21(112)-16365/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış kameral vergi yoxlamasının nəticələri ləğv edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 10 may 2024-cü il tarixli, 2- 1(103)-1649/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibə t işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübə sinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2261/2024 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliy yat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həl li ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
14. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 21(103)-16 49/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.