Məhkəmə qərarları › İş №2-1(102)-2383/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2383/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2383/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: “Usta” məharət dərəcəsinə görə məlumat vərəqinin tərtib edilib göndərilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı vəkili Vəkil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra cavabdeh) qarşı yenilənmiş məluma t vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-791/2019 saylı, 26 aprel 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1983-cü ilin fevral ayından 05.09.2001-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. Sonuncu vəzifəsi 12 noyabr 1998-ci il tarixdən təqaüdə buraxılanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydəro v adına X6 Muxtar Respublikasının filialının “Silsilə rəisi” olmuşdur. 5 sentyabr 2001-ci ildə öz xahişi ilə həmin vəzifədən azad edilmişdir. Xidmət illəri təqvimi hesablama ilə 20 il 22 gün, imtiyazlı hesablama ilə 29 il 03 ay 07 gün təşkil etmişdir. Təqaüdə buraxılarkən xidmət dövrünə görə 1-ci məharət dərəcəsi olmuşdur. İddiaçı hesab edir ki, xidmət illəri nəzərə alınaraq təqaüdə buraxılarkən məharət dərəcəsi “usta” olmalı idi. Lakin qeyri-müəyyən səbəblərdən ona 1-ci dərəcəli məharət dərəcəsi verilmişdir ki, nəticə olaraq bu günədək əmək pensiyası düzgün hesablanmamış və aşağı məbləğ təyin edilmişdir. İddiaçı məharət dərəcəsinin dəyişdirilərək “Usta” məharət dərəcəsinin verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin müsbət cavab almamışdır. İddiaçı 1 iyun 2018-ci il tarixdə cavab dehə qarşı ona xidmət illərinə görə “usta” məharət dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 21 noyabr 2018-ci il tarixli dəqiqləşdirilmiş iddiasında isə “usta” məharət dərəcəsi müəyyən etməklə bu barədə yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3002/2018 saylı iş) 18 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məharət dərəcəsi rütbəsi almaq üçün yoxlamaya buraxılan ə məkdaşların xidməti hazırlığı, atəş hazırlığı, sıra hazırlığı, texniki hazırlığı, topoqrafiya, mülki müdafiə, tibbi hazırlığı, nizamnamələr üzrə bilikləri, fiziki hazırlığı, silahsız özünümüdafiə hazırlığı qiymətləndirilir. Cavabdeh iddiaçının cəlb edildiyi məharət dərəcələrini almaq üçün imtahan nəticələrini əks etdirən sənədləri, yəni onun “usta” məharət dərəcəsi rütbəsini almaq üçün imtahanda lazımi nəticə nümayiş etdirmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Səriyyə Seyid qızı Seyidovanın sədrliyi, X5 və X3 ibarət tərkibdə, 2-1(103)-791/2019 saylı iş) 26 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3002/201 8 saylı 18 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçının nümayəndəsi 10 may 2019-cu il tarixdə apellyasiya məhkəməsinin qərarını almış, 7 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Polis orqanlarından təqaüdə buraxılarkən xidmət illəri nəzərə alınaraq ona “usta” məharət dərəcəsi verilməli idi. Lakin qeyri-müəyyən səbəblərdən 1-ci məharət dərəcəsi verilmişdir. Nazirin əmri ilə təsdiq edilmiş təlimatın 1-ci bölməsinə görə ixtisası üzrə 10 ildən az olmayaraq işləyən və 1-ci məharət dərəcəsi olanlara “usta” məharət dərəcəsi verilir. Lakin cavabdeh və apellyasiya məhkəməsi təlimatın bu bəndini nəzərə almamışdır. İşlədiyi dövrdə “usta” məharət dərəcəsi ilə bağl ı imtahanlarda mənfi nəticə göstərməsi ilə bağlı cavabdeh məhkəmələrə sübut təqdim etməmişdir. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 12.4 və 14.3-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə kollegiyasının iclasında çıxışında apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsaslı olduğunu, iddiaçının xidmət etdiyi dövrdə “usta” məharət dərəcəsi almadığını bildirib şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İ PM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarına görə iddiaçı daxili işlər orqanlarında xidmət etmiş, cavabdehin 03.09.2001-ci il tarixli, 14601/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Tədris Mərkəzinin Naxçıvan MR filialının silsilə rəisi istefada olan polis polkovnik-leytenantı hesab edilməklə 05.09.2001-ci il tarixdən təqvimi hesablama ilə 20 il 22 gün, imtiyazlı hesablama ilə 29 il 03 ay 07 gün xidmət müddəti ilə öz arzusu əsasında xidmətdən xaric edilmişdir. İddiaçı təqaüdə çıxarkən onun pensiya təminatına 1ci məharət də rəcəsinə görə 25% əlavə hesablanmışdır. Cavabdehin 09.03.1994-cü il tarixli 118 nömrəli əmri ilə (hazırda ləğv olunub) “Daxili işlər orqanlarının sıravi və rəis heyətinə və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi və verilməsi qaydaları”nı müəyyən edən Təlimatın müddəalarında rəis heyətinə “usta” məharət dərəcəsinin verilməsi nəzərdə tutulmuşdur, eyni zamanda həmin Təlimatın 1-ci bölməsinə əsasən ixtisası üzrə 10 ildən az olmayaraq işləyən və 1-ci məharət dərəcəsi rütbəsi olanlara “usta” məharət dərəcəsi verilir. Təlimatın 2 nömrəli əlavəsinin tələblərinə əsasən məharət dərəcəsi rütbəsi almaq üçün yoxlamaya buraxılan əməkdaşların xidməti hazırlığı, atəş hazırlığı, sıra hazırlığı, texniki hazırlığı, topoqrafiya, mülki müdafiə, tibbi hazırlığı, nizamnamələr üzrə bilikləri, f iziki hazırlığı, silahsız özünümüdafiə hazırlığı qiymətləndirilir. Həmçinin Təlimatda göstərilmişdir ki, “Məharət dərəcəsi rütbəsi alarkən yoxlamalardan aşağıdakı qiymətləri alınmalıdır: “2-ci məharət dərəcəsi – yoxlamaya daxil edilən fənlərdən alınan orta qiymət yaxşıdan aşağı olmamalıdır, “1-ci məharət dərəcəsi” – fənlərin 50%-dən az olmayaraq “əla”, qalanları “yaxşı”, “usta məharət dərəcəsi” – fənlərin 75%-dən az olmayaraq ”əla”, qalanlarından “yaxşı”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Təlimatın məzmununa görə məharət dərəcələri yalnız işləyən, yəni xidməti vəzifələrini yerinə yetirən Daxili İşlər orqanlarının sıravi, kiçik, orta və böyük rəis heyətinə və hərbi qulluqçularına verilir, iddiaçı isə 05.09.2001-ci ildən D axili İşlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı “usta” məharət dərəcəsini almaq üçün imtahanda lazımi nəticə nümayiş etdirdiyini bildirsə də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Lakin Azərbaycan Respublikası DİN-in 09.03.1994-cü il tarixli 118 nömrəli əmri ilə “Daxili işlər orqanlarının sıravi və rəis heyətinə və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi və verilməsi qaydaları”nı müəyyən edən Təlimatın 2.8-ci bəndində qeyd edilmişdir ki, təsnifat rütbəsi almış şəxsə müəyyən edilmiş nümunə əsasında hazırlanmış döş nişanı və vəsiqə verilir. İddiaçının xidmət keçdiyi dövrdə “usta” məharət dərəcəsinə görə imtahan verməsi və döş nişanı alması sübuta yetməmişdir. İddiaçı özü də bu barədə mübahisə açmamış, yalnız xidmət illərinə görə ona “usta” məharət dərəcəsi verilməli olmasını bildirmişdir. İddiaçı xidmət etdiyi müddətdə “usta” məharət dərəcəsi almadığından, daxili işlər orqanlarında xidmət etmədiyi dövrdə ona yeni məharət dərəcəsi verilməsi, bu səbəbdən yeni məharət dərəcəsinə görə əlavə haqqın ödənilməli olması barədə tələbi qanuni olmadığından iddianı rədd etməklə apellyasiya məhkəməsi haqı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İd diaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-791/2019 saylı, 26 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar