Məhkəmə qərarları › İş №2-1(102)-2381/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2381/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2381/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti və X7) “qeydin və çıxarış etibarsız hesab edilməsi, yeni çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024cü il tarixli, 2-1(103)-2102/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı B akı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdeh tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549 kv.m.-dan ibarət “Əmlak Kompleksi”nin yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunması və s.” barədə iddia tələblərinə dair xx.xx.2022-ci il tarixdən hal-hazıradək davam edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı mülki məhkəmə işi üzrə 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh olduğu, eləcə də həmin məhkəmə işi üzrə qanunvericiliyə müvafiq qaydada xəbərdar edildiyi və məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmadığı halda, həmin torpaq sahəsinin 3 kv.m. artırılmaqla (yəni 0,7583 ha ölçüdə göstərilməklə) xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin aparılması və həmin qeyd əsasında yeni Çıxarışın verilməsi; əsas olmadan, yəni mülkiyyətçinin və istifadəçinin razılığı alınmadan, Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla həmin torpaq sahəsinə aid edilməsi və AR Nazirlər Kabinetinin müvafiq Qərarı olmadan torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi, Ərizədə tələb olunan məlumatların verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçının faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də həmin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması; Göstərilən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,75827 ha torpaq sahəsinin qeydiyyatı barəsində mübahisə ilə bağlı məhkəmə işi üzrə y ekun məhkəmə aktı çıxarılmadığı halda, nəyə görə və hansı səbəbdən qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmaması və yeni qeydiyyat aparılmaqla X2 adına Çıxarışın verilməsi barədə, X2 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması üçün əsasların nədən ibarət olması barədə; Hansı əsasla Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla, X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 3 kv.m. artırılması və 0,7583 ha ölçüdə qeydiyyata alınması barədə; məhkəmə mübahisəsinin predmeti olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsinin kateqoriyasının hansı əsasla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə; Bununla bağlı, Azərbaycan Respublika sı Nazirlər Kabinetinin qərarının mövcudluğu barədə məlumatların təqdim olunması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılması və işin hərtərəfli, tam, obyektiv və ədalətli həlli baxımından X2 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsinin yenidən qeydə alınması üçün əsasların və torpaq sahəsinin kadastr və planının təsdiq olunmuş surətlərinin təqdim olunması barədə qərardad qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Məhkəmənin qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsi qismən təmin edilərək iddia tələbi “ünvan 2 ünvanında yerləşən 0,75827 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olu nması və s, barədə” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e2(007)- 2105/2022 saylı mülki məhkəmə işi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat daxil olduğu halda (yəni qeydiyyat məhkəmədə iş həli olunanadək dayandırılmalı olduğu halda), həmçinin həmin torpaq sahəsi iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m. torpaq sahəsi hesabına 3 kv.m. artırılmaqla (yəni 0,7583 ha ölçüdə) göstərilməklə, xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin aparılması və həmin qeyd əsasında yeni Çıxarışın verilməsi və torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; X2 adına aparılmış xx.xx.2022-ci iİ tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməklə silinm əsi və həmin tarixli və həmin nömrəli Çıxarışın etibarsız hesab edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin bərpa edilməsi; ünvan 3 ünvanında yerləşən iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də hamin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinə, X5 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarə tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549,1 kv.m.dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı, X2 adına verilmiş, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsi üzərində aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsi, həmin qeydin və verilmiş çıxarışın qismən torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsində ləğv olunması və digər tələblər barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmin iddia tələbi üzrə, yəni X2 adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunmasına və s. tələblərə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e2(007)-2105/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə bildiri şləri, həmin məhkəmə işində cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Həmin iş üzrə cavabdeh olan 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə sorğusuna **********27 nömrəli, xx.xx.2022-ci il tarixli Cavab məktubu ilə 27 vərəqdən ibarət sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi ilk dəfə olaraq xx.xx.2023-cü il tarixli Məhkəmə Bildirişini aldığı tarixdə artıq bilirdi və ya bilməli idi ki, X5 məxsus və xx.xx.2020-ci il tarixli, ********** nömrə ilə qeydə alınmış Əmlak Kompleksinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş 871 kv.m torpaq sahəsi ilə bağlı həmin qeydin 871 kv.m hissəsinin ləğv edilməsi və s. tələblər barədə məhkəmə mübahisəsi mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən