Məhkəmə qərarları › İş №2-1(102)-2381/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2381/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2381/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2381/2019) Bakı şəhəri 30 oktyabr 2019-cu il Açar sözlər:(qanunvericiliklə müəyyən edilən məhkəməyə qədər pretenziya qaydası, habelə iddia ərizəsinin məhkəməyə verilməsi haqqında prosessual qaydalar pozulduğundan iddia mümkünsüz sayılmışdır.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə və onun vəkili X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh “xxxx” MMC-yə qarşı məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması, əmlakının satılması yolu ilə tutulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1076/2019 nömrəli, 02 may 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 30 oktyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəf indən müəyyən edilmiş hallarına əsasən, hüquqi şəxs Cavabdeh (bundan sonra - cavabdeh) vergi orqanında (VÖEN: **********) qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, **********4 saylı uçot nömrəsi ilə DSMFnin Bakı şəhəri üzrə X3 İdarəsində sığorta ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 İdarəsi Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin 01.10.2016-cı il tarixə 32 946,39 manat (əsas borc- 26 418,65 manat, penya - 6527,74 manat) məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 01.10.2016-cı il tarixə 32 946,39 manat (əsas borc- 26 418,65 manat, penya - 6527,74 manat) məcburi dövlət sosial sığorta haqqları üzrə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 İdarəsinə borcu yaranmışdır. İdarə tərəfindən cavabdehə məcburi dövlət sosial sığorta haqqları üzrə borcun ödənilməsinə dair 31.10.2016-cı il tarixli bildiriş göndərilmişdir. Cavabdehin bank hesabı olmadığı üçün hesablaşma hesabına sərəncamın verilməsi mümkün olmamışdır. Cavabdehə 26.01.2017-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 1 (bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda tərəflərdən qanunamüafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017- ci il tarixli 2-1(81)2769/2017 saylı qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, cavabdehin 01.10.2016-cı il tarixə 32 946,39 manat (əsas borc-26.418,65 manat, penya - 6527,74 manat) məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcunun onun fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh-nin DSMF-nin Bakı şəhəri üzrə X3 İdarəsinə məcburi dövlət sosial sığorta haqqları üzrə borcu yaranmış, şöbə tərəfindən həmin borcu ödəməsi barədə xəbərdar edilmiş, borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə t utulmuş qaydada iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-129/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2-1(81)-2769/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(102)-18/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)129/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1076/2019 nömrəli, 15 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iş üzrə Bakı şəhəri üzrə X3 İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1076/2019 nömrəli, 02 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2-1(81)-2769/2017 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən məhkəməyə qədər pretenziya qaydası, habelə iddia ərizəsinin məhkəməyə verilməsi haqqında prosessual qaydalar pozulduğundan iddia mümkün sayıla bilməz. Apelyasiya instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-1076/2019 nömrəli, 02 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini, Cavabdeh-nin 32 946,39 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və satılması yolu ilə Departamentin xeyrinə tutulmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində iddia ərizəsinin cavabdehə aidiyyatı üzrə çatdırılması ilə bağlı iddiaçının üzərinə vəzifə qoyan hər hansı norma yoxdur. Bununla belə, İnzibati Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim (bundan sonra - sədrlik edən hakim) iddia ərizəsinin və o na əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. Göründüyü kimi, iddia ərizəsinin cavabdehə çatdırılmasını təmin etmək öhdəliyi məhkəmənin üzərinə düşür. Daha sonra qeyd edilir ki, İPM-nin 13-cü maddəsində məhkəmənin yardım etmək vəzifəsi nəzərdə tutulmuşdur. Belə ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, İPM-nin istər 47.1-ci maddəsi, istərsə də 13-cü maddəsinə əs asən məhkəmə tərəfindən iddia ərizəsinin cavabdehə çatdırılması təmin edilməli idi. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən prosessual qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1076/2019 nömrəli, 02 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini, Cavabdeh-nin 32 946,39 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və satılması yolu ilə Departamentin xeyrinə tutulmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavab deh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətind ə (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin buna baxmayaraq şikayət əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlərdən biridir. Apelyasiya instansiya məhkəməsi tərəfindən əsaslı olaraq müəyyən edilmişdir ki, cavabdehin reyestrdə qeydə alınan hazırkı hüquqi ünvanı: «AZ1033, ünvan 1rəfindən cavabdehə məcburi dövlət sosial sığorta haqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair bildiriş, məhkəmədə iddia qaldırmaq haqqında bildiriş və iddia ərizəsinin surəti, ona tamamilə başqa ünvana, Bakı şəhəri Yasamal rayonuna, «Yasamal massivi, «Albalı uşaq bağçasının yanı» deyilən, dəqiqliyi qeyri-müəyyən olan bir ünvana göndərilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, belə olan halda, təbii ki, həmin bildirşin, xəbərdarlığın və iddia ərizəsinin cavabdeh tərəfindən alınması mümkün deyildir. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliyin müəyyən edilən məhkəməyə qədər pretenziya qaydasına əməl olunmamış, habelə, iddia ərizəsinin məhkəməyə verilməsi haqqında prosessual qaydalar pozulmuşdur. “Sosial sığorta haqqında” Qanunun, iddia qaldırılarkən qüvvədə olan (əvvəlki redaksiyası) normaları ilə aşağıdakılar nəzərdə tutulurdu: 14-cü maddə ( 9-cu hissə): Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial haqlarını bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bild iriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; sığortaedənin cari və digər hesablarında vəsait olduqda məcburi dövlət sosial sığortası sahəsində idareətməni həyata keçirən müvafiq i cra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir; sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir; sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata ke çirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir; məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. 18-ci maddə, 1-ci hissə (7-8-ci bəndləri): məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Lakin iş materiallarına əsasən iddiaçı tərəfindən Qanunun qeyd olunan tələbələrinə müvafiq olaraq məhkəməyə qədər pretenziya qaydasına riayət olunduğu müəyyən olunmur. Belə ki, apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iş materiallarında iddiaçının bank hesablarında olan pul vəsaitləri üzərinə sərəncam qoyulması və 90 gün müddətində məcburi dövlət sosial sığorta haqlarının ödənilmədyinə görə həmin sərəncamın geri qaytarılmasını təsdiq edə bilən sənəd-sübut iddia ərizə sinə əlavə olunmamışdır. Digər tərəfdən isə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunda nəzərədə tutulan bildiriş və xəbərdarlıq məktubu cavabdehin olduğu «AZ1033, ünvan 4 ünvanına göndərilməmiş və sonuncu ona qarşı verilən pretenziya və məhkəmədə qaldırılan iddiadan xəbərsiz olmuşdur. Qeyd olunanlar birmənalı olaraq, iddianın əsaslandırılmış iddia kimi qiymətləndirilməsini istisna edilir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqq ında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəld iyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1076/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar