Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2382/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun N0N3-cü il tarixli, N-1(103)-199/N0NN nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N0 iyul 1999-cu il tarixdən 04 dekabr N017-ci il tarixədək Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin NN fevral N003-cü il tarixli 046 saylı əmri ilə 6cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş, NN fevral N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin N1 noyabr N008-ci il tarixli 0N74 saylı əmri ilə tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin N7 oktyabr N009-cu il tarixli 0N51 saylı əmri ilə 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N7 oktyabr N009- cu il tarixdə vəzifəsindən azad olunmaqla N005 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.
2. İddiaçı N dekabr N019-cu il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək onun ağır və xüsusi mürəkkəb şəraitli sərhəd zastavalarında xidmətlərini nəzərə alaraq, ona veriləcək pulun ödənilməsi üçün DSX-nin Maliyyə-plan İdarəsinə göstəriş verilməsini xahiş etmiş, cavabdeh xx.xx.N0N0-ci il tarixli, 10/1 saylı məktubla iddiaçının əri zəsini təmin etməkdən imtina etmişdir.
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərdə xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara vəzifə maaşına N0 faizlik əlavə) və çıxmadığı əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N-1(11N)-N455/N0N0 nömrəli qərarına əsasən (hakim Fər id Mədətli) iddia rədd edilmişdir.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli N-1(103)-513/N0N1 nömrəli qərarı ilə (hakimlər A.B.Nuriyeva - sədrlik edən və məruzəçi, V.M. Ağayev və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N-1(11N)-N455/N0N0 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun N0N1- ci il tarixli N-1(10N)-1050/N0N1 nömrəli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyovasədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli N-1(103)- 513/N0N1 nömrəli qərarı ləğv edilmiş və iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli, N-1(103)-199/N0NN nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və S.İ.Bektaşi) Bakı İnzibati Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli, N- 1(11N)-N455/N0N0 nömrəli ləğv edilmiş, iddiaçının xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) İddiaçı qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Ali Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1N oktyabr N0NN-ci il tarixli N-1(10N)-145N/N0NN nömrəli qərarı ilə (hakimlər S.Ə.Kərimov- sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli N-1(103)199/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 15 aprel N0NN-ci il tarixli N-1(103)199/N0NN nömrəli qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarına əsasən DSX-nin Maliyy ə Plan İdarəsi tərəfindən xx.xx.N0N3-cü il tarixdə onun bank hesabına 5N08 manat pul vəsaiti köçürülmüşdür. Məbləğ düzgün köçürülməmişdir. Köçürülmüş məbləğ xidmət etdiyi dövr üzrə vəzifə maaşının 10 faizi məbləğində həyata keçirilmiş, həmçinin istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyası nəzərə alınmamışdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin N-1(103)-199/N0NN saylı qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N-l(103)-145N/N0NN nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə qalmaqla məhkəmə hüquqi mövqe bildirərkən aşağıdakıları nəzərə alaraq qeyd etməyi zəruri saymışdır. Qərarın 43-cü bəndində yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi öhdəliyini qoyarkən həmin pul əlavəsini tələb etməkdə haqlı sayılmağını qeyd e tmişdir. Ali Məhkəmənin İnzibatı Kollegiyasının N-1(103)- 145N/N0NN nömrəli, 1N okyabr N0NN-cı il tarixli qərarında tələbi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N006 nömrəli hərbi hissənin (Şəki Sərhəd dəstəsi) 3-cü (Laza) və 13-cü (Şin) sərhəd zastavalarında sərhəd zastavasının rəisi vəzifəsində işlədiyi N003-cü ildən N009-cu ilə kimi yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitli sərhəd bölməsində işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi ilə bağlı olmuşdur. İddiaçının həmin məzmunda tələbi məhkəmə tərəfindən təmin edilmiş, cavabdehin üzərinə iddia tələbinə uyğun məzmunda öhdəlik qoyulmuşdur. Cavabdeh isə ödənişi öz mülahizəsinə görə 10 faiz həcmində hesablamaqla hesabladığı məbləği icra etmiş, istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompe nsasiyası ilə bağlı heç bir ödəniş etməmişdir. Maraqlı olan haldır ki, qərara aldı hissəsində faiz əlavəsinin 10 faiz həcmində ödənilməsinin həyata keçirilməsi qeyd edilmədiyi halda cavabdeh məhz ödəməni 10 faiz həcmində həyata keçirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun N0N3-cü il tarixli, N-1(103)-199/N0NN nömrəli qərardadı (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) ilə ərizə rədd edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, qanunvericilik zərurət olduqda qərara onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməmə li və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun.
11. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadından görünür ki, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) İddiaçı qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranmasına səbəb olacaq hər hansı ifadələrə yol verilməmişdir. Həmin qərara əsasən ödənişin hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmişdir. Bununla əla qədar tərəflər arasında mübahisə yaranarsa, bu, məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. Göründüyü kimi, məhkəmə qərarı aydındır, onun məzmununda anlaşılmazlıq mövcud deyil və onun izah edilməsinə əsas yoxdur.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ərizə təmin edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlilləri qərara izah verilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq kassasiya şikayətində onu qeyd etmişdir ki, onun tələbi “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 4.6, 4.6.1-ci bəndlərinə əsaslanmaqla pul əlavəsinin 15 % həcmində ödənilməsi ilə bağlı olmuş və əvvəlki məhkəmə baxışının predmeti olmadığından apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsasla ərizənin təmin edilməməsi ilə bağlı qərardadın verilməsi işin faktiki hallarına uyğun olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Prosessual Məcəllə: Maddə N30. Qətnamənin və ya qərardadın izah edilməsi N30.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. N30.N. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətna məni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. N30.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. N30.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. N30.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid mü vafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından göründüyü kimi, xidmət etdiyi dövr ərzində (N003N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) iddiaçıya qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qərarı aydın və anlaşılan olmaqla, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranmasına səbəb olacaq hər hansı ifadələrə də yol verilməmişdir. Bu səbəbdən həmin qərarın izah edilməsinə heç bir əsas yoxdur.
23. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarına əsasən ödənişin hesablanmasında tərəflər arasında mübahisə yaranarsa, bu mübahisə məhkəmə qərarının icrası qaydasında həll edilməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun N0N3-cü il tarixli, N-1(103)-199/N0NN qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun N0N3-cü il tarixli, N1(103)-199/N0NN nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.