məhkəmə işindən xx.xx.2022-ci il tarixədək xəbərdar olması, bir də onunla tam sübut olunur ki, məhkəmə sorğusuna **********27 nömrəli, xx.xx.2022-ci il tarixli Cavab məktubu göndərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2105/2022 saylı işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Hüquqların dövlət qeydiyyatının dayandırılmasını müəyyən edən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən- Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi ha qqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Deməli, artıq sübuta ehtiyac qalmır ki, qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdən davam edən, 4 dəfə məhkəmə bildirişi alan, məhkəmə sorğusuna cavab verən və nəhayət məhkəmə işində cavabdeh olan, yəni həmin məhkəmə işi üzrə yekun məhkəmə aktının çıxarılmamasından xəbərdar olan 1 saylı Bakı Ərazi İdarəsinin bu işə məsul olan əməkdaşları- Əmlak Kompleksini və onun yerləşdiyi torpaq sahəsini yenidən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeydə almaqla, eləcə də hər hansı bir əsas olmadan Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla torpaq sahəsinin ölçüsünü qanunsuz və özbaşına olaraq 3 kv.m. artırmaqla açıq-aşkar maddi hüququn imperativ normasının tələbini pozmuş və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri istisna olunmur.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, torpaq sahəsi Bakı şəhərinin inzibati sərhədləri daxilində yerləşməklə elektron kadastr məlumat bazasında yaşayış məntəqələri torpaqları kimi göstərildiyindən X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda sonuncunun müraciəti əsasında buraxılmış səhv aradan qaldırılaraq torpaq sahəsinin kateqoriyasına elektron kadastr məlumat bazasına uyğun olaraq yaşayış məntəqələri qaldırılaraq torpaq sahəsinin kateqoriyasına elektron kadastr məlumat bazasına uyğun olaraq yaşayış məntəqələri torpaqları kimi düzəliş edilmişdir. İddiaçı etibarnamə üzrə nümayənd əsi X1 müraciətində qeyd olunduğu kimi yeni çıxarışda torpaq sahəsinin ölçüsü 3 kv.m artırılmamış, 7582,7 kv.m torpaq sahəsi elektron sistemdə yuvarlaqlaşdırılmış, nəticədə 0,3 kv.m fərqlə 7583 kv.m torpaq sahəsinin ölçüsü 0,7583 hektar göstərilmişdir. X8 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45a, 8-ci km qəsəbəsində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış məlumatlarda cari dəyişiklik edilməsi (torpaq sahəsinin ölçüsündə müvafiq düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.758270 ha kimi qeyd olunması) ilə bağlı xx.xx.2023-cü il tarixdə İdarəyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(007)-211/2023 nömrəli qərardadı əsasında əmlak üzərinə qadağa qoyulması və Bakı şəhəri Nizami Rayon Məhkə məsinin 2(007)-2105/2022 saylı mülki işi və Bakı İnzibati Məhkəməsinin 21(112)-12672/2023 saylı inzibati işi ilə bağlı daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi əsasında müvafiq qeydlər aparılması, lakin həmin işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmaması ilə bağlı vətəndaşa xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, e-2(007)-100/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 4 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı, X2 adına alınmış qeydin dəyişdirilməsi və həmin qeydin digər şəxslərin adına sənədləşdirilməsi hərəkətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə və X5 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağan edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1905/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mərhələdə iş üzrə “real” mübahisə mövcud deyil, mövcud “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil, belə ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə müəyyən olunmur. Bu səbəbdən iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmam alıdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və “xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında qanuni və faktiki istifadədə olan 871 kv.m torpaq sahəsinə dair istifadə (icarə) hüququnun Dövlət reyestrində qeydə alınması və X3 adına dövlət reyestrindən çıxarış verilməsi barədə” iddia tələbinin məhkəməyə təqdim edilməsinə şərait yaradılması üçün növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2102/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Apellyasiya instansiya məh kəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və “xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında qanuni və faktiki istifadədə olan 871 kv.m torpaq sahəsinə dair istifadə (icarə) hüququnun Dövlət reyestrində qeydə alınması və X3 adına dövlət reyestrindən çıxarış verilməsi barədə” iddia tələbinin məhkəməyə təqdim edilməsinə şərait yaradılması üçün növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, arzuladığı məqsədə çatmaq üçün hüquqi marağına uyğun iddia tələbinin təqdim edilməsi üçün məhkəmə tərəfindən ağlabatan vaxt təyin edilmədiyindən və yardım edilmədiyindən, iddiaçı hüquqi marağına uyğun iddia tələbini irəli sürə bilməmişdir. “ünvan 3 ünvanında yerləşən iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də hamin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması” tələbində iddiaçının hüquqi marağı onun qanuni və faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsinə dair icarə hüququnun dövlət reyestrində qeydə alınması və X3 adına dövlət reyestrindən çıxarışın verilməsidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ... 11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tar ixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şami l olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümk ünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habel ə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir....

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti... 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırd ığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ver ilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEY İ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsin in və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

19. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

20. Məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

21. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəlləd ə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab veri lməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövc udluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

24. Hazırki tələbində iddiaçı üçüncü şəxs X4 adına aparılmış xx.xx.2022-ci iİ tarixli, ********** nömrəli qeydin və həmin nömrəli çıxarışın etibarsız hesab edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin bərpa edilməsi, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla X2 mülkiyy ətində olan torpaq sahəsinin ölçüsünün 3 kv.m. artırılması nəticəsində ünvan 5 ünvanında yerləşən 871 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarına, eləcə də həmin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılmasını tələb edir.

25. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iş üzrə üçüncü şəxs X2 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1549.1 kv.m olan əmlak kompleksi və 0.758270 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

26. Hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçının bərpa edilməsini tələb etdiyi üçüncü şəxsin adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ə ks olunan məlumatlar (0.758270 ha ölçülü torpaq sahəsi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda öz əksini tapmışdır. Üçüncü şəxs X2 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 0,7583 ha ölçüdə qeydiyyata alınması barədə qeydin isə qüvvədə olması aşkarlanmır.

27. Eyni zamanda, ünvan 6 ünvanında yerləşən 1549.1 kv.m əmlak kompleksi və 0.758270 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydin həqiqiliyi heç bir şübhə doğurmur, çıxarışın əsli məhkəmə iclasında tədqiq olunmuş (əsli iş materiallarına əlavə edilmişdir), Əmlak Məsələləri Dövlət Komitəsinin elekron Xidmətlər Portalında elektron çıxarışın yoxlanılması həyata keçirilmiş, onun mötəbərsizliyini təsdiq edən hər h ansı bir dəlil, sübut məhkəməyə təqdim edilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mərhələdə iş üzrə “real” mübahisə mövcud deyil, mövcud “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil, belə ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə müəyyən olunmur. Bu səbəbdən iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia tələbində dəqiqləşdirilmə aparılması üçün şəraitin yaradılmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, hazırki mübahisə üzrə məhkəmə araşdırması 6 aya yaxın müd dətdə davam etmiş, iddiaçının hüquqlarını Vəkillər Kollegiyasının üzvü təmsil etmiş, dəfələrlə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkilinə iddia tələbində dəqiqləşdirilmənin aparılması tövsiyyə edilmiş, hətta dəqiqləşdirilmiş ərizə icraata təqdim edilmişdir. Hətta apellyasiya şikayətinə də hansı məzmunda iddia tələbinin dəqiqləşdirilərək təqdim edilməsi ilə bağlı məlumat əlavə edilməmişdir.

30. Nəzərə almaq lazımdır ki, iddiaçının baxılan iddia tələbi ilə kassasiya şikayətində qeyd etdiyi iddia tələbi bir-birindən fərqlidir. Hazırkı işdə iddiaçı üçüncü şəxs tərəfindən onun icarəsində olan torpaq sahəsinə müdaxilənin qarşısını almağa dair iddia qaldırsa da, kassasiya şikayətində irəli sürdüyü tələb torpaq sahəsi üzərində icarə hüququnun qeydə alın masından ibarətdir.

31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Bəhs edilənlərə əsasən, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-2102/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar