Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2382/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə; iddianın uğurluluq ehtimalı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın icrasının dayandırılması, o cümlədən müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulması və bank hesablarına sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi”nə dair “müvəqqəti xarakterli müdafiə tədbiri” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)2279/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2023cü il tarixli **********156067 saylı səyyar vergi yoxlaması aktına əsasən inzibati aktın qəbul edilməsindən imtina olunması və qəbul ediləcək hər hansı inzibati aktın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mü raciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarının (vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla) digər hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat m aliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9387/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Apellyasiya baxışı zamanı İddiaçı MMC müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın icrasının dayandırılması, o cümlədən müəssisənin ƏDV depozit hesabına məhdudiy yətlərin qoyulması və bank hesablarına sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir
7. Ərizə onunla əsaslandırılmışdır ki, təqdim edilmiş iddia ərizəsi üzrə məhkəmə mübahisəsi birinci instansiya məhkəməsi tərəfindən yekunlaşdırılmış və iddia tələbləri təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 saylı, 29 sentyabr 2023cü il tarixli qərarına əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi ist isna olmaqla digər hissədə ləğv edilməsi qərara alınmışdır. Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1155978 saylı qərarına əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X1 tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergi qanunvericiliyi üzrə oktyabr 2017-dekabr 2020-ci il üzrə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2023-cü il tarixli **********156067 saylı akt tərtib edilmişdir. Müəssisədə növbədən kənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş, müvafiq dövr üzrə qərarın ləğvi barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin qərarına əsasən müvafiq dövr üzrə hesablanmış kameral hesablama qərarının ləğvi barədə qərar çıxarılmışdır. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyun 2020-ci il tarixli **********342900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı hazırda mübahisələndirilir. Hazırda həmin iş üzrə məhkəmə iclası Ali Məhkəmənin icraatında 21(102)-3195/2023 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qəbul edilən qərara əsasən cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayəti təmin edilməmişdir.
8. Cavabdeh tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə etiraz təqdim edilərək ərizəçi İddiaçı MMC-nin ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının özünün də qeyd etdiyi kimi İnzibati Prosessual Məcəllənin 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılmas ı həmin aktın icrasını dayandırmır. İnzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri qismində inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutmuş və müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsasları dəqiq müəyyən etmişdir. Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesab lanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən məhkəməyə şikayət verildiyində əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin birbaşa vəzifəsi olaraq qanunvericilikdə müəyyən edilmişdir. Mübahisələndirilən vergi məbləğinin vergi ödəyicisi tərəfindən şərtsiz qaydada büdcəyə ödənilməsinə dair qanunvericinin Vergi Məcəlləsinin 63.2-ci maddəsində olan tələbinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 17 mart 2016-cı il tarixli qərarında aydın ifadə olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi öd əyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmamalı, habelə vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilməməlidir. Vergi orqanı tərəfindən hesablanmış, vergi ödəyicisi tərəfindən ödənilməmiş və ya mübahisələndirilən vergi məbləğinin dövlət büdcəsinə ödənilməsinin əsas təmin üsullarından biri əmlakın siyahıya alınması və Vergi Məcəlləsi ilə vergi orqanı üçün nəzərdə tutulmuş sair hüquqlardır. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Qanunvericiliyin müddəasından da göründüyü kimi vergi ödəyicisi vergi borcunu mübahisələndirsə də onu ödəməlidir. Qeyd olunmalıdır ki, məhkəmə prosesinin sonunda iddiaçının iddia tələbi təmin olunmaya və qərar vergi orqanının xeyrinə çıxarıla bilər. Belə olan halda məhkəmə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməklə borclu vergi ödəyi cisinin büdcəyə çatası vergi məbləğlərini büdcədən yayındırmasına şərait yaratmış olur. Nəticədə, işə mahiyyət etibarilə baxılıb qurtarmadığı halda, məhkəmə qərarının yalnız iddiaçının xeyrinə çıxarılmasına şərait yaranmış olur ki, bu da İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinin tələblərinə ziddir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının müvafiq ərizəsinin təmin edilməsi iddia tələblərinin gələcəkdə təmin edilmədiyi halda dövlət büdcəsinə vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi ilə bağlı qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsini qeyri-mümkün edir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Cəm ilova və E.Ə.Əliyev) 30 may 2024-cü il tarixli, 21(103)-2279/2024 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarının icrası dayandırılması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halları, apellyasiya baxışında ilkin araşdırılmasına əsasən iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Həmçinin, mövcud vəziyyətin dəyişəcəyi təqdir də ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qərar qəbul edilən zaman vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmaqla yanaşı maliyyə sanksiyası da tətbiq olunur. Vergi mübahisələrinə məhkəmə icraatı qaydasında baxılan zaman, yəni səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qəbul edilən qərarın ləğvi ilə əlaqədar iddia qaldırıldıqda həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək vergi ödəyicisinin hüququdur.
11. Mübahisəyə baxılan zaman müvəqqəti xarakterli müdafiə tədbiri olaraq iddiaçının vəsatəti və ya ərizəsi əsasında mübahisələndirilən qərar ilə tətbiq edilmiş maliy yə sanksiyasının dövlət büdcəsinə alınması təmin etmək üçün vergi qanunvericiliyində nəzərdə tutulmuş hərəkətləri etməkdən çəkindirmək (vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək), və yaxud üçüncü şəxsin (bank və kredit təşkilatlarının) üzərinə vəzifələr (bank hesabına qoyulmuş sərəncamların icra edilməməsi barədə) qoyma barədə qərardad qəbul edilməlidr. Vergi orqanı tərəfindən ərizəçinin bank hesabının üzər inə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə mübahisəsi gedişatında iddiaçının bank hesablarında sərəncamların qalması bir vergi ödəyicisi kimi onun bu müddət ərzində dövlət qarşısında öz öhdəliklərinin icrasını da mümkünsüz edə bilər. Həmçinin, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına və ƏDV sub-uçot hesablarına ƏDV məbləğlərinin köçürülməsi həyata keçirildiyindən, həmi n ƏDV sub-uçot hesabının istifadəsinə məhdudiyyət qoyulduğu zaman, vergi ödəyicisi tərəfindən müvafiq olaraq ödəniləcək ƏDV-lərlə bağlı ödənişlərin həyata keçirilməsi mümkün olmayacaqdır. Əsasən də, sub-uçot hesabının istifadəsinə məhdudiyyət qoyulduğu zaman, xarici şirkətlər ilə aralarında mövcud olan müqavilə münasibətləri zənnində MMC ƏDV-lərin ödənilməsi iqtidarına malik olmayacaqdır. Bu hal isə, müəssisənin həm maraqlarına, həm nüfuzuna, həm də hüquqlarına toxunur.
12. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə m əsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz.
13. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ərizəçinin ərizəsinin təmin olunduğu hissədə ləğv edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti müvəqqət i xarakterli ərizəyə etirazın məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaç kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş in zibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə
43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əs asları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 oktyabr 2023-cü il tarixli, 14 nömrəli Qərarı 11.15. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurlul uq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət e tmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. İddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir. 11.20. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. 11.21. Bundan başqa, həmin araşdırma yalnız ilkin araşdırmanın qayda və şərtlərinə uyğun aparılmalıdır. Bununla bağlı olaraq məhkəmələrə izah olunur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda iddia icraatı ilə müqayisədə yoxlamanın həcminin azaldılması qaydası qüvvədədir. Ona görə ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraat təcili xarakter daşıyır, eləcə də iddia icraatının sonunda məhkəmə yekun qənaətə gələrkən onda işin faktiki və hüquqi halları ilə bağlı tam qənaət formalaşmış olur, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda isə bu mənada tam qənaət yaranmır, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz mövcud olur. 11.22. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.23. İşin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Av ropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla yanaşı, məhkəmə kol legiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Müvəqqəti xarakterli müdafiə ilə bağlı İPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də iddiaçının üzərinə düşür.
25. İşin hallarından görünür ki, hazırki müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin verilməsində əsas inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın icrasını dayandırılması ilə bağlıdır. 26. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 nömrəli 04 oktyabr 2023-cü il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir: “Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, İPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inz ibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının q arşısı alınmış olur.
27. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqa uyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir. İnzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir. Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibati aktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icra sının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır.. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin tətbiqi nəticəsində mübahisələndirilən inzibati aktın icrası dayandırılır, bununla da inzibati aktın çıxarıldığı tarixdən əvvəlki hüquqi vəziyyətin davam etməsi təmin edilmiş olur. Ona görə də, inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarıldıqdan sonra inzibati orqan mübahisələndirilən inzibati akt qəbul edilənədək mövcud olan hüquqi və faktiki vəziyyətin tələb etdiyi qaydada davranmaqda davam etməlidir.
28. İPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını İPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv h allara əsaslanmalıdır.
29. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. İşin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandı rılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır.
30. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.”
31. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı mübahisəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi bar ədə qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir.
32. Qeyd olunmalıdır ki, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüququnun, buna yuxarıda istinad olunan əsasların mövcud olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilməsi vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını istisna edən hal qismində, eləcə də vergi orqanlarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müddəti ən gec əsas iddia üzrə qərarın qüvvəyə minmə müddəti ilə məhdudlaşır və əsas iddianın uğursuz olduğu hər bir hald a iddiaçı tərəfindən vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müvafiq səlahiyyətlərindən istifadə edə bilər.
33. Eyni zamanda məhkəmə kollegiyası iddianın uğurluluq ehtimalına münasibətdə bildirir ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin olunaraq, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat m aliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilməsi qərara alınmışdır.
34. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının tələb üzrə işin sonrakı mərhələsində də iddianın uğurla yekunlaşacağı ehtimalı böyükdür. Odur ki, göstərilənlər baxımından, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarının icrası dayandırılması hissəsində təmin edilməsini prosessual qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qa nuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-2279/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.